Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-221/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən ümumi sahəsi 108.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh3, həmin evin yerləşdiyi, ümumi sahəsi 0,11 ha olan torpaq sahəsi isə birgə mülkiyyət hüququ ilə Cavabdeh3, X11 və X2 mülkiyyəti kimi xx.xx.2017-c ildə qeydiyyatdan keçmişdir. Mülkiyyətçilərdən X11 və X7 vəfat etmişlər. Lənkəran rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-1526 reyestr nömrəli, 27 oktyabr 2017-ci il tarixli müqavilə əsasında Həsənov X8 rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən tam mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan torpaq sahəsindən özünə məxsus hissəni həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. X11 və X3 vərəsələri İddiaçı1 və İddiaçı2 27 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında mülkiyyət hüququna dair DƏDRX-dən verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini aşağıdakı kimi əsaslandırılmışlar: Cavabdeh3 27 oktyabr 2017-ci il tarixli notarial qaydada təstiq olunmuş Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi ilə Lənkəran rayonu, Aşağı Nüvədı qəsəbəsində yerləşən ümumi sahəsi 108.4 kv.m. olan fərdi yaşayış evini və **********98-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən paylı mülkiyyət üzrə 0.11 ha torpaq sahəsini X1 bağışlamışdır. 27 oktyabr 2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlər etibarsızdır. Belə ki, Cavabdeh3 öz arvadı Cavabdeh2 əmlakı bağışlayan zaman torpağın digər mülkiyyətçiləri olan X9 və X2 razılıqları olmamışdır. Onlar sözügedən müqaviləni bağlayan zaman X9 və X2 vəfat etməsindən sui-istifadə edərək mirası qəbul edə biləcək vərəsələrin razılığını almayaraq onları bilərəkdən prosesdən kənar saxlamışdırlar. Əmlak üzərində əməliyyatlar aparılmamışdan öncə qanunamüvafıq olaraq vərəsəlik işi açılmalı idi. Torpaq üzərində paylı mülkiyyətçilərdən biri olan mərhum X9 İddiaçı1 Zəkəriyyə oğlunun anası, digər paylı mülkiyyətçi mərhum X7 isə onun qardaşıdır. İddiaçı2 münasibətdə isə X9 onun qayınanası, X7 onun əri olmuşdur. Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən torpaq sahəsi bağışlanan zaman birinci növbədə torpaq üzərində mülkiyyət payları olan şəxslərin razılığı olmalı idi. İddiaçılar vəfat etmiş şəxslərin vərəsələri olduqlarına baxmayaraq əməliyyatlar zamanı onlar işə cəlb edilməmiş və bunun əsasında da cavabdehlər tərəfindən vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh3 məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində cavadeh Cavabdeh2 iddianı qəbul etməmiş, izahat etmişdir ki, Cavabdeh3 onun həyat yoldaşıdır, onlar xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Cavabdeh3 2017-ci ildə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən tam mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan ümumi torpaq sahəsində özünə məxsus hissəni notariat ofisində rəsmiləşdirdiyi bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Hazırda daşınmaz əmlakdan ona bağışlanılan hissə onun adına rəsmiləşdirilmişdir və xüsusi mülkiyyətindədir. İddiaçıların ona qarşı tələbləri tamamilə əsassız hesab edir. Birinci instansiya məhkəməsində cavadeh Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, Lənkəran rayon 1 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1526 reyestr nömrəli, 27 oktyabr 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması”müqaviləsi əsasında Həsənov X8 rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən tam mülkiyyət hüququ ilə özünə məxsus olan ümumi sahəsi fərdi yaşayış evini və birgə mülkiyyətdə olan ümumi sahəsi torpaq sahəsində özünə məxsus hissəni həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Xüsusi notarius tərəfindən bağışlama müqaviləsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Belə ki, Cavabdeh3 ümumi mülkiyyətində olan daşınmaz əmlakdan özünə məxsus olan payı həyat yoldaşına bağışladığından digər birgə mülkiyyətçilərin bağışlamaya dair razılıqları tələb edilmədiyindən onların razılığı alınmamışdır. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Cavabdeh2 onun həyat yoldaşıdır. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilərək təqdiq edilmiş bağışlama müqaviləsi əsasında Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən, tam mülkiyyət hüququ ilə özünə məxsus olan ümumi sahəsi 108.4 kv.m olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan ümumi sahəsi 0,11 ha olan torpaq sahəsində özünə məxsus hissəni arvadına bağışlamışdır. Bu zaman digər birgə mülkiyyətçilərin razılığı tələb olunmurdu. İddiaçı1 onun oğludur. Zakirin də bu bağışlamadan xəbəri var idi və hətta mərhum anası X4 ona düşən vərəsəlik payını qəbul etməməsi və gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbinin olmayacağı barədə notarial qaydada ərizə təsdiqlədərək ona təqdim etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim A.Pənahov) 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onların özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Apellyasiya şikayətində İddiaçı2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, 27 oktyabr 2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlanma müqaviləsi və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlər etibarsızdır. Belə ki, Cavabdeh3 öz arvadı X1 əmlakı bağışlayan zaman paylı torpağın mülkiyyətçiləri olan X9 və X2 razılıqları olmamışdır. Onlar sözügedən müqaviləni bağlayan zaman X9 və X2 vəfat etməsindən sui-istifadə edərək mirası qəbul edə biləcək vərəsələrin razılığını almayaraq onları bilərəkdən prosesdən kənar saxlamışdırlar. Cavabdeh3 əmlakı X1 bağışlayan zaman paylı torpağa münasibətdə əməliyyatlar aparmalı idi. Onlar həmin əmlakı vərəsələrin razılığı olmadan özgəninkiləşdirərək paylı mülkiyyəti qanunsuz olaraq mənimsəmişdirlər. Əmlak üzərində əməliyyatlar aparılmamışdan öncə qanunamüvafiq olaraq vərəsəlik işi açılmalı idi. Vəfat etmiş mülkiyyətçilərin vərəsələri olmasına baxmayaraq əməliyyatlar zamanı onlar işə cəlb edilməmiş və nəticədə cavabdehlər tərəfindən vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı2 məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Digər İddiaçı1 Zəkəriyyə oğlu məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq Cavabdeh2 və o, yaşlı və xəstə adamlar olduqlarından məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirmişdir. Digər cavabdeh Lənkəran rayonu, 1 saylı Notariat ofisi məktub göndərərək işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, Lənkəran rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 27 oktyabr 2017-ci il tarixli müqavilə əsasında Həsənov X8 rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən tam mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan torpaq sahəsindən özünə məxsus hissəni həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Topraq sahəsinin birgə mülkiyyətçiləri olan X11 və X3 vərəsələri İddiaçı1 və İddiaçı2 27 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin və və onun əsasında mülkiyyət hüququna dair DƏDRX-dən verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb etmişlər. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Müki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, bağışlama müqaviləsi baş verərkən digər mülkiyyətçilərin (onların vərəsələrinin) razılıqları olmamışdır. İddiaçıların tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 222.2-ci maddəsinin məzmunu birgə mülkiyyətdə olan daşınmaz əmlakın tam hissəsinə dair sərəncam vermə zamanı bütün mülkiyyətçilərin razılığını özündə ehtiva edir. İşin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh3 sözügedən bağışlama müqaviləsi əsasında daşınmaz əmlakı bütövlükdə deyil, əmlakın özünə məxus olan hissəsini bağışlamışdır. Eyni zamanda, daşınmaz əmlakın digər birgə mülkiyyətçilərinin payı həmin əmlakda açıq qalmışdır və əmlakın qeyd edilən hissəsinin bağışlanması həmin əmlaka dair miras qoymuş şəxslərin paylarının vərəsəlik qaydasında qəbulu ilə əlaqadar vərəsələrinin hüquqlarını pozmamışdır. Kollegiya məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qətetdi: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(049)-2000/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-221/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-221/2024
09.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver