Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-336/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 2(053)-923/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekbar 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsinə verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 "Torpağın mülkiyyətə verilməsinə dair" X1, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi, Maraqlı şəxs8, Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adlarına verilmiş Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekbar 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsi üçün verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədən Maraqlı şəxs2 Xanhüseyn qızı, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 adlarının çıxarılması, Neftçala rayon Aqrar İslahat komissiyasının 18 dekbar 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0,07 hektar torpaq sahəsi üçün verilmiş 28 aprel 2004-cü il tarixli JN-376A Kod 80709018 "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin Ərizəçi və Maraqlı şəxs8 məxsus olması ilə bağlı hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qətnaməsindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qərardadı ilə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qərardadından narazı qalan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qərardadı ilə, şikayətin rədd edilməsi, Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qərardadının qüvvədə qalması, mülki işin 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Neftçala Rayon Məhkəməsinin 2(053)-923/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması üçün 31 yanvar 2023-cü il tarixə təyin olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, apellyasiya şikayətinin geri qaytarılmasını, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin aktı ilə razılaşmayan maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və gəlinəcək nəticənin daha aydın izah olunması baxımından birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddənin 3-cü b yarım bəndinə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə mülki iş materialları qarşılıqlı müqayisəli təhlil edərək şikayətin əsaslı olduğu qənaətindədir. Belə ki, mülki iş materiallarınından müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qətnaməsi 22 sentyabr 2022-ci il tarixdə tərəflərə göndərilmişdir. İş materiallarından qətnamənin surətinin tərəflərə nə vaxt çatması müəyyən olunmur. Lakin DƏDRX-nin 13 saylı Ərazi İdarəsi apellyasiya şikayətində qətnamənin surətinin xx.xx.2022-ci il tarixdə daxil olmasını bildirmişdir. Maraqlı şəxsin qətnamədən vermiş olduğu apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi iş materialları tədqiq edərək belə qənaətə gəlmişdir ki, xx.xx.2022-ci il tarixdə rəsmi qaydada verilmiş qətnamədən 1 ay müddətində yəni xx.xx.2022-ci il tarixədək apellyasiya şikayəti verilməli idi, lakin maraqlı şəxs müddəti ötürərək 3 gün sonra yəni xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermiş, bu səbəbdən apellyasiya şikayəti geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Mülki Məcəllənin 370.1 (əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş günüdürsə, hərəkət növbəti iş günündə yerinə yetirilməlidir) və 370.2-cı (Əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.) maddələrinin tələblərinə əməl etməmişdir. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün son gün xx.xx.2022 tarixi olmasına baxmayaraq, Nazirlər Kabinetinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə 6, 7, 8 və 9 noyabr tarixləri qeyri-iş günü hesab olunmuşdur. Belə olan halda apellyasiya şikayətinin verilməsi üçün son gün xx.xx.2022-ci il tarixi olmuşdur. Kollegiya yekunda qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətini verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmiş nəticədə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti imzalayaraq poçta təqdim etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək, belə hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı saylı qərardadından verilmiş şikayətdə göstərilən dəlillər həmin qərardadın ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qərardadından verilmiş şikayət əsaslı hesab edilməli, qərardad ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməli, Neftçala Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qətnaməsindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qərardadı ləğv edilsin. Neftçala Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(053)-923/2022 saylı qətnaməsindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-336/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-336/2023
31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver