Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-362/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Nəsirova (İzzətova) Çinarə Məhərrəm qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Neftçala rayon Notariat ofisinə qarşı “miras əmlakın qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-505/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası İddiaçıağa Ziyad oğlundan miras qalmış Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlakdan payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası İddiaçıağa Ziyad oğlu 03 mart 2002-ci ildə vəfat etmişdir. İddiaçının valideynlərinin birgə nikahdan 4 övladı olmuşdur: İddiaçı (iddiaçı), X17, X23 və Cavabdeh5. Atası rəhmətə getdiyi zaman artıq anası ilə nikahda deyildi. Atası İddiaçıağa Ziyad oğlu ilə X5nın arasında bağlanmış nikah 1990-cı ildə ləğv edilmişdir. X5 10 dekabr 2020-ci ildə vəfat etmişdir. Bacısı Şükürova (İzzətova) Əzizə Hüseynağa qızı 06 avqust 2001-ci ildə vəfat etmişdir. X3 xx.xx.2012-ci ildə vəfat etmişdir. X12 3 övladı vardır – Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7. X1 2 övladı vardır – Cavabdeh1 və X24. Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi atası İddiaçıağa Ziyad oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Onlar bir ailə olaraq atasının mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində yaşamışlar. İddiaçı 1980-ci ildə ailə həyatı qurması ilə əlaqədar olaraq atasının mülkiyyətində olan sözügedən evə girişi ayrı olmaqla bitişik olaraq əlavə ev tikmişdir. İddiaçı 1990-cı ildə ev növbəsinin çatması ilə əlaqədar olaraq Bakı şəhərinə ailəsi ilə (yoldaşı və 4 qızı ilə) birgə köçmüşdür. 1990-cı ilin yanvar ayından etibarən bacısı Şükürova Əzizə ailəsi ilə (yoldaşı və 3 uşağı ilə) orada yaşamağa başlamışdır. 1990-1992-ci illərdə isə Bakı şəhərində yaşamasına baxmayaraq, sözügedən evdə iddiaçı həyətdə qarajı, mətbəxi, hamam və tualeti söküb yenidən tikmişdir. İddiaçı və qardaşı Məhərrəm sağ ikən aralarında razılığa gəlmişlər ki, mübahisəli evdə ailəsi ilə yaşayan bacısı Əzizənin övladları böyüyüb həddi-büluğa çatanadək və ailə quranadək onların orada yaşamalarına mane olmasınlar və gələcəkdə rəhmətlik qardaşı ilə birlikdə ata yurduna qayıdıb orada yaşasınlar. Hal-hazırda həmin evdə məhrum bacısı X12 həyat yoldaşı Nümayəndə və bacısının qızı Cavabdeh3 yaşayırlar. Cavabdeh3 pasport qeydiyyatı iddiaçının atasına məxsus Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindədir. Lakin bacısı X13 həyat yoldaşı – Nümayəndə adıçəkilən evdə yaşasa da, orada qeydiyyatda deyil. Cavabdeh3 adına hazırda Neftçala rayonunda ev var və həmin evdə heç kəs yaşamır. İddiaçının atasına məxsus Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində hal-hazırda qeydiyyatda olanlar Cavabdeh3 və Cavabdeh7dır. İddiaçının bacısı Cavabdeh5 Bakı şəhəri 10 saylı Notariat kontorunda notarial qaydada ərizə yazaraq qeyd etmişdir ki, atası İddiaçıağa Ziyad oğlundan miras qalmış əmlaklardan ona çatası vərəsəlik payını qəbul etməmiş, qəbul etmək də istəmir, gələcəkdə buraxılmış müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. Vərəsəlik işinin açılması ilə əlaqədar iddiaçının bu vaxta qədər müraciət etməməsinə səbəb X5nın atası İddiaçıağa Ziyad oğlundan faktiki və rəsmi olaraq boşanmasına baxmayaraq, çətin xasiyyətli olması, evin sənədlərini özündə saxlayıb heç kimə verməməsi və həmin evdə yaşaması olmuşdur. İddiaçı hesab edir ki, gecikmənin səbəbi üzrlü sayılmalıdır. X5 10 dekabr 2020-ci ildə vəfat etdikdən sonra, ilinin tamam olmasını gözləyib atasından miras qalan adı çəkilən evlə əlaqədar vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etməli olmuşdur. Lakin 31 mart 2022-ci il tarixdə Neftçala rayon Notariat ofisinə yaxınlaşıb atası İddiaçıağa Ziyad oğluna məxsus Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsini əldə edib həmin evin atasının adında qalmış hüquq müəyyənedici sənədləri öz adına keçirmək istəsə də, Neftçala rayon Notariat ofisinin 30 mart 2022-ci il tarixli məktubu iddiaçıya təqdim edilərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və bildirilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, mirasın qəbulu üçün gecikmənin səbəbi üzrlü sayılarsa, məhkəmə tərəfindən uzadıla bilər. İddiaçı hesab edir ki, Neftçala rayon Notariat ofisi onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan vərəsəlik hüquqlarını həyata keçirməsini məhdudlaşdırmış, mərhum atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən əsassız olaraq imtina edilmişdir. Mərhum atasından qalmış əmlaklarla bağlı hər hansı mübahisə olmamış, ondan qalan əmlaklarla bağlı vərəsəlik işi açılmadığı üçün bütün əmlaklara dair hüquq müəyyənedici sənədlər atası İddiaçıağa Ziyad oğlunun adında qalmışdır. Neftçala Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(053)-505/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Əli Tağıyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(053)-505/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə Bakı şəhərində ev alıb köçsə də, mütəmadi olaraq mərhum atası İddiaçıağa Ziyad oğlundan miras qalmış Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə qardaşı Məhərrəmlə gəlmiş və həmin evdə bir neçə gün qalmışlar. Mübahisəli evə gələrək anasının iynə-dərmanına, müalicəsinə xərc çəkmiş, həmçinin atasının qəbrini ziyarət etmişlər. Hətta anası da vəfat etdikdən sonra iddiaçı qardaşı Məhərrəmin oğlu Kənanla atasından miras qalan mübahisəli evə dəfələrlə getmiş, valideynlərinin qəbrini ziyarət etdikdən və qohumlara baş çəkdikdən sonra Bakı şəhərinə qayıtmışlar. İddiaçı 1980-ci ildə ailə həyatı qurduqdan sonra ata evinə bitişik ən azı 45 kv.m-lik ayrı qapısı olan yaşayış yeri tikmişdir. Ümumiyyətlə, mübahisəli evdə sonrakı illərdə də əlavə olaraq təmir-bərpa işlərini iddiaçının özü etmişdir. 1990-1993-cü illərdə Bakı şəhərinə ailəsi ilə köçməsinə baxmayaraq, atasından miras qalmış evə bitişik olaraq 1 mətbəx, qaraj, hamam və ayaqyolu tikmişdir. İddiaçı birinci instansiya məhkəməsində bunları qeyd etsə də, məhkəmə bunları qətnamədə qeyd etməmiş və hətta qətnamə çıxararkən bunları nəzərə almamışdır. Neftçala Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsinin 5-ci abzasında adları qeyd olunan İ.Bağırov və s. iddia ərizəsinə heç bir aidiyyəti yoxdur. Cavabdeh3 xx.xx.1988-ci ildə, Cavabdeh4 isə xx.xx.1986-cı ildə Ukraynada, Kerç şəhərinin Kirov rayonunda doğulmuş, 1990-cı ildə valideynləri Mehman və Əzizə ilə həmin evə köçüb yaşamış, anaları vəfat edəndən sonra isə Cavabdeh3 atası ilə həmin evdə yaşamışdır. İddiaçının anası Gülsənəm Əfqan və Əfqanəyə həddi-büluq yaşlarına çatanadək baxmış, hətta anaları Əzizə rəhmətə getdikdən sonra belə uşaqlara nəzarət etmiş, onlara həm analıq, həm də nənəlik etmişdir. Anası Gülsənəm xəstələndiyi zaman və son günədək ona atabir, ana ayrı olan qardaşı Anatolikin həyat yoldaşı Tamella baxmışdır. Məhkəmənin qətnaməsində cavabdeh Əfqanənin yalan izahatı qeyd edilmişdir. Belə ki, o, İddiaçı tikdiyi tikilinin maddi xərclərinin bilavasitə anası Əzizə tərəfindən çəkildiyini, atası Nümayəndə mübahisəli evdə yaşamadığını, X22 baxdığını, həmçinin onun müalicə və müayinə xərclərini Mehmanın qarşıladığını qeyd etsə də, bunların hamısı yalandır. İddiaçı ailəsi ilə Bakı şəhərinə köçdüyü zaman o vaxtın pulu ilə 45000 manat dəyərində istiqraz vərəqəsi onlarda qalmış və onlar həmin vərəqlərdən yararlanmışlar. İddiaçının bacısı Əzizə onkoloji xəstə olduğu üçün onun müalicə xərclərini də (6 kimyaterapiya – 300 ABŞ dolları, tomoqrafiya – 400 ABŞ dolları, xəstəxananın, həkimlərin xərcləri, dərmanların pulu və s.), anasının müayinə və müalicə xərclərini, eləcə də, atasının müayinə və dəfn xərclərini qardaşı ilə iddiaçı çəkmişlər. İddiaçı anası Gülsənəmi dəfələrlə Bakı şəhərindəki evinə gətirib ailəsi ilə birlikdə qulluğunda dayanmışdır. Neftçala rayonunda isə anasına həmişə qardaşı Anatolikin həyat yoldaşı Tamella baxmışdır. Anası rəhmətə gedəndən sonra isə Əfqan Tamellanı uşaqları ilə birlikdə evdən qovmuşdur. Mehman heç bir zaman nə iddiaçının anasına, nə də ailəsinə pul xərcləməmiş, həmişə müxtəlif bəhanələr gətirərək qazandığı pulların soyğunçuluğa məruz qalaraq (dediyinə görə, Mahaçqala və Rostov şəhərində soyğunçuluğa məruz qalmışdır) əldən çıxdığını və s. bildirmişdir. Cavabdeh3 bugünə kimi nə dövlət, nə də özəl sahədə işləməmiş, heç bir qazancı olmamışdır ki, hələ bir iddiaçının anasına da, evə də pul xərcləsin. Mehmanın iddiaçının anasını İrana aparmasına baxmayaraq, bütün yol pulu, müalicə, dərman pullarını qardaşı Məhərrəmlə iddiaçı ödəmişdir. Qardaşı Məhərrəm həmişə Mehman və Əfqanın işə düzəlməsində də böyük köməkliklər göstərmişdir. Ata mülkünün tamamilə təmir edilməsinin, həmçinin yeni tikili də əlavə edilməsinin iddiaçı tərəfindən həyata keçirilməsinə sübut kimi hansı yerdə, hansı ərazidə hansı qaynaq işlərinin aparıldığını və tikinti materiallarından istifadə edildiyini əyani olaraq göstərə də bilər. X4 Neftçala rayonunda ev alanadək öz mülkündə yaşamasına icazə vermiş və qardaşı Məhərrəmlə iddiaçı da onunla həmfikir olmuşlar. Əfqanə və atası Mehman isə 2020-ci ildən Əfqanənin adına ev tikdirdiklərinə baxmayaraq, öz məqsədlərinə nail olmaq üçün ata mülkündən hələ də əl çəkmək fikrində deyillər. 2012-ci ildə qardaşı Məhərrəm vəfat edəndən sonra ata yurdunu Əfqanə və ya kiçik qızı Mehranənin adına keçirmək üçün müxtəlif qeyri-qanuni yollara əl atmaqla Neftçala rayon Notariat ofisinə və ya vəkilə müraciət etsələr də, onlara bunun qanunvericiliyə zidd olduğu, vərəsəliyə aidiyyəti olan övladların və nəvələrin arasında bölüşdürülməsi izah olunduğu üçün öz çirkin əməllərini həyata keçirə bilməmişlər. Bundan əlavə, Cavabdeh3 iddiaçının anasına qarşı dəfələrlə biganə yanaşmış, döyməklə hədələmiş və təhqiredici sözlər demişdir. Anası isə iddiaçıya və Məhərrəmə zəng edərək Əfqanədən şikayətlənmişdir. Qardaşı Məhərrəm iddiaçı olmadan dövlət işində işləməsinə baxmayaraq, Neftçalaya dəfələrlə gecə radələrində getmiş, Əfqanəni şəxsi problemini və iddiaçının anasına qarşı yanaşmasını düzəltməsi üçün tənbehləmişdir. Ümumiyyətlə, Cavabdeh3 heç kimi saymadan, özbaşına hərəkətlər edərək çox səhvlər etmişdir. Həmçinin 2013-cü ildəki məsələyə aydınlıq gətirərək iddiaçı bildirir ki, hadisə məqsədyönlü olmuş – həm ev məsələsi, həm də rəhmətə getmiş qardaşı Anatolikin övladlarına kəsilmiş pensiyanın haqq-hesabını anasından soruşduğu üçün Əfqanə araya girərək iddiaçıya təhqiredici sözlər söyləmiş və məqsədlərinə nail olmaq üçün polis çağırmışdır. Lakin polis çağırılmasına heç bir əsas olmadığını gördüyü üçün heç bir tədbir görmədən çıxıb getmişdir. İddiaçı atasının qanun üzrə vərəsəsidir. İddiaçı mərhum atası İddiaçıağa Ziyad oğlundan miras qalmış Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 23 nömrəli fərdi yaşayış evinin qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və miras əmlakdan payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən Mülki Məcəllənin 1134.1-ci və 1159.1.1-ci maddələrinin tələblərini nəzərə almamışdır. Mirasın qəbulu üçün müddət buraxıldıqda vərəsə müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz etmiş, etirazında apellyasiya şikayətinin təmin edilməməsini və Neftçala Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(053)-505/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh3 etirazda qeyd etmişdir ki, hazırda iddiaçının miras qoyanın birinci növbə vərəsəsi olması ilə bağlı mübahisə yoxdur. Mübahisə miras qalmış fərdi yaşayış evinin qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü sayılaraq bərpa olunması barədədir. Mülki Məcəllənin 1248-ci maddəsinin tələbləri pozulmamış, birinci instansiya məhkəməsi iddiaçının mirasın qəbul müddətini 20 il müddətində ötürməsinin səbəbləri ilə bağlı irəli sürdüyü dəlilləri üzrlü səbəb hesab etməmiş və iddianı rədd etmişdir. Apellyasiya məhkəməsinin əvvəlki iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin əvvəlki iclaslarında iştirak edən həm cavabdeh, həm də digər cavabdeh Nəsirova (İzzətova) Çinarə Məhərrəm qızının nümayəndəsi Cavabdeh1 çıxış edərək bildirdi ki, iddiaçı onun və bacısı Çinarənin əmisidir. Onun atası Məhərrəm İzzətov və əmisi olan iddiaçı ataları Hüseynağa İzzətov vəfat etdikdən sonra, bacıları Əzizə Şükürova vəfat etdiyinə görə onun uşaqlarının yetkinlik yaşına çatanadək və özləri üçün şərait yaradanadək mübahisəli evdə yaşamalarına etiraz etməmişlər. İndi isə X21 Şükürova miras əmlakın yalnız onun tərəfindən qəbul edildiyini bildirərək, onun üzərində yalnız özünün hüquqlarının mövcud olduğunu iddia edir. Bildirdi ki, o və bacısı mərhum babaları İddiaçıağa Ziyad oğlundan qalmış miras əmlakdan paylarının müəyyən edilməsini istəyirlər və əmiləri İddiaçı da payının müəyyən edilməsinə etiraz etmirlər. Apellyasiya məhkəməsinin əvvəlki iclaslarında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mərhum babası İddiaçıağa Ziyad oğlunun adına qeydə alınmış Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi miras kimi yalnız onun tərəfindən faktiki olaraq qəbul edilmişdir və hazırda da həmin evdə özü yaşayır. Bu səbəblə də o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin əvvəlki iclaslarında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə Cavabdeh3 ilə eyni məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(053)-505/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci ildə İddiaçıağa Ziyad oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki AZ-İ 638280 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçıağa Ziyad oğlu xx.xx.2002-ci ildə ölmüşdür. İşdəki Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində verilmiş 138 nömrəli arayışın surətindən görünür ki, İddiaçıağa Ziyad oğlu ilə X6 nikahı haqqında xx.xx.1955-ci ildə 132 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə İzzətov, arvada İzzətova soyadı verilmişdir. X7 İddiaçıağa Ziyad oğlu ilə nikahının pozulması xx.xx.1990-cı il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsində (08 nömrəli akt qeydi) qeydə alınmışdır. İşdəki İ-JQ 416847 seriya nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə İddiaçıağa Ziyad oğlunun nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 fevral 1990-cı il tarixində 08 nömrə ilə qeyd edilmişdir. İşdəki Neftçala rayon Qeydiyyat şöbəsinin 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci ildə Neftçala şəhərində vəfat etmiş İddiaçıağa Ziyad oğlunun neçə övladının olmasının müəyyən edilməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, Hüseynağa İzzətovun xx.xx.1961-ci il təvəllüdlü X14, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, xx.xx.1958-ci il təvəllüdlü X20 və xx.xx.1959-cu il təvəllüdlü X25 adlı dörd övladının olması barədə doğum haqqında akt qeydi aşkar edilmişdir. İşdəki İ-İE 024860 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı atası İddiaçıağa Ziyad oğlu, X5dır. İşdəki İ-İE 330929 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X10 atası İddiaçıağa Ziyad oğlu, X5dır. İşdəki İ-İE 328916 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X13 atası İddiaçıağa Ziyad oğlu, X5dır. İşdəki İİ-İE 166100 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 atası İddiaçıağa Ziyad oğlu, X5dır. İşdəki AZ-İ 587327 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2012-ci ildə ölmüşdür. İşdəki AZ 098367 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2001-ci ildə ölmüşdür. İşdəki AZ-İİ 111652 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci ildə ölmüşdür. İşdəki XXİ-JQ 344682 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh7 atası Nümayəndə, anası X19r. İşdəki İV-AP 259252 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh3 atası Nümayəndə, anası X19r. İşdəki İİİ-AP 351586 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh4 atası Nümayəndə, anası X19r. İşdəki XVİ-JQ 350512 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 atası X17, anası X29r. İşdəki XVİİİ-JQ 344068 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X15 atası X17, anası X29r. İşdəki Neftçala rayon Notariat ofisinin İddiaçı ünvanladığı 30 mart 2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun 17 mart 2002-ci il tarixdə vəfat etmiş İddiaçıağa Ziyad oğlundan qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsinə dair müraciətinə cavab olaraq, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri sənədlərin tam təqdim olunmaması ilə yanaşı, mirasın açılmasından uzun müddət keçdiyi, mirasın qəbulunun qanunla nəzərdə tutulan müddətinin ötürüldüyü bildirilmişdir. Mirasın qəbulu üçün gecikdirilmənin səbəbi üzrlü sayılarsa, məhkəmə tərəfindən uzadıla bilər. Odur ki, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşdəki Neftçala RİHB-nin Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1099 və 1100 nömrəli, 10 iyun 2022-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh3 və Şükürova X27 şəhəri, S.Vurğun küçəsi, ev 23 ünvanında yaşayırlar. İşdəki Neftçala RİHB-nin Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1013 nömrəli, 26 may 2022-ci il tarixli arayışından görünür ki, X18 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, vəfat edən günə kimi ünvan 2 ünvanında yaşamışdır. İşdəki Cavabdeh5 04 yanvar 2018-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, o, 03 mart 2002-ci ildə vəfat etmiş mərhum atası – İddiaçıağa Ziyad oğlundan miras qalmış əmlaklardan ona çatası vərəsəlik payını qəbul etməmişdir, qəbul etmək də istəmir. Gələcəkdə buraxılmış müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. İşdəki Cavabdeh5 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli teleqramdan və həmin tarixli sadə qaydada tərtib edilmiş ərizədən görünür ki, o, atasından miras qalmış Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət ibarət 23 nömrəli fərdi yaşayış evindən ona düşən hissəni – payını iş üzrə Cavabdeh1 verməyə, öz payından onun xeyrinə imtina etməyə razıdır. İşdəki Cavabdeh4 04 avqust 2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, o, 17 mart 2002-ci ildə ölmüş babası İddiaçıağa Ziyad oğlundan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. İddiaçı hazırkı tələbində miras əmlakın qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və miras əmlakdan payının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən, nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər. MM-in 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-in 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. İş materialları ilə müəyyən edilir ki, İddiaçıağa Ziyad oğlunun öldüyü 17 mart 2002ci il tarixi hazırkı iş üzrə mirasın açıldığı vaxtdır. Mirasın qəbulu ilə bağlı iddiaçı 30 mart 2022-ci il tarixində notariat orqanına müraciət etsə də, qanun üzrə vərəsə olan cavabdehlərdən heç biri mirasın açılmasından sonra notariat orqanına müraciət etməmişdir. İddiaçı mirasın qəbulu üçün müddətin ötürülməsini bir sıra hallarla əlaqələndirmiş, vərəsəlik işinin açılması ilə əlaqədar bu vaxta qədər müraciət etməməsinin səbəbi kimi X5nın atası İddiaçıağa Ziyad oğlundan faktiki və rəsmi olaraq boşanmasına baxmayaraq, çətin xasiyyətli olması, evin sənədlərini özündə saxlayıb heç kimə verməməsi və həmin evdə yaşamasını göstərmişdir. İddiaçı qeyd etmişdir ki, X5 10 dekabr 2020-ci ildə vəfat etdikdən sonra, ilinin tamam olmasını gözləyib atasından miras qalan mübahisəli evlə əlaqədar vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etmiş, lakin notariusun 30 mart 2022-ci il tarixli məktubu ilə onun müraciətinə imtina cavabı verilmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu mirasın qəbulu ilə bağlı müddətə dair hüquqi mövqeyini belə ifadə etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. X34 Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyi hazırkı işin halları üzrə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının atasından miras qalmış mübahisəli fərdi yaşayış evinin qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün nəzərdə tutulmuş müddəti buraxması üzrlü hesab edilərək, həmin müddət bərpa edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının anası Gülsənəm İzzətova həqiqətən də xx.xx.2020-ci ildə vəfat etmiş, vəfat etdiyi tarixədək mübahisəli evdə yaşamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası mübahisəli evə dair sənədlərin iddiaçının anasında olması və onu heç kəsə verməməsi ilə bağlı bildirdiklərini inandırıcı hesab edir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı qardaşı Məhərrəm İzzətovla da şifahi razılığa gəlmişdir ki, mübahisəli evdə bacısı Əzizənin ölümündən sonra onun uşaqlarının həddi-büluğa çatana və ailə quranadək onların orada yaşamalarına mane olmasınlar və gələcəkdə köçüb həmin evdə yaşasınlar. Bu isə onu göstərir ki, iddiaçı həm də mübahisəli fərdi yaşayış evinə qarşı tamamilə laqeyd olmamış, onun barəsində müəyyən qərarlar vermişdir. Məhkəmə kollegiyası Cavabdeh5 04 yanvar 2018-ci il tarixli miras əmlakdan vərəsəlik payından imtina etməsi ilə bağlı və Cavabdeh4 04 avqust 2022-ci il tarixli miras əmlakdan ona çatası paydan imtina etməsi ilə bağlı notarial qaydada təsdiqlənmiş ərizələri ilə bağlı bildirir ki, onlar miras açılandan uzun illər keçəndən sonra notariat orqanına mirasdan imtina barədə ərizə ilə müraciət etmişlər və buna əsasən onların mirasdan imtinaları qəbul edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçıağa Ziyad oğlu ilə X6 nikahı xx.xx.1955-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə İzzətov, arvada İzzətova soyadı verilmişdir. X18 ilə İddiaçıağa Ziyad oğlunun nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 fevral 1990-cı il tarixində 08 nömrə ilə qeyd edilmişdir. Neftçala şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci ildə İddiaçıağa Ziyad oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. 17 mart 2002-ci il tarixində vəfat etmiş İddiaçıağa Ziyad oğlunun xx.xx.1961-ci il təvəllüdlü X17, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, xx.xx.1958-ci il təvəllüdlü Əliyeva (İzzətova) Cəmilə Hüseynağa qızı və xx.xx.1959-cu il təvəllüdlü X25 adlı dörd uşağı olmuşdur. X2 xx.xx.2012-ci ildə, Şükürova (İzzətova) Əzizə Hüseynağa qızı isə xx.xx.2001-ci ildə ölmüşdür. Şükürova (İzzətova) Əzizə Hüseynağa qızının 3 övladı vardır – Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7. X8 2 övladı vardır – Cavabdeh1 və Nəsirova (İzzətova) Çinarə Məhərrəm qızı. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2007-ci ildə İddiaçıağa Ziyad oğlunun adına qeydə alınmış Neftçala şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindən qanun üzrə vərəsəlik qaydasında İddiaçı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 və Nəsirova (İzzətova) Çinarə Məhərrəm qızının pay almaq hüququ vardır. İddiaçı və Cavabdeh5 vərəsəlik hüququ Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə, digərlərinin vərəsəlik hüququ isə İddiaçıağa Ziyad oğlunun vərəsəsi olan valideynlərinin ölmələrinə əsasən yaranmışdır. Bu zaman nəzərə alınmalıdır ki, mərhum X11 çatası olan pay övladları Cavabdeh1 və Nəsirova (İzzətova) Çinarə Məhərrəm qızı arasında, mərhum Şükürova (İzzətova) Əzizə Hüseynağa qızına çatası olan pay övladları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 arasında bölünməlidir. Odur ki, Neftçala şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi üzrə İddiaçı 6/24 hissədə, Cavabdeh5 6/24 hissədə, Cavabdeh3 2/24 hissədə, Cavabdeh4 2/24 hissədə, Cavabdeh7 2/24 hissədə, Cavabdeh1 3/24 hissədə, Nəsirova (İzzətova) Çinarə Məhərrəm qızının 3/24 hissədə payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(053)-505/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Mərhum İddiaçıağa Ziyad oğlundan miras qalmış Neftçala şəhəri, Səməd Vurğun küçəsində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 64,7 kv.m yaşayış, 49 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxılmış müddət bərpa edilməklə, həmin miras əmlak üzrə İddiaçı 6/24 hissədə, Cavabdeh5 6/24 hissədə, Cavabdeh3 2/24 hissədə, Cavabdeh4 2/24 hissədə, Cavabdeh7 2/24 hissədə, Cavabdeh1 3/24 hissədə, Nəsirova (İzzətova) Çinarə Məhərrəm qızının 3/24 hissədə payları müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-362/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-362/2023
10.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver