Məhkəmə qərarları › İş №2(106)-391/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-391/2023

23.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-391/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X25 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh, həmçinin cavabdeh X5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3, cavabdehlər X39 və X14 etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Neftçala Rayon Notariat Ofisinin notariusu X40, X34, Cavabdeh3, X26, X17 və X8 qarşı mirasın faktiki qəbul edilməsi ilə bağlı vəsiyyət üzrə “miras əmlakının 3/4 hissəsinə və mirasın əmlakın qalan hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-725/2022 saylı qətnaməsindən cavabdehlər X41, Cavabdeh3, X39, X35 və X18 tərəfindən verilmiş birgə apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın tərəfindən həm vəsiyyətnamə üzrə və həm də qanun üzrə tam şəkildə faktiki qəbul edilməsinin nəzərə alınmaqla miras əmlaka mülkiyyət hüququnun tanınması, məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmasını, Neftçala Rayon Notariat Ofisinin notariusu Səadət Nəcəfova barəsində xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X32 10 aprel 2019-uncu il tarixində vəfat etmişdir. Atası öldükdən sonra onun mülkiyyətində, hazırda qeydiyyatda olduğu və vəsiyyətnamə üzrə onun faktiki istifadəsində və mülkiyyətində olan, Neftçala şəhəri, Səməd Vurğun küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə 0.12 ha torpaq sahəsi qalmışdır. Anası 02 noyabr 2007-ci il tarixində Neftçala rayon Dövlət notariat kontorunda, paylı mülkiyyət hüququ əsasında ona məxsus olan və Neftçala şəhəri, Səməd Vurğun küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ona vəsiyyət etmiş və vəsiyyətnamə hazırda hüquqi qüvvəsini saxlayır. Anası vəfat etdikdən sonra qanun üzrə vərəsələr vərəsəliyin qəbulu üçün müəyyən olunmuş müddəti buraxaraq, vərəsəlik üzrə şəhadətnamə almamışlar və bu barədə notariusa rəsmi müraciət də edilməmişlər. Odur ki, anası tərəfindən ona vəsiyyət edilən miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Neftçala rayon notariat kontoruna müraciət etmişdir. Ona bildirilmişdir ki, mülkə dair ailənin digər üzvləri arasında mübahisə vardır, ona görə də vərəsəlik şəhadətnaməsi verilə bilməz, odur ki, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X58 11 sentyabr 2005-inci il tarixində vəfat etdikdən sonra mərhumǝ anası X36 ona çatası miras paya dair vərəsəlik şəhadətnaməsini almadığına görə, 2006-cı il il tarixdə iddia ərizəsi ilə Neftçala rayon Məhkəməsinə müraciət edərək, ona vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Məhkəmənin 28 noyabr 2006-cı il il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək paylar ¾ anasına və ¼ pay isə bacısı-Zülfiyyəyə verilməsi müəyyən olunmuşdur. Qətnamədə qeyd olunur ki, iddiaçı X36 və cavabdeh X19, miras qoyanın ölümündən sonra həmin evdə yaşamaqla və miras əmlakı idarə etməklə vərəsəliyi qəbul etmişlər və onların notariat kontoruna ərizə verməyə ehtiyac qalmamışdır. Digər vərəsələr vərəsəliyi qəbul etməmişlər. Əmlakın ½ hissəsi iddiaçı Zeynalovaya məxsusdur və o, cavabdeh-X19 ilə birlikdə əmlakın qalan ikidə bir hissəsinə payları bərabər olmaqla vərəsəlik hüququna malikdirlər. Bu məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır və paylar da ona əsasən müəyyən edilərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 oktyabr 2007-ci il tarixli çıxarış verilmişdir. Hal-hazırda yaşadığı Neftçala şəhəri, S.Vurğun küçəsi, 38 saylı fərdi həyət evi 0.12 ha torpaq sahəsində yerləşir, birmərtəbəli, 2 otaqlı, 42.4 kv.m. yaşayış, 28 kv.m. köməkçi sahədən ibarət bu ev paylı mülkiyyət hüququ üzrə ¼ hissəsi bacısı X4, ¾ hissəsi isə X1nın adınadır. X1 vəfat etdikdən sonra müəyyən obyektiv və subyektiv səbəblər üzündən vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Anasının adına qeydiyyatdan keçmiş miras əmlaka dair 02 noyabr 2007-ci il tarixində Neftçala rayon Dövlət notariat kontorunda paylı mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ona vəsiyyət etmişdir. Neftçala rayon notariat kontoru tərəfindən anasının onun adına verdiyi vəsiyyətnamə tərtib edilərkən, səmimiyyətsizlik edilərək yalnız anasına məxsus fərdi evə dair hissə vəsiyyətnaməyə aid edilmişdir, sanki qalan hissə yadplanetlilərə məxsus imiş(!?). Anası evi və tam mülkü ona bağışlamaq üçün onunla notariusa getmişdir, notarius qanunsuz olaraq digər vərəsələrində razılığı tələb olunur bəhanəsi ilə bizi rədd etmişdir. Hesab edirəm ki, vərəsəlik şəhadətnaməsi verilməli idi. Çünki, hallandırılan miras mülkün hüquqi rejimində aydın olmayan bir şey yoxdur və paylar bəllidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-725/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mərhum X9 miras qalmış Neftçala şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən 0.12 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə dair İddiaçı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, İddiaçı həmin miras əmlaklarına mülkiyyət hüququnın tanınması, həmin miras əmlaklarına vərəsəlik şəhadətnamələrinin verilməsi Neftçala Rayon Notariat Ofisinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti verərək, Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-725/2022 saylı qətnaməsini ləğv edərək iddiaçının miras-əmlaka faktiki sahiblik faktının tanınmaması, vəsiyyətnamə əsasında və məcburi payların dəqiqləşdirilməsi ilə payların müəyyən edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X32 10 aprel 2019-uncu il tarixində vəfat etmişdir. Atası öldükdən sonra onun mülkiyyətində, hazırda qeydiyyatda olduğu və vəsiyyətnamə üzrə onun faktiki istifadəsində və mülkiyyətində olan, Neftçala şəhəri, Səməd Vurğun küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə 0.12 ha torpaq sahəsi vardır. Anası 02 noyabr 2007-ci il tarixində Neftçala rayon Dövlət notariat kontorunda, paylı mülkiyyət hüququ əsasında ona məxsus olan və Neftçala şəhəri, Səməd Vurğun küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ona vəsiyyət etmişdir və vəsiyyətnamə hazırda hüquqi qüvvəsini saxlayır. Anası vəfat etdikdən sonra qanun üzrə vərəsələr vərəsəliyin qəbulu üçün müəyyən olunmuş müddəti buraxaraq, vərəsəlik üzrə şəhadətnamə almamışlar və bu barədə notariusa rəsmi müraciət də edilməmişdir. Odur ki, anası tərəfindən ona vəsiyyət edilən miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Neftçala rayon notariat kontoruna müraciət etmişdir. Ona bildirilmişdir ki, mülkə dair ailənin digər üzvləri arasında mübahisə vardır, ona görə də vərəsəlik şəhadətnaməsi verilə bilməz, odur ki, məhkəməyə müraciət etməyi tövsiyyə olunur. X58 11 sentyabr 2005-inci il tarixində vəfat etdikdən sonra mərhumǝ anası X36 ona çatası miras paya dair vərəsəlik şəhadətnaməsini almadığına görə, 2006-cı il il tarixdə iddia ərizəsi ilə Neftçala rayon Məhkəməsinə müraciət edərək, ona vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Məhkəmənin 28 noyabr 2006-cı il il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək paylar ¾ anasına və ¼ pay isə bacısı-Zülfiyyəyə verilməsi müəyyən olunmuşdur. Qətnamədə qeyd olunur ki, iddiaçı X36 və cavabdeh X19, miras qoyanın ölümündən sonra həmin evdə yaşamaqla və miras əmlakı idarə etməklə vərəsəliyi qəbul etmişlər və onların notariat kontoruna ərizə verməyə ehtiyac qalmamışdır. Digər vərəsələr vərəsəliyi qəbul etməmişlər. Əmlakın ½ hissəsi iddiaçı Zeynalovaya məxsusdur və o, cavabdeh-X19 ilə birlikdə əmlakın qalan ikidə bir hissəsinə payları bərabər olmaqla vərəsəlik hüququna malikdirlər. Bu məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır və paylar da ona əsasən müəyyən edilərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 oktyabr 2007-inci il tarixli çıxarış verilmişdir. Hal-hazırda yaşadığı Neftçala şəhəri, S.Vurğun küçəsi, 38 saylı fərdi həyət evi 0.12 ha torpaq sahəsində yerləşir, birmərtəbəli, 2 otaqlı, 42.4 kv.m. yaşayış, 28 kv.m. köməkçi sahədən ibarət bu ev paylı mülkiyyət hüququ üzrə ¼ hissəsi bacsı X4, ¾ hissəsi isə X1nın adınadır. X1 vəfat etdikdən sonra müəyyən obyektiv və subyektiv səbəblər üzündən vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Anasının adına qeydiyyatdan keçmiş miras əmlaka dair 02 noyabr 2007-ci il tarixində Neftçala rayon Dövlət notariat kontorunda paylı mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ona vəsiyyət etmişdir. Neftçala rayon notariat kontoru tərəfindən anasının onun adına verdiyi vəsiyyətnamə tərtib edilərkən, səmimiyyətsizlik edilərək yalnız anasına məxsus fərdi evə dair hissə vəsiyyətnaməyə aid edilmişdir, sanki qalan hissə yadplanetlilərə məxsus imiş(!?). Anası evi və tam mülkü ona bağışlamaq üçün onunla notariusa getmişdir, notarius qanunsuz olaraq digər vərəsələrində razılığı tələb olunur bəhanəsi ilə bizi rədd etmişdir. Hesab edirəm ki, vərəsəlik şəhadətnaməsi verilməli idi. Çünki, hallandırılan miras mülkün hüquqi rejimində aydın olmayan bir şey yoxdur və paylar bəllidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Sonradan məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinin dəyişdirilməsi-həcminin artırılması ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək digər bacıları X39, X35 və X7 da hazırkı iş üzrə cavabdeh qismində göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən məhkəmə iddianın həcminin dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə edib tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdeh Neftçala Rayon Notariat Ofisinin notariusu X47 iddianın qanunun tələblərinə uyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehlər X39 və X14 etibarnamə üzrə nümayəndəsibacısı X19 izahatında göstərmişdir ki, mərhum anaları X9 miras qalmış ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsinə özü vərəsəlik hüququndan məhrum edilməsinə baxmayaraq digər bacı və qardaşları, həmçinin onun özünün də məcburi pay hüquqları olduğundan həmin əmlaka düşən payların bölünməsini istəyir. Məhkəmə baxış iclasında digər Cavabdeh3 izahatında göstərmişdir ki, mərhum anaları X9 miras qalmış ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsinə digər bacı və qardaşları, həmçinin onun özünün də məcburi pay hüquqları olduğundan həmin əmlaka düşən payların bölünməsini istəyir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki olaraq Bakıda yaşayır. Göstərmişdir ki, Mülki Məcəllədə mirasda məcburi pay hüququnun tanınmasının və həcminin imperativliyi müəyyən etmişdir. Ancaq Neftçala Rayon Məhkəməsi həmin maddənin norma tələblərini pozaraq digər qanun üzrə vərəsələrin mirasda məcburi pay hüquqlarını nəzərə almadan bütün miras-əmlaka iddiaçının mülkiyyət hüququnun tanınmasını qət etmişdir. İşdə tədqiq edilən MH seriyalı, ******* nömrəli çıxarışın notarial təsdiqli surətindən də göründüyü kimi, mübahisə predmeti fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 3/4 hissə miras qoyan X20, 1/4 isə X10 mənsub olmaqla rəsmiləşdirilmişdir. Məcburi pay hüququ sadəcə olaraq tələb hüququdur və vərəsəlik üzrə keçir. Ona görə da məcburi payın qəbul edilməsi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsəlik rejimlərinə tabe tutulmalıdır. Bu səbəbdən məcburi payın qəbul edilməsinin konkret müddəti nəzərdə tutula bilməz. Çünki, məcburi pay adından da göründüyü kimi, istər qanun, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı ondan məhrumetmə halları olmadıqda macburi olaraq ayrı saxlanılmalı və istənilən halda məhdudlaşdırıcı hüquq olaraq qalmalıdır. Lakin Neftçala Rayon Məhkəməsinin qətnaməsində sözügedən hallar nəzərdən keçirilməmiş və mübahisə predmeti fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması məhdudiyyətsiz olaraq iddiaçının xeyrinə qət edilmişdir. Göründüyü kimi, mirasda "məcburi pay" institutu vəsiyyət etmə azadlığının məhdudlaşdırıcı elementi kimi nəzərdən keçirilməlidir. Bu səbəbdən məhkəmə vərəsəlik məsələləri barədə mübahisələri həll edərkən mirasda məcburi paydan məhrum edilmə halları olmadığı halda onların həmin mirasdan minimum pay ala bilmək hüququnun qorunmasını təmin etməlidir. Buna baxmayaraq Neftçala Rayon Məhkəməsi öz qətnaməsində qanun üzrə vərəsələrin mirasdan məcburi pay almaq hüququnun mövcudluğunu və vərəsələrin həmin payların bölünməsini istəməsini qeyd etsə də, bununla bağlı qarşılıqlı iddianın qaldırılmasının zəruriliyini bildirməmiş, yekunda məcburi pay haqlarını nəzərə almayan nəticəni qət etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehlər X39 və X14 etibarnamə üzrə nümayəndəsi X19 və cavabdeh, həmçinin cavabdeh X5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətlərini müdafiə edərək onun məzmununa oxşar izahatlar verərək onlara miras əmlakdan düşən məcburi paylarının müəyyən edilməsini xahiş etmişlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərin verdiyi birgə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)- 725/2022 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İş materiallarında olan Neftçala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 983929 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərəfindən xx.xx.2007-ci ildə verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 məxsus Neftçala şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 3/4 hissə, X6 1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala Rayon Notariat Kontorunda xx.xx.2007-ci ildə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X37 özünə məxsus Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin ona məxsus dörddə üç (3/4) hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan JN-948F saylı Kod 80701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə Neftçala şəhəri ərazisində cizgidə göstərilən sərhəd daxilində 0.12 hektar torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi olaraq X27 və X20 verilmiş və həmin sənəd onlara məxsusdur. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(053)-396/2020 saylı qətnaməsində göstərilən Neftçala şəhər İƏDÜN-nin 29 noyabr 2022-cu il tarixli, 1161 saylı “Vərəsəlik arayış”-dan görünür ki, vərəsələrin ataları mərhum X27 xx.xx.2005-ci il tarixdə, anaları X37 xx.xx.2019-cu ildə tarixdə vəfat etmişdir. Onların vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: 1.X28 xx.xx.1959 qızı 2.Cavabdeh3 xx.xx.1962 oğlu 3.X41 xx.xx.1964 oğlu 4.İddiaçı xx.xx.1966 qızı 5.X39 xx.xx.1969 qızı 6.X22 xx.xx.1972 qızı 7.X19 xx.xx.1967 qızı-vərəsilik hüququndan məhrum edilib. Yuxarıda qeyd olunandan başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(053)-396/2020 saylı qətnaməsində göstərilən "xxxx" MMC-nin 2020-ci il tarixdə verdiyi 085468 saylı enerji təchizatı müəssəsi ilə məişət abonenti arasında elektirik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, Neftçala Şəhəri S.Vurğun küçəsindəki miras evə müqavilə İddiaçı ilə bağlanmışdır. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(053)-396/2020 saylı qətnaməsində göstərilən qəbzlərdən görünür ki, İddiaçı Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən miras evin su, qaz və işıq pullarını ödəmişdir. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(053)-396/2020 saylı qətnaməsindən görünür ki, məhkəmə tərəfindən Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən miras evə baxış keçirilmiş, həmin evdə İddiaçı məxsus gündəlik istifadə edilən məişət əşyaları müəyyən edilmişdir. İş materiallarında olan Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-1478/2021 saylı qətnaməsində göstərilən xx.xx.2019-cu il tarixli 316 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-1478/2021 saylı qətnaməsində göstərilən xx.xx.2006-cı il tarixli qətnamənin surətindən görünür ki, 11 sentyabr 2005-ci ildə vəfat etmiş X23 ünvan 1 ünvanda 0,12 hektar torpaq sahəsində yerləşən, 1963-cü ildə tikilmiş, yaşayış sahəsi 42,2 kvm, köməkçi sahəsi 52,2 kvm olan 2 otaqlı yaşayış evinin dörddə üç hissəsinə arvadı X20, dörddə bir hissəsinə isə qızı X10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 484 saylı arayışdan görünür ki, X38 xx.xx.1969-cu il tarixdə doğulmuş, atası X42 və anası X37 göstərilmişdir. İş materiallarında olan Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 69 saylı arayışdan görünür ki, X41 xx.xx.1964-cü il tarixdə doğulmuş, atası X42 və anası X37 göstərilmişdir. İş materiallarında olan Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 68 saylı aryışdan görünür ki, X30 xx.xx.1972-ci il tarixdə doğulmuş, atası X42 və anası X37 göstərilmişdir. İş materiallarında olan Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 481 saylı aryışdan görünür ki, X35 xx.xx.1959-cu il tarixdə doğulmuş, atası X42 və anası X37 göstərilmişdir. İş materiallarında olan Neftçala şəhər soveti tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli 148039 saylı arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X42 və anası X37 göstərilmişdir. İş materiallarında olan Neftçala rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(53)-338/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X15 cavabdeh X2 vərəsəlik və məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Neftçala Rayon Notariat Ofisinin xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Mirasın qəbulu üçün müddət buraxıldıqda vərəsə müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən prosessual hüquq normalarının tələbini pozmaqla qətnamə qəbul etmişdir. Mülki işə tətbiq edilən hüquq: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin birgə apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı oluğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. İddia tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən miras əmlakın tərəfindən həm vəsiyyətnamə üzrə və həm də qanun üzrə tam şəkildə faktiki qəbul edilməsinin nəzərə alınmaqla miras əmlaka mülkiyyət hüququnun tanınması, məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarmasını xahiş etsə də məhkəmə çıxarmış olduğu qətnamə ilə əlavə olaraq “İddiaçı həmin miras əmlaklarına mülkiyyət hüququnın tanınması və həmin miras əmlaklarına vərəsəlik şəhadətnamələrinin verilməsinin Neftçala Rayon Notariat Ofisinə həvalə edilməsini” qət etməklə iddia tələbindən kənara çıxmışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin Neftçala Rayon Məhkəməsinin hazırkı məlum qətnaməsindən göründüyü kimi, məhkəmə iddianı təmin edərkən “İddiaçı həmin miras əmlaklarına mülkiyyət hüququnın tanınması və həmin miras əmlaklarına vərəsəlik şəhadətnamələrinin verilməsinin Neftçala Rayon Notariat Ofisinə həvalə edilməsini” qət etməklə iddia tələbindən kənara çıxmışdır. Qeyd edilən hallar isə qanunda göstərilən müstəsna hallara aid deyildir. Bundan başqa işin faktiki hallarından görünür ki, iddia tələbi cavabdehlər tərəfindən ümumi şəkildə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. İş materiallarında olan Neftçala Rayon Notariat Kontorunda xx.xx.2007-ci ildə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X37 özünə məxsus Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin ona məxsus olan dörddə üç (3/4) hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailətəminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı). Kollegiya bildirir ki, vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik prinsipi Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik” başlıqlı 64-cü fəslində öz əksini tapmışdır. Belə ki, həmin fəslin 1166-cı və 1176-cı maddələrinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Göründüyü kimi, mülki qanunvericiliyin sözügedən müddəaları vəsiyyət azadlığı prinsipinə əsaslanmaqla mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Qanunverici məhz bu iradənin nəticəsində mirasdan məhrum edilmiş şəxsə münasibətdə hansı hüquqi nəticələrin yaranmasını müəyyən etmişdir. Belə ki, vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Bununla belə, mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində sərəncam vermək səlahiyyəti qeyri-məhdud şəkildə olmayaraq mirasdan məcburi pay hüququ ilə məhdudlaşır. Mülki Məcəllənin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, X15 Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin ona məxsus olan dörddə üç (3/4) hissəsi və həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. Miras qoyan xx.xx.2019-cu ildə vəfat etmişdir. Miras qoyan hələ sağlığında yəni, xx.xx.2006-cı il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə qoyaraq Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 nömrəli fərdi yaşayış evinin ona məxsus olan dörddə üç (3/4) hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. İndiyədək nə vəsiyyət edilən İddiaçı nə də digər vərəsələrdən hər hansı biri miras əmlakı öz adına rəsmləşdirməmişdir. Lakin vərəsələrdən X6 xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Neftçala şəhəri, Səməd Vurğun küçəsində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi üzərində ¼ hissə payı müəyyən edilmişdir. Həmçinin Neftçala rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(53)-338/2011 saylı qətnaməsinə əsasən iddiaçı X15 cavabdeh X2 vərəsəlik və məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddiası təmin edilərək o bəhsi keçən miras əmlakdan məcburu pay almaq hüququndan məhrum edilmişdir. Hazırda cavabdehlər miras əmlakdan onlara düşən məcburi paylarını istəyirlər. Yuxarıda da qeyd olunduğu kimi miras qoyanın 7 övladı olmuş, onlardan biri - X19 isə məhkəmə qətnaməsi ilə məcburu pay almaq hüququndan məhrum edilmişdir. Belə olduğu halda hazırda miras qoyanın X28, Cavabdeh3, X41, İddiaçı, X39 və X3 ibarət məcburi pay almaq hüququna malik 6 vərəsəsi vardır. Göründüyü kimi miras əmlak X15 Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin ona məxsus olan dörddə üç (3/4) hissəsindən ibarətdir. Göründüyü kimi miras qoyanın 6 vərəsəsi var. Həmçinin miras qoyan vərəsələrdən Laləyə vəsiyyətnamə vermişdir. Belə olduqda miras əmlak Laləyə vəsiyyət olunduğundan ¾ miras əmlakın ½ hissəsi üzərində onun payı müəyyən olunmalıdır. Bu pay isə 3/4x1/2=3/8 edir. Deməli 3\8 hissə Laləyə miras paydan vəsiyyətnamə üzrə keçən hissəsidir. Deməli miras əmlakdan geri 3/8 hissə qalır. Vərəsələr 6 nəfər olduğundan 3/8x1/6=1\16 pa hər bir vərəsəyə düşən paydır. Yəni Fazilə, İlham, Oktay, Lalə, Xalidə və Ülviyyənin əmlakın yerdə qalan 3/8 hissəsindən hər birinin məcburi payı 1/16-dir. Lalənin vəsiyyətnamə üzrə payı olan 3/8-lə məcburi payı olan 1/16-i topladıqda 7/16 alınır. Deməli Lalənin miras qoyanın ¾ payı üzərindəki payı 7/16, digər vərəsələrin hər birinin məcburi payı 1/16 olmaqla ümumi payları 5/16-dir. 7/16 + 5/16 = 12/16 (surətlə məxrəci ixtisar edəndə ¾ qalır.) Zülfiyyənin ¼ payı ilə 12/16-nı topladıqda 4/16 + 12/16 = 16/16=1 bütöv vahid alınır. Lakin qətnamə elan edilərkən X11 payı 3/48, Cavabdeh3 3/48, X31 3/48, X24 3/48, X7 3/48 və İddiaçı payı isə 21/48 hissə elan edilmişdir. Əslində 3/48 (Fazilə, İlham, Oktay, Lalə, Xalidə və Ülviyyənin hər birinin ayrılıqda payları) 1/16-ə, 21/48 isə (Lalənin payı) 7/16-ə bərabərdir. Belə ki, 3/48-ü ixtisar edəndə 1/16, 21/48-i ixtisar edəndə isə 7/16 alınır. MM-nin 1193-cü maddəsində göstərilir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət keçmişsə, o, mirasdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 1942 və 1943-cü maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Belə olduqda məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, miras əmlak İddiaçı vəsiyyət olunsa da vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras qoyanın vəfat etmiş və sağ qalmış digər 6 uşaqlarının mirasda məcburi payları vardır. Buna görə miras qalan əmlak üzərində miras qoyanın 6 uşaqlarının payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəyə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196-cı maddəyə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəyə görə isə bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından birgə apellyasiya şikayətləri qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-725/2022 saylı qətnaməsi ləğv edilməli, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilərək miras qoyan X16 mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsi 38 ünvanında 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsi üzərində onun uşaqları (vərəsələri) X11 3/48 (1/16), Cavabdeh3 3/48 (1/16), X31 3/48 (1/16), X24 3/48 (1/16), X7 3/48 (1/16) və İddiaçı 21/48 (7/16) hissə payları müəyyən olunmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378- 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlər tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(053)-725/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Miras qoyan X16 mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsi 38 ünvanında 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsi üzərində onun uşaqları (vərəsələri) X11 3/48 (1/16), Cavabdeh3 3/48 (1/16), X31 3/48 (1/16), X24 3/48 (1/16), X7 3/48 (1/16) və İddiaçı 21/48 (7/16) hissə payları müəyyən olunsun. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar