Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-276/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fazil oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: Cavabdeh Lənkəran X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu, M.S.ünvan 1 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğac yenisi ilə əvə olunmuşdur. Sayğac küçədədir. Abonent İddiaçı tərəfindən akt imzalanmamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 07 yanvar 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu, M.S.ünvan 1 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən paylayıcı xətt keçir. Baxış keçirilməsi üçün heç bir şərait yaradılmamışdır. Hasarın bir hissəsində gözlə görünən yerdən paylayıcı xəttin üzərində qeyri qanuni sayğacdan kənar rezin boru aşkar edilmişdir. Qapı aşılmamış və abonent cavab verməmişdir. Abonent İddiaçı tərəfindən akt imzalanmamışdır. “Dəymiş ziyanın bərpasına dair” 30 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün PQ-4 qaz sobası üçün saatlıq qaz sərfi 1,5 kub.metr olmaqla 4 X 12 X 360= 17280 kub.metr qaz itkisinə görə borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən, abonent İddiaçı 2.073,60 manat borc hesablanmışdır. Yaranmış mübahisə ilə bağlı cavabdeh tərəfindən sayğacdan kənar qanunsuz xəttin aşkar edilməsi barədə məhkəməyə təqdim edilmiş videoçəkilişə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman həmin videogörüntüdə qanunsuz qoşulmanın İddiaçı tərəfindən icra olunması, o cümlədən həmin xəttin məhz onun evinə çəkilməsi müşahidə edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 dekabr 2023-cü il tarixli ******* saylı aktının ləğv edilməsi və həmin akt əsasında istehlakçı kimi ona hesablanmış 17.280 kub metr qaz sərfiyyatı üzrə 2.073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. **********00000 saylı kodlu Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kimi qeydiyyatdadır. İstehlak etdiyi qazın dəyərini hər ay olmaqla vaxtında ödəyir və ara-sıra maddi sıxıntıları olduqda az miqdarda borcu yaransa da, sonradan borcunu ödəyir. Bu yaxınlarda əraziyə nəzarət edən qaz idarəsinin əməkdaşı ona 28 dekabr 2023-ci ildə 17.280 kub metr əlavə sərfiyyat yazıldığını və həmin sərfiyyata görə hesablanmış 2.073,60 manat borcun da onun tərəfindən ödənilməli olduğunu bildirib. Bundan sonra iddiaçı qaz idarəsinə müraciət edib və ona sənədlərin surətləri təqdim olunandan sonra məlum olub ki, Cavabdeh X1 X5 İdarəsi onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023- cü il tarixli ******* saylı akt tərtib edərək güya ona məxsus olan qaz sayğacının yoxlanması zamanı sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması aşkarlandığından ona 17.280 kub metr əlavə qaz sərfiyyatı yazılmaqla borcu 2.073,60 (iki min yetmiş üç manat 60 qəpik) manat məbləğində artırılmışdır. Aktda qeydolunmuşdur ki, güya o, qapını açılmayıb. Onun iştirakı təmin edilmədən, ona məlumat verilmədən barəsində akt tərib edilmişdir. Aktı 12 iyun 2024-cü il tarixdə ona veriblər. Həmin aktın surətinin təsdiq edilməsi tarixinə nəzər yetirilsə, aydın görünə bilər. Həmin akt və akt əsasında yazılmış borc qanunsuz və əsassız olduğundan borcun silinməsi üçün cavabdehin yerli regional idarəsinə gedib bu barədə xahiş etsə də, orada rəhbər işçilər ona şifahi olaraq bildiriblər ki, onlar özləri həmin aktı ləğv edə və borcu silə bilmirlər. Həmin akt yalnız məhkəmə qaydasında ləğv olunacaqsa, bundan sonra həmin akt əsasında yazılmış borc da silinər. Ona görə də Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında istehlakçı kimi ona hesablanmış 17.280 kub metr qaz sərfiyyatı üzrə 2.073,60 manat borcun silinməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, yaşadığı ünvanda heç vaxt sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməmişdir. Bu hal cavabdeh təşkilatın əməkdaşları tərəfindən sübuta yetirilmədən ona əsassız olaraq əlavə borc hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, istehlakçı İddiaçı istifadəsinə verilmiş sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmış və şəkilləri çəkilmişdir. Abonentin qapısı bağlı olduğu üçün əməkdaşlar həyətə daxil ola bilməmişlər. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 17280 m3 olmaqla İddiaçı abonent hesabına 2073 manat 60 qəpik pul hesablanmışdır. Sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulması ilə əlaqadar İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir və onun barəsində inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqadar hərhansı orqana müraciət edilməmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia təmin edilmiş, cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında 17.280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2.073,60 manat məbləğində borc məbləği silinməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə, 13-cü maddəsinin 8-ci, bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011 -ci il tarixli 80 saylı qərarının 6.5-ci, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-2, 6.5-3, 6.5-4-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1, 88, 217.4-cü maddələrinə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçı tərəfindən kənar qoşulma halı sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz göndərmiş, etirazında qeyd etmişdir ki, həmin akt onun iştirakı olmadan tərtib edilmiş, onun tərtib edilməsi ilə bağlı da ona heçbir məlumat verilməmiş, lakin həmin aktla tanış olduqdan sonra məlum olmuşdur ki, akt tərtib olunandan sonra guya onun tərəfindən qapı açılmamış, baxış keçirmək üçün şərait yaradılmamışdır. Bəs sual yaranır ki, nəyin əsasında və necə baxış keçirilmişdir. Bundan başqa, cavabdeh Azəriqaz İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün ENə təqdim etməli idilər. İstehlakçının, yəni onun tərəfindən qanunsuz qaza qoşulma faktında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilsəydi, Cavabdeh İB tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan yəni məndən tələb edilə bilərdi. Lakin hazırkı işin faktiki hallarından da aydın olur ki, Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, o, bu barədə məlumatlandırılmamış, ona hər hansı məlumat verilməmişdir. Onun təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlər görülməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları 15 yanvar 2025-ci il tarixdə keçirilmiş apellyasiya baxışında iştirak etmiş İddiaçı cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir, Həmçinin izahatında bildirmişdir ki, yay fəslində qeyd edilən qədər qaz sərfiyatı mümkün deyildir. Sayğacdan kənar qaz istifadəsi halı olmamışdır. Görüntülərə də nəzər yetirdikdə kənar xətt müəyyən olunmur. Həmin aktı əsassız tərtib etmişlər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş, iddiaçı isə 12 fevral 2025-ci il tarixində keçirilmiş apellyasiya baxışı ilə əlaqədar teleqram göndərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsi aktın ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsinin “17.280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2.073,60 manat məbləğində borc məbləği silinməsi” hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9- cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsi “17.280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2.073,60 manat məbləğində borc məbləği silinməsi” hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-276/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərardadı ilə, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsi 07 yanvar 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. **********00000 saylı kodlu Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kimi qeydiyyatdadır. İstehlak etdiyi qazın dəyərini hər ay olmaqla vaxtında ödəyir və ara-sıra maddi sıxıntıları olduqda az miqdarda borcu yaransa da, sonradan borcunu ödəyir. Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. İş materiallarından görünür ki, iddiaçı İddiaçı qaz sayğacına zərər vurması, onun əməlinin qanuna zidd olması və iddiaçının qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqənin olması işin mötəbər sübutları ilə təsdiq edilmir, əksinə cavabdeh AR DNŞ Cavabdeh İB İddiaçı itirilmiş qazın bərpası üçün borcu və yeni qaz sayğacının dəyərini tələb etməkdə haqlı deyildir. İddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh İB apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarına əlavə olunmuş saldonu nəzərə almamışdır. Belə ki, saldoya baxış keçirilən zaman müəyyən edilir ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı yoxdur. İddiaçı onunla əsaslandırmışdır ki, evdə yaşayış olmadığından qazdan istifadə etməmişdi. Kollegiya apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən təqdim edilmiş sübutlar düzgün hüquqi qiymət vermişdir. Gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və ədalətli olmuşdur. MPM-in 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”. Belə ki, müəyyən olunmuşdur ki, qaz sayğacı həyətdən kənar yerdə yerləşir. Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən isə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, sayğaca hər hansısa bir müdaxilənin iddiaçı tərəfindən edilməsi tərtib olunan aktda və digər sənədlərlə sübuta yetirilmir. Həmçinin abonentə dair SALDO-da əks edilmiş məlumatlar yəni cavabdehin nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi nüans “əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı yoxdur” qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsinə dəlalət etmir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “17.280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2.073,60 manat məbləğində borc məbləği silinməsi” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsinin “17.280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2.073,60 manat məbləğində borc məbləği silinməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı Cavabdehnə qarşı iddia tələbi qiymətləndirilən iddia olduğundan və tələb olunan iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2467/2024 saylı qətnaməsi “17.280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 2.073,60 manat məbləğində borc məbləği silinməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-276/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-276/2025
12.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver