Məhkəmə qərarları › İş №2(106)-285/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-285/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-285/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X* iştirakı ilə, İddiaçı X* üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə və qarşı Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2- V/969 nömrə ilə qeyd edilmiş 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X* üçüncü şəxs qismində cəlb edilməklə Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2-V/969 nömrə ilə qeyd edilmiş 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, o, *9.08.*964-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuşdur. X5, anası X6 olmuşdur. O, ailə quraraq həyat yoldaşını atası evinə gətirmiş, uşaqları orda anadan olmuş və orada pasport qeydiyyatında durmuşlar. X5 3*.08.2005-ci ildə vəfat etmişdir. Atası öldükdən sonra onun məlumatı olmadan atasına məxsus ev anası tərəfindən öz adına rəsmiləşdirilmişdir. Bundan yalnız anasının məhkəməyə müraciət etdikdən sonra məlumatı olmuşdur. Belə ki, anası məhkəməyə müraciət edərək onların pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Bundan sonra X*8 Xidmət mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik işinin təsdiq olunmuş surətini almışlar. Məlum olmuşdur ki, anası yeganə vərəsə kimi qeydiyyatdan keçmişdir. Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi ” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2-V/969 nömrə ilə qeyd edilmiş, “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir. Həmçinin və Cavabdeh2 xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi açılmışdır. Həmin şəhadətnamələrə əsasən çıxarış almışdır. Bunlara baxmayaraq atası Abduləli Şirinovun birinci dərəcəli vərəsəsidir. Bununla belə birinci dərəcəli vərəsə olmasına baxmayaraq anası tərəfindən istifadə hüququnun itirilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd olunan əmlakdan vərəsə kimi ona da pay düşür. Ona görə də Kürdəmir rayon Dövlət notariat konturu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə və üçüncü şəxs X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat; Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsi (Hakim: Müseyib Bayramov) ilə, İddiaçı X7 üçüncü şəxs qismində cəlb edilməklə Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə qarşı Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reystrdə 2-V/969 nömrə ilə qeyd edilmiş 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Cavabdeh2 xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reystrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33, **34, **45, **59 və *243-cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun vərəsə olaraq hüquqları pozulmaqla yanaşı, üstəlik, anası tərəfindən ona və ailə üzvlərinə qarşı “Kürdəmir rayonu Atakişili kəndində olan fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi tələbi”nə dair məhkəmədə iddia qaldırılmışdır. Bunlara baxmayaraq, o, vəfat etmiş X5nun birinci növbədə olan vərəsəsidir, atasından miras qalmış Kapital Bank” ASC-də olan *347 saylı əmanət hesabındakı pul vəsaitinin yarı hissəsindən, həmçinin, Kürdəmir rayonu Atakişili kəndində yerləşən ümumi sahəsi 76.90 kv.m olan fərdi evinin yarı hissəsindən, eyni zamanda, 0.07 ha həyətyanı torpaq sahəsinin yarı hissəsindən birinci növbədə olan vərəsə, anası X3 düşən pay qədər, ona də miras payı düşür və bu pay, məhkəmə qaydasında ona verilməlidir. Bu səbəbdən də, Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2-V/969 nömrə ilə qeyd edilmiş 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Odur ki, kollegiyadan Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X7 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehlər Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası MPM-in 372.*-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəlləsinin; **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. **46-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. **33.* və **33.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **34.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **5*.* və **5*.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. **59.*-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). **59.*.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. *243.*, *243.2 və *243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, X3 əri X9 ölümündən sonra vərəsəlik şəhadətnaməsi verilərkən qanunun tələblərinə riayət etmiş, X7 əri X** vəfat etdikdən sonra qanuni vərəsə kimi mirası qəbul edib idarə etdiyindən haqlı olaraq onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə həmçinin İddiaçı mübahisəli miras əmlakdan məcburi pay hüququn olduğunu da qeyd etsə də, buna münasibətdə də, iddia tələbinə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş və bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Odur ki, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı hallar üzrə aparılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə olan sübutlarla əlaqəli tədqiq edərək müəyyən edir ki, iddiaçı iddia tələbini cavabdeh Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə qarşı yönəltməklə, Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2- V/969 nömrə ilə qeyd edilmiş 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Cavabdeh2 xüsusi notariusu X*7 tərəfindən V- 966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini mübahisələndirir. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Kollegiya İddiaçı iddia tələbi ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən edir. Belə ki, işə əlavə olunmuş Kürdəmir rayon Atakişili kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli X** 3*.08.2005-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş və Cavabdeh* dövlət notariusu E.Hüseynov tərəfindən təsdiq edilmiş 23.08.20*2-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.08.2005-ci ildə ölmüş X9 arvadı X6 onun qanun üzrə vərəsəsi təyin edilmişdir. İşə əlavə olunmuş və X*8 Xidmət mərkəzinin notariat ofisində təsdiq olunmuş *9.08.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.08.2005-ci ildə ölmüş X9 arvadı X6 onun qanun üzrə vərəsəsi təyin edilmişdir. İşə əlavə olunmuş 27220097*8 saylı xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X* adına Kürdəmir rayonu Atakişili kəndində 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. İddiaçının cavabdeh Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə qarşı yönəltdiyi iddia tələbindən müəyyən edilir ki, iddiaçının X5 3*.08.2005-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış 76.90 kv.m olan yaşayış evi və 0.07 ha torpaq sahəsi digər vərəsə olan anası X6 tərəfindən öz adına rəsmiləşdirilmiş və onun bundan xəbəri olmamışdır. Daha sonra anası X6 ona və ailə üzlərinə qarşı Kürdəmir Rayon Məhkəməsində “Kürdəmir rayon Atakişili kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi”nə dair iddia qaldırdan sonra, anasının özünü yeganə vərəsə kimi təqdim edərək adı çəkilən 76.90 kv.m olan yaşayış evini və 0.07 ha torpaq sahəsini miras əmlak kimi qəbul etdiyini və mülkiyyətinə dair çıxarış əldə etdiyini bilmişdir. Hesab edir ki, atasından miras qalmış 76.90 kv.m fərdi yaşayış evinin yarı hissəsindən, eyni zamanda 0.07 ha torpaq sahəsinin yarı hissəsindən birinci növbədə olan vərəsə anası X4 düşən pay qədər ona da miras payı düşür və bu pay məhkəmə qaydasında təsdiq edilməlidir. Birinci instansiya məhkəməsi “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiaçının tələbinə münasibətdə hesab etmişdir ki, X7 əri X** vəfat etdikdən sonra qanuni vərəsə kimi mirası qəbul edib idarə etdiyin ona vərəsəlik hüquqi haqqında şəhadətnamə verilərkən qanunun tələblərinə riayət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Əvvəla qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın **0-cu bəndinə əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. İş materiallarından görünür ki, X6 tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdeh*na ünvanlanmış ərizədə, yeganə vərəsə kimi Səmayə Şirinovanın adı göstərilmiş, iş üzrə digər vərəsələr İddiaçı, X8 (*2.07.20*2-ci ildə vəfat etmişdir), Məmmədova (Şirinova) Süsən Abduləli qızının, Umudova (Şirinova) Aygün Abduləli qızının və X*0 (2000-ci ildə vəfat etmiş və 2 övladı vardır) adı qeyd olunmamışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 225.*-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. **62-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. İş materiallarından müəyyən olunur ki, X** vəfat etdikdən sonra ondan vərəsəlik qaydasında miras qalan Kürdəmir rayon Atakişili kəndində yerləşən fərdi yaşayış evi və "xxxx" ASC-də *347 saylı əmanət hesabındakı pul mərhumun vəfatından əvvəl birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklardan X4 çatası hissəsi istisna olmaqla həmin əmlakın vərəsəlik qaydasında bölünməsi məsələsi həll edilməli idi. Kollegiya həmçinin onu da nəzərə alır ki, X*2 2000-ci ildə vəfat etsə də onun 2 övladı vardır və həmin şəxslərdə ölənin vərəsəsi kimi qəbul edilib vərəsəlik haqqında şəhadətnamədə adları qeyd edilməli idi. Belə ki, Mülki Məcəllənin **59.*.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində bu halları araşdırmamış, iş üzrə digər vərəsələrin olub-olmadığını müəyyən etməmiş, İddiaçı isə mirasda məcburi payı olduğunu qeyd edərək dolayı yolla onun mübahisəli əmlak üzrə vərəsə olduğunu qəbul etsə də vərəsəlik şəhadətnaməsinin niyə yalnız X2 adına verildiyini düzgün tədqiq etməmişdir. İkincisi vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Üçüncüsü vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə *246;*256) rəsmiləşdirilməlidir. Dördüncüsü mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin *27*-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin *268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin *30*-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Hazırki işin mübahisəsiz halından da görünür ki, İddiaçı birinci növbə vərəsə kimi atası vəfat etdikdən sonra mirasda məcburi payından imtina etməsi ilə bağlı hər hansı iradə ifadəsini göstərməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Belə olan halda X2 vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət ərizəsində digər vərəsələrin, o cümlədən İddiaçı adını göstərməməsi, Cavabdeh2 xüsusi notariusu X*7 tərəfindən reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə verilərkən mübahisəli əmlak üzrə digər vərəsənin olub-olmamasını aydınlaşdırmaması, nəticədə İddiaçı və digər vərəsələrin vərəsə kimi kənarda qalmasına səbəb olmuşdur ki, bu hal Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*7 tərəfindən V- 966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.” Digər tərəfdən kollegiya iddiaçının Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2- V/969 nömrə ilə qeyd edilmiş, “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, həmin tələb də əsaslı sayılıb təmin edilməlidir. Belə ki, iddiaçının həmin hissədə tələbi ona yönəlmişdir ki, atası vəfat etdikdən sonra miras qalmış "xxxx" ASC-də *347 saylı əmanət hesabındakı pul onun xəbəri olmadan vərəsəlik şəhadətnaməsinin verilməsi yolu ilə X6 həmin hesabdakı pul vəsaitini almışdır. İddiaçı iddia tələbinə sübut növü olaraq 2- V/969 nömrəli vərəsəlik şəhadətnaməsini və həmin tələblə bağlı vərəsəlik hüquqi haqqında şəhadətnaməni və X2 ərizəsini əlavə etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Səmayə Şirinova da apellyasiya məhkəmə baxışındakı izahatında da həmin pulu vərəsəlik qaydasında qəbul etdiyini və X9 vəfatından sonra yasla bağlı zəruri xərclərə yönəltdiyini bildirmişdir. Ona görə də kollegiya həmin hissədə də iddia tələbini əsaslı sayır və əlavə olaraq da bildirir ki, gələcəkdə vərəsəlik qaydasında əmlakın bölgüsü ilə bağlı iddia verilərsə X9 vəfatından sonra ondan miras qalan Kapital Bank” ASC-də *347 saylı əmanət hesabındakı pulun yasın zəruri xərcləri ilə bağlı istifadə olunmuş hissəsi nəzərə alınmaqla vərəsələr arasında bərabər bölünməlidir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, “birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və onun vərəsə kimi payı olduğu halda ona pay verilməmiş, odur ki, hesab edir ki, Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2- V/969 nömrə ilə qeyd edilmiş, 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə” və X* adına Kürdəmir rayonu Atakişili kəndində 0,07 ha torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh2 xüsusi notariusu X*7 tərəfindən V- 966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə etibarsız hesab edildiyindən həmin şəhadətnamə əsasında verilmiş 27220097*8 saylı xx.xx.2022-ci il tarixli çıxarışda etibarsız hesab edilməlidir”. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlili olan və xahiş hissəsində qeyd etdiyi - “şəhadətnamə əsasında verilmiş 27220097*8 saylı xx.xx.2022-ci il tarixli çıxarışda etibarsız hesab edilməlidir” dəlili ilə bağlı qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində məhkəmə baxışı mərhələsində MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə iddia ərizəsinə əlavə etmiş, lakin birinci instansiya məhkəməsi verilmiş tələbin MPM-inin tələblərinə uyğun, yəni iddiaçının işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa hüququ olduğu halda iddiaçı bu hüququndan istifadə etmədiyindən, hazırda isə tələbin həcminin artırılması üçün əsasların məhkəmə baxışı mərhələsində yaranmadığından protokol qərarı ilə iddia ərizəsinə əlavəni icraata qəbul etməkdən imtina etmiş, iddiaçı isə bunu mübahisələndirməmiş, məhkəmə haqlı olaraq iddiaçın ilkin verdiyi iddiası üzrə məhkəmə baxışını davam etdirmişdir. Kollegiya onu da diqqətdən qaçırmır ki, iddiaçı iddia tələbinin məzmununda onun da vərəsə olmasını və ona da miras payı verilməsini qeyd etsə də, o, iddianın xahiş hissəsində yalnız Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2- V/969 nömrə ilə qeyd edilmiş, 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə” və X* adına Kürdəmir rayonu Atakişili kəndində 0,07 ha torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh2 xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə etibarsız hesab edilməsini məhkəmədən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında qeyd olunur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə o, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin *256-cı maddəsinə müvafiq olaraq vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə edə etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı bu hüquqdan imtina etməyib, bu hüququnun həyata keçirilməsi üçün Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan *32*-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Mülki Məcəllənin *325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, 26 dekabr 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.*, *4.2, 88 və 2*7.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya iş üzrə yekun hüquqi dəyərləndirmə apraraq belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı X* üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir rayon Notariat kontoruna, X*8 Xidmət mərkəzində Notariat ofisinə və qarşı Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2- V/969 nömrə ilə qeyd edilmiş, 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.*.*, 385.*.2, 385.*.3 və 385.*.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin *07 və **9.*-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)680/2023 saylı, *7.07.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*5 tərəfindən verilmiş, reyestrdə 2- V/969 nömrə ilə qeyd edilmiş 23 avqust 20*2-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə” və X* adına Kürdəmir rayonu Atakişili kəndində 0,07 ha torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh2 xüsusi notariusu X*7 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reyestrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar