Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-302/2023 20.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı “təbii qazdan istifadə qaydasının pozulması haqqında” aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ 2(106)-302/2023 Açar sözlər: aktın etibarsız hesab edilməsi Şirvan şəhəri, 20 fevral 2023-cü il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı “təbii qazdan istifadə qaydasının pozulması haqqında” aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(036)2384/2022 saylı qətnaməsindən cavabehin nümayəndəsi X.Ə.Salahov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İB-nin X7 İstismarı İdarəsinə qarşı «Təbii qazdan istifadə qaydasının pozulması haqqında» aktın etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə olunmasına görə X7 İstismarı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 07 fevral 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ona məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin yaşayış sahəsini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayğac qaz sərfiyyatının dövrü olaraq hesablanmasını operativ şəkildə həyata keçirtməkdən ötrü evdən kənarda bərkidilmiş və qaz sərfiyyatını qeydə alan göstərici rəqəmdəki dəyişilmənin müşahidəsi qaz paylayıcısı nəzarətçilərinə həvalə edilmişdir. Qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına yol verilməmiş və sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Cavabdeh İB Salyan Regional Qİİ-nin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 07 fevral 2022-ci il tarixli ******* saylı aktın tərtib edilməsi barədə onun məlumatı olmamış və aktın surətini almamışdır. Ona görə də, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 07 fevral 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə iddia qaldırmışdır. Cavabdeh İB-nin Salyan Regional Qİİ-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB Salyan Regional Qİİ-nin yoxlayıcıları tərəfindən qazdan istifadə qaydalarına müdaxilə olunmasına nəzarət həyata keçirilərkən İddiaçı yaşadığı İmişli şəhəri, Q.İsmayılzadə küçəsində quraşdırılmış sayğacdan (zavod nömrəsi: **********7) kənar qeyri qanuni rezin boru ilə qazdan istifadə etməsi aşkar edilmiş və sayğac şəbəkədən ayrılaraq yenisi ilə əvəz edilmişdir. Bundan sonra qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halının aşkar edilməsi barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 07 fevral 2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və abonent İddiaçı (Abonent kodu: **********00980) ilə qaz işlədicilərinin qış aylarında iş rejimində müvafiq olaraq 90 gün müddətinə yenidən hesablaşma aparılaraq 7992 kub/m sərfiyyat hesablanmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. İmişli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(036)2384/2022 saylı qətnaməsi ilə (Ülvi Qənbərov) iddia tələbi təmin olunmuş, Cavabdeh İB Salyan Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 07 fevral 2022-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməsi və həmin akta əsasən İddiaçı abonent (abonent kodu: **********00980) hesabına əlavə edilmiş debitor borcun silinməsi, Cavabdeh İB Salyan Regional Qİİ-nin hesabından 20 (iyirmi) manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən narazı olan Cavabdeh İBnin nümayəndəsi X4 apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə Qazdan istifadə qaydalarının 5.2-ci maddəsinə əsaslanaraq iddiaçının evində istismarda olan qaz sayğacının göstəricisi sonuncu dəfə qeydə alındıqdan sonra pozuntu aşkar edildiyi günədək olan bir müddət üçün, lakin ən çoxu 1 ay müddətində hesabat aparılmalı olmasını, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən 90 gün müddətinə hesabat aparılmasının qanunsuz olmasını qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı evinin qaz xətti üzərində isitsmar qaz sayğacı olduğu halda digər yerdən qanunsuz qaz xətti çəkərək qazdan istifadə etmişdir. Salyan RQİİ-nin nümayəndələri tərəfindən ayda 1 dəfə abonentlərin evində istismarda olan qaz sayğaclarının sərfiyyat göstəricilərinin oxunması həyata keçirilir. Bu zaman yalnız sayğac göstəricisi qeydə alınır, abonentin evinin qaz təsərrüfatına baxış keçirilmir. Bu səbəbdən də iddiaçının evdə sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə etməsini aşkar etmək mümkün olmamış, Azəriqaz İB tərəfindən təsdiq olunmuş Təlimata əsasən 90 gün müddətinə hesabat aparılmışdır. Məhkəmə qeyd olunanları nəzərə almamışdır. Göstərilənlərə əsasən İmişli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İşə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdehin nümayəndəsi üzürlü səbəb olmadan kollegiya iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İmişli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «Qazdan istifadə qaydalarının pozulması haqqında» 07 fevral 2022-ci il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı İmişli şəhəri, Q.İsmayılzadə küçəsində quraşdırılmış sayğac (Abonent kodu: **********00980; Sayğacın zavod nömrəsi: **********7) kənar qeyri qanuni rezin boru ilə qazdan istifadə etməsi aşkar edilmiş, abonentə öz hesabına yeni sayğac quraşdırılması qərara alınmış və qazişlədici qurğulara uyğun dəymiş maddi ziyan hesablanmışdır. İşdə olan Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən abonent İddiaçı (abonent kodu: **********00980) istifadəsində olan qaz işlədicilərinin qış aylarındakı orta günlük iş rejimində müvafiq olaraq 90 gün müddətində qaz sərfiyyatı ölçülərək 7992 kub/m hesablanmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə AR Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Yuxarda qeyd olunan hüquq normalarına əsasən qeyd edilməlidir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Cavabdeh təşkilat qaz sayğacının sərfiyyatıının uyğun olmadığı aktda qeyd etsə də, bunu məhz istehlakçı tərəfindən edilməsini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı yaşadığı İmişli şəhəri, Q.İsmayılzadə küçəsində qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentlərin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmənin qətnaməsi əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(036)-2384/2022 saylı qətnaməsi Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-302/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-302/2023
20.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver