Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-241/2023 24.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1811/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktının və onuni nəticələrinin etibarsız hesab edilməsi, 1036,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə cavabdeh qurum olan "Azəriqaz” X5 Regional Qaz İdarəsinin Kürdəmir Qaz İdarəsinin işçiləri onun yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmiş və qaz sayğacını əvəzetmə ilə dəyişdirərək əvəzində yeni qaz sayğacı quraşdırmışlar. 2022-ci ilin avqust ayında Qaz İstismar İdarəsinin nəzarətçisi ona bildiriş verərək 1036,80 manat cərimə yazıldığını bildirmişdir. İstifadə etdiyi qaz sayğacına heç vaxt müdaxilə etməmiş, sayğac plomblu olmaqla normal işləmiş və sayğacın küçədə olmaqla heç bir qoruyucu şkafı olmadığını, həmçinin nəzarətçinin ayda 2-3 dəfə sayğaca baxdığını və müdaxilə aşkar etmədiyini bildirsə də heç bir nəticəsi olmamışdır. İstifadə etdiyi qaz sayğacı açılarkən heç bir qüsuru olmamış, qaz sayğacı küçədə, əhalinin gəlib getdiyi yerdə quraşdırılmış və heç bir qoruyucu şkafı olmamışdır. Sayğaca labaratoriya şəraitində baxılması ona izah edilməyib və baxışda iştirakı təmin edilməyib. Ağsu RQİİ-nin Kürdəmir Qaz İdarəsi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli akt və hesablanmış 1036,80 manat cərimə qanunsuzdur. Ona görə də cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktının və onuni nəticələrinin etibarsız hesab edilməsi, 1036,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 1 ünvanında yaşayan İddiaçı yaşadığı mənzilin gaz xətti üzərinə qaz sayğacı quraşdırılaraq **********00030 nömrəli abonent hesabı ilə qeydiyyata alınmışdır. "Azəriqaz" İB-nin Ağsu RQll-nin Kürdəmir XS-nin işçiləri tərəfindən iddiaçının yaşadığı mənzilin qaz xətti üzərinə quraşdırılmış Elster tipli, G-4 markalı qaz sayğacına baxış keçirilmiş ve qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz xəttindən açılmış həmin qaz sayğacına labaratoriyada baxış keçirilən zaman "sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında axik-cız izləri var, sayğac istismara yararsızdır" rəyi verilmişdir. Verilmiş rey esasında xx.xx.2022-c/ tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında akit tərtib edilmişdir. Yaşayış mənzilinin qaz işlədicilərinin parametrlərinə uyğun olaraq 8640 kub metr təbii qazın dəyəri 1036,40 manat məbləğ iddiaçının **********00030 nömrəli abonent hesabına işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X3"nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı ve istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Ona görə də İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin onun hesabından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1811/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: M.Bayramov), iddia tələbinin təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimə onun hesabından silinməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19 və 560.1 -ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1811/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Kürdəmir Rayon Məhkəməsinin 2(041)1811/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsini cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1811/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı istifadə etdiyi Elster tipli, G-4 markalı qaz sayğacı dəyişdirilib, əvəzində Zenner tipli, G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı mənzilində “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır” göstərilmişdir. Eyni zamanda, həmin aktda “dəymiş ziyan hesablansın” qeyd olunmuşdur. Qeyd edilən akt “Azəriqaz” X2 RQİİ-nin Kürdəmir XS-nin 3 əməkdaşı tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin X8 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı Sotan oğlunun mənzilində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 8640 kub.metr üzrə hesablanmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh qurum olan “Azəriqaz” X5 Regional Qaz İdarəsinin Kürdəmir Qaz İdarəsinin işçiləri İddiaçı yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmiş və qaz sayğacını əvəzetmə ilə dəyişdirərək əvəzində yeni qaz sayğacı quraşdırmışlar. 2022-ci ilin avqust ayında Qaz İstismar İdarəsinin nəzarətçisi ona bildiriş verərək 1036,80 manat cərimə yazıldığını bildirmişdir. İstifadə etdiyi qaz sayğacına heç vaxt müdaxilə etməmiş, sayğac plomblu olmaqla normal işləmiş və sayğacın küçədə olmaqla heç bir qoruyucu şkafı olmadığını, həmçinin nəzarətçinin ayda 2-3 dəfə sayğaca baxdığını və müdaxilə aşkar etmədiyini bildirsə də heç bir nəticəsi olmamışdır. İstifadə etdiyi qaz sayğacı açılarkən heç bir qüsuru olmamış, qaz sayğacı küçədə, əhalinin gəlib getdiyi yerdə quraşdırılmış və heç bir qoruyucu şkafı olmamışdır. Sayğaca labaratoriya şəraitində baxılması ona izah edilməyib və baxışda iştirakı təmin edilməyib. Cavabdehin nümayəndəsi qaz işlədicilərinin hesabat müddətini 90 gün qəbul etməklə İddiaçı 8640 kub metr qaz itgisinə yol verməsi və onun itirilmiş təbii qaza görə borcunun olması, həmçinin cavabdeh qurum tərəfindən qaz sayğacı çıxarılarkən belə hər hansı bir qoruyucu qutuya qoyulması, hal şahidlərinin iştirakı ilə möhürlənməsi, qaz sayğacının labotoriyaya göndərilməsi və istehlakçının orada iştirakının təmin edilməsi barədə birinci instansiya zamanı hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə kollegiyası ilk öncə müəyyən etməlidir ki, iddiaçı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl törədib, yoxsa yox. Göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansısa bir müdaxilə edilməsi sübuta yetirilmir. Bundan əlavə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqların əzik-cızıq izlərinin olması və təbii qaz itkisində iddiaçının təqsirli olmasına dair cavabdehin nümayəndəsi hər-hansı bir sübutunu nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qaz sayğacına zərər vurması, onun əməlinin qanuna zidd olması və iddiaçının qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqənin olması işin mötəbər sübutları ilə sübuta yetirilmədiyindən, cavabdeh «Azəriqaz» İB edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının təqsiri sübut olunmadığından, cavabdeh qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1811/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1811/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-241/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-241/2023
24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver