Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-274/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X12 ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh2, onun vəkili X17 iştiraklar ilə, Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 15 oktyabr 2021-ci il tarixli 2V-571 reyestr nömrəli şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun valideynləri Sakit Cəfərov ilə Dürdanə İsmiyeva 09 aprel 1988-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, nikahlarından onunla yanaşı qardaşı Kənan Cəfərli və bacısı Vəfa Cəfərova doğulmuşdur. Ailə üzvləri və nənəsi X13 ilə birlikdə Masallı şəhəri C.Cabbarlı (hazırkı Səfəralı Məmmədov) küçəsində yerləşən 18 saylı evdə qeydiyyatda olmaqla yaşamışlar. Həmin evin yerləşdiyi 0,11 ha torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixl qərarı ilə nənəsi, valideynləri, bacısı və qardaşı ilə birlikdə onun mülkiyyətinə verilmişdir. Bu barədə ona və qeyd edilən ailə üzvlərinə Torpağın mülkiyyətə verilməsinə dair JN-621F Kod 80501004 saylı Şəhadətnamə verilmişdir. Atası 08 sentyabr 2014-cü il tarixdə, nənəsi isə 26 mart 2021-ci il tarixdə vəfat etmişdir. Babası daha öncə vəfat etdiyindən və atasının yalnız bir bacısı olan cavabdeh olduğundan nənəsindən qalmış miras əmlak onun və qeyd edilən ailə üzvləri ilə cavabdeh olan bibisi arasında bölünməli idi. Lakin son zamanlar cavabdeh onları evə buraxmadığından aralarında narazılıq yaranmışdır. Notariat ofisində bununla maraqlanıb sənədləri götürərkən isə məlum olmuşdur ki, vərəsəlik işi açılarkən ərazi nümayəndəliyi vərəsələrin dairəsi barədə arayışda vərəsə kimi yalnız cavabdeh olan bibisinin adını qeyd etmiş, atasının vəfatından sonra onun ailə üzvlərinin olmasını isə göstərməmişdir. Müvafıq vərəsəlik şəhadətnaməsini alan cavabdeh həmin şəhadətnamə əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış alaraq onu və ailə üzvlərini bütünlüklə mirasdan məhrum etmişdir. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və birinci növbəli vərəsə kimi miras mərhum Gülsədəf Cəfərovanın övladları arasında bərabər bölünməlidir. Cavabdeh2 ilə yanaşı atası Sakit Cəfərov da mərhum Gülsədəf Cəfərovanın övladı olduğundan bərabər pay almaq hüquqları olmuşdur. Lakin vərəsəlik şəhdətnaməsi verilərkən atası vəfat etsə də, atasının övladı kimi onunla yanaşı qardaşı Kənan və bacısı Vəfa qalmışlar. Yəni ki, vərəsəlik şəhadətnaməsi ilə cavabdehə 1/2 pay, mərhum atası Sakit Cəfərovun 1/2 payı isə uşaqları kimi onunla qardaşı və bacısına verilməli idi. Vərəsəlik şəhadətnaməsi ilə isə miras əmlak tamamilə cavabdehə verilmiş, nəticədə mərhum atası Sakit Cəfərovun mirasda olan payından uşaqlarına çatası hissədə uşaqlarının hüquqları pozulmuşdur. Bu səbəbdən qanun üzrə vərəsəlik hüququ haqqında 15 oktyabr 2021-ci il tarixli 2V-571 reyestr nömrəli şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli əmlaka daxil olan torpaq sahəsi iş materiallarına əlavə edilmiş Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixl qərarı ilə verilmiş JN621F KOD80501004 saylı şəhadətnamə əsasında iddiaçı, onun ailə üzvləri və iddiaçının mərhum nənəsi Gülsədəf Cəfərovaya məxsus olmuşdur. Daha sonra hansısa naməlum üsullar ilə həmin torpaq sahəsi birbaşa olaraq X5 təkbaşına mülkiyyətinə keçirilmiş və torpağa dair ona Seriya MH ******* nömrəli çıxarış verilmişdir. Belə ki, şəhadətnamədə adları sadalanan şəxslərin bu məsələdən ümumiyyətlə xəbərləri olmamışdır. Onlar mülkiyyətlərində olan torpaq sahəsini Gülsədəf Cəfərovaya satmamış və bağışlamamışlar. Hazırda həmin çıxarışın ləğv edilməsi ilə bağlı inzibati qaydada iddia qaldırılmış və iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Gülsədəf Cəfərova öldükdən sonra isə həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi miras əmlak kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında bütövlükdə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Nəticə etibarı ilə iddiaçı və onun ailə üzvləri nəinki nənələri Gülsədəfdən qalan əmlakdan məhrum olmuş, hətta ataları Sakit Cəfərovdan da qalmış mirasdan, həmçinin öz şəxsi mülkiyyətlərindən da uzaq qalmışlar. Belə ki, JN621F KOD80501004 saylı şəhadətnamədə ümumi birgə mülkiyyətçilərdən biri də iddiaçının atası Sakit Cəfərov olmuşdur. Bu isə o deməkdi ki, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış qanunsuz verilmiş, daha sonra həmin qanunsuz çıxarış əsasında, eləcədə vərəsələrin dairəsinə aid alınmış düzgün olmayan arayış ilə qanunsuz vərəsəlik işi aparılmaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik işini rəsmiləşdirən notarius isə ona verilmiş arayış əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsini tərtib etmiş olsa da, o özü vərəsələrin dəqiq dairəsinin müəyyən edilməsi üçün heç bir hərəkət etməmişdir. Halbuki müasir dövrdə notariusların vətəndaşların elektron baza məlumatlarına sərbəst girmək imkanları vardır. Aydın məsələdir ki, cavabdeh maraqlı olduğundan arayışı məqsədli olaraq düzgün olmayan formada alaraq notariat orqanına təqdim edilmişdir. Yekun olaraq isə həmin qanunsuz vərəsəlik şəhadətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 adına çıxarış verilmişdir. Ümumiyyətlə iddiaçı tərəfin qeyd olunan məsələlər barədə məlumatı olmamış, yalnız Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə hər hansı vərəsəlik işinin olub-olmaması barədə sorğu verildikdən sonra 27 iyul 2022-ci tarixdə sorğuya cavab alındıqda hər şey aşkara çıxmışdır. Bundan başqa cavabdeh iddiaya dair öz etirazında 11 may 2005-ci il tarixli vəsiyyətnamənin mövcud olduğunu, mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin anası Gülsədəf tərəfindən ona vəsiyyət edildiyini deyir. Bununla bağlı qeyd edilməlidir ki, sorğu əsasında notariat ofisindən götürülmüş 311/2V- 571 nömrəli vərəsəlik işindən görünür ki, vərəslik şəhadətnaməsi vəsiyyətnamə əsasında deyil, qanun üzrə vərəsəlik hüququna dair müddəalar əsasında verilmişdir. Belə olan halda həmin vəsiyyətnamənin hazırki işə heç bir aidiyyatı yoxdur və vəsiyyətnamə ümumiyyətlə müzakirə edilə bilməz. Ehtimal ki, həmin vəsiyyətnamə vaxtı ilə notariusa təqdim edilmiş, lakin notarius tərəfindən qanunvericiliyin tələblərinə zidd tərtib edildiyi üçün qəbul edilməmişdir. Belə ki, vəsiyyətnamədə X11 şəhəri, C.Cabbarlı küçəsi 18a ünvanında yerləşən 0.10 sot həyətyanı torpaq sahəsini barəbər şəkildə qızı X10 və nəvəsi X18 vəsiyyət etdiyi yazılmışdır. Lakin nəzərə alınmamışdır ki, həmin torpaq sahəsi təkcə Gülsədəf Cəfərovaya deyil, əlavə beş nəfər digər şəxslərə da məxsus olmuşdur. Bundan başqa cavabdeh vaxtı ilə məhkəmə qətnaməsi ilə anası Gülsədəfin qardaşı Sakiti və onun arvadı Dürdanəni əmlakdan məhrum etdiyini deyir. Lakin Masallı Rayon Məhkəməsinin 12 iyun 2007-ci il tarixli, 2-321/2007 saylı qətnaməsindən görünür ki, əslində mübahisənin premeti mülkiyyətdən məhrum etmə deyil, iddiaçı X5 cavabdehlər olan oğlu X31 və gəlini X14 Masallı şəhəri C.Cabbarlı küçəsində yerləşən 18 saylı evdən pasport qeydiyyatından çıxarılması və cavabdehlərin həmin evdə yaşamaq hüquqlarına xitam verilməsi olmuş və iddia yalnız həmin məsələlərə münasibətdə təmin edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin ediməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının valideynləri və iddiaçının özü 30 ildir həmin evdə yaşamırlar. İddiaçı daim ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamışdır. O isə anasının yanında heç kim olmadığından özünə məxsus evini sataraq anasının yanına köçmüş və anasının son gününə kimi ona qulluq etmişdir. Bu səbəbdən anası ölümündən bir qədər əvvəl evi və torpaq sahəsini ona vəsiyyət etmişdir. Bundan başqa Masallı Rayon Məhkəməsinin qərarı ilə qardaşı Sakit və onun həyat yoldaşı anası tərəfindən mülkiyyətdən məhrum edilmişlər. Həmin vəsiyyətnaməni və qətnaməni məhkəməyə təqdim etmişdir. Anası öldükdən sonra miras əmlakla bağlı sənədləşmə işlərinin aparılması üçün Masallı şəhər ərazi nümayəndəliyində işləyən Vurğun adlı şəxsə müraciət etmiş, Vurğun da ona anasının öldüyü gündən 6 ay gözləməsini demiş, daha sonra isə alınmış arayış əsasında vərəsəlik işini həll etmiş, əmlaka dair çıxarış almışdır. Arayışa mərhum qardaşının uşaqlarının adlarının salınmaması isə düzgün olmuşdur. Belə ki, həmin əmlakın onlara heç bir aidiyyatı yoxdur. Lakin əmlak satıldıqdan sonra əldə ediləcək puldan qardaşı uşaqlarına vermək fikri vardır. Digər cavabdehlər Masallı Regional “ASAN Xidmət Mərkəzi”ndə Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş olsa da, təşkilatlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdeh təşkilatların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: A.Səlimov), iddianın təmin edilməsi, Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 2V-571 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 1133, 1151.1, 1159.1.1, 1159.1.3 və Notariat haqqında Azərbaycan Respublikası qanunun 59-cu maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2, Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayəti müdafiə edərək, Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Masallı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1 159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X31 ilə X25 arasında 09 aprel 1988-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 49 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Cəfərova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X31 08 sentyabr 2014-cü il tarixdə miokard infarkt səbəbindən Masallı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X32 20 aprel 1989-cu ildə Masallı rayonunda anadan olmuşdur. X9, anası X15r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X33 08 iyun 1990-cı ildə Masallı rayonunda anadan olmuşdur. X9, anası X15r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, İddiaçı 27 avqust 1992-ci ildə Masallı rayonunda anadan olmuşdur. X9, anası X15r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 26 mart 2021-ci il tarixdə Beyindaxili qansızma səbəbindən Masallı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx xxxxxx 1959-cu ildə Masallı şəhərində anadan olmuşdur. X1r. İş materiallarında olan JN-621F Kod 80501004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999cu il tarixli, 027 nömrəli qərarı ilə X3, X26, X16, X27, X28 və X29 0.11 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı Rayon “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 27 iyul 2022-ci il tarixli 628 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.1933-cü ildə anadan olmuş ünvan 2 ünvanında yaşamış xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 adına xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 8V-311 nömrəli vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə 2V-571 reyestrlə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilmişdir. Vərəsəlik işində olan xx.xx.2021-ci il tarixli, 2V-571 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X5 vərəsələri Cavabdeh2dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Cəlilabad R Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X7 verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 214.09 kv/m, yaşayış sahəsi 91.02 kv/m, yardımçı sahəsi 123.07 kv/m, 5 otaqlı olan fərdi yaşayış evidən və ƏMDKY-DA DƏDRX-İN Cəlilabad R Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X7 verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsidən ibarətdir. Vərəsəlik işində olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Masallı şəhəri, C.Cabbarlı küçəsində mülkiyyətində olan 0.11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 91.02 kv.m yaşayış, 123.07 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Vərəsəlik işində olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 2949 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh2 mərhum anası X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri S.Məmmədov küçəsi ev 18 olmuş, vəfat edənədək qızı Cavabdeh2 ilə yaşamış və hazırda mərhumun Cavabdeh2 başqa vərəsələri barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş 11 may 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, X13 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən iki mərtəbəli, altı otaqlı evini və 0.10 sot həyatyanı torpaq sahəsini bərabər şəkildə qızı X10 və nəvəsi X18 vəsiyyət etmiş, bundan başqa bütün vərəsələrini vərəsəlik hüququndan mərhum etmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 12 iyun 2007-ci il tarixli, 2- 321/2007 nörməli qətnaməsindən görünür ki, cavabdehlər X31 və X2 Gülsədəf Balaş qızının xüsusi mülkiyyətində olan və Masallı şəhəri C.Cabbarlı küçəsində yerləşən 18 saylı evdən pasport qeydiyyatdan çıxarılmaqla onların həmin evdə yaşamaq hüquqlarına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinəuyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Hazırkı işdə hər iki instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 1133, 1151.1, 1159.1 və 1159.3-cü maddələrinə istinad etmişlər. İddiaçı iddia tələbində iddia edir ki, onun atası mərhum X31 ilə anası X30 09 aprel 1988ci ildə rəsmi nikaha girmiş, nikahlarından 20 aprel 1989-cu ildə X32, 08 iyun 1990-cı ildə X33 və 27 avqust 1992-ci ildə İddiaçı (iddiaçı) anadan olmuşlar. İddiaçının X9 08 sentyabr 2014-cü ildə, nənəsi X13 isə 26 mart 2021-ci il tarixdə ölmüşlər. X5 ölümündən sonra «ASAN Xidmət» Mərkəzində Notariat Ofisində vəsərəlik işi açılmış və 15 oktyabr 2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında mərhum X4 miras qalmış Masallı şəhəri C.Cabbarlı küçəsi ev.18 də yerləşən fərdi yaşayış evi və 0.11 ha torpaq sahəsi tam hissədə mərhumun qızı Cavabdeh2 adına keçirilmiş, daha sonra Cavabdeh2 həmin şəhadətnamə əsasında qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış almışdır. Hazırda iddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında alınmış çıxarışın etibarsız hesab edilməsini istəyir. İddiasının hüquqi əsasını isə onunla izah edir ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən notariat ofisinə təqdim edilmsi üçün verilmiş 15 oktyabr 2021-ci il tarixli vərəsələrin dairəsi barədə arayış həqiqəti əks etdirməmiş, arayışda bibisi Cavabdeh2 ilə yanaşı mərhum X5 mərhum oğlu X20 uşaqları X21, X22 və İddiaçı (iddiaçının) adları da qeyd edilməli idi. Adları qeyd edilmədiyindən miras payı tam şəkildə bibisi Cavabdeh2 verilmişdir. Bununla da iddiaçı və onun ailə üzvlərinin miras əmlaka bağlı hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı maraqlı şəxs olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbini irəli sürərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, iş materiallarından görünür ki, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən sorğuya cavab olaraq 27 iyul 2022-ci tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmiş olması barədə məlumat verilmiş, iddia ərizəsi isə Masallı Rayon Məhkəməsinin icraatına 02 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Mülki Məcəllənin 1272-ci maddəsində qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə iddianın “Qanun üzrə vərəsəlik hüququ haqqında” 15 oktyabr 2021-ci il tarixli 2V-571 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə yuxarıdakı normalara əsasən qeyd edir ki, mərhum X20 övladları X32, X33 və İddiaçı (iddiaçı) mərhum nənələri X5 birinci növbə qanun üzrə vərəsələri hesab olunurlar. Belə ki, onlar mirasın açıldığı vaxt miras qoyan nənələrinin vərəsəsi olacaq atalarının sağ olmaması səbəbindən ölmüş valideyninə çatası paydan bərabər miras hüquqlara malikdirlər. Lakin Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda onların adları qeyd edilmədiyindən, həmçinin Cavabdeh2 tərəfindən bu barədə notariat orqanına məlumat verilmədiyindən nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçı və digər ailə üzvləri mirasdan bərabər şəkildə pay almaq hüququndan məhrum olmuşlar. Odur ki, “iddia qeyd edilən hissədə əsaslı hesab edilməlidir” qənətinə gəlməsini qanununi və əsaslı hesab edir. Kollegiya iddianın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə olan halda Mülki Məcəllənin 19-cu maddəsinin tələbi baxımından qanun üzrə vərəsəlik hüququ haqqında 15 oktyabr 2021-ci il tarixli 2V-571 nömrəli şəhadətnamə etibarsız hesab edildiyindən, öz növbəsində həmin şahədətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə görə verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab edilməlidir. Cavabdeh apellyasiya şikayətində həmçinin qətnamənin qanunsuz və əsassız olmasını bildirsə də, konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsinin həmçinin gəlinən nəticənin işin faktiki hallarına uyğun olmamasının nədən ibarət olmasını göstərməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-274/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-274/2023
31.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver