Məhkəmə qərarları › İş №2(106)-375/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-375/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-375/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunu katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" İKB ASC) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) Cavabdeh qarşı (Maraqlı şəxs) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinin ləğv edilməsini, İddiaçı ASC-nin mülkiyyətində olan Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia rədd edilmişdir. İddiaçı ASC Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)- 2587/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında 29 noyabr 2021-ci il tarixli AN-İ, №0803029 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evi 15000 manata və Masallı rayonu Boradigah qəsəbəsində yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsinin 8000 manata, ümumilikdə 23000 manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə görə Cavabdeh Masallı rayonu Boradigah qəsəbəsində yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evinə münasibətdə ilkin olaraq 8000 manat məbləğində vəsaitini satıcı İddiaçı ASC-nin hesabına ödəyir, qalan 15000 manatını 24 ay müddətinə hər ay 250 manat, 24-cü ay isə 9250 manat olmaqla İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 8000 manat İddiaçı ASC-yə ödədikdən sonra Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı lazımi qaydada ödəniş edilməmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 29 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin, həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 30 iyun 2022-ci il tarixdə Cavabdeh göndərilmişdir. Lakin, Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı ASC-yə lazımi qaydada ödəniş edilməmiş, Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən tərəflər arasında mübahisə yarandığı təqdirdə, mübahisənin tərəflərin qarşılıqlı yazılı razılıq əsasında, razılıq olmadığı təqdirdə isə mübahisənin məhkəmə qaydasında həll olunması şərti müəyyən edilmiş, lakin hansı halda müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulduğu təqdirdə müqavilənin birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edilmək hüququ müəyyən edilməmiş, bu barədə müqavilədə hər hansı bir bənd nəzərdə tutulmamışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış müqavilə əsasında borc yarandığı təqdirdə müqavilənin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququna dair iddiaçıda hər hansı bir hüquq yaranmamışdır. Bundan başqa, müqavilə üzrə fərdi-yaşayış evinin və torpaq sahəsinin dəyərindən qalıq borc ödənişi ilə bağlı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilənin ləğv edilməsi tələbinə dair deyil, məhz pul tələbinə dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qətnamə qanunsuz və əsassız olduğu üçün aşağıda qeyd edilənlənlərə əsasən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin nisyə alqı-satqısı qaydasında 23000 manata Cavabdeh Zadiİ oğluna satılması nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə görə Cavabdeh ilkin olaraq fərdi-yaşayış evi və torpaq sahəsi üçün 8000 manat məbləğdə pul vəsaitini alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcı "xxxx" ASC-nin hesabına ödəməli, qalıq 15000 manatı isə xx.xx.2023-ci il tarixədək hər ay 250 manat olmaqla, 24cü ay isə 9250 manat "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 8000 manat vəsait ödənildikdən sonra Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.6 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərflərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələrin olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazıb razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin, müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmiş, lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı "xxxx" ASC-yə lazımi qaydada ödəniş edilməmiş və bununla da cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün cavabdehə əsaslandırılmış və izahlı şəkildə yazılı xəbərdarlıq məktubu da göndərilmişdir. Alqı-satqı müqaviləsində cavabdeh tərəfindən qeyd edilmiş tarixə kimi hər ay nə qədər ödəniş olunması göstərilmişdir. Buna baxmayaraq, cavabdeh aylıq ödənişlərini müqavilədə nəzərdə tutulduğu məbləğdən az olması və hər ay ödənişlərin olmaması müqavilənin pozulması deməkdir və müqavilənin ləğv qaydası da 18-ci bənddə qeyd edilmişdir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsində cavabdehin ödənişlərinin tarixi və müddəti dəqiq göstərilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq hər ay nəzərdə tutulan ödənişlərini vaxtında etməmiş və hal-hazırda da müqavilə üzrə ödənişlərində gecikmələri vardır. Ona görə də, iddiaçı fərdi-yaşayış evinin cavabdehdən geri alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iddiaçıya verilmiş əşyanın ödənilməsi hüququnu tanımış, lakin onun həmin əşyanın geri tələb etmək hüququnu tanımamışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməklə Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. O, izahatına əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan əmlak, yəni torpaq və fərdi yaşayış evi əvvəllər ipoteka predmeti olmuş və onların ümumi real bazar dəyəri 60000-70000 manat civarında dəyərləndirilmişdir. Ancaq həmin əmlaklar açıq hərracdan 23500 manat məbləğə alınaraq İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Göründüyü kimi, əslində həmin əmlaklar alıcya – Cavabdeh hərrac qiymətindən də aşağı qiymətə satılmaqla ona mənzil hüququnun təmin olunması istiqamətində köməklik edilmişdir. Ancaq cavabdeh bütün bunlardan sui-istifadə edir. Belə ki, cavabdeh ilkin ödənişdən sonra ümumiyyətlə ödəniş etməmişdir. İş üzrə Cavabdeh və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. H Ü Q U Qİ M Ə S Ə L Ə L Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan satıcı İddiaçı ASC və alıcı Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə 4Ə-2235 reyestr nömrəsi ilə qeydə alınmış 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini 23000 manata alıcıya satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********30-10301 qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışın surətindən görünür ki, Masallı rayonu Boradigah qəsəbəsində 08 ha torpaq sahəsi və ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi 29 iyul 2021-ci il tarixdə "xxxx" İKB ASC-nin mülkiyyətinə verilmişdir. İşdə olan 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı 8000 manat alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi, qalıq 15000 manatı isə 24 ay müddətinə hər ay 250 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş üzrə sübutlarla və işin faktiki hallarına əsasən Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********30-10301 qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışa əsasən Masallı rayonu Boradigah qəsəbəsində fərdi yaşayış evi 29 iyul 2021-ci il tarixdə iddiaçının mülkiyyətinə verilmiş, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə 4Ə-2235 reyestr nömrəsi ilə qeydə alınmış 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini 23000 manata Cavabdeh satmışdır. Həmin müqavilənin tələbinə görə Cavabdeh alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün İddiaçı ASC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 8000 manat məbləğdə pul vəsaitini ödəməyi, qalıq 15000 manat məbləğdə pul vəsaitini isə 24 ay müddətinə hər ay 250 manat məbləğ olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış adıçəkilən nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə görə müqaviləyə dəyişikliklər və əlavələrin olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazıb razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən adıçəkilən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik vaxtında icra edilmir və buna görə də, cavabdehə poçt vasitəsilə mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün 30 iyun 2022-ci il tarixdə yazılı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtləri pozaraq öhdəliklərini icra etmir. Bu baxımdan, iddiaçının hazırkı iddia tələbi əsaslıdır, qanunun və tərəflər arasında bağlanmış müqavilənin tələbindən irəli gəlir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 390.1 və 390.5-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. MM-in 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. MM-in 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. MM-in 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Habelə, qeyd edilməlidir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, bununla da, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600-cü maddəsinin tələblərinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını qanunverciliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun olaraq təhlil edərək hesab edir ki, 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi mülkiyyətçi İddiaçı ASC tərəfindən alıcı - Cavabdeh verildikdən (nisyə satıldıqdan) sonra Cavabdeh qrafik üzrə müəyyən edilmiş ödənişi həmin razılaşdırılmış müqavilədə nəzərdə tutulan müddətlərdə həyata keçirməmiş və öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Buna görə də, İddiaçı ASC mübahisə predmeti olan əmlakının qaytarılmasını tələb etməkdə haqlıdır. MM-in 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilənlərdən əlavə, kollegiya diqqətə çatıdırır ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Habelə, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı ASC-nin iddiası təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmiş 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli və İddiaçı ASC-nin mülkiyyətində olan Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(050)-2587/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin iddiası təmin edilsin. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə təsdiq edilmiş 29 noyabr 2021-ci il tarixli seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 232.60 kv.m olan fərdi yaşayış evi və Masallı rayonu Boradigah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar