Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-313/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), X20 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili X8, birləşdirilmiş iş üzrə cavabdeh X4 iştirakları ilə, İlk İddiaçı cavabdehlər Cavabdeh1, Salyan 2 saylı xüsusi notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və digər tələblərə dair ilkin iddia tələbinə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələblər barədə qarşılıqlı iddia tələbinə, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X6 və İddiaçı qarşı torpaq sahəsinin geri alınması haqqında iddia tələbinə dair Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(057)-809/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı xüsusi notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əmisi Rzayev Ayaz Babaş oğlunun 03 avqust 2019-cu il tarixli vəsiyyətnaməsi əsasında miras qalmış Salyan rayonu Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinə, üzərində tikilən fərdi yaşayış evinə, həyətyanı bütün tikililərə, pay torpaq sahəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 avqust 2019-cu ildə mərhum atası Rzayev Ayaz Babaş oğlu tərəfindən verilmiş Salyan rayon Yenikənd kəndində inzibati ərazi nümayəndəliyində yazdığı vəsiyyətnamənin etibarsız hesab edilməsi, xüsusi mülkiyyətində olan 0,035004 ha həyətyanı, 0,098 ha və 0,1585 ha pay torpaq sahələrindən cavabdeh İddiaçı çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk İddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı xüsusi notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi üzrə iddia tələbinin, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun adına vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsində artırılması və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər X6 və İddiaçı qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan Salyan rayonu Yenikənd kəndində 0,98 ha və 0,1585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və Salyan rayonu Şəkərli kəndində 0,90 ha həyətyanı torpaq sahəsinin X11 və İddiaçı qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(057)-809/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı xüsusi notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiaları üzrə 2(057)-809/2021 saylı, eləcə də Cavabdeh1 cavabdehlər X6 və İddiaçı qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbi üzrə 2(057)-967/2021 saylı mülki işlər birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. Sonradan ilk İddiaçı iddia tələbinin həcmini artıraraq, tələbini cavabdehlər Cavabdeh1, Salyan 2 saylı xüsusi notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsə qarşı yönəldərək, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamənin əsasında əldə edilmiş bütün sənədlərin, o cümlədən cavabdeh DƏDRX-nin ********** nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlarının ləğv edilməsi və İddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi tanınması, ona vəsiyyətnamə üzrə vərəsə olaraq pay ayrılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, əmisi Rzayev Ayaz Babaş oğlu 13 avqust 2019-cu ildə ona vəsiyyətnamə vermişdir. Əmisi öləndən sonra icra nümayəndəsi əmisinin ona vəsiyyətnamə yazdığını demişdir. Vəsiyyətnamə onda bir müddət qaldıqdan sonra notariusa getmiş, notarius ona Pərvizi və Elmiranı çağırmasını demişdir. Onları çağıra bilmədiyini dedikdə, sonuncu məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Artıq 9 ilə yaxın müddətdir ki, o, əmisinə məxsus həyətyanı torpaq sahəsinin yarısını və pay torpağını əkir. Əmisi ona öz sağlığında 0,80 ha torpaq sahəsini vermiş, orada yonca və taxıl əkmiş, əmisinə sahəyə görə 100 manat məbləğdə pul vəsaiti vermişdir. Əmisini özü saxlamış və ona qulluq etmişdir. Oğlu təxminən 16 il, arvadı Elmira isə 12 ildir ki, onun əmisini atıb getmişlər. Cavabdeh1 yalnız atasının yasının 40-cı günü gəlmişdir. Pərviz hazırda atasının adından haqsız istifadə edir. Cavabdeh1 16 ilə yaxın olar ki, mübahisəli torpaq və evdən heç bir məlumatı yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələblərini onunla əsaslandırmışdır ki, atası 2019-cu ildə vəfat etmiş, ondan miras əmlak kimi ev, həyətyanı torpaq sahəsi, pay torpaq sahəsi, Salyan rayonu Şəkərli kəndində yerləşən 0,38 ha pay torpağı, 0,98 ha torpaq sahəsi və 0,15 ha torpaq sahəsi qalmışdır. Atası və anası ilə birlikdə yaşamışlar. Atası öləndən sonra yas mərasimini özü, anası və əmisi Əlirza yola vermişlər. 2013-cü ildən Bakı şəhərində kirayədə qalmaqla “SOCAR”ın qaz paylayıcı stansiyasında operator vəzifəsində işləyir. Bütün əmlakları evdə qalmış, Bakı şəhərində işləyərkən anasını yanına aparmışdır. Ətrafda əmiləri Valeh, Əlirza və Hümmət yaşadıqlarından onlar evə göz-qulaq olmuşlar. Miras əmlak əvvəlcə X9 adına olmuş, daha sonra isə Sarıgüldən keçib Əlirza, Valeh, Adilənin adına, onlar imtina etdikdən sonra özünün adına sənədləşdirilmişdir. Atası və nənəsi öldükdən sonra əmlak adına keçmişdir. Özü qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, əmlakı adına keçirmişdir. Ev, torpaq və pay torpaq sahələri öz adınadır. 11 dekabr 2020-ci ildə qeydiyyat vəsiqələri almış və mübahisəli vəsiyyətnamə haqqında heç bir məlumatı olmamışdır. Atası xəstə olduğu üçün onun vəziyyətindən istifadə edib vəsiyyətnamə almışlar. Atası vəfat etdikdən sonra torpağı və evi zəbt etmişlər. Əmisi oğlu olan İddiaçı torpaq sahələrini 2019-cu ildən əkir. Özünün vaxtı olmadığı üçün torpağı əkib becərə bilməmiş, ancaq Müsavirə torpaqdan istifadə etməməsini demişdir. İddiaçı ona vəsiyyətnamə olduğunu, Müqəddəs Rzayev isə torpağı aldığını bildirmişdir. X30 içki içdiyi üçün xəstə olmuşdur. Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(057)-809/2021 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) hər iki iddia qismən təmin edilərək, X18, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Şəkərli kəndində ümumi sahəsi 51 kv.m olan 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¾ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1, X18 və Rzayev Ayaz Babaş oğlunun ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¾ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1, X18 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¾ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, X18, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1nın ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Şəkərli kəndində ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¼ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1, X18 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¼ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1, X18 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¼ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş, 2V-71 və 2V-73 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən ləğv edilmiş, Cavabdeh1 yuxarıda qeyd olunan qaydada, yəni Rzayev Ayaz Babaş oğlundan miras qalmış əmlakdan məcburi pay kimi ¼ hissədə miras əmlakda payı müəyyənləşdirilmiş, İddiaçı və X4 Cavabdeh1 verilmiş və mülkiyyətində olan torpaq sahələrindən çıxarılmaları, ona aid olan torpaq sahələrinin İddiaçı və X3 alınaraq Cavabdeh1 verilməsi, Salyan rayonu Şəkərli kəndində Cavabdeh1 adına ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması və Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların qismən, o cümlədən **********7 nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh1 dair hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, hər iki iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəsiyyətnamə əmlakın xeyrinə vəsiyyət olunduğu şəxsin evində və iştirakı ilə tərtib olunmuş, vəsiyyətnamənin təsdiq olunduğu yer və saat göstərilməmiş, vəsiyyətnamə şahidlərin yanında tərtib edilməmiş və vəsiyyət edən onu şahidlərin yanında imzalamamış, vəsiyyətnamənin kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu göstərilməmiş, vəsiyyət edilmiş fərdi yaşayış evi vəsiyyət edənin mülkiyyətində olmamışdır. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğu qeyd edilməmiş, yalnız işin halları və işə aidiyyəti olmayan fikirlər qeyd olunmuş, şahidlərdən birinin yüngül unutqanlıq səbəbindən hansısa əhəmiyyətsiz məqamı olduğu kimi çatdıra bilməməsi şişirdilib, az qala işin özəyi səviyyəsinə çatdırılmasına cəhd edilmişdir. Mərhum ömrünün son illərində onun himayəsində olmuş, əmisinə daim özü qulluq etmiş, maddi və mənəvi dəstək olmuşdur. Cavabdeh1 övlad olaraq, xəstə və köməksiz atasının qayğısını çəkməmiş, maddi və mənəvi dəstək göstərməmişdir. Bu səbəbdən də, vəsiyyətnamə ona - İddiaçı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmış, Cavabdeh1 dedikləri öz təsdiqini tapmamış, hüquq normaları düzgün tətbiq olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(106)-486/2022 qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(057)-809/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk İddiaçı cavabdehlər Cavabdeh1, Salyan rayon 2 saylı notariat kontoru (indiki Salyan 2 saylı xüsusi notariat ofisi) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsə qarşı mərhum əmisi Rzayev Ayaz Babaş oğlunun xx.xx.2019-cu il tarixli vəsiyyətnaməsi əsasında miras qalmış Salyan rayonu, Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinə, üzərində tikilən fərdi yaşayış evinə, həyətyanı bütün tikililərinə, pay torpaq sahəsinə vərəsəlik hüququnun tanınması, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun adına vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsi, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamənin əsasında əldə edilmiş bütün sənədlərin, o cümlədən cavabdeh DƏDRX-nin ********** nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlarının ləğv edilməsi və İddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi tanınması, ona vəsiyyətnamə üzrə vərəsə olaraq pay ayrılması barədə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, 03 avqust 2019-cu ildə mərhum Rzayev Ayaz Babaş oğlu tərəfindən verilmiş Salyan rayon Yenikənd kəndində inzibati ərazi nümayəndəliyində yazılmış vəsiyyətnamə etibarsız hesab edilmiş, cavabdehlər İddiaçı və X11 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan Salyan rayonu Yenikənd kəndində yerləşən 0,98 ha və 0,1585 ha torpaq sahələrindən, Salyan rayonunun Şəkərli kəndində yerləşən 0,38004 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahələri qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq Cavabdeh1 sahibliyinə qaytarılması qət edilmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi vəsiyyətnamənin etibarsız əqd olması qənaətinə gəlsə də, Mülki Məcəllənin tələblərinə zidd olan hər hansı halı müəyyən etməmişdir. Müəyyən olunan pozuntular yalnız formal pozuntular olmuşdur və təlimatın pozulmasına əsaslanmışdır. Miras qoyanın iradəsinə zidd olan hər hansı hal müəyyən edilməmiş, vəsiyyətnamə tərtib edilərkən Mülki Məcəllənin tələbləri pozulmamış, eyni zamanda, bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Miras qoyan tərəfindən verilmiş vəsiyyətnamə forma və məzmununa əsasən tam olaraq Mülki Məcəllənin tələblərinə cavab verir. Vəsiyyətnamədən görünür ki, Mülki Məcəllənin 1179.1-ci maddəsinin tələblərinə riayət olunmuşdur. Belə ki, miras qoyan özü icra nümayəndəliyinə gəlmiş, orada vəsiyyətnamə vermək istəyini və arzusunu bildirmiş və bununla bağlı rəsmiləşdirmə aparılmışdır. Həmçinin vəsiyyətnamədən görünür ki, Mülki Məcəllənin 1180.1-ci maddəsinə əməl olunaraq onun tərtibində iki şahid iştirak edərək onu imzalamışlar. Apellyasiya instansiyası məhkəməsi həmin halları və tərtib edilmiş vəsiyyətnamənin miras qoyanın iradəsinə zidd olaraq tərtib edilməsini yoxlamaq əvəzinə, iş üçün əhəmiyyət kəsb etməyən, formal əsaslara və mülahizələrə əsaslana dəlilləri əsas tutaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(102)- 4706/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(106)-486/2022 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı iddia tələbini rədd edib qarşılıqlı iddia tələbini təmin edərkən iş üzrə sübutlarla mübahisəli vəsiyyətnamənin etibarsız olması təsdiq olunduğundan, qarşılıqlı iddiaçının ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğuna istinad etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə işin həmin hallarına və sübutlara düzgün qiymət verilmədən çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yeni qətnamə qəbul etmiş və ilk iddia tələbi üzrə belə qənaətə gəlmişdir ki, vəsiyyətnamə verilərkən bununla bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunmalıdır ki, əqdin etibarlı olub-olmamasının əsasları Mülki Məcəllənin müvafiq müddəaları ilə tənzimlənir. Miras qoyanın öz əmlakı barədə iradəsini rəsmiləşdirən notariat orqanı, yaxud həmin orqana bərabər olan digər şəxslər vəsiyyətnaməni Mülki Məcəllənin tələblərinə uyğun tərtib etməli, yalnız Mülki Məcəllənin tələblərini pozan və miras qoyanın iradəsini zədələyən əqd etibarsız hesab edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçı cavabdeh qarşılıqlı iddianın əsas dəlili kimi atasının iddiaçı tərəfindən aldadılaraq ağır xəstəlik zamanı vəsiyyətnamə imzalatdırılmasını göstərmişdir. Yəni, cavabdeh yalnız iradə ifadəsinin zədələnməsinin əsası ilə vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi vəsiyyətnamənin etibarsız əqd olması qənaətinə gəlsə də, vəsiyyətnamə tərtib edilərkən və imzalanarkən miras qoyanın iradəsinə zidd olan hər hansı hala istinad etməmişdir. İş materiallarından müəyyən olunur ki, miras qoyan tərəfindən verilmiş vəsiyyətnamə məzmunca Mülki Məcəllənin tələblərinə uyğun olmuş, miras qoyan özü icra orqanına gələrək orada vəsiyyətnamə vermək arzusunu və iradəsini bildirmiş və icra orqanı bununla bağlı rəsmiləşdirmə aparmışdır. Həmçinin işin hallarına görə miras qoyanı həm uşaqları, həm arvadı tərk edərək yaşamaq üçün Bakı şəhərinə getmiş, miras qoyan 10 ilə yaxın müddət ərzində Salyan rayonunun Şəkərli kəndində tək yaşamışdır. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, miras qoyan vəsiyyətnamənin tərtib edilməsi üçün özü icra nümayəndəliyinə gəlmiş, orada əmlakını qardaşı oğlu olan ilk iddiaçıya vəsiyyət etmək barədə vəsiyyətnamə yazmaq arzusunu bildirmiş və onun bu iradəsi icra nümayəndəliyi tərəfindən həyata keçirilmişdir. Məhkəməyə göstərilən bu halı təkzib edən hər hansı sübut təqdim edilməmişdir. Vəsiyyət edən özü icra nümayəndəliyinə gedərək iradəsini aydın şəkildə ifadə edərək vəsiyyətnamə verdiyindən və bu halları təkzib edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda məhz bu hallara istinad etməklə vəsiyyətnamə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə məhz bu əsaslara istinad etməklə araşdırma aparmalı və müəyyən etdiyi hallara qiymət verməli idi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələblərə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-in 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir. Mülki işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Salyan 2 saylı xüsusi notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin, habelə üçüncü şəxs Salyan RİHB-nin X22 Ərazi Dairəsi üzrə nümayəndəliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermişdir. Belə ki, o, göstərmişdir ki, atası Rzayev Ayaz Babaş oğlu 2019-cu ildə vəfat etmiş, ondan miras əmlak olaraq ev, həyətyanı torpaq sahəsi, pay torpaq sahəsi, Şəkərdli kəndində yerləşən 0,38 ha pay torpağı, 0,98 ha torpaq sahəsi və 0,15 ha torpaq sahəsi olmuşdur. Bakı şəhərində işlədiyi üçün anasını öz yanına aparmış, əmiləri Valeh, Əlirza və Hümmət yaxında yaşadıqlarından onlar evə “göz-qulaq olmuşlar”. Miras əmlak əvvəlcə X9 adına olmuş, daha sonra isə Sarıgüldən keçib Əlirza, Valeh, Adilənin adına, onlar imtina etdikdən sonra özünün adına sənədləşdirilmişdir. Atası və nənəsi vəfat etdikdən sonra əmlak adına keçmişdir. Özü qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış və əmlakı adına keçirmişdir. Ev, torpaq və pay torpaq sahələri öz adınadır. 11 dekabr 2020-ci ildə qeydiyyat vəsiqələri almış, vəsiyyətnamə haqqında məlumatı olmamışdır. Atası xəstə olduğu üçün vəsiyyətnamə ondan almışlar. Atası vəfat etdikdən sonra yəqin ki, torpağı və evi zəbt etmişlər. Torpaq sahələrini 2019-cu ildən əkir. Özünün vaxtı olmadığı üçün torpağı əkib becərə bilməmişdir. Amma Müsavirə torpaqdan istifadə etməməsini demişdir. Ona vəsiyyətnamə olduğunu, Müqəddəs isə torpağı aldığını demişdir. Atası içki içdiyi üçün xəstə olmuşdur. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X19 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı verilmiş vəsiyyətnamə qanunsuz olmuşdur. Belə ki, vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin tələbləri, yəni “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 60,61,64 və 66-cı bəndlərinin tələbləri pozulmuşdur. Bu səbəbdən, o apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə bildirmişdir ki, əmisi Rzayev Ayaz Babaş oğlu 13 avqust 2019-cu ildə ona vəsiyyətnamə vermişdir. Əmisi öləndən sonra icra nümayəndəsi onu çağıraraq, əmisinin ona vəsiyyətnamə qoyduğunu demişdir. Vəsiyyətnamə onda bir müddət qaldıqdan sonra notariusa getmiş və notarius ona Pərvizi və Elmiranı çağırmasını demişdir.Onları çağıra bilmədiyini dedikdə sonuncu məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Artıq 8 ildir əmisinə məxsus həyətyanı torpaq sahəsinin yarısını və pay torpağını əkir. Əmisi ona öz sağlığında 80 sot torpaq sahəsini vermiş, orada yonca və taxıl əkmiş, əmisinə sahəyə görə 100 manat məbləğində pul vəsaiti vermişdir. Əmisini özü saxlamışdır. Oğlu Pərviz 15 il, arvadı Elmira isə 11 ildir ki, onu atıb getmişlər. Pərviz atasının yasının 40-cü günü gəlmişdir. Pərviz atasının adından istifadə edir, hətta halallıq üçün Pərvizə 10000 manat məbləğdə pul vəsaiti də vermək istəmişdir. Həmçinin Pərvizin 40 sot torpağını da almaq istəmişdir. Pərvizin 15 ildir ki, torpaq və evdən məlumatı yoxdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Birləşdirilmiş iş üzrə cavabdeh X11 məhkəmədə qardaşı İddiaçı ilə eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin və ona etirazın dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-295F KOD 80905028 saylı şəhadətnamədən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən 0,38 hektar həyətyanı torpaq sahəsi Salyan rayonu Şəkərli kənd sakinləri X18, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 11 dekabr 2020-ci il tarixdə Salyan rayonu Şəkərli kəndində yerləşən ümumi sahəsi 51 kv.metr olan fərdi yaşayış evi X9 mülkiyyətinə, 0,38004 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə X9, Rzayev Ayaz Babaş oğlunun və Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə qeydə alınmışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə Salyan rayonu Yenikənd kəndində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 08 dekabr 2020-ci il tarixdə Cavabdeh1, X9 və Rzayev Ayaz Babaş oğlunun ümumi birgə mülkiyyətlərinə qeydə alınmışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Salyan rayonu Yenikənd kəndində yerləşən 0,1585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Rzayev Ayaz Babaş oğlunun və X9 ümumi birgə mülkiyyətlərinə qeydə alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Salyan rayonu Şəkərli kəndində yerləşən 0.38004 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və ümumi sahəsi 51 kv.m olan fərdi yaşayış evi 12 fevral 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Salyan rayonu Yenikənd kəndində yerləşən 0,1585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 fevral 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə Salyan rayonu Yenikənd kəndində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 fevral 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. İşdə olan Ölüm haqqında AZ-İ № 392088 saylı şəhadətnaməyə görə X18 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan Ölüm haqqında AZ-İİ № 011034 saylı şəhadətnaməyə görə Rzayev Ayaz Babaş oğlu xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan Salyan RİHB-nin X22 ərazi dairəsi üzrə nümayəndənin 15 oktyabr 2020-ci il tarixli 860 saylı arayışına əsasən 16 sentyabr 2019-cu ildə vəfat etmiş Rzayev Ayaz Babaş oğlunun vərəsələri arvadı X15 və oğlu Cavabdeh1dur. İşdə olan 01 fevral 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən Salyan rayonu Yenikənd kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1585 ha və 0,98 ha torpaq sahələri olmaqla ümumilikdə 2 çıxarış üzrə cəmi 1,1385 ha torpaq sahəsindəki payına X7 qalmış miras əmlak olaraq Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ var. İşdə olan 01 fevral 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Salyan rayonu Yenikənd kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1585 ha və 0,98 ha torpaq sahələri olmaqla ümumilikdə 2 çıxarış üzrə cəmi 1,1385 ha torpaq sahəsindəki payına Rzayev Ayaz Babaş oğlundan qalmış miras əmlak olaraq Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ var. İşdə olan 01 fevral 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X12 məxsus Salyan rayonu Şəkərli kəndində yerləşən, ümumi sahəsi 51 kv.m, yaşayış sahəsi 40,9 kv.m, yardımçı sahəsi 10,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və onun ümumi birgə mülkiyyətdə olan 0,38004 ha həyətyanı torpaq sahəsindəki payına ondan qalmış miras olaraq Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ var. İşdə olan 01 fevral 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Salyan rayonu Şəkərli kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0,38004 ha həyətyanı torpaq sahəsindəki payına Rzayev Ayaz Babaş oğlundan qalmış miras olaraq Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ var. Habelə, işdə olan 03 avqust 2019-cu il tarixli Vəsiyyətnamədən görünür ki, Rzayev Ayaz Babaş oğlu Salyan rayon İHB-nin X22 ərazi dairəsi üzrə nümayəndəsi X2 təsdiq etdiyi texniki vasitədən istifadə edilməklə tərtib olunmuş 03 avqust 2019-cu il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan Salyan rayonunun Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsini, üzərində tikilən fərdi yaşayış evini, həyətyanı bütün tikililərini, pay torpaq sahəsini və bütün əmlakını qardaşı oğlu İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnaməyə “vəsiyyətnamə mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu, sözlərimə əlavələr, dəyişikliklər və ixtisarlar edilməmişdir” qeydi edilmiş, vəsiyyətnamə təsdiq olunarkən, vəsiyyət edənin şəxsiyyətinin müəyyən edildiyi qeyd edilmiş, həm vəsiyyətnamə, həm də şahidlərin imzalarının həqiqiliyi təsdiq edilmişdir. Həmçinin, Vəsiyyətnamədə vəsiyyət edənə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178 və 1193-cü maddələrinin məzmununun izah edildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, İddiaçı tanıyır, onunla ədavət və düşməçiliyi olmamışdır. Cavabdeh1 atasının vəfatından sonra tanımışdır. Atasının sağlığında Pərviz atası ilə maraqlanmış, anası isə Cəlilabad rayonunda yaşamışdır. Ayaza Müsavir xidmət göstərmişdir. Mərhum icra nümayəndəliynə gələrək oğlu və arvadı ona baxmadığını, ona Müsavirin baxdığını demişdir. Ayaz bütün əmlakını Müsavirə vəsiyyət etdiyini demiş, sonra vaxt təyin edib vəsiyyətnaməni tərtib etmişdir. Vəsiyyətnamə şahidlərin yanında açıq şəkilədə yazılmışdır. Həmin vaxt Müsavir orada olmamışdır. Vəsiyyətnamənin bir nüsxəsini mərhuma vermiş, bir nüsxəsini isə özündə saxlamışdır. Vəsiyyətnamə yazılan zaman şahidlər Vətən və Aynur olmuşlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 öz ifadəsində bildirmişdir ki, Ayaz Rzayevi və iş üzrə hər iki tərəfi kənd sakini kimi tanımışdır. Tarix yadında qalmamışdır, Ayaz onlara gələrək mülkünü qardaşı oğlu Müsavirə vəsiyyət etməsini demişdir. Bunun üçün icra nümayəndəliyinə getməyin lazım olduğunu bildirmişdir. Ayaz ona iki nəfər şahidin lazım olduğunu demişdir. Onunla razılaşıb icra nümayəndəliyinə getmişdir. Vəsiyyətnamə yazılmış, oxunmuş, Ayaz və özü etmiş, Ayaz torpağı və mülkünü Müsavirə vəsiyyət etdiyini demişdir. Digər şahid Aynur da orada olmuşdur. Ümumilikdə orada 4 nəfər olmuşdur. İcra nümayəndəsinin iş otağına Aynurla birlikdə gəlmiş və orada olmuşlar. Müqəddəs və Müsavirlə qohumluğu yoxdur. Vəsiyyətnaməni səhv eləmirsə, günortadan sonra imza etmişdir. Ayaz xəstə adam olmamış, o anlaqlı şəxs olmuşdur. Aynur Salyan rayonunun Yenikənd kəndində yaşayır. Vəsiyyətnamənin imzalanmasında icra nümayəndəsi, müavini, özü və Ayaz olmuşlar. Aynur onunla icra nümayəndəliyinə gəlmiş, sonra otağa girib, özü isə çıxmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, Vətənin evində olduğu vaxt Ayaz ora gəlmiş, mülkünü Müsavirə vermək barədə vəsiyyətnamə tərtib etmək istədiyini demiş və ona şahidlik etmək lazım olduğunu xahiş etmişdir. Ona görə də, icra nümayəndəliyinə getmiş, vəsiyyətnamə oxunmuş və imza etmişlər. Ayazın ailəli olduğunu bilməmişdir. Ona Müsavir baxmışdır. Ayazın yas mərasimi Müsavirgilin həyətində olmuşdur. İcra nümayəndəliyinə günortadan sonra əvvəlcə Vətən, sonra isə özü getmişdir. İcra nümayəndəliyində hansı otaqa olmaları yadında qalmamışdır. İçəridə Müsavir, Pirverdi, Ayaz və özü olmuşlar. Vəsiyyətnamə oxunmuş özü də imza etmişdir. Vətən vəsiyyətnaməni imza edəndə özü otaqda olmamışdır. Ayazı tanımamış, Müsavirlə qohumluğu yoxdur. Ayazın yas mərasimi keçirilən həyəti Hümmət kişinin həyəti olduğunu bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Quliyeva Adilə Babaş qızı öz ifadəsində göstərmişdir ki, qardaşı Ayaza özü baxmış, onun arvadı və oğlu Bakı şəhərində olmuşlar. Ayaz ölübsə torpaq sahəsi oğlu Pərvizə qalmalıdır. Qardaşı Ayaz araq alidəçisi olmuş, Müsavirə vəsiyyətnamə verməməli idi, hansı səbəb görə verib məlumatı yoxdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ehtiva olunan məcburi göstərişlərə uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsində iş üzrə təqdim edilmiş və araşdırılmış sübutlara əsasən Rzayev Ayaz Babaş oğlu özünə məxsus olan və Salyan rayonunun Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsini, üzərində tikilən fərdi yaşayış evini, həyətyanı bütün tiklilərini, pay torpaq sahəsini və bütün əmlakını qardaşı oğlu İddiaçı vəsiyyət etmişdir. Mübahisəli fərdi yaşayış evi X18, Cavabdeh1 və Rzayev Ayaz Babaş oğlunun adına olmuşdur. Vəsiyyət üzrə vərəsə İddiaçı və məcburi pay almaq hüququ olan Cavabdeh1 mirası qəbul etmişlər. Məhkəmə bu barədə heç bir ziddiyyət görmür. Miras əmlak üzrə vəsiyyətnamə olmasına baxmayaraq, birinci növbə vərəslərin miras əmlakdan məcburi pay almaq hüquqları vardır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, miras qoyanın - Rzayev Ayaz Babaş oğlunun iki vərəsəsi, X15 və Cavabdeh1 olmuş, həmin vərəsələrdən biri – X15 miras əmlakı qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən də, ona vərəsə kimi pay verilməsi mümkün deyildir. Digər vərəsə Cavabdeh1 isə mirası qəbul etdiyi üçün onun miras əmlakdan məcburi payı müəyyən olunmalıdır. Belə ki, işdə olan 01 fevral 2021-ci il tarixli ərizədən görünür ki, X15 mərhum əri Rzayev Ayaz Babaş oğlundan miras əmlakı qəbul etməmiş və imtina etmişdir. Beləcə, İddiaçı miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğu üçün ona vəsiyyət üzrə miras əmlakdan pay verilməli, digər vərəsəyə isə məcburi pay formasında payları müəyyən olunmalıdır. İddiaçı və X1 Pərviz Ayaz oğluna verilmiş və mülkiyyətində olan torpaq sahələrindən çıxarılmalı, ona aid olan torpaq sahələri İddiaçı və X3 alınaraq Cavabdeh1 verilməlidir. Salyan rayonu Şəkərli kəndində Cavabdeh1 adına ümumi sahəsi 51 kvm olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına kəndtəsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması və Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar qismən, o cümlədən **********7 nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh1 dair hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar ləğv edilməli, hər iki iddia qalan hissədə təmin edilməməlidir. Habelə, Vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar qeyd edilməlidir ki, miras qoyanın iradəsinin həyata keçirilməsinə zidd hər hansı hala yol verilməmişdir. Habelə, həmin vəsiyyətnamənin etibarsızlığına səbəb olan hallar mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, Cavabdeh1 qarşılıqlı iddiasının əsas dəlili atası Rzayev Ayaz Babaş oğlunun İddiaçı tərəfindən aldadılaraq ağır xəstəlik zamanı vəsiyyətnamə imzalatdırılması və bu səbəbdən də, vəsiyyətnamənin onun iradə ifadəsinin zədələnməsi əsası ilə etibarsız hesab edilməsi xahiş edilmişdir. Ancaq mübahisəli vəsiyyətnamənin etibarsız əqd olması barədə dəlili təsdiq edən hər hansı hal iş üzrə sübutlarla təsdiq edilmir. Eləcə də, şahid ifadələri Vəsiyyətnamə tərtib edilərkən qanunun (Mülki Məcəllənin və “Notariat haqqında” Qanunun) tələblərinin gözlənilməsini təsdiqləyir. Beləcə, Rzayev Ayaz Babaş oğlunun vəsiyyətnaməsi məzmun etibarı ilə Mülki Məcəllənin tələblərinə uyğun olmuşdur. Belə ki, miras qoyan özü şəxsən Kənd İcra Nümayəndəliyinə gəlmiş, orada vəsiyyətnamə vermək arzusunu və iradəsini bildirmişdir. Nümayəndəlikdə müvafiq hüquqi prosedur aparılmışdır. Qeyd edilməlidir ki, Salyan RİHB-nin X22 Ərazi Dairəsi üzrə nümayəndəliyinin Notariat hərəkətlərinin qeydiyyatı kitabından əldə edilmiş çıxarışa əsasən Rzayev Ayaz Babaş oğlu tərəfindən 03 avqust 2019-cu il tarixdə Nümayəndəlikdə Vəsiyyətnaməni təsdiq etdirdiyi aşkar olur. Bundan əlavə, Salyan 2 saylı xüsusi notariat ofisinin 01 mart 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş Daxil olmuş sənədlərin siyahısından görünür ki, İddiaçı verilmiş 03 avqust 2019-cu il tarixli vəsiyyətnamə həmin notariat ofisinə 08 noyabr 2020-ci il tarixdə daxil olmuş və 1722 sıra sayı ilə müvafiq (15 saylı reyestr) qeydiyyat aparılmışdır. Bu fakt Salyan 2 saylı xüsusi notariat ofisi tərəfindən 23 iyun 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuş məktubda da öz əksini tapmışdır (iş materialları, İ cild, səh 104-106). Qeyd edilənlərə əsasən nəzərə alınmalıdır ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, atası Rzayev Ayaz Babaş oğlu 2019-cu ildə vəfat etmiş, özü isə 11 dekabr 2020-ci ildə qeydiyyat vəsiqələri almış və mübahisəli vəsiyyətnamə haqqında heç bir məlumatı olmamışdır. Ancaq iş materiallarına görə atası Rzayev Ayaz Babaş oğlu Vəsiyyətnaməni 03 avqust 2019-cu il tarixdə Salyan RİHB-nin X22 Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq etdirmiş, İddiaçı isə 03 avqust 2019-cu il tarixli vəsiyyətnamənin icrası ilə əlaqədar Salyan 2 saylı xüsusi notariat ofisinə müraciət etmiş və həmin müraciət Cavabdeh1 adıçəkilən sənədlər verilməmişdən əvvəl - 08 noyabr 2020-ci il tarixdə notariat ofisində qeydiyyata alınmışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin tələbinə görə notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. X31 Babaş oğlunun müvafiq vəsiyyətnaməsi mövcud olduğu halda və notariat ofisində bu barədə məlumatlı olduğu təqdirdə Cavabdeh1 vərəsəlik şədatnamələri verilmişdir. “Notariat haqqında” Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin qanunun 60-cı maddəsinə görə isə notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Eyni zamanda, işin müəyyən edilmiş hallarından, habelə şahid ifadələrindən aşkar görünür ki, görə miras qoyan Rzayev Ayaz Babaş oğlunu həm oğlu Cavabdeh1, həm də arvadı X15 tərk edərək yaşamaq üçün Bakı şəhərinə getmiş, miras qoyan 10 ildən artıq müddət ərzində Salyan rayonunun Şəkərli kəndində tək yaşamış və ona İddiaçı qulluq etmişdir. Beləliklə, iş üzrə sübutlardan görünür ki, Rzayev Ayaz Babaş oğlu tərəfindən qoyulmuş 03 avqust 2019-cu il tarixli vəsiyyətnamənin etibarsızlığı üçün əsas olan və qanunda nəzərdə tutulmuş hallar aşkar edilmir və buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. MM-in 1166-cı maddəsinə əsasən ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-in 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. MM-in 1180.1 və 1180.2-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. “Notariat haqqında” Qanunun 17-ci maddəsinin 14-cü bəndinə görə öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir. Həmin Qanunun 18-ci maddəsinə əsasən notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: ... 2) vəsiyyətnamələri təsdiq edirlər... . MM-in 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-in 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. MM-in 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. MM-in 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. MM-in 1202.1-ci maddəsinin tələbinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il, “V.Quliyevin şikayəti üzrə” 07 sentyabr 2017-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, mülkiyyət hüququ ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi ona verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Habelə Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bundan əlavə Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında, eləcə də, “Zvierzinski Polşaya qarşı iş” üzrə 19 iyun 2001-ci il tarixli və “Depalle Fransaya qarşı iş” üzrə 29 mart 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir. Mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır. Beləliklə də, qanunvericiliyin qüvvədə olan normalarına əsasən fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Salyan Rayon Məhkəməsinin hazırkı 28 oktyabr 2021-ci il tarixli 2(057)-809/2021 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri yetərli deyildir, həmin dəlillər əsaslı sayıla bilməz və bunun üçün məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(057)-809/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-313/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-313/2023
11.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver