Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-366/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İmişli Rayon Məhkəməsinin (Hakim Ü.Qənbərov) 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh 2859,0 (iki min səkkiz yüz əlli doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 48,59 (qırx səkkiz manat, əlli doqquz qəpik) manatın alınıb İddiaçı Sığorta Şirkəti ASC–nin hesabına keçirilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab № AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün İmişli Rayon Məhkəməsinə qaytarılmışdır. İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti tərtib edib elektron qaydada göndərmişdir. Apellyasiya şikayəti elektron qaydada verilməsinə baxmayaraq İmişli Rayon Məhkəməsi bunu nəzərə almamış, onun şikayətinin əsassız olaraq geri qaytarmışdır. İmişli Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 22 yanvar 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək apellyasiya şikayəti qəbul edilməlidir. İmişli Rayon Məhkəməsi apellyasiya şikayətini qaytararkən ona əsaslanmışdır ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, İmişli Rayon Məhkəməsi tərəfindən Cavabdeh apellyasiya şikayəti özünə geri qaytarılmaqla prosessual hüquq normaları pozulmuşdur ki, bu da qərardadın ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, apellyasiya şikayəti icraata qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(036)-106/2023 saylı qətnaməsindən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-366/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-366/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver