Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-256/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “miras əmlak” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(057)-1241/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN E T D İ: İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakı (fərdi yaşayış evi) X2 qəbul etməsi və tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(057)-1241/2024 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədli) İddiaçı cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı ünvan 2 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X2 tam payının müəyyən olunması barədə iddiası qismən təmin edilmiş. Cavabdeh3 Kərim oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi X6 tərəfindən qəbul edilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh2 Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(057)- 1241/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İş Şirvan Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)-1985/2024 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Cavabdeh Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 16 yanvar 2025-ci tarixli məktubu ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-1241/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi üçün hazırkı mülki işin Salyan Rayon Məhkəməsinə geri qaytarılması xahiş edilmişdir. Göründüyü kimi, İddiaçı Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(057)-1241/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti vermişdir. Salyan Rayon Məhkəməsinin İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinə və apellyasiya şikayətinə münasibət bildirməsi üçün iş baxışdan çıxarılmalı və mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1985/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(057)-1241/2024 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinə və apellyasiya şikayətinə münasibət bildirməsi üçün iş baxışdan çıxarılmalı və mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366 və 400-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərаrааldı: Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1985/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın. Sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-256/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-256/2025
30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver