Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-381/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İddiaçı2, onun vəkili X1 iştirakları ilə, Masalı Rayon Məhkəməsinin 2(050)-2176/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Miras qoyan X2 miras qalmış Masallı rayonu Hişkədərə kəndində iki mərtəbəli ev və onun altında yerləşən mağaza, Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Masallı rayonu Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı şəhadətnamə ilə verilmiş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30.5 kv.m ev və 15 kv.m başqa tikililər, 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş 0.49 ha torpaq sahəsində ona düşən pay vərəsələr İddiaçı1 münasibətdə vəsiyyətnaməyə əsasən, digər vərəsələr arasında qanuna əsasən bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdeh Masallı regional Cavabdeh2ndə notariat ofisinə qarşı (üçüncü şəxs İddiaçı1) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Notariat ofisində X4 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras paylarının tərəflər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(050)-2176/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Coşqun Abdullayev) İddiaçı1 iddiası qismən təmin edilmiş, İddiaçı2 vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bölüşdürülməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İddiaçı2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(050)-2176/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(050)-2176/2024 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(050)-2176/2024 saylı qətnaməsindən cavabdeh İddiaçı2 verdiyi apellyasiya şikayəti Azərbaycan Repsublikası MPM-in 361-ci maddəsinin tələblərinə cavab verdiyindən apellyasiya şikayətinin və ona əlavə olunmuş sənədlərin mülki işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 2(106)- 381/2025 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-2176/2024 saylı, 16 oktyabr 2024cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 12 fevral 2025-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə, cavabdeh İddiaçı2, onun vəkili X3 iştirak etmişlər. Məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə 08 yanvar 2025-ci il tarixli qərardad ləğv edilməli, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Proesssual Məcəll\sinin (bundan sonra MPM) 361.1.-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Belə ki, apellyasiya şikayəti MPM-in 361.1.4., 361.1.6.-cı maddələrinin tələblərinə cavab vermir. İddiaçı2 apellyasiya şikayətində məhkəmədən konkret tələbini aydın şəkildə ifadə etməmiş, istinad edilməli olan konkret fakt və halları göstərməmişdir. Apellyasiya şikayətində yalnız ümumi şəkildə “Masallı Rayon Məhkəməsinin 2(050)-2176/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, işin tam və hərtərəfli araşdırılaraq xeyrimizə yeni qərar qəbul olunmasını” xahiş etmişdir. Lakin mübahisə predmeti olan miras əmlakın konkret siyahısını təqdim etməmiş, hansı əmlakları mübahisələndirdiyini, eləcə də həmin əmlakın kimlər arasında və hansı qaydada bölünməsi ilə bağlı açıq və dəqiq tələb irəli sürməmiş, “xeyrinə yeni qərar qəbul olunmasını” xahiş etdikdə, xahişinin tam olaraq nədə ifadə olunması müəyyən edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, hazırda İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 2(106)-381/2025 saylı qərardadı ləğv edilməli, Masalı Rayon Məhkəməsinin 2(050)-2176/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 363, 384.0.6 və 402.2.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 2(106)-381/2025 saylı qərardadı ləğv edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2176/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-381/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-381/2025
12.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver