Məhkəmə qərarları › İş №2(106)-299/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-299/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-299/2025 23.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Cavabdeh 7689,80 manat məbləğində sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 96,90 manat və xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 7787,10 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi tələbinə dair iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1207/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi İşin halları İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7689,80 manat məbləğində sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 96,90 manat və xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 7787,10 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı “X2 Exports B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 06 fevral 2023-cü il tarixli AS-H 054/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, 99-PJ282 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni 14 avqust 2023-cü il tarixdə Astara şəhəri, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Həmin yolnəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, 99-PJ282 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 12689,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 14 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Vaz 21101” markalı, **-SX- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. 05 dekabr 2023-cü il tarixli 1784/23 nömrəli geriyə tələb məktubu ilə müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 7689,80 manat məbləğində pul vəsaitinin iddiaçı Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb olunur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1207/2024 saylı qətnaməsi ilə (Hakim E.Əmirəliyev) iddia təmin edilmiş, Cavabdeh 7689,80 (yeddi min altı yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 96,90 (doxsan altı manat doxsan qəpik) manat və xidmət haqqına görə 0,40 (sıfır manat qırx qəpik) manat olmaqla, cəmi 7787,10 (yeddi min yeddi yüz səksən yeddi manat on qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİKCTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə sığortalı “X2 Exports B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 06 fevral 2023-cü il tarixli AS-H 054/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni 14 avqust 2023-cü il tarixdə Astara şəhəri, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 12689,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 14 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininmülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. 05 dekabr 2023-cü il tarixli 1784/23 nömrəli geriyə tələb məktubu ilə müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 7689,80 manat məbləğində pul vəsaitinin iddiaçı Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb olunur. Hazırda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, sığortalanmış “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni 14 avqust 2023-cü il tarixdə Astara şəhəri, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Həmin yolnəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 12689,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 14 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Vaz 21101” markalı, **-SX- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininmülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. 05 dekabr 2023-cü il tarixli 1784/23 nömrəli geriyə tələb məktubu ilə müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 7689,80 manat məbləğində pul vəsaitinin iddiaçı Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb olunur. Hazırda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, Cavabdeh 7689,80 manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 96,90 manat dövlət rüsumu və 0,40 manat Bank xidmət haqqı da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1108.1, 936.1, 936.2, 1114.1-ci maddələri, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 sentyabr 2023-cü il tarixli ziyan aktına və Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-9/5267/2024 nörməli ekstpert rəyinə istinad etmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi ziyan aktı və məhkəmənin istinad etdiyi ekspert rəyi tam və obyektiv olmamışdır. Belə ki, ekspert rəyi tərtib edən zaman "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 sentyabr 2023-cü il tarixli ziyan aktına istinad etmişdir. "xxxx" ASC tərəfindən verilən ziyan aktı iddiaçı tərəfin xahişi və istəyinə uyğun olaraq həmin avtoservis tərəfindən tərtib edilmişdir. Belə olan halda həmin ziyan aktı və onun əsasında verilən ekspert rəyi obyektiv ola bilməz. Çünki maddi ziyan dəymiş «Volksvagen Polo» minik markalı avtomobilinin hadisə zamanı çəkilmiş foto şəkillərindən də görünür ki, avtomobilə dəymiş ziyanın məbləği qat-qat artıq hesablanmışdır. Yəni, avatomobilə dəymiş ziyana görə onun sıradan çıxmış detallarının qiyməti real bazar qiymətinə uyğun deyil, ondan iki-üç dəfə artıq qiymətə hesablanmışdır. Bundan başqa Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli rəyində məhkəmə tərəfindən qoyulmuş suallara tam və obyektiv deyil, nəzəri hesablama yolu ilə cavab verilmişdir. Belə ki, ekspert həmin rəyində, nəzəri hesabala yolu ilə, iş materiallarında "xxxx" QSC tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə almaqla yekun nəticəyə gəlmişdir. Belə olan halda ekspert rəy tam və obyektiv hesab edilə bilməz. Çünki, ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspert tədqiqat obyektini birbaşa müayinə etməklə rəy verməlidir. Ekspert hansısa bir ehtimal üzərinə, hansısa bir ziyan aktına və hansısa bir görüntüyə baxmaqla deyil, birbaşa tədqiqat obyektini müayinə etməklə rəy verməli idi. (Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 7-ci maddəsi) Hazırki iş üzrə ekspert aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti öz müstəqilliyi prinsipinə əməl etməyərək ehtimala əsasən rəy verməklə vəzifəsini layiqincə yerinə yetirməmişdir. Hazırki iş üzrə məhkəmə ekpsert rəyini elan edən zaman özü də həmin rəyin obyektiv deyil nəzəri hesablama yolu ilə verildiyini bildiyi halda təkrar ekspertiza təyin etməmişdir. Bundan başqa məhkəmə tərəfindən həmin ekspert rəyi ona rəsmi qaydada təqdim edilmədiyi üçün həmin rəyin mübahisələndirə və onun əsassızlığı barədə məhkəməyə etirazını bildirə bilməmişdir. Daha doğrusu təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verə bilməmişdir. Ona görə də iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli və yenidən rəy alınmalıdır. Ekspertin ədalətli və obyektiv rəy verilməsi üçün onun qarşısında əlavə suallar qoyulmalıdır. Məhkəmə yalnız iddiaçının formal mülahizələrinə və Azərbaycan Automobiles” QSC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən ekspert qarşısında suallar qoymuşdur. Ona görə də Cəlilabad Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-(073)-1207/2024 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Qüsur aktı tərtib edilən zaman orada olmamışdır. Belə ki, bu barədə ona bildiriş göndərilmiş, lakin şirkətə yaxınlaşdığı zaman avtomobilin artıq təmir edildiyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Belə ki, rəy vizual baxış əsasında tərtib edilmişdir. Qüsur aktı tərtib edilən zaman cavabdeh iştirak etməsə də, bu barədə ona bildiriş göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 899.1.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-(073)-1207/2024 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1207/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1207/2024 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh 3052 (üç min əlli iki) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 96,90 (doxsan altı manat doxsan qəpik) manat və xidmət haqqına görə 0,40 (sıfır manat qırx qəpik) manat olmaqla, cəmi 3149,30 (üç min yüz qırx doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı iddiaçı "xxxx" ASC-dən, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİKCTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7689,80 manat məbləğində sığorta ödənişinin, ödənilmiş dövlət rüsumuna görə 96,90 manat və xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 7787,10 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sığortalanmış “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni 14 avqust 2023-cü il tarixdə Astara şəhəri, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 12689,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 14 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. 05 dekabr 2023-cü il tarixli 1784/23 nömrəli geriyə tələb məktubu ilə müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 7689,80 manat məbləğində pul vəsaitinin iddiaçı Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb olunur. Hazırda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İşin hallarından göründüyü kimi “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İddiaçı "xxxx" ASC ilə sığortalı “X2 Exports B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 06 fevral 2023-cü il tarixli AS-H 054/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, yəni 14 avqust 2023-cü il tarixdə Astara şəhəri, 28 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 12689,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məlum olur ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Vaz 21101” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. Hal-hazırda iddiaçı "xxxx" ASC cavabdehdən yerdə qalan ödənilməmiş 7689,80 manat sığorta ödənişi tələb etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddianı təmin edərkən "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 sentyabr 2023-cü il tarixli ziyan aktına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2024cü il tarixli, 3-16-16/2-9/5267/2024 nörməli ekstpert rəyinə istinad etmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi ziyan aktı və məhkəmənin istinad etdiyi ekspert rəyi tam və obyektiv olmamışdır. Məhkəmə tərəfindən həmin ekspert rəyi ona rəsmi qaydada təqdim edilmədiyi üçün həmin rəyin mübahisələndirə və onun əsassızlığı barədə məhkəməyə etirazını bildirə bilməmişdir. Təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verə bilməmişdir. Ona görə də iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli və yenidən rəy alınmalıdır. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 sentyabr 2023- cü il tarixli ziyan aktından görünür ki, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün təmir xidməti və ehtiyyat hissələri ümumilikdə 12689,80 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2024cü il tarixli, 3-16-16/2-9/5267/2024 nörməli ekstpert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" QSC tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Volksvagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13276 manat (Dəyişilməli hissələrin qiyməti: 10971 manat və Təmir-bərpa işlərinin qiyməti 2305 manat) müəyyən edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 299/2025 saylı qərardadı ilə iş üzrə müstəqil qiymətləndirici dəvət edilmiş qiymətləndirmənin aparılması “Mərkəzi Ekspertiza Bürosu”na həvаlə edilmiş və qiymətləndirmənin aparılmasının nəticələrinə dair rəy verilənədək iş üzrə icrааt dаyаndırılmışdır. Mərkəzi Ekspertiza Bürosu tərəfindən qiymətləndirmə tədqiqatı aparılaraq, məhkəməyə 22 may 2025-ci il tarixli, MEB/04-6274/2025 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, əzilmiş detalların dəyişdirilməsi ilə ümumilikdə bərpa üçün 3052 manat xərc tələb olunur. Qiymətləndirici rəyindəndə göründüyü kimi birinci instansiya məhkəməsi Cavabdeh 7689,80 (yeddi min altı yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində ödənişinin alınaraq iddiaçı "xxxx"nə ödənilməsi qərarında haqlı olmamışdır. Belə ki, qiymətləndirici rəyinə əsasən müəyyən olunur ki, Volkswagen Polo” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş hissələrinin detalların dəyişdirilməsi ilə ümumilikdə bərpa üçün 3052 manat xərc tələb olunur. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi tərəfindən də ekspertiza keçirilmiş, lakin ekspertiza "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən aparılmışdır. Lakin vurğulanmalıdır ki, həmin qüsur aktının hazırlanmasında cavabdehin iştirakı təmin edilməmişdir. Cavabdehin iştirakı olmadan hazırlanmış qüsur aktı birtərəfli sənəd sayılır və bu əsasda aparılmış ekspertiza qərəzli və şişirdilmiş nəticəyə səbəb ola bilər. Hal-hazırda apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddia qismən təmin edildiyindən birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın xərci iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİKCTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1207/2024 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh 3052 (üç min əlli iki) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 96,90 (doxsan altı manat doxsan qəpik) manat və xidmət haqqına görə 0,40 (sıfır manat qırx qəpik) manat olmaqla, cəmi 3149,30 (üç min yüz qırx doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı iddiaçı "xxxx" ASC-dən, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİKCTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1207/2024 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 3052 (üç min əlli iki) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 96,90 (doxsan altı manat doxsan qəpik) manat və xidmət haqqına görə 0,40 (sıfır manat qırx qəpik) manat olmaqla, cəmi 3149,30 (üç min yüz qırx doqquz manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı iddiaçı "xxxx" ASC-dən, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİKCTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar