Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2376/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029540 saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 674.96 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029540 saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 724 manat borcun silinməsi, həmçinin ona dəymiş 300 manat ziyanın "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun özünə məxsus Masallı rayonu Bədəlan kəndində yerləşən yaşayış evi vardır. Həmin ev elektrik enerjisi ilə təmin edilmişdir. O, da hər ay qaydalara uyğun olaraq sayağacın sərf etdiyi aylıq elektrik enerjisinin sərfiyyatını tam ödəyir. Bu vaxta kimi heç vaxt sayğaca müdaxilə etməmiş və əlavə xətdən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları onun iştirakı olmadan evində quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı sayğacın xüsusi açar vasitəsi ilə dövriyyədən kənarlaşdırıldığı aşkar edilmişdir. İşıq idarəsinin işçiləri ona əsassız yerə akt yazdıqlarından məcbur olub aktdan şikayət etməli olmuşdur. Bir neçə dəfə idarəyə gedərək məsələni özlərinin həll etmələrini bildirsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı həmin tarixdə NDM 029540 saylı akt tərtib edilmiş və həmin akta əsasən ona sərfiyyat hesablanmışdır. Həmçinin hazırki işlə bağlı bir neçə idarəyə getmiş və sənədlərin hazırlanması ilə əlaqədar vəsaitlər xərcləmişdir. Həmin məbləğ 300 manat dəyərləndirilməli və ona dəymiş ziyan kimi cavabdeh təşkilatdan onun xeyrinə tutulmalıdır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, yaşadığı evdə hər hansı bir qeyriqanuni elektrik xəttindən istifadə etməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş videogörüntü isə əsl həqiqəti əks etdirmir. Çünki həmin görüntülərdən ümumiyyətlə onun kənar xətdən istifadə etdiyi görünmür. Belə ki, onun həyatyanı torpaq sahəsində iki ədəd fərdi yaşayış evi inşa edilmişdir. Onlardan biri hazırda akt tərtib edilmiş olan ev, digəri isə eyni həyətdə yerləşməklə daimi yaşayış olmayan evdir. Daimi yaşayış olan evə quraşdırılmış sayğacda sərfiyyat üzrə limit aşıldığı vaxtlarda sərfiyyatla əlaqədar borcun az hesablanması üçün digər fərdi yaşayış evinin elektrik xəttindən naqil ilə evinə işıq çəkərək digər evin elektik sayğacından istifadə edir. Bu zaman onun sərfiyyatı digər evin sayğacı vasitəsi ilə qeyd edilir. Həmçinin daimi yaşadığı evdə işiq ayırıcı quraşdırmaqla istədiyi vaxt sayğacları dəyişə bilir. Qaz idarəsinin əməkdaşları isə həmin xüsusatı araşdırmadan, işin əsl həqiqətdə necə olduğunu oyrənmədən barəsində akt tərtib etmişlər. Akt tərtib edilən zaman o, idarənin əməkdaşlarına əsl həqiqəti izah etmək istəsə də, əməkdaşlar onu dinləməkdən imtina etmişlər. Bütün bu olanlara görə ona ziyan dəymiş və müəyyən xərcləri çıxmışdır. Odur ki, mübahisəli akt həqiqəti əks etdirmir. Bu səbəbdən etibarsız hesab olunmalı, borc məbləği silinməli və ona dəymiş ziyan məbləği cavabdeh təşkilatdan alınaraq ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğac işləmədən evində X1 edildiyi aşkar edilmişdir. Belə ki, videogörüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar ki, fakt aşkara çıxarılan zaman iddiaçı cəld oradan uzaqlaşaraq kənardan qanunsuz qoşulmanı söndürməyə getmişdir. Həmçinin əgər iddiaçı dediyi kimi həqiqətən də həyətyanı sahədə inşa edilmiş digər evdən elektrik xətti götürülmüşdürsə, hansı səbəbdən çəkiliş vaxtı bunu demədən və izah etmədən nəyisə söndürməyə tələsir? İddiaçı baxış zamanı əməkdaşlara bu faktı deməmişdir. Demiş olsa idi həmin xüsusat mütləq araşdırılardı. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən isə ümumiyyətlə heç bir fakt müəyyən etmək olmur. Belə ki, videogörüntüdə yalnız iddiaçının danışıqları səslənir və aidiyyatsız elektrik naqilləri görüntülənir. Həmçinin hər iki evə quraşdırılmış sayğaclar üzrə təqdim edilmiş abonentin saldolarını nəzərdə keçirsək, əlavə xəttin aşkar edilməsindən sonrakı dövrdə sərfiyyatın kəskin şəkildə artmış olduğunu görə bilərik. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: A.Səlimov), İddiaçı cavabdeh təşkilatlara qarşı «aktın etibarsız hesab edilməsi və dəymiş ziyan tələbi» barədə iddiası təmin edilməməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Nağıyev X2 Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz daxil olmamışdır . d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Masallı Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq 2-ci qrup əlil olduğuna görə məhkəmə iclasına gəlib iştirak edə bilməyəcəyini bu səbəbdən məhkəmənin Masallı rayonunda keçirilməsini xahiş etmişdir. Kollegiya məhkəmə icraatının tezliyinin təmin etmək məqsədi ilə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab edir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli, NDM 029540 saylı aktda qeyd olunmuşdur ki, Masallı rayonu Aşurlu kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacın xüsusi açar vasitəsi ilə dövriyyədən kənarlaşdırıldığı müəyyən edilmişdir. İş materiallarında olan materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Aşurlu kənd sakini İddiaçı “EİQ pozulması” ilə əlaqədar (NDM 029540) olaraq 724.96 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarında olan X5 Təchizatı və Satış İdarəsi Masallı Elektrik Şəbəkəsi tərəfindən Masallı Rayonu Məhkəməsinə təqdim edilmiş video CD-yə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonent İddiaçı fərdi yaşayış evinə bitişik elektrik sayğacına baxış keçirilən zaman orada sayğacın sərfiyyatı hesablayan mexanizminin xüsusi açar vasitəsi ilə dövriyyədən kənarlaşdırıldığı, sayğac işlək vəziyyətdə olmadan evdə elektrik enerjisində istifadə edildiyi aşkar edilmişdir. Məhkəmə kollegioyası iş materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini qarşılıqlı müqayisəli təhlil edərək qeyd edir ki, mübahisəli 724 manat məbləğində cərimələnməsinin iddiaçı tərəfin qüsurunun olması sübuta yetirilir. Odur ki kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla əksini tapmayan formal mülahizə hesab edir. İddiaçı apelyasiya şikayətinin dəlillərində qeyd edir ki, “video görüntüdə hər hansı əlavə elektrik xətti olmamasına baxmayaraq məhkəmə həmin videonu sübut növündə qəbul etmişdir” Məhkəmə kollegiyası iddiaçının yuxarıda göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, 19 iyul 2022-ci il tarixli, NDM 029540 saylı aktda qeyd olunmuşdur ki, Masallı rayonu Aşurlu kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacın xüsusi açar vasitəsi ilə dövriyyədən kənarlaşdırıldığı müəyyən edilmişdir. Bu hal öz təsdiqini cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş video görüntülərlə öz təsdiqini tapır. İddiaçı barəsində tərtib edilmiş 19 iyul 2022-ci il tarixli, NDM 029540 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış sərfiyyatın silinməsini xahiş etsə də, həmin aktın etibarsızlığı ilə bağlı hər hansı mötəbər sübutu birinci instansiya məhkəməsinə nə də apelyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu videogörüntülər cavabdeh təşkilat tərəfindən təqdim edillmiş görüntülərlə müəyyən edilmiş halları təkzib etmir. Belə ki, həmin görüntülər ilə iddiaçının qeyd etdiyi xüsusat, yəni istifadə etdiyi elektrik enerjisinin kənar xəttdən deyil, həyətində inşa edilmiş digər fərdi yaşayış evindən çəkilmiş olmasını təsdiq etmir. Əksinə "xxxx" ASC tərəfindən təqdim edilmiş görüntülər isə aktın əsaslı olması qənaətinə gəlməyə imkan verir. Kollegiya həmçinin bunuda qeyd edir ki, Azərbaycan Respublikası “X1 Qaydaları” haqqında qanunun 7.6-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “İddiaçı cavabdeh təşkilatlara qarşı «aktın etibarsız hesab edilməsi və dəymiş ziyan tələbi» barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddiaçının tələb etdiyi mübahisələndirilən hissəsində iddianın qiyməti xx.xx.2022-ci il tarixli NDM 029540 saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 724 manat borcun silinməsi, həmçinin ona dəymiş 300 manat ziyanın "xxxx" ASC-dən alınaraq ona verilməsi təşkil etmiş, yəni mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan tələb üzrə gəlinən nəticədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)2688/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2376/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2376/2022
20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver