Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-287/2025 09.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış ziyanın azaldılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(050)-1885/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin X3 istismarı İdarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 35.040 kub metr dəymiş ziyana görə hesablanmış 4200 (dörd min iki yüz) manat borcun azaldılaraq 500 (beş yüz) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(050)-1885/2024 saylı qətnaməsi ilə (hakim E.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4200 (dörd min iki yüz) manat sərfiyyat məbləğinin azaldılaraq 525 (beş yüz iyirmi beş) manat miqdarında müəyyən edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh İB isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 1085/2023 saylı, 07 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov) İddiaçı Cavabdeh İB X3 İstismarı İdarəsi tərəfindən adına tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-413/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-1085/2023 saylı, 07 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırkı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Masallı rayonu, Çaxırlı kəndində yaşayır, yaşadığı ev təbii X1 uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Abonentin saldosunda həmin ödənişlər əks olunmuşdur. Hər ay istifadə etdiyi qazın dəyərini ödəmişdir. Qaz sayğacı onun həyətindən kənarda yerləşdirilmiş, sayğaca nəzarəti qaz paylayıcı Cavabdeh İB-nin nümayəndəsi həyata keçirir, hər ay iki dəfə yoxlayır və bildiriş verir. Qeyd edir ki, Cavabdeh İB X3 İstismarı İdarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında guya sayğacdan kənar təbii qazdan istifadə halı müəyyən etmişlər. xx.xx.2023-cü il tarixli tələbnamə əsasında 35040 kub/metr ziyan hesablanmış və ondan ödənilməsi tələb olunmuşdur. O, həmin aktdan məhkəməyə şikayət etmiş, lakin qüvvədə qalmış və etibarsız hesab olunmamışdır. Hazırda isə tələbini dəyişmişdir. Hesab edir ki, dəymiş ziyan həddindən artıq çox hesablanmışdır, hazırda tələbinin predmeti tamamilə fərqli iddiadır və buna görə də hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, uzun illərdir ki, o, qazdan istifadə edir, hər ay qaz idarəsinin əməkdaşları sayğaca baxış keçirirlər, onlar əgər müdaxilə və ya kənar xətt vardısa, bunu görə bilərdilər. 3 ay ərzində 35040 kub metr, yəni 4200 manat dəyərində qaz istifadə etməsi üçün gərək onun istixanası və ya kərpic zavodu olardı. Heç ümumiyyətlə kənd yerində 1 il ərzində 4200 manat qazın işlədilməsi mümkün deyildir, qaz əsasən 4 ay işlənir, yay aylarında isə ayda 5-10 manat arası qaz sərfiyyatı olur. Bir il 12 aydır və hazırda hesablanan borc 4200 manat, aylara bölsək, hər aya 350 manat pul hesabianır ki, belə sərfiyyat mümkün deyildir. Yay, yaz və payız aylarında hər ay 350 manat heç kombi olan evlərdə qaz işlənmir, qaldıki onun evində hər ay 350 manat qaz işlənməsi mümkün deyildir. Dəymiş ziyanın məbləği real və ağlabatan olmalı, ziyanla nəticə arasında səbəbli əlaqə olmalıdır. Lakin göründüyü kimi dəymiş ziyanın məbləği real deyildir. Qaz idarəsinin əməkdaşları 1 il ərzində kənar xətt vardısa 3 ay ərzində həmin xətti görə bilərdilər, ümumiyyətlə “X1” əsasən dəymiş ziyanın məbləği maksimum 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi, lakin 1 illik müddət hesablanmışdır. Həmçinin, onun əvvəlki dövrə münasibətdə sərfiyyatı, qaz sayğacının tipi, istifadə etdiyi qurğular və markalar hamısı nəzərə alınmaqla dəymiş ziyan hesablanmalıdır. O, dəymiş ziyanın real olmadığını və çox artıq məbləğdə hesablandığını fikirləşir. Əgər ehtiyac olarsa məhkəmə ekspertiza keçirməli və dəymiş ziyanın real məbləği müəyyən olunmalıdır. Həmçinin, tələbnamədən görünür ki, 365 gün müddətin hansı əsasla hesablanması, kənar xəttlə hansı qurğuların quraşdırılması və 35.040 kub metr ziyanın hansı əsasla hesablanması barədə heç bur qeyd və sübut yoxdur. Bu onu göstərir ki, dəymiş ziyan düzgün hesablanmamışdır. Göründüyü kimi iddiaçı eyni tərəfə qarşı eyni əsasla və eyni predmetlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. İş üzrə qanuni qüvvəyə minmiş qətnamə, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 35.040 kub/metr dəymiş ziyana görə 4200 manat borcun azaldılaraq 500 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvədə olan Masallı Rayon Məhkəməsinin 2(050)-1085/2023 saylı, 07 iyul 2023cü il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh İB X3 İstismarı İdarəsi tərəfindən adına tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə əvvəlki tələbdə Cavabdeh İB X3 İstismarı İdarəsi tərəfindən tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun (qeyd edilməlidir ki, 35040 kub metr itirilmiş qazın məbləği 4200 manat təşkil edir) silinməsi barədə iddianı rədd etdiyi halda, yenidən iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə iddiaçının Cavabdeh İB X3 İstismarı İdarəsi tərəfindən tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun (qeyd edilməlidir ki, 35040 kub metr itirilmiş qazın məbləği 4200 manat təşkil edir) silinməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə çıxarırsa, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə iddiaçının adına hesablanmış 4200 manat borcun qanuni əsaslarla hesablandığını əsaslı hesab etmişdir. Qeyd edilməlidir ki, eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə iddiaçının adına hesablanmış 4200 manat borcun qanuni əsaslarla hesablandığını əsaslı hesab edilmişsə bu səbəblə də ilkin iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnamələri hüquqi və məntiqi zərurət olaraq həmin borcun qanuni əsalarla hesablandığı məsələsini əhatə etmişdir. Məhkəmə icraatında iddiaçı tərəfindən iddia ərizəsini dəyişərək ziyana görə hesablanmış 4200 (dörd min iki yüz) manat borcun azaldılaraq 500 (beş yüz) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etməsi yeni əsasla qaldırılmış iddia kimi heç bir əhəmiyyət kəsb etmir. Yəni hazırkı iddianı yeni əsasla qaldırılmış iddia kimi qiymətləndirmək olmaz. Məhkəmə tərkibi hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apelyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(050)-1885/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(050)-1885/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB”-nin X3 istismarı İdarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 35.040 kub metr dəymiş ziyana görə hesablanmış 4200 (dörd min iki yüz) manat borcun azaldılaraq 500 (beş yüz) manat müəyyən olunması barədə iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-287/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-287/2025
09.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver