Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-361/2025 04.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və X8 ibarət tərkibdə, katib X7, İddiaçı iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şifahi alqı- satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış 1.22 ha torpaq sahəsinin şifahi alqı-satqısına dair müqavilənin təsdiq edilməsi və ya 1.22 ha torpaq sahəsini almaq üçün cavabdehlərə ödədiyi 2.400 ABŞ dollarının indiki dövrə formalaşmış bazar qiymətinin dəyəri olan yəni 12.000 manat məbləğində pulun və mütəxəssis rəyi üçün ödədiyi 125 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2014-cü ilin iyul ayında 2.400 ABŞ dollarına Cavabdeh1 ömürlük almışdır. Həmin torpaq sahəsini alarkən doğma xalası oğlu X6 iştirakı ilə Cavabdeh1 və onun oğlanları Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə aralarında şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh1la aralarında inam və etibar olduğundan və ona təcili pul lazım olduğundan həmin vaxt alqı-satqını notarial qaydada tam şəkildə sənədləşdirə bilməmişlər. Cavabdehlər 1.22 ha torpaq sahəsinin çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün əslini ona vermişlər. Hazırda da həmin sənədlərin əsli ondadır. Cavabdehlərdən Cavabdeh2 hərbiçi olduğundan mütəmadi olaraq hərbi xidmətlə bağlı yaşadığı ünvanda olmadığından və məlum 2-ci Qarabağ müharibəsində oğlu Vətən uğrunda gedən döyüşlərdə şəhid olduğundan bir müddət özünə qapandığından aralarında olan alqısatqını notarial qaydada sənədləşdirilməmişlər. Cavabdehlərdən 2.400 ABŞ dollarına aldığı 1.20 ha torpaq sahəsinə dair sənədlərin əsli onda olmaqla yanaşı həmin torpaq sahəsi 2014cü ilin iyul ayından etibarən indiyədək onun istifadəsindədir. Torpaq sahəsini aldığı gündən etibarən son zamanlara kimi istifadə etməklə həmin torpaq sahəsinə külli miqdarda xərc qoyaraq abadlaşdırma və yaxşılaşdırma işləri apararaq tam yararlı vəziyyətə gətirmişdir. Hazırda həmin torpaq sahəsində 7 illik yonca bitkisi əkmişdir. Lakin cavabdehlərdən Cavabdeh2 qanunsuz olaraq özbaşına, ona məlumat vermədən yoncanı kombaynla biçdirirək aparmışdır. O, bu barədə Cavabdeh2 öz iradını bildirsə də cavabdeh ona əhəmiyyət verməyərək öz heyvanlarını gətirib aldığı torpaq sahəsində otarır. Cavabdeh torpaq sahəsində qanunsuz işlər görərək ona külli miqdarda ziyan vurmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, o, iddiaçıya torpaq sahəsini satmamışdır. İddiaçını tanımamışdır. X17 arasında olan şifahi razılığa əsasən həmin torpaq sahəsini ildə 300 manat verilməklə Şahlara 5-7 il müddətinə icarəyə vermişdir. Həmin torpaq sahəsi övladlarına məxsusdur. O, arvadına məxsus payı Şahlar Quliyevə satmışdır. Mübahisəli torpağı isə satmamışdır. İddiaçı icarə pulunu vermədiyinə görə aralarında olan razılıq pozulmuşdur. Şahlar indiyə kimi onlara cəmi 1.500 manata yaxın pul vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, iddia edilən, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və qardaşının mülkiyyətinə verilmişdir. O, iddiaçıya torpaq sahəsi satmamışdır. X15 arasında olan şifahi razılığa əsasən həmin torpaq sahəsini icarəyə vermişdir. Sonradan iddiaçı icarə pulu vermədiyinə görə aralarında narazılıq yaranmışdır. Toprağı atası icarəyə vermişdir. Atası onlara bildirmişdir ki, torpağı icarəyə verir və Şahlar Quliyev onlara hər il icarə pulu verəcəkdir. Lakin icarə pulunu vaxtında vermədiklərinə görə pozuluşmuşlar. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməmiş və göstərmişdir ki, onun və qardaşının mülkiyyətində olan torpaq sahəsini Şahlar Quliyevə icarəyə vermişlər. Şahlar Quliyev onlardan torpağı payızlıq otarmaq üçün almışdır. Şahlar iddiaçı ilə birlikdə torpağı istifadə edərək onlara qaytarmamışlar. İddiaçı onlara pul verməmiş və onlar iddiaçıya torpaq satmamışlar. Həmin torpaq sahəsini icarəyə atası vermiş və icarə pulunu da atası almışdır. Atası da onlara torpağı icarəyə verdiyini bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 30 sentyabr 2024-cü il tarixli iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 2014-cü ilin iyul ayında bağlanılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışa əsasən Beyləqan rayonu,Təzəkənd kəndində yerləşən 1.22 ha torpaq sahəsinə dair əqdin etibarlı hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumuna görə 100 (yüz) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, cavabdehlər ümumiyyətlə iddiaçını tanımamış, onu ilk dəfə torpaq ilə bağlı tərəflər arasında mübahisə yaranandan sonra Şahlar Quliyevin yanında görmüşlər. Belə ki, 2023-cü ilin noyabr ayında Cavabdeh3 Şahlar Quliyevə müraciət edərək, torpaq sahəsi üzrə icarə öhdəliklərini icra etmədiyi üçün torpaq sahəsini tərk etməsini xahiş etmişdir. Həmin vaxt icarə müqaviləsi üzrə Şahlar Quliyevin icarə haqqına görə 8000 manat borcu yaranmışdır. Şahlar Quliyev də torpaq sahəsini təhvil verməyə razılaşmış, lakin borcun ödənilməsi üçün vaxt istəmişdir. Borcu ödəyə bilməyəcəyi təqdirdə atası Cavabdeh1 tərəfindən satılmış torpaq sahəsindən 1 ha hissəsini geri qaytaracağını, həmin torpaq sahəsinin 2024-cü ilə uyğun bazar qiyməti olan 10.000 manat olmasını nəzərə alaraq həmin qiymətə razılaşmışlar. Həmin puldan 1.22 ha torpaq sahəsinə görə yaranmış 8000 manat icarə haqqına görə borcu əvəzləşdirməyi, Rəcəb və Cavabdeh2lar isə ona 2000 manat verməyi şifahi qaydada razılaşmışlar. Şahlar Quliyev 1.22 ha torpaq sahəsini geri qaytarmış, Cavabdeh3 torpaq sahəsində olan yonca sahəsini 1-ci biçinini özü biçmiş və məhsulu götürmüşdür. Torpaq sahəsində kənd sakini olan traktorçular X11 və X3 Məmmədovun göstərişi ilə aparmış və buna görə haqlarını da Cavabdeh3 almışlar. Bundan sonra X21 Məmmədova müraciət edərək, yonca sahəsinin 2-ci və 3-cü biçin işlərinin onun tərəfindən aparılmasını xahiş etmiş və 500 manata razılaşmışlar, həmin pulu da Şahlar Quliyevə əlavə alacağı torpaq sahəsini görə Rəcəb və Cavabdeh2ların verəcəyi 2000 manatdan çıxılması şərtilə razılaşmışlar. Lakin 2024-cü ilin iyun ayında Şahlar Quliyev torpaq sahəsinə İddiaçı gətirərək, xalası oğlu və həmçinin şəhid atası olduğunu və torpağın alqı-satqı müqaviləsi əsasında alınmasını iddia edərək, şəhid atasının bu statusundan istifadə edərək torpağı onun vasitəsilə, İddiaçı adına sənədləşdiriləcəyini bildirmişdir. Bu zaman tərəflər arasında mübahisə yaranmış və Cavabdeh3 DİN-in 102 xidmətinə müraciət edərək Şahlar Quliyevin torpaq sahəsindən çıxmaması ilə bağlı şikayət vermiş, şikayət əsasında Beyləqan RPŞ-də araşdırma aparılmışdır. Daha sonra Şahlar Quliyev də DİN-in 102 xidmətinə müraciət edərək, Cavabdeh3 şikayətçi olduğunu bildirmişdir. Bundan sonra, Beyləqan rayon Məhkəməsinə çağrılarkən İddiaçı onlardan torpaq sahəsi alqı-satqı etmələri barəsində iddiası barədə məlumatlı olmuşdur. Cavabdehlərin hər biri onu tanımadığını, onunla hər hansı ünsiyyətləri olmadığını və ona torpaq sahəsi satmadıqlarını və icarə müqaviləsi bağlamadıqlarını məhkəmə iclasında bildirmişlər. Bundan əlavə məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunaraq izahatı alınmış və məhkəmə iclasında zalda əyləşmiş şahidlərdən kimin cavabdehlər olması ilə bağlı nəzər yetirdikdə cavabdehlərin kim olmasını göstərə bilməmişdir. Göründüyü kimi yalançı şahidlik etmişlər, lakin məhkəmə onların izahatlarını sübut kimi qəbul etmişdir. Bundan əlavə yalan izahat verən X1 cavabdehlərlə qohumluq münasibətlərində olmasını bildirsə də cavabdehlər ilə heç bir qohumluq münasibətində olmamışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, 2014-cü ildə qonşu kənddən torpaq sahəsi almaq üçün xalası oğlu Şahlar Quluyevə demişdir ki, torpaq satan olarsa ona desin. 2014-cü ildə qeyd olunan torpağı aldı və sonradan ağır xəstə oldu, digər məsələlərlə maraqlana bilməmişdir. 2014-cü ildən həmin torpağı birgə əkib becərmişdir. Həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə ərizə göndərərək, xx.xx.2025-ci il tarixdə saat 12.00-da Şəki Apellyasiya Məhkəməsində mülki iş üzrə baxış iclası keçirildiyindən məhkəmənin hazırki baxışında iştirak edə bilməyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə baxışında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdehlərin mülkiyyətində 5,20 ha torpaq sahəsi olub. İki dəfəyə torpağın 4 hektarını satmışdır. Hazırda qalan 1,22 ha torpaq sahəsinin 0,20 ha hissəsi Cavabdeh3 anası X4, 0,67 ha hissəsi Cavabdeh3 və 0,35 ha hissəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Şahlar Quliyev xalası oğlu İddiaçı səhid atası olmasından istifadə edərək iddia qaldırmışdır. İddiaçı adına 0,15 hektar həyatyanı torpaq sahəsi vardır, başqa heç-bir torpağı yoxdur. Tərəflər arasında istər rəsmi və şifahi hər hansı müqavilə olmayıb. Torpaq sahəsi iddiaçıya satılmamışdır, 2400 ABŞ dollarının verilməsi barədə sübut yoxdur. Əvvəlki məhkəmə baxışında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər sonrakı apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İzahatlardan müəyyən edilir ki, cavabdehlərin mülkiyyətində əvvəl 5,22 ha torpaq sahəsi olmuşdur. Həmin sahədən 4 ha hissəsini cavabdehər Şahlar Quliyevə satmışlar. Qalan 1,22 ha torpaq sahəsi Cavabdeh1 və Cavabdeh3 paylı mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********85 olan və qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışdan görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2- 0,35 ha və Cavabdeh3- 0,87 ha mülkiyyətlərinə verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi üzrə mülkiyyətçilər sonra dəyişmişdir. Hazırda iddia edilən həmin torpaq sahəsi 0,20 ha hissədə X4, 0,67 ha hissədə Cavabdeh3 və 0,35 ha hissədə Cavabdeh2 paylı mülkiyyətindədir. İddiaçı hazırkı tələbində cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən 1,22 ha hissəsini cavabdehlərdən alqı-satqı yolu ilə əldə etdiyini bildirərək torpaq sahəsinin alqısatqısına dair şifahi razılaşmanın təsdiq edilməsi və ya torpaq sahəsini almaq üçün cavabdehlərə ödədiyi 2.400 ABŞ dollarının indiki dövrə formalaşmış bazar qiymətinin dəyəri olan 12.000 manat məbləğində pulun ona ödənilməsini xahiş etmişdir. İddia iki (alternativ) tələbdən ibarətdir: şifahi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya 2400 ABŞ dollarının indiki dövrdə bazar dəyərinin ödənilməsi. İddiaçı birinci tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad etmişdir. Bu hissədə iddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Birinci instansiya məhkəməsi bu hissədə iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə Mülki Məcəllənin 336.1-ci maddəsinə əsaslanmışdır. Belə ki, Mülki Məcəllənin 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Kollegiya hesab edir ki, bu hissədə məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya hesab edir ki, Mülki Məcəllənin 335.2-ci və ya 336.1-ci maddələrinin tətbiq edilməsi üçün əsas yoxdur. İşə baxılarkən Mülki Məcəllənin 335-ci maddəsi qüvvədə olmamışdır. Bu əsasla da iddia təmin edilə bilməz. Kollegiya hesab edir ki, bu hissədə qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia təmin edilməməlidir. Tələbin ikinci hissəsi ödənilən 2.400 ABŞ dollarının indiki dövrə formalaşmış bazar qiymətinin dəyəri olan 12.000 manat məbləğində pulun tutulmasıdır. Kollegiya hesab edir ki, 12.000 manatın tutulması hissədə iddianı təmin etmək üçün qanuni əsas yoxdur. Ona görə 12000 manat pul tələbi barədə tələb də təmin edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının ödədiyi pulun indiki dövrdə bazar dəyərini tələb etməsi mahiyyətcə həmin pul vəsaitinin geri tələb edilməsini də əhatə edir. Ona görə Kollegiya hesab edir ki, torpaq sahəsinə görə ödənilən pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə iddiaçı aşağıdakılara əsasən haqlıdır. İddiaçı baş tutmamış alqı-satqı müqaviləsinə görə ödədiyi pulun geri qaytarılmasını, ona vurulmuş ziyanı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 21-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Cavabdeh tərəf iddianı qəbul etməmişdir. Cavabdeh tərəf torpağın alqı-satqısı deyil, torpağın icarəsi barədə Şahlar Quliyevlə aralarında razılaşma olduğunu bildirmişdir. Cavabdehlərdən Cavabdeh1 pul vəsaitinin ödənilməsi hissəsində ona 1500 manata yaxın pulun verildiyini bildirmiş, digər cavabdehlər ümumiyyətlə pulun verildiyini təsdiq etməmişlər. Bununla yanaşı, cavabdehlər sözügedən torpaq sahəsinin faktiki olaraq 2014-cü ildən iddiaçının istifadəsində olduğunu inkar etməmişlər. Beləliklə, sözügedən torpaq sahəsinə dair tərəflər arasında yazılı şəkildə istər alqısatqı, istərsə də icarə müqaviləsinin bağlandığı müəyyən edilmir. Bu baxımdan qüvvədə olan Qanunun tələbinə görə alqı-satqı müqaviləsinin bağlanması tələbi təmin edilməməlidir. Lakin qanuni əsas və ya müqavilə əsası olmadan pul vəsaiti ödənildiyi müəyyən edilərsə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İstər torpağın alqı-satqısına, istərsə də icarəyə verilməsinə görə iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsi və miqdarı mübahisəli haldır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf Cavabdeh1 2400 ABŞ dollarında pul vəsaiti ödədiyini sübuta yetirmək üçün şahid ifadələrinə istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X12 göstərmişdir ki, 2008-ci ildə Cavabdeh1 ona və ailə üzvlərinə məxsus 5,2 ha pay torpaq sahəsinin 4 ha hissəsini almışdır. İddiaçıla təsərrüfatları bir olduğundan Hasil ondan satılıq torpaq olarsa ona bildirməsini xahiş etmişdir. Cavabdeh1 ona torpaq sahəsinin 1,22 ha hissəsini də satmaq istədiyini bildirmişdir. Həmin vaxt onun pulu olmadığından və xalası oğlu İddiaçı ondan xahiş etdiyindən Hasilə Zahidin torpaq satdığını və torpağı almağı təklif etmişdir. Hasil onunla razılaşmış, 2014-cü ilin iyul ayında o, İddiaçıla birlkdə Cavabdeh1 həmin torpaq sahəsini 2400 ABŞ dollarına almağa razılaşmış və pulu Zahidə vermişlər. Cavabdeh1 torpaq sahəsini nə vaxt olsa sənədləşdirəcəklərinə söz vermişdir. 2019-cu ildə İddiaçı dedi ki, “gedək torpaq sahəsini sənədləşdirək”. Onlar Cavabdeh1 evinə getmiş və torpağı sənədləşirməyi ona bildirmişlər. Onda Zahid torpağı sənədləşdirməkdən imtina etmiş, Cavabdeh2 isə pullarını qaytaracaqlarını bildirmişdir. Onlar razılaşmışlar. Lakin cavabdehlər nə pulu verməmiş, nə də ki, torpaq sahəsini sənədləşdirməmişlər və demişlər ki, “biz torpaq sahəsini sənə icarəyə vermişik”. Həmin vaxt İddiaçı xəstələnmiş və bir müddət müalicə almışdır. Sonradan oğlu şəhid olduğunua görə başları qarışmış və torpağı sənədləşdirə bilməmişlər. O, 2400 ABŞ dolları pulu Cavabdeh1 tam vermişdir. Digər şahid X2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarında Şahlar və Xəzər onun işlətdiyi çayxanaya gələrək söhbət etmişlər. Söhbət əsnasında Şahlar Xəzərə demişdir ki, “mən xalam oğlundan 2400 ABŞ dolları pul alıb vermişəm sizə, pulumu qaytar torpağınızı verim”. Xəzər isə Şahlara dedi ki, “13-cü maaşımı alıb gətirib borcumu bağlayacam”. Onların arasında olan söhbət bundan ibarət olmuşdur. Həmin vaxt Hasil də orada olmuşdur. Ona məlum olmuşdur ki, torpağı Hasil almışdır. Digər şahidlər də ifadələrində dolayı olaraq İddiaçı, Cavabdeh1 torpaq sahəsini aldığını bildirmişlər. Cavabdeh tərəf torpaq sahəsini hansı əsasla iddiaçının istifadəsinə verdiyinə dair hər hansı arqument və ya sübut təqdim etməmişdir. Kollegiya iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini sübut olaraq qəbul edir. Mülki Məcəllənin 1092.1-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün o tələb edilir ki, iddiaçı cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə görə müəyyən məbləğdə pulu cavabdehlərə (cavabdehə) ödəmiş olsun, bunun sayəsində heç bir qanuni əsas olmadan cavabdeh zənginləşsin, bunun nəticəsində iddiaçı ziyana düşsün. İşin hallarından, iddiaçının izahatından, Cavabdeh1 pul ödənilməsinə dair faktın qismən etirafından və şahid ifadələrindən müəyyən edilir ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə və ya icarəsinə verilməsinə görə iddiaçı tərəfindən Cavabdeh1 2400 ABŞ məbləğində pul vəsaiti ödənilmişdir. Lakin tərəflər arasında torpaq sahəsinə dair hər-hansı müqavilə bağlanmamışdır. Torpaq sahəsinə dair hər-hansı müqavilə bağlanmadığına görə iddiaçı öz verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqldır. Kollegiya hesab edir ki, iddia tələbi ödənilən pul vəsaitinin qaytarılması hissədə qismən təmin edilməli, 2400 ABŞ dolları, ödəniş gününə müvafiq məzənnəyə uyğun olaraq manatla Cavabdeh1 tutulub İddiaçı ödənilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, iddianı yuxarıda göstərilən qaydada təmin edən birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 2400 ABŞ dolları, ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla, İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh1 dövlət rüsumuna görə 100 manat alınıb Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu halda qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(020)-1057/2024 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 2400 ABŞ dolları, ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 dövlət rüsumuna görə 100 manat alınıb Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olmadığı halda qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-361/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-361/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver