Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2350/2022 13.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından həyat yoldaşı X3 ilə Cavabdeh2 arasında bağlanmış və Astara rayonu notariat ofisinin xüsusi natariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı Daşınmaz əmlkaın alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o hazıda cəzaçəkmə müəssisəsində cəza çəkir. X11 cəzaçəkmə müəssində cəza çəkərkən Cavabdeh2 6000 borcu yaranmışdır. Cavabdeh də öz pulunu onlaardan istəmişdir. Buna görə də onlar razılaşmışlar ki, xüsusi mülkiyyət üzrə özünə məxsus və Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, ev 50, mərtəbə 1, mənzil 2 (keçmiş Ak. Z.Əliyeva küçəsi, ev 78\7, m 17) ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan 3 otaqlı mənzili ona satsın, mənzilin qalan pulunu onlara verəcəkdir. Mənzilin qiymətini 30.000 manata razılaşdılar. Həmin vaxt o cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün bütün bu işləri həyata keçirmək üçün həyat yoldaşı X2 etibarnamə vermişdir. O həyat yoldaşına demişdir ki, mənzili 30000 manata satsın. Cavabdeh2 ona demişdir ki, mənzili onun adına keçirtsin, o mənzili onun dediyi qiymətə satar. Bunun üçün həyat yoldaşı Mirzeynəb Kələntərova Cavabdeh2 ilə Lənkəran şəhərində yerləşən notariat kontoruna getmiş, orada onlara demişlər ki, bunun üçün alqı-satqı müqaviləsi bağlanmalı və mənzilin dəyərini depozitə köçürməlidir və bundan sonra mənzili satan şəxs həmin məbləği depozitdən götürməlidir. Lakin həmin vaxt Cavabdeh2 cəmi 5000 manat məbləğində pul olduğu üçün notarius alqı-satqı müqaviləsini təsdiq etməkdən imtina etmişdir. Bundan sonra Cavabdeh2 onlara Astara şəhərində fəaliyyət göstərən notariusun yanına getməyi və orada sənədləşmə işlərini təsdiq edilməsini bildirmişdir. Həyat yoldaşı Mirzeynəb Kələntərova da Cavabdeh2 Astara şəhərində fəaliyyət göstərən Cavabdeh1 xüsusi natariusun yanına gediblər. O da demişdir ki, hazırki mənzilin alqı-satqısı üçün 5000 manat pul azdır, heç olmasa depozitə 14000 manat pul ödəməlidir. Bundan sonra Cavabdeh2 3 gün vaxt istəmiş və 3 gündən sonra 14000 manat məbləğində pulu taparaq depozitə köçürmüş və bundan sonra Cavabdeh1 xüsusi natariusu onun adından həyat yoldaşı X3 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsini tərtib edərək təsdiq etmiş və həmin müqavilədə mənzilin dəyəri 30000 manat olsa da, Cavabdeh2 qeyd olunan məbləğdə pulu olmadığı üçün müqavilədə mənzilin dəyərini 14000 manat qeyd etmişdir. Həmin müqavilədə mənzilin dəyəri 14000 manat qeyd edilsədə və mənzilin faktiki dəyəri 30000 manat olsa da Cavabdeh2 depozitə qoyduğu pulu həyat yoldaşı X1 almışdır. Cavabdeh2 söz vermişdir ki, mənzilin dəyərinin qalan pulunu tezliklə verəcəkdir. Lakin o, sonradan o, öz adına çıxarış almış, həbs olunduğu üçün pulu onlara verməkdən imtina etmişdir. Hazırda isə onlara Lənkəran rayon məhkəməsində iddia qaldıraraq onların həmin mənzildən çıxarılmağlarına nail olmuşdur. İndi isə eşitmişdir ki, o, həmin mənzili satmış, mənzilin pulunu ona vermək istəmir. Beləliklə də, Cavabdeh2 onların etibarlarından istifadə edərək ona məxsus mənzili öz adına dövlət qeydiyyatına almış və hazırda da həmin mənzili başqa adama satmaq istəyir. Ona görə də o həmin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddiaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşma əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda baxılan işin faktiki hallarından görünür ki, tərəflərindən bağlanan alqı-satqı müqaviləsi üzrə öhdəlik icra edilərək göstərilən məbləği iddiaçıya ödənilmişdir. Göründüyü kimi aralarında notariat kontorunda iştiraklarıyla alqı-satqı müqaviləsi bağlanmış, hər birlərinə hüquq və vəzifələrinin izah olunmuş və bununla da alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İddiaçı müqavilənin ləğvinə dair irəli sürdüyü tələbi öz təsdiqini tapmır. Beləki, iddia ərizəsində mənzilin dəyərinin tam olaraq ona qaytarmadığını bildirsə də, bu halı, eləcə də müqavilənin ləğv edilməsi üçün qanunda nəzərdə tutulan şərtləri təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Hazıki işin müəyyən edilmiş halları baxımından, iddiaçının evin ucuz qiymətə satılması barədə dəlili də müqavilənin ləğv sayılması üçün əsas deyil və o, əmlakını könüllü olaraq heç bir zor tətbiq etmədən ona satılmışdır. Ümumiyyətlə iddiaçı iddia tələbinin dəlillərini tam və ətraflı əsaslandırılmış, tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməmiş, iddianı sözlərlə əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə və X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləyə uyğun izahat vermişlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X6 iddianı qəbul etməyib, iddiaya qarşı etirazın dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı, cavabdehlər Cavabdeh2, Astara rayonu notariat ofisinin xüsusi natariusu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə yuxarıda adları qeydlunan şəxslərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (Hakim R.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh2, Astara rayonu notariat ofisinin xüsusi natariusu və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «xx.xx.2019-cu il tarixli ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi» barədə iddiasının rədd edilməsi, məhkəmədə iddia verilməsi üçün ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 422.3 və 422.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, cavabdeh və üçüncü şəxs tərəfindən aldadılmasına baxmayaraq məhkəmə tərəfindən bu hallara hüquqi qiymət verilməmiş və məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq keçiriləcək məhkəmə iclasına heç bir etirazının olmadığını bildirmişdir. Astara rayonu notariat ofisinin xüsusi notariusu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi iştirak etməmələrinin səbəblərini bildirməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1-ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2-ci maddəsinə şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3-cü maddəsinə müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4-cü maddəsinə işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbini rədd edərkən hesab etmişdir ki, Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunsun. Hazırkı iddia tələbi üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilən müqavilənin pozulması daha doğrusu əhəmiyyətli pozulması və iddiaçıya hər hansı zərər vurulması müəyyən edilmir. Bu isə onu deməyə əsas verir ki, müqavilənin məhkəmə qaydasında ləğv edilməsi üçün heç bir əsaslı hal mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticəni iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, belə qənəatə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan AN-İ ******* №-li xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsindən görünür ki, Ak. Z.Əliyeva küçəsi, ev78\7, m 17 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan 3 otaqlı mənzil onun mülkiyyətçisi İddiaçı tərəfindən Cavabdeh2 14.000 manata satmışdır. Müqavilə İddiaçı adından onun nümayndəsi X3 tərəfindən imzalanmış və Astara rayon notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li və xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, ev 50, mərtəbə 1, mənzil 2 (keçmiş Ak. Z.Əliyeva küçəsi, ev 78\7, m 17) ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan 3 otaqlı mənzil Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbində tərəflər arasında xx.xx.2019-cu il tarixli ******* saylı Daşınmaz əmlkaın alqı-satqı müqaviləsinin ləğvi və həmin müqavilə əsasında verilmiş çıxarışın tələb edildiyindən kollegiya hesab edir ki, iddia tələbinin qanuni əsasını müqavilələrinin ləğvini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-422-cü maddələri təşkil edir. Belə ki, iddiaçı tələbində onun adından həyat yoldaşı X3 ilə Cavabdeh2 arasında bağlanmış və Astara rayonu notariat ofisinin xüsusi natariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı Daşınmaz əmlkaın alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmiş və xahişini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən aldadılmış, iddia tələbinin faktiki əsası kimi mənzilini real bazar qiymətinin 30.000 manat olmasına baxmayaraq 14.000 manat müqabilində rəsmiləşdirilmiş, həmçinin həmin 14.000 manat məbləğində pul da ona verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər.... 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Qeyd edilən maddi hüquq normalarını işin faktiki halları üzrə tətbiq edərək müəyyən edir ki, iddiaçı mülkiyyətçi kimi daşınmaz əmlak üzərində iradə ifadəsi edərək başqa şəxsə verə bilməklə sərəncam vermək səlahiyyətini özündə ifadə edən etibarnamə ilə mənzilini arvadı X2 vemiş, həmin şəxs də iddiaçının adından hərəkət edərək daşınmaz əmlakı Cavabdeh2 satmışdır. Tərəflər arasında 09 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi işin mübahisəsiz halı kimi müəyyən edilir. Mübahisələndirilən hal isə alqı-satqı müqaviləsinə görə satılmış mənzilini real bazar qiymətinin 30.000 manat olmasına baxmayaraq 14.000 manat müqabilində rəsmiləşdirilməsi, həmçinin həmin 14.000 manat məbləğində pulun da ona verilməməsi nəticəsində aldadılmasını bildirir və qeyd olunan alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə qiymət verməzdən öncə qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsi (MM 567-ci maddə) özüözlüyündə iki hissədən ibarətdir. Mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsfirindən (dispozisiyadan) və həmin dispozisiya mövcud olduqda qanunla nəzərdədə tutulan hüquqi nəticədən: Alqı-satqı müqaviləsinə görə satıcının əşyanı alıcının mülkiyyətinə verməyi, alıcını isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi göstərilirsə, bu ifadə həm dispozisiyanı, həm də buna uyğun baş verən hüquqi nəticəni özündə ehtiva edir. Bu normada dispozisiya “alqı-satqı müqaviləsinə görə” sözləri ilə, hüquqi nəticə isə müqavilə tərəflərinin vəzifələrinin, yəni bir tərəfdən alıcının əşya üzərində mülkiyyət hüququnun və əşyanın satıcıya verilməsi vəzifələrinin, başqa yandan isə satıcının müəyyənləşdirilmiş pul məbləğinin ödəməsi vəzifəsi təsviri ilə ifadə olunmuşdur. İş materiallarına əlavə olunmuş 09 avqust 2019-cu il tarixli AN-İ seriyalı ******* №-li mənzilin alqısatqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri X10 küçəsi 878/7,m17 ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 43,2 kv.m olan 3 otaqlı mənzili tam mülkiyyət hüququ ilə alıcı Cavabdeh2 mülkiyyətinə verməyi razılaşmış alqı-satqı müqaviləsinə görə alıcı tərəfindən mənzilin satış dəyəri olaraq 14000 manat pul satıcıya ödənilmiş, əvəzində həmin mənzil alcının mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, müqavilənin ləğv edilməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulmuş və həmin maddənin tələbinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunsun. Hazırkı iddia tələbi üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilən müqavilənin pozulması daha doğrusu əhəmiyyətli pozulması və iddiaçıya hər hansı zərər vurulması müəyyən edilmir. Bu isə onu deməyə əsas verir ki, müqavilənin məhkəmə qaydasında ləğv edilməsi üçün heç bir əsaslı hal mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki halları üzrə dəyərləndirmə apararaq hesab edir ki, tərəflər arasında onların iradəsi əsasında alqı-satqı müqaviləsi mövcud olmuşdur. Belə ki, alqı-satqı müqaviləsi iddiaçının iradə ifadəsi əsasında yarandığından cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı kimi qəbul edilməlidir. Çünki alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, “ Mən həmin vaxt cəzaçəkmə müəssisəsində cəza çəkdiyim üçün Cavabdeh2 olan 6000 manat borcumun ödənilməsi üçün mülkiyyətimdə olan mənzilin qiymətini 30000 manata razılaşdıq və həyat yoldaşım X2 etibarnamə verdim həmin vaxt borclu olduğum Cavabdeh2 bildirdi ki, mənzili mənim adıma keçirin məndə mənzili razılaşdığımız kimi 30000 manata sataram borcumu götürənnən sonra qalan pulu sizə qaytararam. Bu məqsədlə həyat yoldaşım Mirzeynəb Kələntərova ilə Cavabdeh2 Lənkəran şəhərində yerləşən notariat ofisinə getmişdirlər və notariusda onlara bildirilmişdir ki, mənzilin alqı-satqısı ilə bağlı müqavilə bağlanmalı və mənzilin dəyəri olan 30000 manat depozitə keçirilməli daha sonra isə alqı-satqı müqaviləsi təsdiqlənməlidir lakin həmin vaxt Cavabdeh2 5000 manat pul olduğu üçün alqı-satqı müqaviləsinin təsdiq olunmasından imtina edilmişdir. Daha sonra isə Cavabdeh2 və etibar etdiyim şəxs Astara şəhərində yerləşən notariat ofisinə getmişlər və həmin notariusda mənzilin real bazar dəyəri 30000 manat olmasına baxmayaraq mənzili 14000 manata alqı-satqı müqaviləsini rəsmiləşdirməklə məni aldatmış lakin həmçinin satılması müəyyən olunan 14000 manatda mənə verilməmişdir. Hesab edirəm mən yuxarıda qeyd olunan şəxslər tərəfindən aldadılmışam ona görə də mənzilin alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış ləğv olunmalıdır.” Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisəli evin alqı-satqısı üzrə müəyyən edilmiş pulun etibar edilmiş şəxs tərəfindən mənzilin real bazar dəyərinin 30.000 manat olmasına baxmayaraq 14.000 manata satılması, həmçinin həmin pulun ona verilməməsi heç də həmin müqavilənin ləğvi üçün əsas ola bilməz. Kollegiya onu da nəzərdən qaçırmır ki, iddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinin mahiyyətindən görünür ki, iddiaçı onun etibar edilmiş şəxs, satıcı və alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən aldadılaraq onun əmlakının bazar dəyərindən xeyli aşağı qiymətə satılması və əldə olunan pulun ona verilməməsini mübahisələndirir. Qeyd olunan bu hallar alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hallardır və bu hallara qiymət verilməsi yalnız alq-satqı müqaviləsinin ləğvi deyil, etibarsızlığı barədə iddia olduğu halda mümkündür. Alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia olmadığı halda buna qiymət verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Belə ki, Аzərbаycаn Respublikаsı MPM-nın 218.3-cü mаddəsinə əsаsən hаkim işdə iştirаk edən şəхslərin verdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Hаzırkı iş üzrə iddiа tələblərindən kənаrа çıхmаq üçün hər hаnsı müstəsnа hаl mövcud olmamışdır. O, ki, qaldı mənzilin alqı-satqısı ilə əlaqədar ödənilmiş 14.000 manat pulun ona ödənilməməsinə bununla bağlı qeyd olunmalıdır ki, mənzilin alqı-satqı müqaviləsinə görə ödənilmiş 14.000 manat pul etibar edənə, yəni İddiaçı ödənilməlidir. Hazırda mənzilin alqı-satqısı ilə əlaqədar ödənilmiş pulla bağlı iddia tələbi olmadığından məhkəmə həmin hala hüquqi qiymət verilməsini zəruri hesab etmir. Azərbaycan Respublika Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd edilən hüquq normasına uyğun olaraq, kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərində və iddia ərizəsində göstərdiyi xüsussatların nəzərə alınması xahiş yeni tələb olduğu və bu tələb birinci instansiya məhkəməsinin araşdırma predmetini təşkil etmədiyindən apellyasiya instansiya məhkəməsi bu tələb üzrə araşdırma aparmağı özünə vəzifə hesab etmir. Məhkəmə kollegiyası iddiaçının çıxarışın ləğvi ilə bağlı iddia tələbinə də hüquqi qiymət verərək qeyd edir ki, hazırki tələb əsas tələbdən alqı-satqı müqaviləsinin ləğvi tələbindən törəmə tələbdir. Hazırki mübahisədə alqı-satqı müqaviləsinin ləğvi tələbinin təmin edilməməsi, əlavə - törəmə tələbin təmin edilməsini də istisna edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə müqayisəli tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti heç bir sübutla təsdiqni tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)1385/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-2350/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2350/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver