Məhkəmə qərarları › İş №2(106)-387/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-387/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-387/2025 10.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(049)-2971/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd 583 əyyarlı ümumi çəkiləri 19.2 qram olan kişi saatını qiyməti 1600(bir min altı yüz) manata; 585 əyyarlı ümumi çəkisi 18.6 qram olan boyunbağı (5.6 qram)- qolbağı (2.1 qram)-sırqa (5.3 qram)- üzük (2.5 qram)- klon (1.5 qram)- sancaq 1 qram) və göz muncuğu (0.6 qram) dəsti, qiyməti 1600 (bir min altı yüz) manata əgər yuxarıda qeyd olunan qızıl-zinət əşyaları olmadıqda, həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3200 (üç min iki yüz) manat məbləğində pulun, həmin məbləğin 200 (iki yüz) manatını ödədiyinə görə yaranmış 3000 (üç min) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(049)-2971/2024 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçıların nümayəndəsi Nümayəndə Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(049)-2971/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən verilməmişdir. Belə ki, iş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı tərəfindən Nümayəndə verilmiş etibarnamədə apellyasiya şikayətini imzalamaq səlahiyyəti mövcud deyil. Halbuki, MPM-in 74.2-ci maddəsinin tələblərinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini Nümayəndə elektron imza vasitəsilə imzalamış olsa da, onun apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Digər tərəfdən, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması zamanı məhkəmə şikayətin verilməsi üçün prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmalıdır. Hazırkı iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(049)-2971/2024 saylı qətnaməsi tərəflərin, eləcə də, iddiaçının nümayəndəsi Nümayəndə «Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş (iş mat. səh.106), müddətin axımı həmin tarixdən başlamış, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin sonuncu günü olan xx.xx.2024-cü il tarix qeyri-iş günü hesab edilən həftənin şənbə gününə təsadüf etdiyindən növbəti iş günü xx.xx.2024-cü il müddətin qurtarma günü hesab olunur. Buna baxmayaraq, apellyasiya şikayəti xx.xx.2024cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 129-cu maddəsinə görə, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır (maddə 129.1.). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (maddə 129.2.). Avropa İnsan Hüquqları Məhkəməsi “X3rşı” işində vurğulamışdır ki, effektiv müdafiə hüququ yalnız səlahiyyətli şəxslər tərəfindən həyata keçirilə bilər və bu prosedur tələblərinin pozulması hüququn pozulması ilə nəticələnə bilər. X6 Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(049)-2971/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar