Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-353/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, Kreditor İddiaçı MMC-nin borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borcun alınması tələbi barədə mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)- 834/2021 saylı qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Kreditor İddiaçı MMC Laçın Rayon Məhkəməsinə ərizə verərək, borclular Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə 681.16 manat qalıq borcu və 299.57 manat cərimə borcu olmaqla, cəmi 980.73 manat borcun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 05 okyabr 2021-ci il tarixli 2(047)-834/2021 saylı əmri ilə xx.xx.1985-ci il tarixdə Laçın rayonu Çorman kəndində anadan olan və Laçın rayonu Çorman kəndində qeydiyyatda olan Cavabdeh2 və xx.xx.1979-cu il tarixdə Laçın Rayonu Çorman kəndində anadan olan və Laçın rayonu Çorman kəndində qeydiyyatda olan X1 müştərək qaydada 681.16 manat əsas, 299.57 manat cərimə borcu, cəmi 980.73 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 120-də yerləşən İddiaçınə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 27 oktyabr 2023-cü il tarixdə Laçın Rayon Məhkəməsinin 05 okyabr 2021-ci il tarixli 2(047)-834/2021 saylı əmrindən etiraz verərək onun ləğv edilməsini, işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)-834/2021 saylı qərardadı ilə Laçın Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(47)-834/2021 nömrəli məhkəmə əmrindən borclu Cavabdeh2 tərəfindən verilmiş etiraz qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və həmin etiraza məhkəmə əmrinin ləğv edib iddia icraatına keçirilmə müddətinin üzrlü səbəbdən buraxılması bərədə qeyd edilən müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən, baxılmadan borcluya geri qaytarılması qərara alınmışdır. Borclu Cavabdeh2 Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)- 834/2021 saylı qərardadından şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən əmri barədə yerli icra qurumunun ona SMS göndərməsi üsulu ilə məlumatlı olduqdan sonra məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək əmrin ləğv edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)-834/2021 saylı qərardadı ilə onun verdiyi etiraz ərizəsi geri qaytarılmışdır. Həmin qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərardadın əsaslandırıcı hissəsində məhkəmə əmrinin borcluya qanunla müəyyən edilmiş müddətdə və qaydada göndərildiyi və borclu tərəfindən alındığını qeyd edə, eyni zamanda, iş materiallarındakı xəbərnaməyə istinad edə bilməmişdir. Məhkəmə aktının alınması SMS qəbul edilməsi və ya tələbin borclunun əməkhaqqına yönəldilməsi və sair başqa oxşar hallarla əvəzləşdirilə bilməz. Əlavə olaraq, mübahisələndirilən məhkəmə əmri tərəfindən qəbul edilmədiyi üçün məhkəmə ondan müddətin bərpası barədə ərizə tələb edə bilməzdi. Eyni zamanda, X4 onun nümayəndəsidir və ona xx.xx.2021-ci il tarixdə tərəfindən etibarnamə verilmişdir. Odur ki, etiraz ərizəsinin onun nümayəndəsi tərəfindən poçt xidmətinə təhvil verilməsi tamamilə qanunidir. Etirazı özü imzalamışdır. Laçın Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(047)-834/2021 saylı qərardadına əsasən kreditor İddiaçı MMC-nin borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)-834/2021 saylı qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2024-cü il tarixli 2(106)-353/2024 saylı qərardadı ilə kreditor İddiaçı MMC-nin borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borcun alınması tələbi barədə mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)-834/2021 saylı qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)-834/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, qanunvericilikdə məhkəmə əmrinə etiraz verilməsi üçün konkret olaraq müddət nəzərdə tutulmuşdur. Laçın Rayon Məhkəməsinin 05 okyabr 2021-ci il tarixli 2(047)-834/2021 saylı əmri borcluların yaşadığı ünvana rəsmi qaydada göndərilmişdir. Borclu əmrə etirazında həmin məhkəmə əmrindən məlumatı olmamasını bildirmiş, bundan icra mərhələsində SMS bildiriş aldıqdan sonra məlumatlı olduğunu qeyd etmişdir. İş materiallarından da müəyyən edilir ki, borclu Cavabdeh2 istifadəsində olan mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə SMS bildiriş göndərilməklə müvafiq icra şöbəsinə dəvət edilmişdir. Borclu həmin tarixdə icra şöbəsinə yaxınlaşaraq məhkəmə əmrindən xəbərdar ola bilərdi, lakin onun məhkəmə əmrinə verdiyi etiraz həmin tarixdən 1 ildən çox müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. Borclu məhkəmə əmrini aldığı vaxtdan ötən müddət ərzində şikayət vermə hüququndan istifadə etməmişdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qanunidir və ləğvi üçün heç bir əsas yoxdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Habelə MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(047)-834/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-353/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-353/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver