Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-22/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 nümayəndəsi, qətnamə ilə maraqlarına toxunan şəxs X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qocayeva X3 və X6 qarşı “evin alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki işin, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qocayeva X3, X9 və X4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 221,1 kv/m olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış AN-İ № -0773959 saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş ilə bir icraatda birləşdirilməsi məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi 2(106)22/2023 saylı mülki işin materiallarına əsasən iddiaçılar X7 və İddiaçı2 cavabdehlər Qocayeva X10, Cavabdeh2 qarşı “evin alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qocayeva X10 ilə Cavabdeh2 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 221,1 kv.m. olan fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixində başlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X7 vəfat etmiş, X7 onun hüquqi varisi qızı İddiaçı1 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 2019-cu ildə gediş-gəliş etdiyi Qocayeva X3 yaxın münasibətdə olduğu və ona xəstəliyinə görə pul lazım olduğundan ondan 30.000 (otuz min) manat pul borc almış və bildirmişdir ki, həmin pulu bir il ərzində ona qaytaracaqdır. Bu danışıqdan sonra dəyəri 150000 manat olan evini cavvabdehə etibarnamə verərək, ondan isə 30000 (otuz min) manat pul alaraq Dağıstan Respublikasına müalklicə almaq üçün getmiş, orada bor aldığı pulla müalicə almış , Elşad isə cavabdehin pulunu hissə-hissə göndərmişdir. 2020-ci ilin mart ayında pandemiya olduğundan Elşad işlıəyib pulu Mahirəyə göndərə bilməmişdir. Bu qısa müddət ərzində cavabdeh onlardan xəbərsiz evi əvvəlcə etibarnamə vasitəsilə oğluna, yəni X4 etibarnamə vermiş, sonra həmin etibarnamə ilə öz adına rəsmiləşdirmişdir. Daha sonra isə hal-hazırda üçüncü şəxs olan Cavabdeh2 50000(əlli min) manata onun bütün əşyaları ilə satmışdır. İddiaçı2 həmin evdə qeydiyyatda olduğu təqdirdə, onun imzası olmadan Lənkəran şəhər 1 saylı notariat ofisi bu alqı-satqını həyata keçirmişdir. Evin qiyməti əslində 150000 manat olduöu təqdirdə yeganə öz şəxsi mənafeyi naminə satmışdır. O, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ərizə ilə müraciət etmiş və ona bəlli olmuşdur ki, cavabdeh etibardan sui-istifadə edərək evini özgəninkiləşdirmişdir. Həmin ev qısa müddət ərzində iki dəfə alqısatqı olunmuşdur. Qocayeva X10 ilə X11 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 221,1 kv.m. olan fərdi yaşayış evinin, xx.xx.2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(049)448/2021 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “evin alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası rədd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)448/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və maraqlarına toxunan şəxs kimi X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. 2(106)490/2023 saylı mülki işin materiallarından müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qocayeva X3, X9 və X4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və üçüncü şəxs Cavabdeh2 qarşı “daşınmaz əmlakın (torpaq sahəsinin və fərdi yaşayış evinin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.m. olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində bağlanılmış AN-İ №0773959 saylı Alqı-Satqı Müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.m. olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixində Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış AN-İ № ******* saylı Alqı-Satqı Müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair, həmçinin, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evlərində talananadək olmuş və iddia ərizəsində siyahısı göstərilmiş əşyaların və yaxud onların dəyəri qismində 64,472 (altmış dördmin dörd yüz yetmiş iki) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onların ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-320/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İş materiallarından müəyyən edilir ki, 2(106)22/2023 saylı mülki iş üzrə Qocayeva X10 ilə Cavabdeh2 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 221,1 kv.m. olan fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixində başlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, 2(106)490/2023 saylı mülki iş üzrə isə ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.m. olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixində Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış AN-İ № ******* saylı Alqı-Satqı Müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsinə dair, həmçinin, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evlərində talananadək olmuş və iddia ərizəsində siyahısı göstərilmiş əşyaların və yaxud onların dəyəri qismində 64,472 (altmış dördmin dörd yüz yetmiş iki) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onların ödənilməsi barədə iddia tələblərindən ibarət olmaqla, hər iki iddia tələbi ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsinin üzərində yerləşən və ümumi sahəsi 221.1 kv.m. olan fərdi yaşayış evinin alqı-satqısı barədə alqı-satqı müqavilələrinin etibarsızlığı barədədir. Qeyd edilən işlər eyni mübahisəyə dair olmaqla mübahisənin predmetini oxşar əsaslar təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən mülki işlərə bir icraatda baxılarsa işin hərtərəfli, tam və obyektiv araşdırlmasında düzgün nəticə əldə olunar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki işlər bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Çünki mübahisələrin birlikdə araşdırılması işin tam, hərtərəfli və obyektiv araşdırmasına xidmət etməklə, həm də, prosessual qənaətçilik baxımından düzgün və ədalətli məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnəcəkdir. Odur ki, 2(106)-22/2023 saylı və 2(106)-490/2022 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 169.3,169.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qocayeva X3 və X6 qarşı “evin alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair 2(106)22/2023 saylı mülki işlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qocayeva X3, X9 və X4, üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 221,1 kv/m olan fərdi yaşayış evi barəsində 26 aprel 2019-cu il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış AN-İ № -0773959 saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair 2(106)490/2023 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki işdə 2(106)-490/2023 qeydiyyat nömrəsi saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-22/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-22/2023
13.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver