Məhkəmə qərarları › İş №2(106)-352/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-352/2025

13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-352/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızından (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu, Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(036)-2414/2024 saylı qərardadından Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs İmişli rayon Qeydiyyat Şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Məzrəli kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 38 № li xx.xx.1979cu il tarixli doğum haqqında akt qeydinin ona məxsus olması faktının müəyyən edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (Hakim: Orxan Mahmud) 25 oktyabr 2024-cü il tarixli, 2(036)- 2414/2024 saylı qərardadı ilə Ərizəçi – maraqlı şəxs İmişli rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydinin ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi tələbinə dair ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməsi, ərizənin və ona əlavə edilmiş sənədlərin Ərizəçi qaytarılması, ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılması qərara alınmışdır. Ərizəçi nümayəndəsi Nümayəndə iş üzrə şikayət verərək, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(036)-2414/2024 saylı qərardadından ləğv edilməsini və ərizənin icraata qəbul edilib mahiyyəti üzrə baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-2414/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 2(036)-2414/2024 saylı qərardadından Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin rədd edilməsi, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 2(036)-2414/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024cü il tarixli, 2(036)-2414/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5.-ci şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 3 №-li Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki ərizədə göstərilən tələb publik hüquq münasibətlərindən yarandığı üçün mülki məhkəmə icraatın qaydasında baxıla bilməz. Odur ki, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadı prosessual hüquq normalarına uyğun olaraq qəbul edildiyindən, həmin qərardaddan Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 25 oktyabr 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(036)-2414/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(036)-2414/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar