Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-251/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-251/2025 Açar sözlər: pul tələbi X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(073)-403/2024 saylı qətnaməsindən (hakim E.Əmirəliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 manat pul vəsaitinin alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin predmetinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 8350 manat və 24500 ABŞ dolları məbləğində pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, 2006-cı ildən etibarən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında, mənzil qapılarının satışı ilə əlaqədar icarə əsasında mağaza işlədir. Cavabdeh 30 ildən çoxdur ki, tanıyır, belə ki, cavabdehlə dostluq münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bir müddət Cavabdehlə görüşə bilməsə də, 2017-ci ildə “Ramal Ticarət Mərkəzi”nin qarşısında cavabdehlə rastlaşmışlar. Hal-əhval tutduqdan sonra Cavabdeh ondan nə ilə məşğu olduğunu soruşmuş, o, isə “Ramal Ticarət Mərkəzi”ndə qapıların satışı ilə məşğul olduğunu bildirmişdir. Cavabdeh ona avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmağı təklif etmiş və onlar razılaşmışlar. Həmin vaxt Cavabdeh ona bu iş üçün 4000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, o, da ilkin olaraq Cavabdeh 4000 ABŞ dolları vermişdir. Cavabdeh 20-30 qutu mexanizm və ehtiyyat hissələrini aldıqdan bir müddət sonra 4000 ABŞ dolları pul vəsaitini ona qaytarmış və əlavə hər birinə 500 ABŞ dolları qazanc qalmışdır. Daha sonra al-ver üçün ondan 3000 ABŞ dolları almış, lakin xeyli vaxt keçməsinə baxmayaraq qaytarmamış, səbəbini soruşduqda həmin pula yenidən mal aldığını, malı satdıqdan sonra qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Bir müddət sonra Cavabdeh ona daha böyük işlərlə məşğul olmağı təklif etmiş, bu dəfə isə 30000- 40000 ABŞ dolları lazım olduğunu bildirmişdir. O, da həmin ərəfələr özünə məxsus evini satdığından əlində müəyyən qədər pulu olmuşdur. O, Cavabdeh verdiyi pulu satdığı evin pulu olduğunu və həmin pulu 6 aya qaytara biləcəyi təqdirdə işə sərmayə qoymağı təklif etmiş, Cavabdeh də onunla razılaşıb 6 aya qaytaracağını və bu pulla 6 aya təxminən 10000 manat gəlir əldə edəcəklərini vəd etmişdir. Sonra o, Binə ticarət mərkəzində ticarətlə məşğul olan tanışına mobil telefon vasitəsi ilə zəng vuraraq, onda olan 10000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh adlı şəxsin gəlib ondan götürəcəyini bildirmiş və bundan sonra Cavabdeh gedib həmin şəxsdən 10000 ABŞ dolları məbləğində pul vəsaitini götürdükdən sonra, mobil telefon vasitəsi ilə ona zəng vuraraq pulu götürdüyünü bildirmişdir. Cavabdeh sonradan dediyinə görə ondan aldığı 10000 ABŞ dolları məbləğdən 4000 ABŞ dollarına hidrovlik motor hissələri almış, lakin 6000 ABŞ dollarını isə ticarət məqsədi üçün başqa mal almaq üçün ödədiyini bildirmişdir. Beləliklə o, 2018-ci ilin əvvəlinə qədər Cavabdeh 36000 ABŞ dolları vermiş, həmin məbləğin 11000 ABŞ dollarını Cavabdeh həmin ilinaprel ayına qədər ona qaytarmışdır. Lakin bir müddət sonra Cavabdeh yerdə qalan 25000 ABŞ dolları pulu qaytarmadığına görə, həmin pulun əvəzində aldığı mallara özü müştəri tapıb satacağını Cavabdeh bildirmiş, lakin Cavabdeh həmin mallara heç kəsin müdaxilə edə bilməyəcəyini, malları yalnız özü sata biləcəyini ona demişdir. O, Cavabdeh satdığı evinin pulunu ona verdiyini, evsiz qaldığını dedikdə, Cavabdeh qudası Ağaveyis Şahverdiyevin ev tikintisi ilə məşğul olduğunu və Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikintisini həyata keçirdiyi yaşayış binasının 4-cü mərtəbəsində yerləşən təxminən 80 kv/metrlik mənzilin birinin ona, birinin də Cavabdeh özünə veriləcəyini bildirmişdir. O, da Cavabdeh bu təklifinin daha səmərəli olduğunu zənn edib, mənzilin tikintisinin başa çatmasını gözləmişdir. Bundan sonra Cavabdeh bir neçə dəfə ondan pul istəyərək iş görməyi, məsələn Kürdəmir rayonundan biyan kökü alıbsatmağı təklif etsə də, o, əlində pul olmadığı üçün Cavabdeh təklifləri ilə razılaşmamışdır. 2021-ci ilin fevral ayında Tahir onunla yenidən telefon əlaqəsi saxlayaraq yenə iş görməyi təklif edərək pul istəmiş, onun pulu olmadığı üçün Cavabdehlə iş görə bilməmişdir. 2021-ci ilin mart ayında Cavabdeh 600 manat vermiş, həmin məbləğin 500 manatını cavabdeh ona qaytarmış, lakin 100 manatını ehtiyacı olduğundan sanra qaytaracağını bildirmişdir. Bundan əlavə yenə Cavabdeh ondan pul istəmiş və o, dostlarından birinin mağazasından 400 manat, başqa birinin mağazasından 450 manat olmaqla, ümumilikdə 850 manat dəyərində hamam aksesuarları götürüb Cavabdeh vermişdir. Cavabdeh ondan götürdüyü malları hansısa şirkətə aparıb göstərəcəyini və şirkətin həmin malları vitrinə qoyub sonra ondan yüz min manatlarla dəyərində bu mallardan sifariş edəcəyini bildirmiş, o, da Cavabdehlə razılaşmışdır. 2021-ci ilin aprel ayında Cavabdeh onunla əlaqə saxlayıb hansısa zavoda nasos vermək istədiyini və bunun üçün də 7500 manat pul lazım olduğunu bildirmişdir. Lakin, o, Cavabdeh pulu olmadığı üçün kimnənsə sələmə pul götürmək imkanı olduğunu bildirdikdə, Cavabdeh sələmə pul götürməyi istəməmişdir. O, dükan qonşusu və uzun illər tanıdığı tanışı Vüqar Əhmədovdan 2000 manat və digər tanışlarından 5500 manat alıb, ümumilikdə 7500 manat düzəldib Cavabdeh vermişdir. Bundan təxminən bir neçə gün sonra Cavabdeh istifadəsində olan mobil nömrədən ona zəng gəlmiş və adının Mehman olduğunu bildirən kişi Cavabdeh tanıdığını, onlarla iş görüb mal alacağını bildirmişdir. Lakin o, Cavabdeh hərəkətlərindən onu aldatdığını başa düşüb pulunu geri istədikdə, Cavabdeh hər dəfə bir bəhanə gətirərək pulu qaytarmamışdır. O, bir müddət əvvəl artıq Cavabdeh onu aldatdığını başa düşmüş, onunla apardığı telefon danışıqlarını qeydə almış və bunu Cavabdeh özü də hiss etdiyini söhbət əsnasında ona demişdir. O, Cavabdeh əvvəl gündən inanıb hissə-hissə pullarını ona vermiş və hətta bir hissəsini də manata çevirərək valyuta kursuna görə əlavə ziyan da etmişdir. O, Cavabdeh hər dəfə məcburiyyətdən pul vermişdir ki, bəlkə qazancı yaxşı olar, əvvəl verdiyi pulları da geri ala bilər, amma ala bilməmişdir. Qeyd edilən məsələ ilə bağlı o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət etmiş, lakin təhqiqatçı tərəfindən 28 mart 2022-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilərək, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı 1985-ci ildən tanıyır və dostluq münasibətləri olmuşdur. İddiaçı müsiqiçi olmaqla qarmon ifaçısıdır. Onların bütün toy və xeyir işlərində iddiaçı müsiqi dəstəsini təşkil etməklə qarmon ifaçısı kimi iştirak etmişdir. O, 1991-ci ildən ticarət məqsədi ilə İran İslam Respublikasına gedib-gəlmişdir. 1995-ci ildə İddiaçı da ticarətlə məşğul olmaq istəmiş və onunla birlikdə İrana getmişlər. İİR-da olarkən orada görmüşdür ki, onun ticarət əlaqələri olan şəxsi, İddiaçı öz şəxsi məqsədləri üçün ələ almağa çalışmışdır. O, İddiaçı bu hərəkətlərini gördükdən sonra, iddiaçı ilə əlaqələrini kəsmişdir. 2014-cü ildə qardaşı evini inşa etdirdikdən sonra, hamam üçün aksesuarlar almaq məqsədi ilə “Ramal Ticarət Mərkəzi”nə getmiş və orada İddiaçıla rastlaşmışlar. Hal-əhval tutduqdan sonra İddiaçı ondan nə ilə əlaqədar gəldiyini soruşmuş, o, da hamam üçün aksesuarlar almağa gəldiyini bildirmişdir. İddiaçı özünün hamam üçün aksesuarlar satdığını bildirmiş və ona ucuz qiymətə verəcəyini bildirmişdir. Həmin vaxt İddiaçı hamam üçün aksesuarlar almış, təxminən 300 manat borcu qalmış və az müddət sonra qalan borcunu da ödəmişdir. 2017-ci ildə “Ramal Ticarət Mərkəzi”nin qarşısında İddiaçıla rastlaşmışlar, söhbət əsnasında qızının xeyir işi ilə əlaqədar maddi durumunun zəif olduğunu və al-ver üçün əlində mayasının az olduğunu bildirdikdə, İddiaçı pul qoyub birlikdə al-ver etməyi təklif etmişdir. Həmin söhbətdən bir neçə gün sonra İddiaçı ona 4000 ABŞ dolları vermiş və İİR-dan 20-30 qutu mexanizm və ehtiyyat hissələri almışdır. Aldığı malları satdıqdan bir müddət sonra 4000 ABŞ dolları pul vəsaitini İddiaçı qaytarmış və əlavə hər birinə 500 ABŞ dolları qazanc qalmışdır. Daha sonra al-ver üçün İddiaçı 3000 ABŞ dolları almış, həmin pula mal alıb satdıqdan sonra həmin 3000 ABŞ dollarını İddiaçı qaytarmışdır. Sonra 10000 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə daha çox qazanc əldə edə biləcəklərini İddiaçı bildirmişdir. İddiaçı özündə pul olmadığını, Binə bazarında ticarətlə məşğul olan qaynından alacağı olduğunu bildirmiş və ona gedib həmən pulu götürməsini tapşırmışdır. Sonra o, Binə ticarət mərkəzində gedib, İddiaçı qaynından 10000 ABŞ dolları götürmüş və həmin 10000 ABŞ dolları məbləğdən 4000 ABŞ dollarına hidrovlik motor hissələri, 6000 ABŞ dollarına isə başqa mal almışdır. İddiaçı aldığı 10000 ABŞ dollarını İddiaçı qaytarmış və həmin puldan əldə olunan qazancı öz aralarında bölmüşlər. Bundan sonra 2021-ci ildə İddiaçı 600 manat almış, sonra həmin məbləği geri qaytarmış və həmin puldan da əldə olunan qazancı öz aralarında bölmüşlər. Bundan əlavə İddiaçı tanışlarının birinin mağazasından 400 manat, başqa birinin mağazasından 450 manat olmaqla, ümumilikdə 850 manat dəyərində hamam aksesuarlarını nisyə götürmüş və müəyyən müddətdən sonra da 850 manat borcunu hissə-hissə ödəyib qurtarmışdır. Sonuncu dəfə İddiaçı 7500 manat götürüb mal almışlar, aldıqları malı satdıqdan sonra 7500 manat pulu İddiaçı qaytarmış və həmişə olduğu kimi, yenə də həmin ticarətdən əldə olunan qazancı İddiaçıla aralarında bölmüşlər. İddiaçı onunla telefon vasitəsi ilə danışarkən onun səsini yazmasını bilmişdir, İddiaçı təqdim etdiyi səs yazıları da ona məxsusdur. Onun İddiaçı borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(073)-403/2024 saylı qətnaməsi ilə Cavabdeh borca görə 8350 (səkkiz min üç yüz əlli) manat və 13000 (on üç min) ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz iyirmi) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Cəlilabad Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(073)-403/2024 saylı qətnaməsinin tam ləğv edilərək iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsassız varlanma halının mövcud olmadığını nəzərə almamışdır . Sahibkarlıq fəaliyyəti ilə əlaqədar hər iki şəxs tərəfindən biznes üçün sərmayə yatırılıb. O, heç kəsdən pul götürməyib. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş sübutlara yalnız idddiaçının mənafeyi hissəsində qiymət vermişdir. O hesab etmişdir ki, məhkəmə prosessi zamanı səs yazısına qulaq asılmamışdır. Halbuki, qətnamədə əksi yazılıb. Guya qulaq asıldı və o olmayan, üzərinə atılan böhtanları etiraf etmişdir. İkincisi iddia olunan səs yazısı onun xəbəri olmadan yazılıb. Yəni gizli yolla. O, hər hansı ani mesajlaşma proqramı vasitəsi ilə hər hansı səsi göndərməmişdir. Hətta alınmış səs yazısı qanuni olsa belə o qətnamədə etiraf kimi qələmə verilən ifadələri işlətməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətinin dəlillərini müdafiə etmiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, səs yazılarında iddiaçı ona “Əli” deyə xitab edir. Həmin Əli o, özüdür. Çünki bir-birlərini uşaqlıqdan tanıyırlar və iddiaçı ona həmişə Əli deyə müraciət edib və danışıqlar iddiaçı ilə onun arasında baş verib. Qeyd etmişdir ki, iddiaçı ilə birlikdə pul qoyaraq alver etmişlər. Hər ikisi maya qoyaraq qazanc əldə etmişlər. Aralarındakı münasibət 2017-2019-cu illərdə olmuşdur. Ayrı-ayrı şəxslərə vermiş olduqları malların pullarını hələ də ala bilməmişlər. Pandemiya olduğundan ziyana düşmüşlər. İddiaçı tərəfindən ona verilən pullar müxtəlif vaxtlarda 3000 dollar, 4000 dollar və sairə şəklində olub. Mütamadi olaraq həmin pullar dövriyyədə olmuş və sonradan qazancı ilə birlikdə və artıqlaması ilə iddiaçıya qaytarılmışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsinin iclası zamanı protokolda və qətnamədə güya onun iddiaçıdan 3000 dollar, 10000 dollar, 7500 manat və 850 manat pul alaraq sonradan ona qaytarması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. O, birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçıdan hər hansı pul məbləğni almasını etiraf etməyib. Ümumiyyətlə kollegiyanın iclası zamanı tədqiq edilən səs yazılarında bəhsi keçən məbləğlər iddiaçıdan hər hansı borc məbləğinin alınması ilə əlaqədar deyil, maya əsasında əldə ediləcək vəsaitdən bəhs edilir. Həmin səs yazılarının birində “evinin 45000 manata sataraq 20 000nin iddiaçıya verəcəyini bildirməsi” əldə edilmiş qazancla bağlı olmuşdur. İddiaçı həmin səs yazılarını onun xəbəri olmadan yazmış, bu isə qanuna ziddir. Həmin vaxt pulun manatla ifadəsindən söhbət getmiş, dollar söhbəti olmamışdır. Həmçinin iddiaçı səs yazılarını kəsərək ona sərf edilən hissələrini Diskə yazaraq məhkəməyə təqdim edib. İddiaçının ona vermiş olduğu pulun satmış olduğu evinin pulundan olmasını bilməmişdir. Ümumiyyətlə iddiaçı yalan danışır, onun Bakıda 3-4 yerdə evi var, o kirayə qalmır. Həmçinin göstərmişdir ki, iddiaçı 2021-ci ildə ona 7500 manat və 850 manat pul verməmişdir. Çünki əgər iddiaçı 2017-2019-cu ildə güya ona vermiş olduğu 24500 dollar pulu ondan ala bilmirdisə, sonradan ona 8350 manat pulu niyə verirdi? Bildirmişdir ki, iddiaçıya 1 manat da olsun borcu qalmayıb. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Həmçinin o birinci instansiya məhkəməsində vermiş olduğu xüsusatda izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə vermiş olduğu pul vəsaiti satmış olduğu evinin pulu olmaqla 30000 dollar olmuşdur. Həmin pulu 2017-ci ildə cavabdehə vermişdir. Qətnamə üzrə təmin olunan 7500 manat və 850 manat – cəmi 8350 manat pulu isə 2021-ci ildə cavabdehə vermişdir. Həmin dövrdə də cavabdeh hələ ona vermiş olduğu 30000 dollar pulu ona qaytarmamışdı. Qeyd etmişdir ki, səs yazılarını 2019-cu ildə yazmışdır. Məhkəmə iddiasını qismən təmin etsə də artıq bezdiyindən və şəkər xəstəsi olduğundan qətnamə ilə razılaşmış və ondan apellyasiya şikayəti verməmişdir. Qeyd etmişdir ki, cavabdeh səs yazılarında ona borclu olmasını qəbul edir. Belə ki, səs yazılarının birində cavabdeh “evinin 45000 manata sataraq 20000-nin ona verəcəyini bildirir”. Həmin zaman 20000 dedikdə 20000 dollar nəzərdə tutulmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin etmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlili qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, İddiaçı onun yeznəsidir. İddiaçı onda 10000 ABŞ dolları məbləğində pulu olmuşdur. 2018-ci ildə İddiaçı mobil telefon vasitəsi ilə onun istifadəsində olan mobil telefona zəng vuraraq pula ehtiyacı olduğunu və onda olan pulunu qaytarmasını bildirmişdir. O, İddiaçı 10000 ABŞ dolları məbləğində pulunu tam düzəltdikdən sonra İddiaçı zəng vurmuş və pulunu qaytarmaq istədiyini bildirdikdə, İddiaçı Tahir adlı şəxsin gəlib pulu ondan götürəcəyini bildirmişdir. Sonra hazırki Cavabdeh Binə bazarında 7-ci sıraya gəlib 10000 ABŞ dollarını ondan götürmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh də qardaşı İddiaçı görə tanıyır. İddiaçıla Cavabdeh arasında olan iş birliyini dəqiqliyi ilə bilmir. Lakin bir gün Cavabdeh onun yanına gələrək vitrinə qoymaq üçün hamam ləvazimatları lazım olduğunu bildirmiş, o, da qardaşı İddiaçı görə 500-600 manat dəyərində müxtəlif hamam ləvazimatlarını Cavabdeh vermişdir. Bazarda olduğu vaxt İddiaçı Cavabdehlə birlikdə ona yaxınlaşıb 7500 ABŞ dolları borc pul istəmiş, o, da özündə olmamış, başqalarından da tapa bilməmişdir. Bir qədər sonra İddiaçı işlətdiyi dükana getmiş və orada Cavabdehlə İddiaçı pul saydıqlarını görmüşdür. Soruşduqda İddiaçı bildirmiş ki, “səndə pul olmadı, mən də başqasından, yəni Vüqar Əhmədovdan tapıb verdim”. Həmin vaxt İddiaçı onun yanında 7500 manat pulu sayıb vermiş Cavabdeh. Qeyd etdiklərindən bir müddət sonra İddiaçı bikef görüb nə baş verdiyini soruşmuş, İddiaçı da ona bildirmiş ki, “Cavabdeh ona borcu var vermir”. O, bu barədə Cavabdehlə görüşmüş və Cavabdeh ilk öncə inkar etmişdir. Sonra Cavabdeh vitrinə qoymaq üçün götürdüyü hamam ləvazimatlarının pulunu nəyə görə ödəmədiyni soruşduqda sonra, Cavabdeh ona bildirmiş ki, İddiaçı 20000 manat borcu var. O, Cavabdeh bildirmiş ki, Notarius ofisinə gedib borcu təsdiq elətdirmək lazımdı, Cavabdeh də onunla razılaşmışdır. Sonra İddiaçı mobil telefon vasitəsi ilə zəng vuraraq onların yanına gəlməsini bildirmiş, İddiaçı gəldikdən sonra Cavabdeh ona 50000 manat borcu olduğu bildirmiş, bundan sonra Cavabdeh ümumiyyətlə İddiaçı borcu olmadığını bildirərək, onların yanından ayrılıb getmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, İddiaçı 17 ildir tanıyır. Belə ki, İddiaçı işlətdiyi dükanın yaxınlığında onun da santexnik materialları dükanı vardır. Cavabdeh İddiaçı vasitəsi ilə tanıyır. 2021-ci ildə Cavabdeh ona yaxınlaşaraq maddi cəhətdən xeyirli bir iş olduğunu və bunun üçün də 9500 manat pul lazım olduğunu bildirmişdir. O, Cavabdeh nə iş olduğunu soruşduqda, Cavabdeh bir müəssisə olduğunu və həmin müəssisəyə nasos sistemi quraşdırılacağını bildirmişdir. Cavabdeh həmin işdə 4500 manat qazanc olacağını bildirmişdir. O, Cavabdeh özündə o qədər pul olmadığını, İddiaçı 2000 manat pulu olduğunu və həmin məbləğin İddiaçı tərəfindən Cavabdeh verilməsinə etiraz etməmişdir. Həmin işlə bağlı İddiaçı da onda olan 2000 manat məbləğin üzərinə 5500 manat da qoyub, Cavabdeh 7500 manat vermişdir. Bundan əvvəl də İddiaçı Cavabdeh al-verləri olmuş, lakin tamamlanmamışdır. O, İddiaçı Cavabdehlə əvvəlki al-verlərinin baş tutmadığı təqdirdə yenidən nəyə görə Cavabdehlə iş qurmağını soruşduqda, İddiaçı Cavabdeh ona kişi kimi söz verdiyini bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 240 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı müraciəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırılmış, lakin mübahisə mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etməsi izah edilmişdir. Göründüyü kimi iddiaçı ilkin olaraq cavabdehdən 50000 manat pul vəsaitinin alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehdən 8350 manat və 24500 ABŞ dolları məbləğində pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və Cavabdeh borca görə 8350 (səkkiz min üç yüz əlli) manat və 13000 (on üç min) ABŞ dollarının alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Lakin cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh qeyd edir ki, “hətta əldə edilmiş səs yazısı qanuni olsa belə o qətnamədə etiraf kimi qələmə verilən ifadələri işlətməmişdir”. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlili ilə əlaqədar birinci instansiya məhkəməsinin iclasını izləməyi qərar almışdır. Bununla bağlı iclas katibinə müvafiq göstəriş verilmiş və birinci instansiya məhkəməsinin 09 aprel 2024-cü il tarixli iclasının açılmasına cəhd edilmiş, lakin həmin iclas üzrə çəkilişin aparılmaması müəyyən olunmuşdur. Buna görə də kollegiya tərəfindən cavabdehin həmin iclas zamanı iddiaçıdan 10 000 dolların, 3000 dolların, 7500 manat və 850 manat pulun almasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi qeyd edilənlərlə bağlı cavabdehin etiraf barədə ərizəsini alaraq işə əlavə etməmiş və ya bununla bağlı məhkəmə iclas protokolunda cavabdehə imza etdirməmişlər. Bundan başqa məhkəmə iddianı təmin edərkən etirafla bağlı hüquq münasibəti üzrə hər hansı əsaslandırma aparmamışdır. Bu isə onu deməyə əsas verir ki, məhkəmə iddianı qismən təmin edərkən cavabdehin qeyd edilən etiraf ifadələrinə istinad etməkdə haqlı olmamışdır. Çünki cavabdehin həmin hissədə etirafla bağlı ifadələri birinci instansiya məhkəməsinin iclasları ilə sübut edilmir və bu şübhəlidir. Həmçinin cavabdeh Kollegiyanın iclasında birinci instansiya məhkəməsinin iclası zamanı hər hansı etirafedici ifadələr demədiyini qeyd etmiş və bunlar onun apellyasiya şikayətinin əsas dəlillərindən birini təşkil etmişdir. Bundan başqa işdə olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardanda görünür ki, həmin qərar üzrə də cavabdehin hər hansı etirafedici ifadəsi mövcud deyil. Şikayətin ikinci əsas dəlili “sahibkarlıq fəaliyyəti ilə əlaqədar hər iki şəxs tərəfindən biznes üçün sərmayə yatırılması və iddiaçıdan hər hansı pul vəsaitinin götürməməsi” ilə bağlıdır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı tərəfindən işə əlavə edilmiş İ “SD” diskdə iddiaçı ilə cavabdeh arasında müxtəlif səs yazıları mövcuddur. Həmin səs yazılarının bir çoxunda cavabdehin iddiaçıya dəqiq olmasa da pul borclu olması müəyyən olunur. Həmin səs yazılarında cavabdeh müxtəlif tarixlər göstərərək iddiaçıya pul verəcəyini bildirir. Lakin iddiaçı tərəfindən işə əlavə edilmiş birinci “SD” diskdəki 2023.11.07 at 12.43.38(1) şərti adı altında olan səs yazısının 4-cü dəqiqəsindən sonra cavabdeh deyir ki, “rayonda olan o boyda evimi qoymuşam 45000-nə (Lerikli bir şəxsə) satmağa, əvvəllər pulunu tam istəyirdim. Lakin sonradan 20000, qalanını isə sonra vermək istədiyini deyir. - Cavabdeh deyir ki, qoy 20000 mini versin gətirim verim sənə. - Cavabdeh həmin diskin 18-ci dəqiqəsinin 20-ci saniyəsindən sonrada daha aydın şəkildə deyir ki, “Leikli deyir ki, evin 20000 verim, novıy qoddan sonra da qalanını verim, qoy versin 20000-ni gətirim verim sənə (iddiaçıya), indi o vaxtacan da o eliyər, eliyər, eləməz də eləməz. Göründüyü kimi cavabdeh iddiaçıya 20000-dən daha çox borcunun olmasını etiraf edir. Belə ki, bəhsi keçən səs yazısında cavabdeh deyir ki, evini 45000-nə satdığa qoymuş evi alan 20000 ona verəcək, o da gətirib iddiaçıya verəcək. Daha sonra evi alan pulun qalanını yeni ildən sonra verəcəyini deyir, verərsə puldan ona verəcəyini bildirir. Biirinci instansiya məhkəməsi iddianın 24500 ABŞ dollar hissəsini qismən 13000 ABŞ dolları hissədə təmin etmişdir. 13000x1.69=21970 manat edir ki, bu da səs yazısında ifadə olunan 20000 məbləğinə uyğundur. İddiaçı həmin danışıqlarında pul məbləğinin dollarla ifadəsindən, cavabdeh isə manatla olan ifadəsindən bəhs edildiyini bildirmişdir. Əgər bəhsi keçən danışıqda pulun dollarla ifadəsindən bəhs edilirsə birinci instansiya məhkəməsi iddianı 13000 dollar təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, tərəflər arasında danışıqlarda dollardan bəhs edilmişdir. Bu səs yazılarının tədqiqi zamanı da müəyyən edilir. Belə ki, bəhs edilən səs yazısının 7-ci dəqiqəsindən sonra cavabdeh deyir ki, bu alverdi, qazanc da əldə etmişik, şükür allaha ziyan etməmişik. İddiaçı deyir ki, hə ziyan etməmişik, “mən evimin pulunu qoymuşam ortalığa”. Bu zaman cavabdeh iddiaçıya etiraz etmir və demir ki, hansı evin pulundan söhbət edilir. Əksinə həmin səs yazısının 7-ci dəqiqəsinin 50-ci saniyəsindən sonra cavabdeh deyir ki, sən mənə deməmişdin ki, mənə verdiyin pul sənin evinin puludur. Mən sənə deməmişdim ki, get evini sat, mən sənə evini satdırmamışam, demişəm belə bir iş alver var demisən girək. 9-cu dəqiqədən sonra iddiaçı deyir ki, sənin mənə verdiyin 10000 dollar mənim evimin pulu deyil, qazancın puludur. Mənim evimin pulu maya olaraq orda (səndə) durur. Cavabdeh isə buna etiraz etmir demir ki, hansı evin pulu. Bundan başqa 11-ci dəqiqədən sonra iddiaçı deyir ki, “arvadın əlindən pulu alıb verdim sənə, cavabdeh deyir ki, 10000-nə ev alırlar. İddiaçı da deyir ki, 10000 dollar deyil e ə, 30000 dollardı. Həmçinin 16 dəqiqə 30-cu saniyədən sonra deyir ki, asdatka dediyin 25000 dollardır. Cavabdeh yənə də iddiaçının bu fikrlərinə heç bir münasibət bildirmir və ya hər hansı etiraz etmir. Göründüyü kimi tərəflər arasında danışıqlarda pulun dollarla olan ifadəsindən bəhs edilir. Buna görə də kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 13000 dollar pulun tutulmasını qət etməklə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətinin növbəti dəlili iddiaçıdan hər hansı pul götürməməsini bildirməsidir. Kollegiya qeyd edir ki, işdə olan səs yazıları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan pul götürmüş və məhkəmə cavabdehdən 13000 dollar pul vəsaitinin tutulmasında döğru qənaətə gəlmişdir. Lakin iddiaçıının cavabdehə 2021-ci ildə 7500 manat və 850 manat verməsi sübut edilmir. Birincisi, cavabdeh özü bunu inkar edir. İkincisi, müəyyən edilir ki, tərəflər arasında olan münasibət 2017-2019-cu illərdə yaranmışdır. İddiaçı kollegiyanın iclasında demişdir ki, 30000 dollar pulu 2017-ci ildə cavabdehə vermişdir. Qətnamə üzrə təmin olunan 7500 manat və 850 manat – cəmi 8350 manat pulu isə 2021-ci ildə cavabdehə vermişdir. Həmin dövrdə də cavabdeh hələ ona vermiş olduğu 30000 dollar pulu ona qaytarmamışdı. Qeyd etmişdir ki, səs yazılarını 2019cu ildə yazmışdır. Kollegiya qeyd edir ki, iddiaçı məhz 2021-ci ildə cavabdehə 8350 manat pul verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, cavabdehə 2021-ci ildə 8350 manat pul verən zaman 2017-ci ildə cavabdeh vermiş olduğu 30000 dollar pul onun tərəfindən iddiaçıya qaytarılmamış olmuşdur. Kollegiya iddiaçının qeyd ediən fikirlərini əsaslı və inandırıcı hesab etmir. Buna görə də kollegiya hesab edir ki, iddia 8350 manat hissədə sübuta yetirilmədiyindən təmin edilə bilməz. Yuxarıda şərh edilənlərə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(073)- 403/2024 saylı qətnaməsi Cavabdeh borca görə 8350 (səkkiz min üç yüz əlli) manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, Qətnamə qalan mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti mübahisələndirilən hissədə 5000 manatdan çoxdur. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(073)-403/2024 saylı qətnaməsi Cavabdeh borca görə 8350 (səkkiz min üç yüz əlli) manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-251/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-251/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver