Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-303/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X4, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(049)-1288/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzil mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan "xxxx" ASC ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli “Kirayə müqaviləsi”ndən görünür ki, kirayəyə verən Cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzili ayda 360 manat vergi ödənişi də daxil olmaqla 3 400 manat məbləğə banka kirayə verir, bank 05 ay üçün hesablanmış 17000 manat kirayə haqqını ilk 05 ay üçün hesablanmış vergi ödənişləri də hesablanmaqla cavabehə birdəfəlik ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 11 ay müddətinə bağlanmışdır. İşdə olan “Debet haqqında bildiriş”, “Hesabdan çıxarış” və ABB-nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, vergi ödənişləri çıxıldıqdan sonra cavabdehə 05 aylıq kirayə haqqı olan 14 620 manat bank tərəfindən ödənilmişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış “02” may 2023-cü il tarixli, 13 №li Kirayə müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1№li Əlavə sazişdən görünür ki, həmin Sazişin predmetini Müqaviləyə xitam verilməsi təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki, onlar arasında imzalanmış Müqaviləyə 04 avqust 2023-cü il tarixindən etibarən xitam verilsin. Həmin Sazişi imzalamaqla Tərəflər razılaşır və təsdiq edirlər ki, Müqaviləyə xitam verilən tarixə Kirayə verənin Kirayəçiyə ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. Həmin Sazişin qüvvəyə minməsi və Kirayə verənin Kirayəçiyə bu Sazişin 2.2-ci bəndində nəzərdə tutulmuş borc məbləğini ödəməsi ilə Müqavilə üzrə Tərəflərin bütün hüquq və öhdəliklərinə xitam verilir. Saziş hər iki Tərəfdən imzalandığı tarixdən qüvvəyə minir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC 5848 manat pulu Cavabdeh tələb etmiş, pretenziya qaydasına riayət etmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1244 №li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 61-ci vərəqində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il 13 № li Kirayə müqaviləsinə xitam verilməsi haqqında 27 iyul 2023-cü il tarixli Əlavə saziş № 1 adlı sənəddə “KİRAYƏ VERƏN” bölməsində ”620580 № li etibarnamə əsasında nümayəndəsi X3 (ŞA/ AZE№13607346; FİN:19MKH7P)” yazılarından aşağı hissədə yerləşən “(imza)” qrafasında olan imza - X3 və Cavabdeh qızı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış kirayə müqaviləsinə əlavə sazişə əsasən iddiaçı tərəfindən cavabdehə kirayə haqqı olaraq qabaqcadan ödənilmiş 5848 manat və dövlət rüsumuna görə ödənilmiş 78.88 manat vəsaitin, o cümlədən 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2023cü il tarixli, 13 nömrəli “Kirayə müqaviləsi bağlanmış və bu müqavilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M2583 nömrəsi ilə qeyd edilmişdir (idendifikator (barkod): **********583). Həmin “Kirayə müqaviləsi”nin 1.1-ci maddəsinə əsasən, kirayəyə verən Cavabdeh bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Müqavilənin 2-ci maddəsində göstərilən mənzili (bundan sonra - “kirayə obyekti” adlandırılacaq) kirayəçinin ("xxxx" ASCnin) istifadəsinə verməyi, kirayəçi isə kirayə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. “Kirayə müqaviləsi”nin 2.1ci maddəsinə əsasən kirayə obyekti Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət ReyestrindənÇıxarışa əsasən kirayə verənə məxsus olan və yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzil (reyestr nömrəsi: **********70-05301-093479) olmuşdur. “Kirayə müqaviləsinin” 3.1-ci maddəsinə əsasən, kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ayda vergilər daxil ümumilikdə 3400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. “Kirayə müqaviləsinin” 3.2-ci maddəsində, bu Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada kirayə obyekti təhvil-təslim aktı üzrə kirayəçiyə təhvil verildiyi tarixdən etibarən kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ilk 05 ay üçün hesablanmış vergilər daxil 17 000 manat kirayə haqqını birdəfəlik olaraq bu müqavilə imzalandığı tarixdən etibarən 10 iş günü ərzində, sonrakı hesabat ayları üzrə aylıq kirayə haqqı isə növbəti hesabat ayının ilk 10 iş günü ərzində kirayəçi tərəfindən bu Müqavilənin 3.5-ci bəndində göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilməsi müəyyən edilmişdir. “Kirayə müqaviləsi”nin 3.5-ci maddəsinə əsasən, tərəflər qarşılıqlı olaraq razılığa gəlmişlər ki, bu Müqavilə üzrə aparılan bütün ödənişlər rekvizitləri müqavilənin aşağında qeyd edilən bank hesabı üzrə (X1 bank hesabı üzrə) həyata keçiriləcək və kirayəyə verən təsdiq edir ki, kirayəçi tərəfindən kirayə haqqının aşağıdakı hesaba ödənilməsi həmin vəsaitlərin kirayəyə verənə çatması kimi qiymətləndiriləcəkdir. “Kirayə müqaviləsi”nin 3.6-cı maddəsinı əsasən, bu Müqavilənin 3.1- ci bəndində nəzərdə tutulmuş kirayə haqqı məbləğinə Kirayəyə verən tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda vergi hesablanaraq həmin məbləğdən çıxılır (ödəmə mənbəyində tutulur) və dövlət büdcəsinə ödənilir, qalan məbləğ isə Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətlərdə və qaydada İcarəyə verənə ödənilir. “Kirayə müqaviləsi”nin 3.2-ci, 3.5-ci və 3.6-cı maddələrinə əsasən "xxxx" ASC tərəfindən ilk 05 ay üçün hesablanmış vergilər daxil 17000 manat kirayə haqqı məbləğindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda - 14% olmaqla 2380 manat vergi hesablanaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmiş, qalan məbləğ isə 14620 manat xx.xx.2023-cü il tarixində ******************** nömrəli hesaba köçürülmüşdür (kirayə verənə ödənilmişdir). Bu köçürmələr “101İNTL231500502” nömrəli “Debit haqqında bildiriş”də (ödənişi təsdiq edən sənəd), ******************** nömrəli hesaba dair hesabdan çıxarışda, o cümlədən "xxxx" ASC-nin Mühasibatlıq və uçot departamentinin direktoru (baş mühasibi) tərəfindən verilmiş 6-2- 24/2-8725/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Arayış”da öz əksini tapmışdır. “Kirayə müqaviləsi”nin 6.5-ci maddəsində qeyd edilmişdir ki, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilir. Tərəflər arasında “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixində “Əlavə saziş №1” (bundan sonra - “Əlavə saziş”) imzalanmışdır. “Əlavə saziş”ə əsasən “Kirayə müqaviləsi”nə xitam verilmişdir (1-ci maddə). Belə ki, tərəflər buna əsasən razılığa gəlmişlər ki, tərəflər arasında imzalanmış “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilsin (2.1-ci maddə). “Kirayə müqaviləsi”nin 4.1.3-cü maddəsində qeyd edilmişdir ki, bu müqaviləyə hər hansı səbəbdən, o cümlədən kirayəçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, müqavilənin xitam tarixindən sonrakı müddət üçün ödənilmiş kirayə haqqını tam məbləğdə kirayəçiyə qaytarmaq kirayə verənin vəzifəsidir. “Əlavə saziş”in 2.2-ci maddəsində qeyd edilmişdir ki, bu sazişi imzalamaqla tərəflər razılaşır və təsdiq edirlər ki, “Kirayə müqaviləsi”nə xitam verilən tarixə kirayə verənin Cavabdeh kirayəçiyə ("xxxx" ASC-yə) ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. “Kirayə müqaviləsi”nin 8.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflər arasında bu müqavilə ilə bağlı və ya ondan irəli gələn mübahisələr, fikir ayrılıqları və ya tələblər (bundan sonra birlikdə «mübahisələr» adlandırılacaq) tərəflər arasındadanışıqların aparılması yolu ilə həll edilir. Tərəflər arasında danışıqların aparılması nəticəsində razılıq əldə edilmədiyi halda yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 6-2-43/2-33081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Bildiriş (müqavilə üzrə borcun ödənilməsinə dair)” göndərilmişdir. Bildirişdə, “Kirayə müqaviləsi”nə edilmiş “Əlavə saziş”ə əsasən, Cavabdeh "xxxx" ASC-yə 5848 manat borcunun mövcud olması və qeyd olunan borc məbləğinin hələ də "xxxx" ASC-yə ödənilməməsi, bunu nəzərə almaqla müqavilə üzrə öhdəliklərə uyğun olaraq müvafiq borc məbləğinin xx.xx.2023-cü il tarixinədək bildirişə əlavə olunmuş bank hesabına köçürməklə "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin tələb edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aidiyyətı üzrə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Müvafiq “Bildiriş” nəticəsiz qalmış və Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə çıxışı təqdim edərək, həmin çıxışını aşağıda qeyd olunanlarla əsalandırmışdır: İş materiallarında olan, “Vugar Babayev " mailto:contact@lider.azElektron ünvan 1 ünvanından, Elnara Heydarova mailto:elnare.heyderova@abb-bank.azElektron ünvan 2 ünvanına 17 aprel 2023-cü il tarixində, saat 19:06-da göndərilmiş, mövzusu “Port Baku menzil 608b documents” olan elektron məktubda (e-mail) qeyd edilmişdir ki, “Hörmətli Elnarə xanım, X11 608B mənzili ilə bağlı sənədləri Sizə təgdim edirəm. Mügaviləni hazır edib mənə geri göndərməyinizi xahiş edirəm. Link to chixarish https://emlak.gov.az/eemdk/az/CheckElectronExtract?id=D5C9CA213039416DB4382B2604ADB 883” Tərəflər arasında olan faktiki münasibətlərə əsasən, ehtimal edirlər ki, “Vugar Babayev" ünvanından müvafiq elektron məktubu göndərən şəxs “Vüqar A.Babayev” olmuş (mobil nömrəsi ***-***-**-**) və o, cavabdehə vasitəçilik (makler) xidmətlərini göstərmiş, sözügedən münasibətlərdə cavabdehin təmsiçisi kimi çıxış etmişdir. Onun tərəfindən iddiaçı "xxxx" ASC-nin əməkdaşı Elnarə Heydərovaya göndərilmiş həmin elektron məktubdan anlaşılır ki, həmin yazışmada söhbət tərəflər arasında bağlanılacaq müvafiq kirayə müqaviləsindən getmişdir. Belə ki, həmin elektron məktubda qeyd edilmiş rəsmi keçidə daxil olduqda həmin keçidin Cavabdeh mülkiyyətində olan mənzilin (tərəflər arasında olan kirayə müqaviləsinin obyekti olan mənzilin) reyestr çıxarışı olması məlum olur. İş materiallarında olan, Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, 18 aprel 2023-cü il tarixində, saat 11:42-də göndərilmiş, mövzusu “RE: Port Baku menzil 608b documents” olan elektron məktubda (e-mail), “Salam, Buyurun” qeyd edilmiş və müvafiq müqavilə layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinə (№13)” (bundan sonra - “Kirayə müqaviləsi”) əsasən bəlli olur ki, bu müqavilə iddiaçı "xxxx" ASC (bundan sonra - "xxxx" ASC) və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusutərəfindən təsdiq edilmiş, reyestrdə 3M-2583 nömrəsi ilə qeyd edilmişdir (idendifikator (barkod): **********583). İş materiallarında olan, Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, 02 may 2023-cü il tarixində, saat 11:32-də göndərilmiş, mövzusu “Emailing: Təhvil-təslim Mehmet-13” olan elektron məktubla (e-mail), müvafiq təhvil-təslim aktının layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün). İş materiallarında olan “Kirayə müqaviləsi”nin 1.1-ci maddəsinə əsasən, kirayəyə verən (Cavabdeh) bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Müqavilənin 2-ci maddəsində göstərilən mənzili (bundan sonra - “kirayə obyekti” adlandırılacaq) kirayəçinin ("xxxx" ASC- nin) istifadəsinə verməyi, kirayəçi isə kirayə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş kirayə haqqını kirayəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, kirayə obyekti Kirayəçi tərəfindən Kirayəçinin əməkdaşı X12 yaşayış məqsədləri üçün istifadə olunacaq. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 2.1-ci maddəsinə əsasən, kirayə obyekti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən kirayə verənə məxsus olan və yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzil (reyestr nömrəsi: **********70-05301-093479) olmuşdur. İş materiallarında olan “Kirayə müqaviləsinin” 3.1-ci maddəsinə əsasən, kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ayda, vergilər daxil ümumilikdə 3400 manat kirayə haqqı ödəməyi öhdəsinə götümüşdür. İş materiallarında olan “Kirayə müqaviləsinin” 3.2-ci maddəsinə əsasən, bu Müqavilənin 1.4cü bəndində göstərilən qaydada kirayə obyekti təhvil-təslim aktı üzrə kirayəçiyə təhvil verildiyi tarixdən etibarən kirayə obyektindən istifadəyə görə kirayəçi kirayə verənə ilk 5 ay üçün hesablanmış vergilər daxil 17 000 manat kirayə haqqını birdəfəlik olaraq bu müqavilə imzalandığı tarixdən etibarən 10 iş günü ərzində, sonrakı hesabat ayları üzrə aylıq kirayə haqqı isə növbəti hesabat ayının ilk 10 iş günü ərzində Kirayəçi tərəfindən bu Müqavilənin 3.5-ci bəndində göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 3.5-ci maddəsinə əsasən, tərəflər qarşılıqlı olaraq razılığa gəlmişlər ki, bu Müqavilə üzrə aparılan bütün ödənişlər rekvizitləri aşağıda qeyd edilən bank hesabı üzrə (X1 bank hesabı üzrə) həyata keçiriləcək və Kirayəyə verən təsdiq edir ki, Kirayəçi tərəfindən kirayə haqqının aşağıdakı hesaba ödənilməsi həmin vəsaitlərin Kirayəyə verənə çatması kimi qiymətləndiriləcəkdir. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 3.6-cı maddəsinə əsasən, bu Müqavilənin 3.1ci bəndində nəzərdə tutulmuş kirayə haqqı məbləğinə Kirayəyə verən tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda vergi hesablanaraq həmin məbləğdən çıxılır (ödəmə mənbəyində tutulur) və dövlət büdcəsinə ödənilir, qalan məbləğ isə Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətlərdə və qaydada İcarəyə verənə ödənilir. İş materiallarında olan “101İNTL231500502” nömrəli “Debit haqqında bildiriş”ə (ödənişi təsdiq edən sənədə), ******************** nömrəli hesaba dair hesabdançıxarışa, o cümlədən "xxxx" ASCnin Mühasibatlıq və uçot departamentinin direktoru (baş mühasibi) tərəfindən verilmiş 6-2-24/2- 8725/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Arayış”a əsasən, "xxxx" ASC tərəfindən “Kirayə müqaviləsi”nin 3.2-ci, 3.5- ci və 3.6-cı maddələrinə əsasən ilk 5 ay üçün hesablanmış vergilər daxil 17000) manat kirayə haqqı məbləğindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda - 14% olmaqla 2,380 manat vergi hesablanaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmiş, qalan məbləğ isə 14,620 AZN (on dörd min altı yüz iyirmi manat xx.xx.2023- cü il tarixində ******************** nömrəli hesaba köçürülmüşdür (kirayə verənə ödənilmişdir). İş materiallarında olan “Kirayə müqaviləsi”nin 6.5-ci maddəsinə əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilir. İş materiallarında olan, Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, 27 iyul 2023-cü il tarixində, saat 17:11-də göndərilmiş, mövzusu “Xitam sazişi” olan elektron məktubda (email), “Salam Vüqar m. Xitam sazişi məktuba əlavə olunub. Zəhmət olmasa tanış olub öz rəyinizi bildirin” mətni yazılmış müvafiq xitam sazişinin layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün) İş materiallarında olan, Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, 28 iyul 2023-cü il tarixində, saat 11:45-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (email), “Salam Vüqar m. Siz qeyd eydiyiniz düzəliş nəzərə alındı.” mətni yazılmış müvafiq xitam sazişinin dəyişiklik edilmiş layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi üçün). İş materiallarında olan, Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, 31 iyul 2023-cü il tarixində, saat 16:27-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (email), “Salam Vüqar m. Zəhmət olmasa Saziş iki nüsxədə imzalanmış şəkildə əslini sabah gün ərzində bizə çatdırılmasını təmin edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.” mətni yazılmış müvafiq xitam sazişinin yekun layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehlərə təqdim etməsi və imzaladıqdan sonra geri göndərilməsi üçün). İş materiallarında olan “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixində “Əlavə saziş №1” (bundan sonra - “Əlavə saziş”) əsasən, tərəflər arasında müvafiq saziş imzalanmış, bu “Əlavə saziş”ə əsasən “Kirayə müqaviləsi”nə xitam verilmiş (1-ci maddə), tərəflər buna əsasən razılığa gəlmişlər ki, tərəflər arasında imzalanmış “Kirayə müqaviləsi”nə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilsin (2.1- ci maddə). İş materiallarında olan, Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, 02 avqust 2023cü il tarixində, saat 15:57-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (email), “Salam Vüqar m. İmzalanmış sənədi təqdim edirəm.” mətni yazılmış müvafiq xitam sazişinin yekun imzalanmış nüsxəsinin skan edilmiş versiyası vasitəçiyə təqdim edilmişdir. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 4.1.3-cü maddəsinə əsasən, bu müqaviləyə hər hansı səbəbdən, o cümlədən kirayəçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, müqavilənin xitam tarixindən sonrakı müddət üçün ödənilmiş kirayə haqqını tam məbləğdə kirayəçiyə qaytarmaq kirayə verənin vəzifəsidir. İş materiallarında olan “Əlavə saziş”in 2.2-ci maddəsinə əsasən, bu sazişi imzalamaqla tərəflər razılaşır və təsdiq edirlər ki, “Kirayə müqaviləsi”nə xitam verilən tarixə kirayə verənin (Cavabdeh) kirayəçiyə ("xxxx" ASC-yə) ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. İş materiallarında olan “Kirayə müqaviləsi”nin 8.1-ci maddəsinə əsasən, tərəflər arasında bu müqavilə ilə bağlı və ya ondan irəli gələn mübahisələr, fikir ayrılıqları və ya tələblər (bundan sonra birlikdə «mübahisələr» adlandırılacaq) tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Tərəflər arasında danışıqların aparılması nəticəsində razılıq əldə edilmədiyi halda yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. İş materiallarında olan, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş 6-2-43/2-33081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Müqavilə üzrə borcun ödənilməsinə dair Bildiriş”də, qeyd edilmişdir ki, “Kirayə müqaviləsi”nə edilmiş “Əlavə saziş”ə əsasən, Cavabdeh "xxxx" ASC-yə 5848 manat borcunun mövcud olması və qeyd olunan borc məbləğinin hələ də "xxxx" ASC-yə ödənilməməsi, bunu nəzərə almaqla müqavilə üzrə öhdəliklərə uyğun olaraq müvafiq borc məbləğinin xx.xx.2023cü il tarixinədək bildirişə əlavə olunmuş bank hesabına köçürməklə "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin tələb edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aidiyyətı üzrə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Müvafiq “Bildiriş” nəticəsiz qalmış və Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmiş, bundan sonra iddiaçı öz hüquqlarını qorunamaq üçün məhkəməyə müraciət etmişdi. "xxxx" ASC məhkəməyə müraciət edərkən müvafiq xitam sazişinin tərəflər arasında bağlanmasına etimad etmişdir. Çünki tərəflər arasında olan işgüzar münasibətlərdən göründüyü kimi, müvafiq proseslərdə müvafiq vasitəçi cavabdehlərin nümayəndəsi kimi iştirak etmişdir və "xxxx" ASC sənəd mübadiləsini həmin şəxslə apararkən etimad etmişdir ki, bundan cavabdehlərin xəbəri olmuş və xitam sazişi cavabdehin iradə ifadəsini ehtiva edir. Bundan sonra, iş məhkəmədə olarkən, bu işlə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə təqdim etdiyi 29 avqust 2024-cü il tarixli, 4/1244 nömrəli "Ekspert rəyi”nin "Tədqiqatın nəticəsi” hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 61-ci vərəqində olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il 13 № li Kirayə müqaviləsinə xitam verilməsi haqqında 27 iyul 2023-cü il tarixli Əlavə saziş № 1 adlı sənəddə “KİRAYƏ VERƏN” bölməsində “620580 № li etibarnamə əsasında nümayəndəsi X3 (Ş/V AZE№13607346; FİN:19MKH7P)” yazılarından aşağı hissədə yerləşən “(imza)” qrafasında olan imza - X3 tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” 26.Ekspert rəyindən sonra "xxxx" ASC-yə məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquazidd əməllər törədilmiş və "xxxx" ASC-nin hüquqları pozulmuşdur (çünki "xxxx" ASC ilk növbədə həmin sənədə etimad edərək məhkəməyə müraciət etmişdir). Müvafiq imzanın kim tərəfindən atılması faktı onlara məlum deyil (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəli gələrək "xxxx" ASC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli “Vəsatət” təqdim edilmiş və məhkəmədən e-2(049)-1288/2024 saylı mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi- nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir. İş materiallarında olan, "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinin (№14)” 1.2-ci maddəsində qeyd edilmişdir ki, kirayə obyekti kirayəçi tərəfindən kirayəçinin əməkdaşı X12 yaşayış məqsədləri üçün istifadə olunacaq. İş materiallarında olan, "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsinin (№14)” 3.1-ci maddəsinə əsasən, bu müqavilənin 1.4-cü bəndində göstərilən qaydada Kirayə obyekti təhvil-təslim aktı üzrə Kirayəçiyə təhvil verildiyi tarixdən etibarən Kirayə obyektindən istifadəyə, binanın saxlanmasına və Kirayə obyektinin isidilməsi, havalandırılmasına görə Kirayəçi Kirayəyə verənə ayda vergilər daxil, ümumilikdə 3400 manat məbləğində kirayə haqqı ödəyir. Kommunal xidmətləri - su, qaz, elektrik enerjisi, televiziya və internetdən istifadəyə görə ödənişi Kirayəçinin əməkdaşı öz hesabına ödəyir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 məhkəmə çıxışı mətnini məhkəməyə təqdim edərək, həmin çıxışını olunanlarla əsalandırmışdır ki, iddiaçının tələbi tamamiə əsassızdır, rədd edilməsini xahiş edir. Belə ki, iddiaçı tələblərinin hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tarixli kirayə müqaviləsinin 6.5-ci maddəsinə istinad etmiş və tələblərini onunla əsaslandırmışlar ki, həmin bəndə əsasən kirayə müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin həmin bəndindən hərəkət edərək aralarında xx.xx.2023-cü il tarixli əlavə saziş №1 imzalandığını və həmin sazişə əsasən müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verildiyini bildirmişlər. İddiaçı tələblərinin hüquqi əsası kimi sırf həmin kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə sazişə istinad etmiş və həmin sazişin şərtlərində də Cavabdeh "xxxx" ASC-ə 5848 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı sazişdəki imzanın cavabdehə məxsus olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçı digər, işə aid olmayan bir sıra sənədlər təqdim edərək cavabdehin bundan xəbəri olduğunu sübuta yetirməyə çalışmışdır. İddiaçının təqdim etdiyi digər sənədlərin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına heç bir aidiyyatı yoxdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin 1-ci bəndinə əsasən kirayə verən həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada müqavilənin 2-ci maddəsində göstərilən mənzili kirayəçinin sahibliyinə və istifadəsinə verməyi, kirayəçi isə kirayə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin bağlanması ilə onu imzalayan tərəflər üçün müəyyən hüquq və vəzifələrin yaranmasına səbəb olmuşdur. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən kirayəçi kirayə verənə 3400 manat məbləğində kirayə haqqı ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kirayəçi kirayə verənə ilk 5 ay üçün hesablanmış vergilər daxil 17000 manat kirayə haqqını birdəfəlik olaraq, sonrakı aylar üzrə isə ilk 10 iş günü ərzində kirayəçi tərəfindən kirayə verənə ödənilir. Həmin müqavilənin 4.3.3-cü maddəsinə əsasən kirayəçi kirayə obyektindən istifadə zamanı qanunsuz, o cümlədən kirayə verənə ziyan vuran hərəkətlərə yol verməməlidir. Kirayə müqaviləsinin 6.1-ci maddəsinə əsasən kirayə müddəti tərəflər arasındakı razılaşma ilə 11 ay müddətində müəyyən edilmişdir. Kirayə müqaviləsinin 6.4- cü maddəsinə əsasən bu müqaviləyə yalnız hər iki tərəfin yazılı şəkildə ifadə olunmuş razılığı ilə dəyişikliklər və hər hansı əlavələr edilə bilər. Müqavilənin 6.5-ci bəndinə əsasən kirayə müqaviləsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilə bilər. Tərəflər arasındakı müqavilədən göründüyü kimi müqavilə 11 ay müddətinə bağlanmış, ilk 5 ayın ödənişi müqavilənin şərtlərinə əsasən kirayəçi tərəfindən ödənilmiş, mənzil cavabdeh tərəfindən təhvil verilmişdir. Göründüyü kimi işin mübahisəsiz halıdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə istifadə üçün təhvil verib əvəzində ödənişi qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etmişdir. İddia tələbində cavabdehin müqavilənin şərtlərini pozması, götürmüş olduğu öhdəliyi icra etməməsi və ya nöqsanları aradan qaldırmaması nəticədə kirayəçinin mənzildən istifadəsinə hər hansı maneə yaranması və.s kimi əsaslara istinad edilməmişdir. Sadəcə tərəflərin razılaşaraq qərarlaşdıqlarını və xitam sazişində tərəflərin qaytarılmasına razılaşdıqları məbləğin geri ödənilməsinə istinad edilmişdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Belə olan halda müqavilə qüvvədə olmuş sayılır və tərəflərin götürmüş olduğu öhdəliklərin icrası ilə yükümlü olduqları bir müqavilə şərtləri olduğu halda kirayəçi öz öhdəliklərini kobud şəkildə pozaraq kirayə verənə bu barədə məlumat vermədən, mənzili təhvil təslim etmədən, razılaşma əldə etmədən, müqaviləyə xitam verilməsi ilə bağlı mövqeyini kirayə verən tərəfə bildirmədən şəxsi ambisiyaları səbəbindən mənzili tərk edib getmişdir. Kirayə verən olaraq cavabdehin vəzifəsi deyildir ki, davamlı olaraq kirayəçinin mənzildə olub olmamasını, mənzildən istifadə edib etməməsini yoxlasın, tez-tez mənzilinə gəlib kirayəçini narahat etsin. Kirayə müqaviləsi üzrə ödəniş müqavilə şərtindən irəli gələrək 5 aylıq birdəfəlik ödəniş formasında icra edildiyi üçün kirayə verən də mənzili təhvil verərək, öhdəliyini icra etmiş, kirayəçinin orada nə qədər qalıb qalmamasında, hara gedib gəlməsində maraqlı olmamışdır. İddiaçı tərəf məhkəməyə kirayə müqaviləsi təqdim edərək guya cavabdehlə müqaviləyə xitam verildikdən sonra başqa şəxsə məxsus mənzilə dair kirayə müqaviləsi bağladıqlarını və əməkdaşlarının orada qaldıqlarını bildirmişdir. Bununla bağlı bildirmək istəyir ki, həmin müqavilə cavabdeh üçün hər hansı öhdəlik yaratmadığı kimi hazırkı iş üzrə də sübut hesab edilə bilməz. Mülki Məcəllənin əsas prinsiplərindən biri də müqavilə azadlığı prinsipidir ki, iddiaçı tərəf həmin hüququndan istifadə edərək sərbəst şəkildə müqavilə bağlamışdır. İddiaçının başqa şəxslərlə yeni müqavilə bağlaması öz-özlüyündə cavabdehlə olan müqavilənin xitamına səbəb olmur. Bir daha bildirir ki, kirayə verən mənzili təhvil vermiş, razılaşdırılmış məbləği almış və öz üzərinə düşən öhdəliyini icra etmişdir, müqavilə hal hazırda da qüvvədədir, kirayə verən olaraq pulunu aldıqdan sonra hər gün mənzildə kim yaşayır, nə yeyir nə içir deyə maraqlanmaq kimi bir vəzifəsi olmamışdır. Qarşı tərəf vicdanlı davranmamış, vicdanlı kirayəçi vəzifəsini pozmuş, mənzili tərk etməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklif belə verməmişdir. Zamanında qanunvericiliyin tələblərinə riayət olunaraq müqaviləni ləğv edilməsi ilə bağlı təklif göndərilmiş olsa və niyyətlərini bildirmiş olsalar, nə kirayəçi zərərə uğrayardı, nədəki kirayə verən çünki, müqavilə ləğv ediləcəyi təqdirdə təmsil etdiyim şəxs mənzili təhvil alaraq zamanında başqa şəxsə kirayə verməklə həmin pulu yenə qazanacaqdı və iddiaçı da eyni qaydada geri aldığı pul ilə başqa mənzilin ödənişini edəcəkdi. Burada risk iddiaçının üzərinə düşür, cavabdeh ilə ləğv edilməmiş müqaviləsi olmasına və həmin müqavilə üzrə 5 aylıq ödənişi birdəfəlik etməsinə baxmayaraq yenidən başqa şəxs ilə müqavilə bağlayıbsa nəticəsi ilə də razılaşmalıdır. Cavabdeh nə üçün iddiaçıya pul qaytarmalıdır ?. O, mənzilini təhvil verib, pulunu alıb, iddiaçının orada yaşayıb yaşamaması cavabdehi maraqlandırmır. İddiaçının Vüqar Babayev adlı şəxs ilə yazışmasını əks etdirən sənədlərə münasibətdə bildirir ki, həmin sənədlər sübut qismində qəbul edilə bilməz. Həmin şəxsin cavabdehə heç bir aidiyyatı yoxdur, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilməmişdir, nə də ki, mətndə qeyd edilmiş məlumatlar cavabdehə çatdırılmamışdır. Cavabdeh kirayəçinin mənzildən getməsindən, mənzili boşaltmasından məlumatsız olmuşdur. Təqdim edilən sənədlərin cavabdehə heç bir aidiyyatı yoxdur. Bu günədək hansı əsasla mənzili istifadə etmədiklərini, nə üçün başqa mənzil tutduqlarını bildirməmişlər. Halbuki, Mülki Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmağınızı xahiş edi Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Muradağa Qasımov) 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 362.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 218.3, 217.4-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçının iddiasının əsasını kirayə müqaviləsinin xitamının tərəflərin qarşılıqlı razılığı təşkil eləyir. Bu zaman iddiaçı tərəflər arasında imzalandığını iddia etdiyi xx.xx.2023-cü il tarixli 1 №li Əlavə sazişə istinad edir. Lakin, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli 1 №-li Əlavə saziş cavabdeh və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmamışdır. Bu hal isə ona dəlalət edir ki, həmin kirayə müqaviləsinə qarşılıqlı razılaşma əsasında deyil, bir tərəfli qaydada, "xxxx" ASC-i tərəfindən ləğv edilmişdir. "xxxx" ASC-i tərəfindən birtərəfli qaydada müqavilənin ləğv edilməsi müqavilənin tələblərinə və qanuna zidd olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış Kirayə Müqaviləsi xx.xx.2023-cü il tarixdən sonra da xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Belə ki, tərəflər arasındakı müqavilə 11 ay müddətinə bağlanmış, ilk 5 ayın ödənişi müqavilənin şərtlərinə əsasən kirayəçi tərəfindən ödənilmiş, mənzil cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmişdir. Göründüyü kimi müqavilənin şərtlərinə görə cavabdeh müqavilə üzrə üzərinə götürmüş bütün öhdəliklərini tam yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə cavabdehə təhvil verib əvəzində 5 ayın ödənişini qabaqcadan qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini tam icra etmişdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Əksinə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi pozaraq cavabdehə bu barədə məlumat vermədən, birtərəfli qaydada kirayə müqaviləsinə xitam vermişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi etdiyi xx.xx.2023-cü il tarixli 1 №li Əlavə sazişin heç bir hüquqi qüvvəsi yoxdur. Bu faktı iddiaçı özü də, məhkəmə çıxışı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində təsdiq etmişdir. Belə ki, iddiaçı məhkəmə çıxışı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində göstərmişdir ki, “Ekspert rəyindən sonra "xxxx" ASC-yə məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquazidd əməllər törədilmiş və "xxxx" ASC-nin hüquqları pozulmuşdur (çünki "xxxx" ASC ilk növbədə həmin sənədə etimad edərək məhkəməyə müraciət etmişdir). Müvafiq imzanın kim tərəfindən atılması faktı onlara məlum deyil (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəli gələrək "xxxx" ASC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli “Vəsatət” təqdim edilmiş və məhkəmədən e-2(049)-1288/2024 saylı mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi- nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətində qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, e-2(049)-1288/2024 nömrəli Qətnaməsi əsassız və qanunazidd olmuş, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayət edilmiş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi yanaşmalarına, o cümlədən doktrinada mövcud yanaşamalara zidd olmuş, buna görə də ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən idiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1288/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı "xxxx" ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3.-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-cimaddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləniəhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər buMəcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, Ööhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqaların aziyan vurmaq məqsədi ilə istifadəedilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;... 697.3.-cü maddəsinə əsasən, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 17 sentyabr 2021ci il tarixli Qərarı Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. T.Qasımovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 01 dekabr tarixli Qərarı Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumu Qərarı Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır... Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Hazırkı mülki iş üzrə mübahisəsiz hallar ondan ibarətdir ki, "xxxx" ASC- ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli “Kirayə müqaviləsi”nə əsasən kirayəyə verən Cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 150.90 kv.m sahədən ibarət olan mənzili ayda 360 manat vergi ödənişi də daxil olmaqla cəmi 3 400 manat məbləğə banka kirayə vermiş, bank 05 ay üçün hesablanmış 17000 manat (3400 manat x 5 ay = 17000 manat) kirayə haqqını ilk 05 ay üçün hesablanmış vergi ödənişlərini çıxmaqla cavabehə cəmi 14 620 manat məbləğində birdəfəlik kirayə haqqı ödəmiş, Kirayə müqaviləsi 11 ay müddətinə, xx.xx.2024-cü il tarixədək bağlanmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 1 №li Əlavə saziş bağlanmış, həmin sazişlə əvvəlki kirayə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə razılığı gəlinmiş, bu hala istinad edən iddiaçı tərəf bank kirayəyə götürdüyü mənzildən 02 ay 22 gün istifadə etdiyi üçün, qabaqcadan kirayə haqqı olaraq 05 ay üçün ödənilmiş 14 620 manat məbləğdən həmin mənzildən faktiki olaraq istifadə etdiyi müddət üçün hesablanmış kirayə haqqını çıxılmaqla, 05 ay üçün nəzərdə tutulmuş istifadə hüququndan istifadə edilməmiş qalan 02 ay 08 gün üçün qabaqcadan ödənilmiş 5848 manat məbləğində kirayə haqqının cavabdehdən alınaraq onlara verilməsini xahiş edir. Cavabeh tərəf isə, onlar arasında bağlanmış Kirayə müqaviləsinin qarşılıqlı razılaşma əsasında xx.xx.2023-cü il tarixdə, 1 №li Əlavə sazişi imzalamaqla ləğv edilmədiyini, həmin Sazişi cavabdeh və onun nümayəndəsi imzalamadığını, Kirayə müqaviləsinin birtərəfli qaydada, "xxxx" ASC tərəfindən ləğv edildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli 1 №li Əlavə sazişin Cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Tərəflər arasında mübahisəli hal - xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli “Kirayə müqaviləsi”nə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddiaçı "xxxx" ASC-nin iradə ifadəsinin Cavabdeh bəyan edilib-edilməməsi ilə bağlıdır. Yəni, Cavabdeh kirayə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 1№li Əlavə sazişin onun tapşırığını icra etməyən Vüqar Babayev adlı şəxsin elektron poçt adresinə göndərilməsinin müqavilə münasibətinə birtərəfli qaydada xitamı üçün əsas yaratmadığı qeyd edir. İddiaçı «ABB” ASC tərəfindən öz üzərinə götürdüyü öhdəliyi pozaraq cavabdehə bu barədə məlumat vermədən, birtərəfli qaydada kirayə müqaviləsinə xitam verməsini qeyd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Roma hüququ, mülki hüququn təməlini qoymaqla yanaşı, vicdanlılıq (bona fides) və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərini formalaşdırmışdır. Roma hüququnun əsas prinsiplərindən biri “ex fide bona” – yəni vicdanlılıq əsasında davranmaq öhdəliyidir. Məhz bu prinsip sayəsində müqavilə münasibətlərində yalnız yazılı razılaşmalar deyil, həm də tərəflərin ümumi davranışı və niyyətləri hüquqi əhəmiyyət kəsb edirdi. Roma hüquq doktrinalarında qeyd olunurdu ki, müqavilə bağlayan tərəflər yalnız formal qaydalara deyil, həm də ədalətə və vicdanlılıq normalarına uyğun hərəkət etməlidirlər. Qərb ölkələrinin mülki hüququnda “good faith” kimi tanınan vicdanlılıq prinsipi Azərbaycan Respublikasının Mülki Məcəlləsində də mülki hüquq münasibətləri subyektlərinin üzərinə qoyulan bir vəzifə kimi təsbit olunmuşdur (maddə 5.3). Bununla da, mülki hüquq münasibətlərində tərəflərin bir-birlərinin maraqlarını nəzərə alaraq aralarında güvəni və etimadı yaradan əxlaqi və mənəvi kateqoriya olan vicdanlılıq anlayışı qanunverici tərəfindən həm də hüquq norması kimi müəyyən edilmişdir. Bununla belə, bu norma özündə davranış qaydasını konkret olaraq müəyyən etməyən və tətbiqində, xüsusilə obyektiv vicdanlılığa münasibətdə, kifayət qədər geniş bir normadır (“open norm”). Odur ki, sözügedən normanın konkretləşdirilməsi, tərəflərin hərəkət (hərəkətsizliyinə) ağlabatanlıq və ədalətlilik meyarları üzrə qiymət verilərək, hər işin hallarından asılı olaraq məhkəmə tərəfindən tətbiqi zamanı baş verir. Subyektiv mülki hüquqların həyata keçirilməsinin ümumi hədlərinin pozulması mülki hüquq elmində hüquqdan sui-istifadə adlanır. Eyni zamanda, Roma hüququ hüquqdan sui-istifadəni (abus de droit) yolverilməz hesab edirdi. “Nemo ex suo delicto meliorem suam conditionem facere potest” (Heç kim öz qanunsuz hərəkətindən fayda əldə edə bilməz) qaydası bu prinsipin əsas ifadələrindən biri idi. Yəni, hüquq subyektləri qanuni görünən, lakin əslində ədalətə və vicdanlı davranışa zidd olan hərəkətlərlə hüququn mahiyyətini pozmamalıdırlar. Digər mühüm prinsip isə “ex facto oritur ius” – yəni, hüquq faktlardan yaranır. Bu qayda göstərir ki, hüquq münasibətlərini müəyyən edərkən yalnız formal sənədlər deyil, faktiki hallar da nəzərə alınmalıdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, mülki hüquqi münasibətlərdə olan tərəflər aralarında olan müqaviləni istər qarşılıqlı razılıq ilə xitam verə bilərlər, istərsə də tərəflərdən biri müqaviləni AR MM-də və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli ləğv edə bilər. İş materiallarına nəzər yetirdikdə bəlli olur ki, "xxxx" ASC müvafiq münasibətlərə qarşılıqlı olaraq xitam verilməsinə etimad bəsləmiş və yalnız müvafiq ekspertiza rəyi gəldikdən sonra ona məlum olmuşdur ki, müvafiq imzaları cavabdeh (və onun əri) imzalamamışdır. Elə buna görə də"xxxx" ASC öz pozulmuş hüquqlarını bərpaetmək üçün alternativ olan hüquqi vasitələrdən istifadə edərək məhkəməyə xüsusi qərardadın çıxarılması üçün vəsatət ünvanlamışdır. Ümumiyyətlə işin digər materialları da onu sübut edir ki,"xxxx" ASC-nin qarşı tərəfin hərəkətlərinə etimadı olmuş və bu etimad pozulmuşdur. Lənkəran Rayon Məhkəməsi isə ekspertizanın rəyini qanunazidd şəkildə retrospektiv olaraq tətbiq edərək belə qənaətə gəlmişdir ki, guya"xxxx" ASC-nin bundan xəbəri olmuş (yəni xitam sazişini qarşı tərəfin imzalamadığından xəbəri olmuş) və "xxxx" ASC bunu biləbilə iki tərəfin adı olan sənədə imza atmış və nəticədə "xxxx" ASC müqaviləni birtərəfli ləğv etmişdir. Bu qanunsuz yanaşma həmçinin özünü bundan birüzə verir ki, digər ziddiyyətli yanaşma ilə Lənkəran Rayon Məhkəməsi müqavilənin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmasına dair nəticəyə gəlmişdir. Lənkəran Rayon Məhkəməsi həmçinin iddiaçı olan "xxxx" ASC-nin üzərinə götürdüyü konkret hansı öhdəlikləri pozduğu barədə əsaslandırma verməmişdir. İş materiallarında olan sübutlar (vasitəçi (nümayəndə) ilə yazışmalar, imzalanmış sazişin vasitəsçi (nümayəndə) tərəfindən iddiaçıya ("xxxx" ASC-yə) təqdim edilməsi vəs.) onu təsdiq edir ki, cavabdehin tərəflər arasında olan mülki münasibətlərə 04avqust 2023-cü il tarixində xitam verilməsindən xəbəri var idi (xəbəri olmalı idi) və onun hazırda məhkəmə iclasında faktiki münasibətlərə 04 avqust 2023-cü il tarixində xitam verilməsini inkar etməsi mülki-hüquq nöqteyi nəzərindən vicdanlı davranış hesab edilmir. Tərəflər arasında olan mülki münasibətlərə həqiqətən də 04 avqust 2023-cü il tarixində xitam verilməsi özünü digər sübutlar ilə də təsdiq edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı obyektiv həqiqətə nail olmaq üçün yalnız bir sübuta yox, bütün sübutlar məcmu halında təhlil edərək qiymət verilməlidir. Həmçinin sübutlara qiymət verərkən yalnız formal baxımdan deyil, tərəflərin həqiqi iradə ifadəsi, konklyudent hərəkətləri və hüquqi niyyəti də nəzərə alınmalıdır. Belə ki, sübutların yalnız formal nöqteyinəzərdən qiymətləndirilməsi məhkəmənin obyektiv həqiqətə çatmasına mane ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən, məhkəmə işdə olan sübutları bütün halları nəzərə almaqla, hərtərəfli, tam və obyektiv araşdırmalı və qiymətləndirməlidir. Bu isə bir daha təsbit edir ki, sübutların yalnız forması deyil, məzmunu və konteksti də nəzərə alınmalıdır. Hüquq doktrinasında isə sübutlar daxili (məzmun) və xarici (formal) aspektlərdən qiymətləndirilir. Kollegiya tərəfindən sübutların qiymətləndirmə meyarları işin halları ilə uzlaşdırılıqdıqda müəyyən olunur ki; 1.Xəttşünaslıq ekspertizasının rəyi – formal sübutdur, çünki o, yalnız müəyyən sənədin imzanın aidiyyətini müəyyən edir, lakin müqavilə münasibətinin həqiqi iradəyə əsaslanıb-əsaslanmadığını təsbit etmir. 2.Tərəflərin davranışı və konklyudent hərəkətləri – məzmun sübutudur, çünki onlar tərəflərin faktiki iradəsini və müqavilə münasibətini təsdiqləyən obyektiv dəlillərdir. Cavabdeh öz konklyudent hərəkətləri ilə, mülki hüquqi münasibəti qurmaq üçün “Vüqar Babayev” adlı şəxsi faktiki nümayəndəsi kimi seçməsi, həmin şəxsin cavabdehə məxsus daşınmaz əmlakın çıxarışının müqavilənin hazırlanması üçün e-mail ilə iddiaçıya (banka) təqdim etməsi (hətta kirayə verilmiş əmlakın Cavabdeh məxsus olmasına dair linkin mail vasitəsilə göndərilməsi), bundan sonra tərəflər arasında həqiqətən də notariat qaydada müqavilənin bağlanması, daha sonra həmin şəxsin müqavilənin xitamı üçün iddiaçı ilə e-mail ilə yazışması, daha sonra cavabdehin iddiaçıdan 5-ci aydan sonra heç bir kirayə haqqını tələb etməməsi, ümumiyyətlə iddiaçıya qarşı müvafiq müqavilədən irəli gələn heç bir tələbinin olmaması və s. ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Vügar Babayevin cavabdehi təmsil etmək üçün zəruri əsas - cavabdeh tərəfindən ona verilmiş etibarnamənin olmasıdır. Lakin iddiaçının nümayəndəsi belə bir etibarnaməni məhkəməyə təqdim etməmiş, eləcə də belə bir etibarnamənin mövcud olduğunu sübuta yetirə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin müqavilə bağlamaqla bağlı niyyətləri olduğu andan - xitamınadək tərəflər arasındakı yazışmalar cavabdeh tərəfin nümayəndəsi kimi Vüqar Babayev vasitəsilə aparılmışdır. Bununla yanaşı, məhkəmə tərəfindən Vüqar Babayevin səlahiyyətli şəxs olub-olmaması yalnız etibarnamənin mövcud olmaması ilə əsaslandırılmış, şifahi tapşırıq müqaviləsi ilə yazışmaların həyata keçirilməsinin mümkünlüyü də nəzərə alınmamışdır. Belə ki, AR Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Nəzərə alınmalıdır ki, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli “Kirayə müqaviləsi” bağlandığı zaman mail vasitəsilə yazışmalar aparmış Vüqar Babayevin hərəkətlərini bəyəndiyi halda, sonrakı hərəkətlərin aparılmasında ondan imtina etməsi və ya həmin şəxsin cavabdehə heç bir aidiyyatının olmadığını, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilmədiyini ifadə etməsi ağlabat deyil. Həmçinin “venire contra factu proprium” prinsipinə görə, şəxsin əvvəlki davranışı ilə ziddiyət təşkil edən hərəkəti hüquqi nəticə doğurmamalıdır. Belə ki, cavabdeh 02 may 2025ci il tarixli kirayə müqaviləsinin bağlanılması və müqavilədən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan hərəkətlərin icrasını Vüqar Babayev adlı şəxsə həvalə etməsi, lakin sonradan onu səlahiyyətli şəxs hesab etməməsi ağlabatan və məntiqli olmamaqla “venire contra factu proprium” prinsipinə ziddir. Dolayısı ilə, iddiaçının həmin müqavilə münasibətindən irəli gələn digər törəmə hərəkətlərin cavabdehin nümayəndəsi kimi Vüqar Babayev tərəfindən aparılmasına inanaraq etimad göstərməsi, yəni həmin Əlavə Sazişi etibarlı sayması məntiqli və əsaslıdır. Nəzərə almaq lazımdır ki, əqdin zəruri elementi kimi yalnız həqiqi iradə ifadəsi yox, həmçinin ehtimal olunan iradələr də əsas götürülür. Bu cür yanaşmaya hüquqda etimad prinsipi (confidence principle) deyilir. 26 aprel 2023-cü il tarixdə “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qəbul etdiyi qərarında Konstitusiya Məhkəməsinin Plenumu vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirir. Məhkəmə qeyd edir ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Müqavilə hüququnda haqlı etimadın qorunması doktrinası tərəflərin qarşılıqlı razılığa və etimada əsaslanan münasibətlərini müdafiə edir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələrək yaranmışdır. Bu prinsipə görə iradə ifadəsi onu həyata keçirənin həqiqi niyyətinə görə deyil, iradənin ifadə edildiyi mühitdə onun başqaları tərəfindən necə başa düşülməsinə görə hüquqi nəticə əmələ gətirir. İddiaçı tərəf, cavabdehin əvvəlki davranışına (yəni xx.xx.2023-cü il tarixdə bağlanmış Kirayə müqaviləsi bağlandığı vaxt) və onun faktiki nümayəndəsinin davranışına əsaslanaraq Əlavə Sazişin qüvvədə olduğuna, müqavilə münasibətinə xitam vermək barədə istəyinin cavabdehə bildirməsinə haqlı olaraq etimad bəsləmişdir. Bu prinsip “estoppel” prinsipi ilə də sıx bağlıdır. Estoppel prinsipi onu ehtiva edir ki, əgər bir şəxs əvvəlcədən müəyyən davranışı ilə müəyyən hüquqi vəziyyət yaradıbsa, sonradan bu vəziyyətə zidd mövqe tuta bilməz. Belə ki, 1.Cavabdeh özü müqavilə üzrə öhdəlikləri qəbul edib və müəyyən müddət ərzində müqavilənin qüvvədə olmasına qarşı çıxmayıb. 2.Müqavilə üzrə icra hərəkətləri yerinə yetirilib və bu, cavabdehin razılıq verdiyini göstərir.
3. Bank isə bu davranışa əsaslanaraq, müqavilə və onun əlavəsinin hüquqi qüvvədə olduğunu düşünüb və buna uyğun qərarlar vermişdir. 4.Cavabdehin əks iddiası, iddiaçının haqlı gözləntilərinə və vicdanlılıq prinsipinə ziddir. Eyni zamanda bu cavabdeh tərəfindən hüquqdan-sui istifadəsinə şərait yaratmış olar. Mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Vicdanlılıq prinsipinin məqsədi: 1.Mülki dövriyyədə güvən və etimad edilən bir şəraiti əmələ gətirməklə sabitliyi və lazımi sürəti təmin etmək; 2.Şəxslərin subyektiv mənafelərinin təmin olunmasıdır. Vicdanlılıq bəzən sərəncam səlahiyyətinin olmaması ilə bağlı hallar baxımından da haqqın əldə edilməsinə olan hüquqi maneənin aradan qalxmasına səbəb olur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut eməlidir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, mülki münasibətlərdə şəxslərin hüquqi hərəkətləri vicdanla etməsi prezumpsiyası mövcud olduğundan, vasitəçi şəxs olan Vüqar Babayevin səlahiyyətsiz olduğu iddia edilsə belə, Cavabdeh məxsus daşınmaz əmlakın elektron çıxarışına daxil olmaq üçün linkin Vüqar Babayevin adlı elekron istifadəçiyə nə üçün verməsinə məntiqli izahat verə bilməmişdir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq, faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq, həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Hüquqdan sui-istifadə (hüquqdan qeyri-düzgün istifadə) – bir şəxsin hüquqi imkanlarından onların təyinatına uyğun olmayan, digər şəxslərin hüquqlarına və ya cəmiyyətin maraqlarına zərər verən şəkildə istifadə etməsidir. Hüquqdan sui-istifadə hüququn mahiyyətinə və məqsədinə ziddir və əksər hüquq sistemlərində qadağan edilir.Hüquqdan sui-istifadəyə səbəb olan hallardan biri də “Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir”.(AR MM 560.3.4). Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıqaşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar, § 62). Əqdi bəyənmə ilə bağlı Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. ....Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarı). Kollegiya bir daha qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdeh 27 iyul 2023-cü il tarixli Əlavə Sazişin icrasına qarşı çıxmamış, iddiaçı məhkəməyə müraciət edənədək onu bu və ya digər formada mübahisələndirməmiş, əksinə konklyudent hərəkətləri və susmaq yolu ilə həmin Əlavə Sazişi və icrasından irəli gələn hüquqi nəticələri, dolayı yolla iradəsini ifadə edərək qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, iradə ifadələri hüquqda mühüm anlayışdır və əsasən şəxsin hüquqi nəticələr doğuran hərəkətlərinin xarici aləmdə hansı şəkildə əks olunduğunu göstərir. İradənin ifadə formalarına birbaşa (açıq) iradə ifadəsi ilə yanaşı, dolayı (gizli, konklyudent), susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi və digər formaları aiddir. Belə olan halda imza məsələsinin mübahisələndirərək həmin Sazişdən irəli gələn hüquqi nəticələri inkar etmək isə hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər, çünki cavabdeh tərəf sazişin nəticələrindən yararlanaraq sonradan onun etibarlılığına etiraz etməyə çalışır. Hüquqdan bu cür qeyri-düzgün istifadə mülki dövriyyənin sabitliyini pozur və vicdanlı olan iddiaçı tərəfin qanuni maraqlarına zərər vurur. Buna görə də, iddiaçı tərəf Əlavə Sazişdən irəli gələn vəzifələrin icrasını tələb etməkdə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Əgər yalnız tərəflər arasında bağlanılmış 27 iyul 2023-cü il tarixli Əlavə Sazişdə olan imzanın kim tərəfindən icra edilməsi ilə bağlı ekspert rəyinin nəticələrinə əsaslanarsa, bu aşağıdakı hüquqi pozuntulara səbəb olar: -Həqiqi iradənin nəzərə alınmaması – Çünki, cavabdehin konklyudent hərəkətləri, əqdi bəyənməsi onun həmin Əlavə Sazişlə bağlı razılığını və onun bəyəndiyini göstərir, lakin bu, formal sübutlarla inkar edilir. -Sübutetmə yükünün qeyri-bərabər paylanması – Əgər yalnız ekspert rəyi əsas götürülərsə, bu, müqavilə tərəflərindən birinin hüquqi mövqeyini zəiflədər və qarşı tərəfin konklyudent hərəkətləri nəzərə alınmaz. -Prosessual ədalət prinsipinin pozulması – Formal sübutların üstün tutulması məhkəmənin obyektiv və hərtərəfli araşdırma aparmaq vəzifəsinə ziddir. Nəzərə almaq lazımdır ki, normativ aktların hüquqi interpretasiyası zamanı əsas məqsəd yalnız formal prosedurların icrasını yoxlamaq deyil, həm də normanın hüquq siyasəti baxımından hansı məqsədə xidmət etdiyini müəyyənləşdirməkdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə məhkəmə xərclərinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, dövlət rüsumuna və ekspert rəyinin verilməsinə görə xərc cavabdehə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qətetdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(049)-1288/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. 5848 (beş min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul, 78.48 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 5926.88 (beş min doqquz yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. 29 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/1244 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.