Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-408/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbi və qarşılıqlı iddia üzrə iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı «5501,89 manat borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Açar sözlər: aktın etibarsız hesab edilməsi və debitor borcun silinməsi; debitor borcun ödənilməsi tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X11, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, açıq məhkəmə iclasında, İlkin iddia üzrə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbi və qarşılıqlı iddia üzrə iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı «5501,89 manat borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)-2671/2023 saylı qətnaməsindən (hakim Anar Pənahov) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra “Azəriqaz” İB) tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Azəriqaz” X5 X12 İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli və ******* saylı, xx.xx.2023-ci il tarixli aktın, əsassız olaraq müəyyən olunmuş 2160 m3 qaz itkisinə görə 216,00 manat və 34560 m3 qaz itkisinə görə hesablanmış 4147,20 manat ümümilikdə 4363,20 manat miqdarında cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı 5427,22 manat məbləğində borcun, 74,27 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 5501,89 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onun həyat yoldaşıdır. Həyat yoldaşı qaz istehlakçısı olan İddiaçı adına Lənkəran rayonu Sütəmürdov kəndində yerləşən fərdi yaşayış evinin qaz təminatı xətti üzərində Lənkəran X12 İdarəsinin Lənkəran Xidmət Sahəsi tərəfindən G-4 smart markalı, **********480 nömrəli nömrəli plomblu qaz sayğacı quraşdırılmışdır. Tərtib edilmiş cərimə aktı həyat yoldaşı cavabdeh İddiaçı adına rəsmiləşmişdir. İddiaçı qaz sayğacı vasitəsi ilə istehlak edilmiş qazın dəyərini vaxtı vaxtında ödəyir. xx.xx.2023-ci il tarixində o, evdə olmadığı vaxt sayğaca baxış keçirilmiş, guya o, 360 gün olaraq mütəmadi gündəlik 24 saat olaraq əlavə xətt çəkmiş və ondan istifadə etmişdir. Bununla bağlı 18 may 2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və ona 4147,20 manat cərimə yazmışlar. xx.xx.2019-cu il tarixində ******* saylı akt tətib edilmiş və həmin akta görə 2160 m3 qaz səfıyyatı olmaqla 216 manat cərimə yazılımşdır. İddiaçı bütün bunları qəbul etmir. Sonradan Azəriqaz İB-nin əməkdaşları xx.xx.2023-cu il tarixli ******* saylı aktda da qeyd edilmişdir ki, sayğac yararlı halda qəbul edilmiş, lakin həmin aktda onun imzadan imtina edilməsi sözü vardır. Evlərində yoxlama onların iştirakları təmin olunmamışdır. Gündəlik yaşadıqları evdə qaza sərfıyyatı yazılmayan aktda necə olur ki qaz sərfıyyatı 4 m3 olmaqla , 24 saat gündəlik iş rejimi olmaqla 360 gün fasiləsiz qaz işlənmişdir? Belə çıxır ki, o, qazdan dayanmadan və yatmadan 24 saat gündəlik olmaqla istifadə etmişdir. Bütün bunlar qaz idarəsi tərəfindən tərtib edilmiş aktın və hesablanmış qaz sərfiyyatın saxta oduğunu və bunun qərəzli olduğu anlamına gətirib çıəxarır. İstehlakçı olaraq onunla Lənkəran Xidmət sahəsi və ya Lənkəran X12 İdarəsi ilə qazın alqı- satqısı barədə müqaviləsi vardır. Müqavilədə "Qazdan istifadə Qaydalarf'nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.7 bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda bu Qaydaların 6.1.2 bəndi istisna olmaqla qaz paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Ancaq ona qarşı tərtib edilən aktın yazılmasında iştirak etməmişdir və aktın surəti ona verilməmişdir. Hamının bildiyi kimi sahədə xidmət edən qaz nəzarətçisi ildə 2(iki) dəfə texniki baxış keçirməklə ayda 2(iki) dəfə istehlakçıların qaz təminatı xətlərinə nəzarət edir, istehlak edilmiş qaz;n sərfini götürür və sonra onun dəyərini özündə əks etdirən qəbzi istehlakçılara təqdim edir. Xüsusən qaz təminatı dayandırılmış ünvanlarda tez- tez olmaqla nəzarəti həyata keçirir. "X10’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.7 bəndinə əsasən qazm verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda bu Qaydaların 4.8-ci bəndində Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcı (yəni Lənkəran X12 İdarəsi), hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavbabdehliyi isə özləri daşıyırlar. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə X7 arasında bağlanmış 06 mart 2018-ci il tarixli, 26874 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə müqavilə” yə əsasən “Azəriqaz” İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 22 iyul 2023-cü il tarixinə "Azəriqaz” İstehsalat Birliyinə 5427,22 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb "Təbii X10nın pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 216,00 manat, "Təbii X10nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4147,20 manat, cəmi 4363,20 manat məbləğində dəymiş ziyanın və sayğac vasitəsilə istifadə qlunmuş təbii qaza görə 1064,02 manat borcun ödənilməməsi olmuşdur. Belə ki, iddiaçı Vəliyeva X4 rayonu, Sütəmurdov kəndində yaşamaqla Lənkəran X12 İdarəsinin Lənkəran Xidmət Sahəsində **********01680 saylı kodla abonent qeydiyyatındadır. Belə ki, “Azəriqaz” X5 RQİİ-nin Lənkəran XS- nin mütəxəssisləri tərəfindən Lənkəran Xidmət Sahəsində abonentlərin ünvanlarına quraşdırılmış məişət tipli qaz sayğaclarına baxış keçirilən zaman abonent İddiaçı fərdi evinə gedən qaz xəttinin üzərində quraşdırılmış Elster tipli, G- 4 markalı, 26022500 saylı qaz sayğacı xx.xx.2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında çıxarılaraq Dövlət yoxlamasından keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X2 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın 30.10. 2019-cu il tarixli, 29/1710-3166 saylı aktına əsasən “G-4 markalı 26022500 nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-çızıq izləri var” rəyi verilmiş və qüsura görə nəticə qaz itkisi, müdaxilə hesab edilmişdir. İddiaçı məxsus yaşayış sahəsinə xx.xx.2019-cu il tarixdə “Təbii X10nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011 -ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X10nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərnin bərpasının hesablanması” Qaydalarına əsasən Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, cəmi 2160 m3 olmaqla 216,00 manat məbləğində dəymiş ziyan hesablanmış və abonent İddiaçı abonent hesabına daxil edilmişdir. Abonent İddiaçı tərəfindən 216,00 manat ödənilməmiş qalmışdır. Bundan başqa, “Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən 18 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan İddiaçı məxsus yaşayış sahəsində, sonuncunun iştirakı ilə təbii qazın uçotu və təbii X10na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X10”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Odur ki, “Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən təbii X10nın pozulması haqqında 18 may 2023cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu halı təsbitləyən video çəkiliş aparılmışdır. “Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011 -ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X10nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 22 may 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 34560 m3 olmaqla İddiaçı abonent hesabına 4147 manat 20 qəpik pul hesablanmışdır. Abonent İddiaçı tərəfindən 4147,00 manat ödənilməmiş qalmışdır. Bundan əlavə, abonent İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə 1064,02 manat borcu ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən ümumilikdə 5427,22 manat ödənilməmiş və o, 18 may 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması, 4147 manat 20 qəpik pulun silinməsi tələbi barədə iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(049)- 1213/2020 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2019-cu il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 1012,00 manat debitor borcun, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1042,40 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. 22 iyul 2023-cü il tarixə İddiaçı 5427,22 manat məbləğində borcu vardır. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)-2671/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii X10nın pozulması haqqında” 30 dekabr 2019cu il tarixli, ******* nömrəli aktın ləğv edilərək abonent İddiaçı (abonent № **********01680) hesablanmış 216 manat məbləğində borcun silinməsi, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcminin azaldılaraq 1.440 kub metr müəyyən edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə ondan 165.92 manat pul vəsaitinin alınaraq “Azəriqaz” İB-nə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı alınaraq “Azəriqaz” İB-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddiaçı tərəf olan “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisələndirdikləri qətnamənin 5-ci səhifəsinin 8-ci abzasına nəzər yetirsək görərik ki, 1-ci instansiya məhkəməsi qeyd edir ki, məhkəmə iddianın 34560 m qaz sərfiyyatına görə hesablanmış borcun silinməsinə münasibətdə həmçinin qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 18 may 2023-cü il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “abonentin saldosundan” görünür ki, 2023-cü ilin may ayında 12,50 manat məbləğində sərfiyyata görə ödəniş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, eyni ilin may ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən 30 gün hesabat müddəti hesablanmalı olduğu halda 360 gün hesabat müddəti hesablanmışdır. Məhkəmə daha sonra qeyd edir ki, bundan başqa dəymiş ziyan məbləği hesablanarkən orta günlük iş rejimi 24 saat olduğu qeyd edilmişdir. Lakin 1 günün 24 saatdan ibarət olması nəzərə alınarsa orta günlük iş rejimi 12 saat hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq aşagıdakı qaydada hesabat aparmış və borc məbləğini azaldaraq aşağıdakı qaydada müəyyən etmişdir: 4m x 12 saat x 30 gün=1440 m. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət veərək hesab etmişdir ki, ******* nömrəli akta münasibətdə iddia qismən təmin edilməklə 18 may 2023-cü il tarixli, ******* syil akta əsasən hesablanmış ziyanın həcmi azaldılaraq 1440 m müəyyən edilməlidir. Qətnamədə göstərilən 2023-cü ilin may ayında ödənilmiş 12,50 (on iki manat əlli qəpik) manatın baxış kimi hesab edildiyi yanlış olduğu tərəfimdən müəyyən edilmişdir. Belə ki, abonent smart sayğacdan istifadə edərkən sayğaca baxış keçirilməsinə zərurət yaranmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «X10»nın 5.2-cü bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir)”. “Smart-kart”(öncədən ödənişli) 3 3 3 3 tipli qaz sayğacı olan istehlakçıya istifadfə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Qeyd olunanları nəzərə alsaq həmin sayğaca baxış keçirilmədiyi öz təsdiqini tapır. Həmçinin məhkəmə istehlakçının təbii qazdan sayğacdankənar xətlə, yeraltı istifadə etməsini qeyd etmir. Butun bunlar onu deməyə əsas verir ki, məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Bundan başqa mübahisələndirdikləri qətnamənin 6-ci səhifəsinin 7-ci abzasına nəzər yetirsək görərik ki, 1-ci instansiya məhkəməsi qeyd edir ki, Məhkəmə İddiaçı sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə 1064,02 manat borc tələbinə dair qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, materiallara əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, son üç il ərzində abonentin sayğac vasitəsilə istifadə etdiyi təbii qaza görə “Azəriqaz”İB-yə borcu 165,92 manat borcu yaranmışdır. Daha sonra mübahisələndirdikləri qətnamənin 7-ci səhifəsinin 6cı abzasına nəzər yetisrsək görərik ki, 1-ci instansiya məhkəməsi qeyd edir ki, məhkəmə belə qənaətə gəlir ki iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia tələbi qismən təmin edilərək İddiaçı sayğac vasitəsi ilə istifadə etdiyi təbii qaza görə ondan 165,92 manat pul vəsaiti alınaraq “Azəriqaz” İB-nə ödənilməlidir. Belə hesab edir ki, 1-ci instansiya Məhkəməsi tamamilə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-373.3. maddələrinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçıTacılla qızının nümayəndəsi X3 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi müddətlərin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsas hesab edərək sonda ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə iddia müddətinin konkret olaraq hansı müddətə tətbiq edildiyini göstərməmişdir. Qeyd etmək istəyir ki, Ləkəran Rayon Məhkəməsi tərəfindən hakim Rəşad Məmmədov tərəfindən qəbul edilmiş 08 avqust 2019-cu il tarixli, hazırda qüvvədə olan, icraya yönəldilmiş 2(049)-1213/2019 saylı qətnaməsi vardır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1213/2019 saylı mülki iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 08 fevral 2019-cu il tarixədək istehlak etdiyi təbii qaza görə 1012,01 manat və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ZENNER G4T SMART**********490 saylı sayğac quraşdırıldıqdan sonra İddiaçı 2021-ci ildə 123 manat, 2022-ci ildə 137,50 manat, 2023- cü ildə isə 12,50 manat, cəmi 273 manat istifadə etdiyi təbii qazın pulunu könüllü olaraq ödəmiş, yəni borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Azərbaycan Respublikası MM-nin 380.1. maddəsində göstərilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası MM-nin 380.2.maddəsində göstərilir ki, fasilədən sonra iddia müddəti yenidən başlayır. Fasiləyə qadər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bildirirlər ki, aktların və tələbnamələrin həqiqəti əks etdirməsi ilə bağlı sənədləşdirilən hadisə fotoşəkillərlə fiksə edilmişdir. Digər tərəfdən 1-ci instansiya məhkəməsində həmin aktların və tələbnamələrin mötəbərliyi ilə bağlı sübhə vardısa, onda məhkəmə niyə mühasibatlıq ekspertizası təyin etməmişdir? Bu faktdır ki, iş materiallarında, iddia tələbinin tam təmin edilməsi üçün mötəbər sayılan sübutlar yer almışdır. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ilkin iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etməklə qətnaməni qismən - qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: «X10»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. "X10"nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «X10»nın 4.1 -ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının ( hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına 7 keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan şikayət qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamışdır. İş materiallarına əlavə edilmiş "Azəriqaz” X5 X12 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri- qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, həmin tələbnamə əsasında abonent İddiaçı 18 may 2023-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4 X 24 X 360 = 34560 kub.metr qaz itkisinə görə abonentə borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş "Azəriqaz” X5 X12 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 28 iyun 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunaraq, qaz sayğac yenisi ilə əvəz edilmiş və 30 dekabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan istehlakçı İddiaçı Tacıla qızına məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın hesablayıcı mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik, cızıq izləri var. Ona görə də istehlakçı İddiaçı 2160 m3 metr qaz itkisinə görə 216 manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi irəli sürülmüş tələblər üzrə əksər hissədə düzgün nəticəyə gəlsə də xx.xx.2023-ci il tarixli akt üzrə 34560 m3 qaz itkisinə görə hesablanmış məbləği müəyyən etməkdə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianın 34560 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsinə münasibətdə qeyd etmişdir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 18 may 2023-cü il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş "abonentin saldosundan” görünür ki, 2023-cü ilin may ayında 12.50 manat məbləğində sərfiyyata görə ödəniş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, eyni ilin may ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən 30 gün hesabat müddəti hesablanmalı olduğu halda, 360 gün hesabat müddəti hesablanmışdır. Bundan başqa dəymiş ziyan məbləği hesablanarkən orta günlük iş rejimi 24 saat olduğu qeyd edilmişdir. Lakin 1 günün 24 saatdan ibarət olması nəzərə alınarsa orta günlük iş rejimi 12 saat hesablanmalıdır. Beləliklə qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılaraq aşağıdakı qaydada müəyyən edilməlidir: 4 kub.metrx 12 saat x 30 gün = 1.440 kub.metr Cəmi: 1.440 kub metr. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ******* nömrəli akta münasibətdə iddia qismən təmin edilməklə, 18 may 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcmi azaldılaraq 1.440 kub metr müəyyən edilməlidir. Göründüyü kimi qarşılıqlı iddiaçı 18 may 2023-cü il tarixli, ******* saylı akt üzrə hesabatı 4 kub x 24 saat x 360 gün kimi apararaq = 34560 kub/m itirilmiş qaz sərfiyyatı hesablamışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən ziyanı 4 kub x 24 saat x 30 gün =1440 kub kimi hesablamışdır. Halbuki, birinci instansiya məhkəməsi qanunun tələbinə müvafiq 4 kub x 12 saat x 3 ay (90 gün) = 4320 kub kimi sərfiyyat aparmalı idi. Belə ki, “X10"nın 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına 7 keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)-2671/2023 saylı qətnaməsi- “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcminin azaldılaraq 1.440 kub metr müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə ziyanın məbləği 4320 kub müəyyən edilməli, və həmin ziyanın əvəzi (dəyəri) olan 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat pul məbləği İddiaçı alınaraq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın mübahisələndirilən hissəsi 5427.22 - 518.40 = 4908.82 manat olmaqla 5000 manatdan çox deyil. Buna görə də çıxarılmış qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)-2671/2023 saylı qətnaməsi- “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcminin azaldılaraq 1.440 kub metr müəyyən edilməsi hissəsində dəyişdirilsin. Həmin hissəsədə ziyanın məbləği 4320 kub müəyyən edilsin və həmin ziyanın əvəzi olan 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat pul məbləği İddiaçı alınaraq “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-408/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-408/2024
22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver