Məhkəmə qərarları › İş №2(106)-318/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-318/2025

30.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-318/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X7, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X8, X12, X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad rayonu 1 saylı Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(073)-1180/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İşdə olan xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,77 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 2,1572 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,9154 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,815 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,6735 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,8427 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,8367 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,1477 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1303 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,0533 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 1,0088 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 3,3026 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,9038 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əhmədova X5 rayonu Günəşli kəndi ünvanında yerləşən, tam mülkiyyətinə verilmiş ümumi sahəsi 0,9483 ha olan torpaq sahəsini tam hissədə oğlu Cavabdeh2 hədiyyə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad rayonu 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Cavabdeh1ndə bağlanmış xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 ilə aralarında Cavabdeh1ndə bağlanmış xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum həyat yoldaşı X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra mərhum həyat yoldaşından miras qalmış daşınmaz əmlak barədə vərəsəliyin tanınmasından ötrü ərizə ilə Notariat ofisinə müraciət edilmişlər və Cavabdeh1 tərəfindən onunla birlikdə övladları da mərhum həyat yoldaşı Nadir Əhmədovun qanun üzrə vərəsələri hesab edilmişlər. Belə ki, cavabdeh olan oğlu Cavabdeh2 13 fevral 2023-cü il tarixdə mərhum həyat yoldaşından qanun üzrə vərəsəlik hüququ əsasında miras kimi ona qalmış əmlakları, onu aldatma yolu ilə özgəninkiləşdirmişdir. Oğlu Cavabdeh2 ona bildirmişdir ki, atasının olan traktoru satmaq istəyir, ona görə də Notariat ofisində olan sənədələrə imza atmalıdır. Bundan sonra oğlu Cavabdeh2, onu traktora aid sənədlərə imza atmaq adı ilə Cavabdeh1nə aparmışdır. Onun Notariat ofisində əmlakları cavabdehə bağışlamağı barədə məlumatı olmamışdır. Notariat ofisində də ona bu barədə heç bir söz deyilməmişdir. O, təxminən bir neçə ay bundan qabaq bilmişdir ki, adına olan torpaq sahələri bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanılmışdır. O, ümumiyyətlə nə yaza, nə də ki, oxuya bilmir. Bir sözlə, cavabdeh ona yanlış məlumat verməklə bağışlama müqaviləsinə ona imza atdırmışdır. Cavabdehin onu aldadaraq Cavabdeh1ndə bağışlama müqaviləsi ilə adına keçirdiyi əmlaklar - ünvan 1ində yerləşən ümumi sahəsi 1,77 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 2,1572 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi, Cəlilabad rayonu Gunəşli kəndində yerləşən ümumi sahəsi 1,9154 ha olan torpaq sahəsi. Cəlilabad rayonu Cəlilabad ravonu Günəşli kəndində yerləşən ümumi sahəsi 0,815 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən umumi sahəsi 1,6735 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 0,8427 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 0,9483 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 0,8367 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 1,1477 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 1,0533 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 1,0088 ha olan torpaq sahəsi, ünvan 1ində yerləşən ümumi sahəsi 3,3026 ha olan torpaq sahəsi və ünvan 1ində yerləşən ümumi sahəsi 0,9038 ha olan torpaq sahəsindən ibarətdir. Hesab edir ki, adı qeyd edilən müqavilələr mübahisələndirilməlidir. Ona görə ki, aldatma yolu ilə bağlanılmış əqdlərdir, məqsəd ona zərər vurmaqdan ibarətdir və bu fakt məqsədli şəkildə edilmişdir. Həmin əqd pis niyyətlə bağlanmış bir əqddir. Göründüyü kimi cavabdeh onun etibarından və heç bir savadı olmadığından istifadə etmişdir. O, həmin əqdi etibarsız hesab edir və qanunun tələbinə görə də etibarsız əqd bağlandığı andan etibarsız hesab edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, yuxarıda qeyd etdiyi əmlaklar üzrə 14 ədəd xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsinə iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı həyat yoldaşı, eyni zamanda Cavabdeh2 atası X3 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. X3 vəfat etdikdən sonra mərhumun həyat yoldaşı İddiaçı və onların övladları mərhumdan miras qalmış daşınmaz əmlak barədə vərəsəliyin tanınmasından ötrü ərizə ilə Notariat ofisinə müraciət etmişlər. X1 övladları mirası qəbul etməkdən imtina etmişlər və Cavabdeh1 tərəfindən İddiaçı mərhum Nadir Əhmədovun qanun üzrə vərəsəsi hesab edilmişdir. 13 fevral 2023-cü il tarixdə mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlaklar qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlakların dəyərini qəbul etməklə Cavabdeh2 bağışlamışdır. İddiaçı cavabdehin onun etibarından və savadının olmadığından istifadə etməsini qeyd edir, lakin bu inandırıcı deyil. Belə ki, iddiaçı bağışlanma müqavilələrini öz iradəsi ilə razılığı əsasında imzalamış və bu fakt müqavilələrdə göstərilən razıyam qeydi ilə və onun şəxsi imzası ilə təsdiq olunur. İddiaçı iddia ərizəsində və məhkəmə prosesində verdiyi izahatında onu mövcud olmuş traktorun satılması ilə bağlı sənədlərə imza edilməsindən ötrü, Notariat ofisinə çağırıldığını və orada aldadılaraq başqa sənədlərə imza atdırılmasını qeyd edir, lakin iddiaçının övladları, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə onları və anaları olan iddiaçını mərhum atalarından miras qalmış əmlakları analarının adına keçirilməsi üçün Notariat ofisinə çağırıldıqlarını qeyd edirlər. Eyni tərəflərin ziddiyyətli izahatları ona əsas verir ki, Notariat ofisində aparılan hərəkətlər qanunauyğun qaydada aparılmışdır. Notariat ofisində həmin müqavilələr bağlanılarkən iddiaçı və övladları iştirak etmişlər və hamısının da ümumi razılıqları olmuşdur bu işdə. Lakin iddiaçı sonradan övladlarının təzyiqi ilə bağışladığı əmlakların geri qaytarılmasını tələb edir. Bu da qanunun tələbi baxımından qanunaziddir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu 1 saylı Notariat ofisinin nümayəndəsi X9 iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı mərhum həyat yoldaşı X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X3 vəfat etdikdən sonra İddiaçı mərhumdan miras qalmış daşınmaz əmlak barədə vərəsəliyin tanınmasından ötrü ərizə ilə Notariat ofisinə müraciət etmişdir. X1 övladları mirası qəbul etməkdən imtina etmişlər və Cavabdeh1 tərəfindən İddiaçı mərhum Nadir Əhmədovun qanun üzrə vərəsəsi hesab edilmişdir. 13 fevral 2023-cü il tarixdə mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlaklar qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı Notariat ofisində şəxsən iştirak etmiş və müqavilələrin hüquqi nəticələri və qanunun tələbləri ona izah edilmişdir. İddiaçı mərhum Nadir Əhmədovdan miras qalmış daşınmaz əmlakları Cavabdeh2 bağışlamışdır. İddiaçının övladlarından bir neçəsi də həmin vaxtı onunla birlikdə Notariat ofisində olmuşlar. Lakin iddiaçı hazırda fikrini dəyişmiş və bağışladığı əmlakların geri qaytarılmasını tələb edir. Bu da qanunun tələbi baxımından qanuna uyğun deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 verdiyi izahatında bildirdi ki, o, X2 adına etibarnamə vermiş ki, mərhum atasından qalmış torpaq sahələri anasının adına keçirilsin. Lakin Notariat öfisində ona izah etməmişlər ki, həmin torpaq sahələri qardaşı Cavabdeh2 adına keçirilir. O, özü əlildir və oxuma-yazma bilmir. Dövlət tərəfindən verilən subsudiyaların alınması üçün torpaq sahələrini analarının adına keçirilməsi məqsədilə Cəlilabad rayonu 1 saylı Notariat öfisinə getmiş və atalarından qalan torpaq sahələrindən imtina edilməsi üçün anasının xeyrinə imtina ərizəsi verilməsindən ötrü X2 adına etibarnamə vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 verdiyi izahatında bildirdi ki, o, torpaq sahəsini başqalarının adına keçirilməsinə razılığı olmamış, lakin onu aldadaraq ondan etibarnamə almışlar. Lakin həmin torpaq sahələrinin anasının adına keçirilməsinə razılıq vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 verdiyi izahatında bildirdi ki, ailəlikcə evdə öz aralarında məsləhətləşib, razılığa gəlmişlər ki, Dövlət tərəfindən verilən subsudiyaların alınması üçün torpaq sahələrini analarının adına keçirsinlər. Bu məqsədlə Cəlilabad rayonu 1 saylı Notariat öfisinə getmişlər və atalarından qalan torpaq sahələrindən imtina edilməsi üçün anasının xeyrinə imtina ərizəsi vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 verdiyi izahatında bildirdi ki, o, Bakı şəhərində yaşayır. Anasının sözü ilə mərhum atasından qalan əmlakları anasının adına keçirilməsi üçün Cəlilabad rayonu 1 saylı Notariat öfisinə gəlmişdir. X2 adına verilən etibarnamədən məlumatı yoxdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 verdiyi izahatında bildirdi ki, onun notarial hərəkətlərindən məlumatı olmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X18 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Elxan Əmirəliyev) 20 avqust 2024cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad Rayonu 1 saylı Notariat ofisinə qarşı Cavabdeh2 ilə aralarında Cavabdeh1ndə bağlanmış xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1.1, 668.1.2, 666.1, 670.1, 673.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53, 14.2, 76.1, 77.1, 88, 185, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iş materiallarında da göründüyü kimi iddiaçının etibarsızlığını tələb etdiyi daşınmaz əmlakın bağışlanması müqavilələri bağlanılarkən, hədiyyə olunan Cavabdeh2 tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmiş öhdəliyi olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cəlilabad Rayonu 1 saylı Notariat ofisinə qarşı mübahisələndirilən bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbində haqlı deyildir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəzərə alınmalıdır ki, iddiaçı öz iddiasında bildirmişdir ki, mərhum həyat yoldaşı X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra mərhum həyat yoldaşından miras qalmış daşınmaz əmlak barədə vərəsəliyin tanınmasında ötrü ərizə ilə notariat ofisinə müraciət edilmiş və Cavabdeh1 tərəfindən onunla birlikdə övladları mərhum həyat yoldaşı Nadir Əhmədovun qanun üzrə vərəsələri hesab edilmişlər. Belə ki, iddiaçının etibarından sui-istifadə edilərək bağlanılmış bağışlama müqaviləsi şərtləndirilməmişdir, lakin həmin müqavilə iddiaçınının aldadılması ilə nəticələnərək imzalatdırılmışdır. Cavabdehin nümayəndəsi izahatında qeyd edir ki, guya ki digər övladları iddiaçıya qarşı təzyiq edir. Halbuki bu faktı təsdiq edən heç bir hal mövcud deyildir. İddiaçı mərhum həyat yoldaşından qalmış traktorun bir şəxsin adından digər ada keçirilməsi ilə bağlı aldadılaraq notariat sənədlərinə imza etdirilmişdir. Əslində həmin hal iddiaçının iradə ifadəsinə zidd olmuşdur. İddiaçı savadsız bir qadındır. Həmçinin cavabdehin nümayəndəsi izahatında qeyd edir ki, iddiaçının digər övladları mərhum atalarından miras qalmış əmlakların analarının (iddiaçının) adına keçirilməsinə etiraz etməmişlər. Qeyd edir ki, iddiaçının mübahisələndirdiyi məsələ bu faktor deyildir. Mübahisə olunan məsələ isə iddiaçının notariat ofisində aldadılmaqla başqa sənəd adı ilə iradəsinə zidd olan hüquqi hərəkətlərin edilməsindən ibarət olmuşdur. Cavabdehin başqa sənəd adı ilə iddiaçını aldadaraq notariat ofisində bağışlama müqaviləsini imzalatdırması iddiaçısını son dərəcə əlverişsiz bir vəziyyətə gətirib çıxarmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya yanlış məlumat verilməklə aldatma yolu ilə əqd bağlayaraq fayda əldə etməsi bir daha öz təsdiqini tapır. Belə ki, iddiaçının onun cavabdeh tərəfindən aldadılması sübut edilsə də, lakin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Hətta iş üzrə dindirilmiş şahidlər də bilavasitə iddiaçının aldadılmasını və onların da məlumatı olmadan müəyyən notariat hərəkətlərinin aparılması barədə öz izahatlarında bildirmişlər. Məhkəmə iddiaçı kimi onun hüquqlarının qorunmasını təmin etməmişdir. Halbuki iddiaçı kimi o, özününün haqlı olmasını təsdiq edən məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi pozulmuşdur. Qeyd edilən xüsusatlar tam araşdırılmamış və araşdırmaya səthi yanaşılmışdır. nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh2 onu Cavabdeh1nə traktora aid sənədlərə imza etmək adı ilə aparmışdır. Onun notariat orqanında əmlakları cavabdehə bağışlaması barədə məlumatı olmamışdır. Notariusda da ona bu barədə heç bir məlumat verilməmişdir. O, təxminən bir neçə ay bundan əvvəl bilmişdir ki, adına olan torpaq sahələri bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanılmışdır. O, ümumiyyətlə nə yaza, nə də oxuya bilmir. Bir sözlə, cavabdeh ona yanlış məlumat verməklə bağışlama müqaviləsinə ona imza çəkdirmişdir. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X15, X21, X13 İddiaçı ilə oxşar məzmunlu izahatlar verərək ildirdilər ki, anaları- İddiaçı iddiasında haqldır. Belə ki, İddiaçı aldadılaraq notariat ofisinə aparılmışdır. Qardaşları- Cavabdeh2 onları aldatmaqla əmlaklarını öz adına rəsmiləşdirmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin notarius Cəmil Hüseynov məhkəməyə məktub ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı: Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci tarixli Qərarı: -Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. -Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Tərəflər arasındakı mübahisənin predmeti İddiaçı ilə Cavabdeh2 ilə aralarında Cavabdeh1ndə bağlanmış xx.xx.2023-cü il tarixli, 1S-1294 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1295 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1296 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1297 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1298 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1299 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1300 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1302 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1304 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 1S-1306 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 1S-1307 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bağışlama müqaviləsi əsasında hədiyyə verən müstəqil iradə ifadəsi əsasında öz əmlakını başqa şəxsin xeyrinə güzəşt edir. Qarşı tərəfin (hədiyyə alanın) hədiyyəni qəbul etməsi ilə müqavilə bağlanmış sayılır. Bağışlama müqaviləsi üzrə hüquq münasibətlərinə daxil olarkən tərəflər öz iradələrinə uyğun olaraq münasibətlərdə iştirak edirlər. Bu zaman münasibətlərə daxil olan tərəflərin iradə müstəqilliyi mülki hüquq münasibətləini xarekterizə edən əsas əlamətlərdən biridir. Bağışlama müqaviləsinin digər əlaməti isə, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipinə əsaslanmasıdır. Bağışlama müqaviləsi üzrə hədiyyə verən digər dövriyyə iştirakçılarının əmlaklarından ayrılmış və onun özünə məxsus olan əşya üzərində sərəncam verir. Şəxsin özünə məxsus əmlakın üzərində digər şəxslərin hüququnu pozmamaqla istədiyi kimi sərəncam verə bilməsi hüququ mülkiyyət hüququnun məzmunundan irəli gələn hüquqdur. Qeyd etmək lazımdır ki, bağışlamanın motivləri: yardım etmək, dəstək vermək, stimul yaratmaq, ilkin kapitalı formalaşdırmaq və digər motivlər ola bilər. Lakin hər bir halda motiv müqavilənin çərçivəsindən kənarda mövcuddur və heç bir halda müqavilənin etibarlılığına dəlalət etmir. Azərbaycan Respublikasının 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. İlk öncə, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. İddiaçı həmin bağışlama müqavilələrini bağlayan zaman aldadıldığını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı məsələlərini tənzimləyir. Kollegiya qeyd edir ki, iddiaçının əsaslandığı hallar qeyd edilmiş maddənin şərtləri ilə uyğun gəlmir. Belə ki, iddiaçı aldadılmasını bildirsə də, mübahisə predmeti olan bağışlama müqavilələri bağlanarkən bu halı güman etməyə əsas verən heç bir sübut mövcud deyil, İddiaçı həmin əqdlərin bağlayarkən əqdin məzmunu və predmeti ona məlum olmuşdur. Bundan başqa, əqd bağlayan zaman vacib əhəmiyyətli yanılmanın şərtləri aşağıdakılardır (AR MM 347.2) 1.Şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 2.Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 3.Tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Lakin mövcud iş üzrə təqdim olunan sübutlar və hüquqi dəyərləndirmə göstərir ki, iddiaçının irəli sürdüyü arqumentlər qeyd edilən hallardan heç birinə uyğun gəlmir. Belə ki, mübahisələndirilən bağışlama müqavilələri bağlanarkən qanunla müəyyən edilmiş prosedurlara tam riayət olunmuşdur. Müqavilələrin məzmunu, onların doğurduğu hüquqi nəticələr və tərəflər üçün yaradan hüquq və vəzifələr açıq şəkildə izah edilmiş, bu barədə müqavilənin qeyd hissəsində İddiaçı öz razılığını ifadə etmişdir. Bundan əlavə, 347.2-ci maddənin ikinci və üçüncü şərtlərinin mövcud olmadığı aydın şəkildə görünür: -İddiaçı bağlamaq istədiyi əqdin məzmunu barəsində yanılmamışdır, çünki müqavilənin şərtləri ona tam izah edilmiş və o, öz iradəsini sərbəst şəkildə ifadə etmişdir. Bu səbəbdən, Mülki Məcəllənin 347.2-ci maddəsində nəzərdə tutulan ikinci şərt tətbiq edilə bilməz. -Həmçinin, tərəflər müqavilənin bağlanması zamanı vicdanlılıq prinsipinə uyğun hərəkət etmişlər. Müqavilənin predmeti – bağışlanılan əmlaklar real olaraq mövcud olmuşdur. Bu isə 347.2ci maddənin üçüncü şərtinin də tətbiqini mümkünsüz edir. Nəticə olaraq, iddiaçının bağışlama müqavilələrinin vacib əhəmiyyətli yanılma əsasında bağlandığına dair iddiası hüquqi əsasdan məhrumdur və əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Lakin hazırki iddia tələbi üzrə sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq, İddiaçı iddia ərizəsində, eləcə də apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilməlidir ki, qanunun bu müddəasında nəzərdə tutulmuş müddət, kəsici müddətdir. Kəsici müddət - iddia müddətindən fərqli olaraq, müddəti keçdikdən sonra hüququ tamamilə aradan qaldıran və bərpa edilməsi mümkün olmayan müddətdir, əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Bu müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır Mübahisə predmeti olan bağışlama müqavilələri 13 fevral 2023-cü il tarixdə bağlanılmış, lakin İddiaçı həmin müqavilələrin etibarsızlığı ilə bağlı qanunda göstərilmiş müddəti ötürdükdən sonra, 02 aprel 2024-cü il tarixdə bağışlama müqavilələrini mübahisələndirərək iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, İddiaçı bağışlamadan imtina etməsi üçün AR MM-nin 673-cü maddəsində nəzərdə tutulmuş hüquqi faktlar da mövcud deyildir. Belə ki, Cavabdeh2 İddiaçı və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməsi, Cavabdeh2 ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri İddiaçı və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması, eləcə də Cavabdeh2 bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməsi halları müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1180/2024 saylı, 20 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası;

qətetdi:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1180/2024 saylı, 20 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar