Məhkəmə qərarları › İş №2(106)-2315/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2315/2022

01.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2315/2022 01.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər X3 və X2 ibarət məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh, Abdullayeva (Mehdiyeva) Şamama Gülağa qızı, İsgəndərova (Mehdiyeva) Sevil Gülağa qızı, Cəfərova (Mehdiyeva) Rəna Gülağa qızı, Səmədova (Mehdiyeva) Şəfəq Gülağa qızı və Ağayeva (Mehdiyeva) Dilşad Gülağa qızına qarşı «mira paya qanun üzrə vərəsə olma» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(056)-115/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasına dair Sabirabad Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(056)- 115/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(056)-115/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) İddiaçı cavabdehlər Cavabdeh, Abdullayeva (Mehdiyeva) Şamama Gülağa qızı, İsgəndərova (Mehdiyeva) Sevil Gülağa qızı, Cəfərova (Mehdiyeva) Rəna Gülağa qızı, Səmədova (Mehdiyeva) Şəfəq Gülağa qızı və Ağayeva (Mehdiyeva) Dilşad Gülağa qızına qarşı «mira paya qanun üzrə vərəsə olma» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(056)- 115/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(056)-115/2021 saylı qərardadı ilə İddiaçı Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(056)- 115/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçı Sabirabad Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(056)-115/2021 saylı qərardadından şikayəti həmin məhkəmənin 21 oktyabr 2022-ci il tarixli 2(056)- 115/2021 saylı qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası İddiaçı şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; 361.1.5. şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. 361.1.6.şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı; Apellyasiya şikayətindən görünür ki, iddiaçı Mehdiyev X1 Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(056)-115/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur.Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (363.1.1-1) Bundan əlavə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması, yaxud iddia tələbinin hüquqi əsası kimi hansı maddi və prosessual hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs qəbul edilmiş qətnamənin həm maddi, həm də prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda iddiaçı məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməsi, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. Apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları göstərmədən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinin 361-ci maddənin tələblərinə cavab vermədiyi müəyyən edilməklə apelyasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apeyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sabirabad Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(056)-115/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.2, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sabirabad Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(056)-115/2021 saylı qərardadından verilmiş şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(056)-115/2021 saylı qərardadı dəyişdirilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar