Məhkəmə qərarları › İş №2(106)-312/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-312/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-312/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5400 manat kompensasiya ödəməklə onun mülkiyyətində olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 6120 manat kompensasiya ödənilməklə onun mülkiyyətində olan ünvan 1ində yerləşən yaşayış sahəsində istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 7200 manat kompensasiya ödənilməklə onun mülkiyyətində olan ünvan 1ində yerləşən yaşayış sahəsində istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi kİ, oğlu X7 Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdeh onun mülkiyyətində olan ünvan 1ində yerləşən evinə gəlin köçmüşdür. Cavabdeh oğlu ilə birlikdə 12 il ərzində onun mülkiyyətində olan evdə yaşamışdır. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Zəhranur dünyaya gəlmişdir. Sonradan cavabdehlə oğlunun aralarında olan ailə münasibətləri pisləşmiş və Kürdəmir rayon məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahlarından doğulmuş X1 cavabdehin himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək hər ay 110 manat aliment ödənilməsi qət edilmişdir. Oğlu ilə aralarında olan nikah münasibətlərinə xitam verildikdən sonra Cavabdeh Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan yaşayış sahəsinə köçürülməklə yaşayış sahəsinə istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-869/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, iddiaçının və X5 ilə birlikdə onun, oğlu X3 və X4 yaşadıqları Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən 4 otaqdan və 2 böyük zaldan ibarət yaşayış evinə köçürülməklə yaşayış sahəsinə istifadə hüquqlarının bərpa edilməsi, yardımçı sahələrdən, mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə olunması qət edilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının iştirakı ilə xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 869/2019 saylı qətnaməsi icra edilərək cavabdeh gəlin gəldiyi otağa köçürülmüşdür. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh onun mülkiyyətində olan evə köçürülsə də, indiyə kimi həmin yaşayış evində yaşamamışdır. Cavabdeh oğlu Anarın ikinci dəfə evləndiyi gün, xx.xx.2022-ci il tarixdə onun evinə gələrək istifadə hüququ olması bəhanəsi ilə yersiz yerə dava-dalaş salıb getmişdir. İki ilə yaxın onun evinə gəlməsə də bu ilin may ayından etibarən həftədə 1-2 dəfə 1 saatlıq onun evinə gələrək evdə hər kəsi təhqir edir, hədə-qorxu gələrək şantaj edir. Cavabdeh hazırda Kürdəmir rayon, Aran qəsəbəsi, bina 2, mənzil 25-də kirayədə yaşayır və cavabdehin uzun müddət onun evində yaşamamaqla həmin evdə qeydiyyatda olması mülkiyyət hüquqlarını pozur. “REC-İNVEST MMC” tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 07-22/AR-02 saylı “Daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi barədə“ arayışa görə, ünvan 1ində yerləşən 1 otaqlı, (24-26 kv.metr) orta təmirli, tam kommunal şəraitli, həyətyanı torpaq sahəsi olan mənzilin aylıq kirayə haqqı xx.xx.2022-ci il tarixinə 100-150 manat təşkil edir. Göründüyü kimi ən yüksək aylıq kirayə haqqı ilə hesablansa (36 ay x 150 = 5400) manat təşkil edir. Ona görə də Cavabdeh 7.200 manat kompensasiya ödəməklə mülkiyyətində olan ünvan 1ində yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddiaçı ilə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 2005-ci ildə X7 ilə evlənib ailə qurmuş və onun atası İddiaçı ünvan 1indəki evinə gəlin köçmüşdür. Uzun müddət iddiaçının oğlu Anarla birlikdə iddiaçıya məxsus evdə yaşamış və xx.xx.2013-cü il tarixdə həmin evdə Zəhranur adlı bir uşaqları olmuşdur. X9 ər-arvad münasibətləri pozulmuş və aralarında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Anardan ayrılandan sonra iddiaçı və onun ailə üzvləri onu gəlin getdiyi evdə yaşamağa qoymadıqlarına görə cavabdehlər X7, İddiaçı və X6 qarşı yaşayış sahəsinə köçürülməklə yaşayış sahəsinə istifadə hüququnun bərpa edilməsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-869/2019 nömrəli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilərək X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə X7, İddiaçı və X4 yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən 4 otaqdan və 2 böyük zaldan ibarət yaşayış evinə köçürülməklə yaşayış sahəsinə istifadə hüquqlarının bərpa edilməsi, yardımçı sahələrdən, mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə olunması qət edilmişdir. Tələbinin təmin edilməsinə baxmayaraq iddiaçı və onun ailə üzvləri onu qızı Zəhranurla birlikdə gəlin getdiyi evdə yaşamağa qoymamışlar. Yaşamağa başqa evi olmadığına görə hazırda qızı ilə birlikdə kirayədə yaşayır. İddiaçı iddia ərizəsində ona 5400 manat məbləğində kompensasiya təklif etmiş, sonradan isə təklif etdiyi kompensasiyanın məbləğini artıraraq 7200 manat kompensasiya təklif etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən onun qızı Zəhranurla birlikdə iddiaçıya məxsus olan evdə yaşamaq hüququ vardır. Kompensasiyanın məbləğinin 15000 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı təklif etdiyi 7200 manat məbləğində kompensasiya ilə razı deyil. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim M.Bayramov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 7200 manat kompensasiya ödənilməklə onun Kürdəmir rayonunun Xırdapay kəndində 0,27 ha torpaq sahəsində yerləşən 214,2 kv.metr ümumi sahədən ibarət İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, 20000 manat kompensasiya ödəməklə İddiaçı mülkiyyətində olan Kürdəmir rayon, Xırdapay kəndində yerləşən 4 otaqdan və 2 böyük zaldan ibarət yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, 20000 manat kompensasiya ödəməklə İddiaçı mülkiyyətində olan Kürdəmir rayon, Xırdapay kəndində yerləşən 4 otaqdan və 2 böyük zaldan ibarət yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, o, birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən vermək istədiyi 7200 manat məbləğində pulu artıraraq 8500 manat məbləği kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya icraatı zamanı izahat verərək, izahatında qətnamə qəbul edilən zaman iddiaçı tərəfindən verilən ərizənin nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Həmçinin həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı tərəfindən ödəniləcək 7200 manatın cavabdehin Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən yaşayış evinin kirayə haqqının orta bazar qiyməti 100-150 manat olan orta təmirli yaşayış sahəsində dörd il və ya ondan artıq müddətdə kirayədə yaşamasını təmin etməklə Kürdəmir rayon, Xırdapay kəndində yerləşən 4 otaqdan və 2 böyük zaldan ibarət yaşayış evindən istifadə hüququna xitam verilməsini kompensasiya etməsi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış sübutları tədqiq edərək, həmçinin cavabdehin iddia tələbinə etirazında və apellyasiya şikayətində qeyd olunan dəlillərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərinin sübutları, işin (mübahisənin) faktiki halları arasındakı ziddiyyətləri düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin həqiqi hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0,27 ha torpaq sahəsində yerləşən 214,2 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz Əmlakın Dövlət reyestrində 17 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-869/2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 ilə birlikdə cavabdehlər X7, İddiaçı və X4 yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən 4 otaqdan və 2 böyük zaldan ibarət yaşayış evinə köçürülməklə yaşayış sahəsinə istifadə hüquqlarının bərpa edilməsi, yardımçı sahələrdən, mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə olunmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın (yaşayış mənzili) kirayə haqqının müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli, REC-07-22/AR-02 nömrəli arayışdan görünür ki, ünvan 1ində yerləşən 1 otaqlı, (24-26 kv.metr) orta təmirli, tam kommunal şəraitli, həyətyanı torpaq sahəsi olan mənzilin aylıq kirayə haqqı xx.xx.2022-ci il tarixinə 100-150 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/56 nömrəli arayışdan görünür ki, ünvan 1i ünvanında 0,27 ha torpaq sahəsində yerləşən 214,2 kv.metr ümumi sahəsi, 105.0 kv.metr yaşayış sahəsi, 109.0 kv.metr köməkçi sahəsi, 4 otaqdan ibarət olan obyektin 03 noyabr 2022-ci il tarixinə bazar dəyəri 20000 (iyirmi min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin mütəxəssiz rəyindən görünür ki, ünvan 1ində yerləşən 1 (bir) otaqlı (24-26 kv.m), tam təmirli və kommunal şəraiti, həyətyanı sahəsi olan fərdi yaşayış evinin orta aylıq kirayə haqqının 07 oktyabr 2022-ci il tarixinə orta aylıq kirayə haqqının dəyəri: 150,0 ( bir yüz əlli) – 170 (bir yüz yetmiş) manat təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı mülkiyyətçi olaraq cavabdehlə birgə yaşamanın mümkün olmaması səbəbindən ona kompensasiya verilməklə evdən istifadə hüququnun xitam verilməsini tələb edir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. İddiaçı X2 iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, oğlu X7 Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdeh onun mülkiyyətində olan ünvan 1ində yerləşən evinə gəlin köçmüşdür. Cavabdeh oğlu ilə birlikdə 12 il ərzində onun mülkiyyətində olan evdə yaşamışdır. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Zəhranur dünyaya gəlmişdir. Sonradan cavabdehlə iddiaçının oğlu ilə aralarında olan ailə münasibətləri pisləşmiş və Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahlarından doğulmuş X1 cavabdehin himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək hər ay 110 manat aliment ödənilməsi qət edilmişdir. Cavabdeh oğlu Anarın ikinci dəfə evləndiyi gün, xx.xx.2022-ci il tarixdə onun evinə gələrək istifadə hüququ olması bəhanəsi ilə yersiz yerə dava-dalaş salıb getmişdir. İki ilə yaxın onun evinə gəlməsə də bu ilin may ayından etibarən həftədə 1-2 dəfə 1 saatlıq onun evinə gələrək evdə hər kəsi təhqir edir, hədəqorxu gələrək şantaj edir. Cavabdeh hazırda Kürdəmir rayon, Aran qəsəbəsi, bina 2, mənzil 25-də kirayədə yaşayır və cavabdehin uzun müddət onun evində yaşamamaqla həmin evdə qeydiyyatda olması mülkiyyət hüquqlarını pozur. “REC-İNVEST MMC” tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 07-22/AR-02 saylı “Daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi barədə“ arayışa görə, ünvan 1ində yerləşən 1 otaqlı, (24-26 kv.metr) orta təmirli, tam kommunal şəraitli, həyətyanı torpaq sahəsi olan mənzilin aylıq kirayə haqqı xx.xx.2022-ci il tarixinə 100-150 manat təşkil edir. Göründüyü kimi ən yüksək aylıq kirayə haqqı ilə hesablansa (36 ay x 150 = 5400) manat təşkil edir. Ona görə də Cavabdeh 7.200 manat kompensasiya ödəməklə mülkiyyətində olan ünvan 1ində yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etirazından müəyyən olunur ki, o, 2005-ci ildə X7 ilə evlənib ailə qurmuş və onun atası İddiaçı ünvan 1indəki evinə gəlin köçmüşdür. Uzun müddət iddiaçının oğlu Anarla birlikdə iddiaçıya məxsus evdə yaşamış və xx.xx.2013-cü il tarixdə həmin evdə Zəhranur adlı bir uşaqları olmuşdur. X9 ər-arvad münasibətləri pozulmuş və aralarında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Mübahisəli evdə hüququnun olmasına baxmayaraq, iddiaçı və onun ailə üzvləri onu qızı Zəhranurla birlikdə gəlin getdiyi evdə yaşamağa qoymamışlar. Yaşamağa başqa evi olmadığına görə hazırda qızı ilə birlikdə kirayədə yaşayır. İddiaçı iddia ərizəsində ona 5400 manat məbləğində kompensasiya təklif etmiş, sonradan isə təklif etdiyi kompensasiyanın məbləğini artıraraq 7200 manat kompensasiya təklif etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən onun qızı Zəhranurla birlikdə iddiaçıya məxsus olan evdə yaşamaq hüququ vardır. Kompensasiyanın məbləğinin 15000 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı təklif etdiyi 7200 manat məbləğində kompensasiya ilə razı deyil. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır.Bunun üçün ilk növbədə yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə);kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti (oğlu, arvadı, gəlini, kənar şəxs); kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət; yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti;yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği;kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərlə bağlı araşdırma apararaq müəyyən edir ki, mübahisə predmeti təşkil edən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində cavabdehin istifadə hüququ Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-869/2019 saylı qətnaməsi ilə tanınmış və həmin qətnamə ilə də cavabdeh həmin evə köçürülmüşdür. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, cavabdehin təqsiri üzündən ailə münasibətləri davam etdirilməyərək, iddiaçının oğlu ilə cavabdeh arasında ailə münasibətlərinə son qoyulmuş, hazırda həmin hərəkətlərə görə onların bir yerdə yaşaması iddiaçının mövqeyinə görə mümkün deyil və bu səbəbdən də cavabdeh hazırda mübahisəli evdə yaşamır. İddiaçı ilk öncə cavabdehin evdən 5400 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsindən ötrü məhkəməyə müraciət etmiş, daha sonra kompensasiya məbləğini artıraraq 7200 manat təklif etmiş və bu barədə məhkəmə qətnamə qəbul etmişdir. İddiaçı Apellyasiya instansiya məhkəməsinə də, məhkəmənin kompensasiya məbləğinin artırılması ilə bağlı təklifini qəbul etmiş və ərizə ilə müraciət edərək, həmin məbləğin artırılaraq 8500 manat məbləğində olmasının nəzərə alınmaqla kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş arayışlar və evin qiymətləndirilməsi barədə rəydən görünür ki, ünvan 1i ünvanında 0,27 ha torpaq sahəsində yerləşən 214,2 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 20.000 manat, ünvan 1ində yerləşən 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evinin kirayə haqqı 80-100 manat arasında dəyişdiyini, cavabdeh hazırkı mənzilin kirayə dəyərinin 1 otaqlı, (24-26 kv.metr) orta təmirli, tam kommunal şəraitli, həyətyanı torpaq sahəsi olan mənzilin aylıq kirayə haqqı xx.xx.2022-ci il tarixinə 100-150 manat civarında dəyişdiyini göstərilmişdir. Həmçinin təqdim olunmuş mütəxəssiz rəyi ilə müəyyən olunur ki, ünvan 1ində yerləşən 1 (bir) otaqlı (24-26 kv.m), tam təmirli və kommunal şəraiti, həyətyanı sahəsi olan fərdi yaşayış evinin orta aylıq kirayə haqqının 07 oktyabr 2022-ci il tarixinə orta aylıq kirayə haqqının dəyəri: 150,0 ( bir yüz əlli) – 170 (bir yüz yetmiş) manat təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Həmçinin həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəalarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin evdən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyi ehtiva edir. İddiaçı cavabdehin təqsirli hərəkətlərinə görə onunla bir yerdə yaşamağın mümkün olmadığını, oğlu Anarın yeni ailə qurmasından sonra isə münasibətlərin daha da pisləşməsini, mütəmadi olaraq evə gələrək əsassız yerə narazılıq yaradıb onları təhqir etməsini bildirərək, hazırda onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini arzulayır. Cavabdeh isə təklif edilən kompensasiya məbləği ilə razılaşmır və fərdi yaşayış evinin bazar dəyərinin 80-90 min manat olduğunu iddia etməklə, iddiaçının iddia etdiyi məbləğdə deyil, 15.000 (on beş min) məbləğində kompensasiya (apellyasiya şikayətində isə 20000 manat kompensasiya tələb edir) ödənilməsini tələb edir. Kollegiya bununla bağlı qeyd edir ki, kompensasiya verməklə istifadə hüququna xitam verilərkən evin məbləği heç bir önəm kəsb etmir. Çünki kompensasiyanın məbləği evin dəyəri ilə deyil, iddiaçının vəsaiti hesabına cavabdehin özünə şərait qurana kimi müvəqqəti olaraq başqa bir ünvanda oxşar şəraitli evdə yaşayışının təmin edilməsinin qarşılanmasına yönəlir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsində israrlı olduğundan, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən vermək istədiyi 7200 manat məbləğində pulu artıraraq 8500 manat məbləği kimi nəzərə alınmasını xahiş etmişdir. Bu cavabdehin onun fərdi yaşayış evindən istifadə hüququnun davam etdirilməməsində israrlı olması qənaətini qaçılmaz edir. Həmin məbləğ ilə cavabdehin başqa bir ünvanda mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı veribverməməsi aydınlaşdırılarkən iddiaçının təqdim etdiyi arayışa əsasən 100-150 manat kirayə haqqı hesablandıqda 4 (dörd) ildən artıq kirayədə yaşamağın mümkünlüyü müəyyən edilir. Həmin müddət ərzində də cavabdehin özü üçün şərait quraraq yaşayışının təmin edilməməsi mümkünsüz olmamaqla inandırıcı hesab edilə bilməz. Belə olan halda 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ağlabatan hesab edilə bilər. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Belə olan halda cavabdehin özünə şərait qurana kimi iddiaçının vəsaiti hesabına davamlı surətdə və kifayət qədər ağlabatan müddətdə yaşaması mümkün olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kompensasiya məbləğinin artırılmasına dair ərizəsi nəzərə alınmaqla cavabdehin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam hissəsində gəlinən nəticə dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı tərəfindən 7200 (yeddi min iki yüz) manat pul kompensasiyası ödənilməsi hissəsində dəyişdirilməli, kompesasiyanın məbləği 8500 manat məbləğində müəyyən edilməli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 372, 384.0.3, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1683/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməsi hissəsində dəyişdirilərək kompensasiya məbləği 8500 (səkkiz min beş yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar