Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-279/2024 08.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 24 saylı Notariat Ofisinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(049)- 4277/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 24 saylı Notariat Ofisinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxlər: X7, X5 və X4 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ƏMDKnin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X1 adına Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 225.4 kv.m olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsinə dair dair verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarış və Cavabdeh1 adına verilmiş 18 mart 2023-cü il tarixli, 2V-45 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Anar Pənahov) 24 noyabr 2023-cü il tarixli, 2(049)-4277/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbində ƏMDX yanında DƏDRX publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsini formal olaraq cavabdeh kimi qeyd etməmişlər, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın aid olduğu evin və torpaq sahəsinin Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşdiyinə görə də iddia ərizəsini Lənkəran Rayon Məhkəməsinə verməmişlər. Hazırkı, işdə Cavabdeh1 onlara məxsus fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə çıxarış almaq üçün ilkin olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarənin əməkdaşları da mübahisəli evi və evin yerləşdiyi torpaq sahəsini müayinə etmədən çıxarış vermişlər. Bütün bunlardan onların heç bir xəbərləri olmamışdır. Cavabdeh1 həmin çıxarışı Lənkəran şəhərində yerləşən və hüquqi ünvanı Lənkəran şəhəri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən almış və ondan sonra Bakı şəhərinə gedərək digər hərəkətləri etmişdir. Yuxarıda qeyd etdiyi kimi iş üzrə cavabdehlərdən olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin hüquqi ünvanı da ünvan 5rləşdiyi üçün onlar formal olaraq deyil, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respblikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmənin isə iddia ərizəsini Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsini əsas götürərək geri qaytarması qanunvericiliyin tələbinə uyğun deyildir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(049)-4277/2023 saylı qərardadı ilə şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilməli və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 24 saylı Notariat Ofisinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və qərardadını onunla əsaslandırmışdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin predmetini təşkil edən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın aid olduğu ev və torpaq sahəsi Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşsə də, həmin torpaq sahəsi və evlə bağlı yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması və s. bu kimi prosessual hərəkətlərin yerinə yetirilməsinə ehtiyac olmadığından işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, işin hərtərəfli və obyektiv həll edilməsi üçün iddia tələbinə iş üzrə cavabdehlər Cavabdeh1, Bakı şəhəri, 24 saylı notariat ofisinin, müstəqil tələb irəli sürməyən 3-cü şəxlər: X7, X5 və X3 rəsmi qeydə alındıqları yer üzrə məhkəmədə baxılması daha məqsədəmüvafiqdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Məhkəmə Kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İddiaçının şikayətinin əsas dəlili odur ki, Cavabdeh1 onlara məxsus fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə çıxarış almaq üçün ilkin olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarəsinin əməkdaşları da mübahisəli evi və evin yerləşdiyi torpaq sahəsini müayinə etmədən çıxarış vermişlər. Bütün bunlardan onların heç bir xəbərləri olmamışdır. Cavabdeh1 həmin çıxarışı Lənkəran şəhərində yerləşən və hüquqi ünvanı Lənkəran şəhəri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsindən almış və ondan sonra Bakı şəhərinə gedərək digər hərəkətləri etmişdir. Yuxarıda qeyd etdiyi kimi iş üzrə cavabdehlərdən olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin hüquqi ünvanı da ünvan 5rləşdiyi üçün onlar formal olaraq deyil, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi ilə cavabdehlərdən birinin qeydiyyatda olduğu Lənkəran Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə Kollegiyası şikayətin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, hazırkı iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq düzgün verilmişdir. Belə ki, iddiaçı iddianı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin hüquqi ünvanı üzrə vermişdir. Bunlara əsasən də, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərək, işə baxmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-4277/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-279/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-279/2024
08.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver