Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-386/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X5 ibarət tərkibdə, katib X3, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23148610 nömrəli müqaviləyə əsasən 419.60 manat ödənilməmiş hissə, 41.40 manat cərimə borcu olmaqla cəmi 461 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları xx.xx.2021-ci il tarixli, 23148610 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh, "xxxx" MMC-dən 18 ay əzində hissə-hissə ödəmək şərtilə İMEİ KOD **********68156 olan SAMSUNG GALAXY A12 markalı telefonu 534.60 manata almışdır. Hazırda iddiaçı "xxxx" MMC xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********68156 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün 419.60 manat ödənilməmiş hissə, 41.40 manat cərimə borcu olmaqla cəmi, 461 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh Alcəfərova arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********68156 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün cavabdehin 461 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 534.60 manat (18 ay x 29.7 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********68156 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 461 manat olmaqla ondan, 419.60 manat ödənilməmiş hissə, 41.40 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2023-ci il tarixində İMEİ KOD **********68156 olan SAMSUNG GALAXY A12 markalı telefondan imtina etmiş və cavadehin borcundan 115 manat silinmşdir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 115 manat, ümumilikdə, 115 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsində iştirak etmədiyindən cavabdehin mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 465, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə qətnaməsində heç bir əsas gətirmədən ondan 461 manat pulun tutulmasını qət etmişdir. Onun isə MMC-yə ümumiyyətlə borcu yoxdur. O, nisyə aldığı telefonu 50 dəqiqədən sonra geri qaytarmış, satıcı da onu qəbul etmişdir. 50 dəqiqəyə qutudan belə açılmamış telefonu geri qaytarmışsa, iddiaçı ondan hansı pulu tələb edə bilər. Qətnaməni əsassız hesab edir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə izahatında göstəmişdir ki, cavabdeh telefonu mağazaya atıb gedib. Telefonun qutusu olmayıb və telefon cızıq olub. Telefonun alınandan bir neçə vaxt sonra atıb gedib. Hazırda həmin telefon dəyərindən aşağı qiymətə təkrar satılmışdır. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23148610 nömrəli nisyə alqı-satqı müqaviləsinə görə, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ KOD **********68156 olan SAMSUNG GALAXY A12 markalı telefon nisyə satılmışdır. Ödəniş cədvəlinə görə alıcı 18 ay müddətində ayda 29,70 manat olmaqla malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin təqdim etdiyi maliyyə arayışına görə, Cavabdeh iddia verilən vaxta borcu xx.xx.2021-ci il tarixli, 23148610 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 419.6 manat, cərimə qismində 41.4 manat, cəmi 461 manat məbləğində təşkil edir. İddiaçı hazırda cavabdehlə aralarında bağlanmış nisyə alqı-satqıya dair xx.xx.2021-ci il tarixli, müqavilə üzrə yaranmış borcunu tələb etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən: 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı sübut olaraq müvafiq müqaviləni təqdim etmiş və müqavilənin şərtlərinə istinad etmişdir. İddiaçı müqavilənin 3.2-ci və 3.15-ci maddələrinə əsaslanmışdır. Həmin şərtlərə görə, mal qaytarıldıqdan sonra satıcının birtərəfli qaydada malın dəyərini qiymətləndirmək ixtiyarı vardır. Habelə müqavilənin şərtinə görə alıcı malı sahibsiz buraxırsa (satış yerində qoyub çıxırsa) alıcını ödənişdən azad etmir. Qeyd edilməlidir ki, tərəflər arasında müqavilənin şərtlərinin pozulduğu, yaxud tərəflərdən hər-hansı biri tərəfindən pozulduğu müəyyən edilmir. Kollegiya qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbləri qaydasında borcunu, yaxud telefonu tələb etməmişdir. Yəni iddiaçı borc ödənilmədiyindən telefonu geri tələb etməmişdir. Cavabdeh hansısa səbəbdən müqavilədən imtina etmiş, telefonu qaytarmış, satıcı isə əşyanı qeyd-şərtsiz qəbul etmişdir. Cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyi olmuş olsa da o, nisyə aldığı telefonu 50 dəqiqədən sonra geri qaytarmış, mağaza malı qəbul etmişdir. İddiaçı tərəf tələbində və izahatında telefonu geri götürdüyünü təkzib etməmişdir. Bununla yanaşı, alıcının telefonu uzun müddət istifadə etdikdən sonra qaytardığını bildirmişdir. Beləliklə, müəyyən edilir ki, alqı-satqı predmeti olan telefon tərəflərin razılaşmasına uyğun olaraq alıcıya geri qaytarılmışdır. Bu hal, onu deməyə əsas verir ki, tərəflər arasında olan alqı-satqı müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmiş, telefon geri qaytarılan zaman tərəflər arasında hər-hansı digər razılaşma, yaxud qeyd-şərt göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Kollegiya qeyd edir ki, alıcının müqavilənin icrasından imtina etməsi və bu imtinanın tərəflərin razılaşması ilə baş verməsi ilə müqavilə ləğv edilmiş və öhdəliklərə xitam verilmiş hesab edilməlidir. İddiaçı tərəf müqavilə şərtlərinə əsaslanaraq qaytarılmış telefonu birtərəfli qaydada qiymətləndirdiyini bildirmişdir. Kollegiya hesab edir ki, alqı-satqı predmeti olan telefonun geri qaytarılmasından sonra onun birtərəfli qaydada satıcı tərəfindən qiymətləndirilməsi qanuni sayıla bilməz. Belə ki, bu qiymətləndirmədən alıcının məlumatı olmamışdır. Bundan başqa, cavabdeh satılan əşyanın dərhal geri qaytarıldığını, iddiaçı isə alıcının telefonu uzun müddət istifadə etməsindən sonra qaytarıldığını iddia etmişdir. Telefonun satıcıya hansı vaxtda təhvil verilməsi müəyyən edilmir, ona görə bu hissədə telefonun uzun müddət alıcı tərəfindən istifadə edilib aşınması barədə qənaətə gəlmək də mümkün deyil. Bu hissədə sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı isə bu halı sübuta yetirə bilməmişdir. Ona görə qaytarılmış telefona görə hansı məbləğin alıcıdan tutulmalı olması barədə qənaətə gəlmək də mümkün deyil. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu isə qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləs üzrə borc tələbi təmin edilməməlidir. Apellyasiya şikayəti təmin edildiyindən və iddia təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıdan tutulub cavabdehin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır, ona görə də qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2(00)-3330/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə "xxxx" MMC-dən 15 manat tutulub tutulub Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-386/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-386/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver