Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-417/2025 31.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı şifahi alqı-satqı müqaviləsinin bağlanılmasının təsdiq edilməsi və ya cavabdehdən torpaq sahəsinin indiki bazar qiyməti olan 15.000 manat pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan 1.38 ha pay torpaq sahəsini 25.01. 2017ci il tarixində birdəfəlik olaraq 3.450 manat məbləğində pula satdığından aralarında olan şifahi alqı-satqı müqaviləsinin bağlanılmasının təsdiq edilməsi və ya Cavabdeh 3450 manat məbləğində pulun müqabilində ona satmış olduğu 1.38 ha pay torpaq sahəsinin indiki bazar qiyməti olan 15.000 manat pul tələbinə dair ərizəsi Beyləqan Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(020)-659/2024 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti vermiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun olmadığından geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasına dair məhkəməyə elektron qaydada vəsatət vermişdir. Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonuncu qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)- 659/2024 saylı qətnaməsinin surətini Cavabdeh xx.xx.2024-cü il tarixdə, onun nümayəndəsi və vəkili Vəkil2 isə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışlar. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti versə də, qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu onun tərəfindən ödənilmədiyindən və apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olmadığından məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə qərardadında olan nöqsanları aradan qaldırmadan yenidən eyni qaydada apellyasiya şikayəti və apellyasiya şikayəti üzrə müddətin bərpasına dair ərizə vermişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı tərəflərə göndərilmişdir. Qərardadın surəti xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, apellyasiya şikayəti və apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasına dair ərizə yenidən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da müəyyən edilmişdir ki, təkrar apellyasiya şikayəti 3 aya yaxın müddət keçdikdən sonra verilmiş, apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətə riayət edilməmişdir. Müddətin bərpasına dair ərizədə isə heç bir üzürlü səbəb göstərilməmiş və bununla bağlı məhkəməyə hansı bir sübut təqdim edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi verərkən 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti üzrə yalnız 19 manat dövlət rüsumu ödənilməsinə dair qəbz əlavə edilmişdir. Qərardadda göstərilməsinə baxmayaraq cavabdeh və nümayəndəsi həmin nöqsanları da aradan qaldırmamış, dövlət rüsumunun kəsirinin ödənilməsinə dair məhkəməyə sənəd təqdim etməmişdir. Kollegiya prosessual müddətin üzrlü sayılaraq bərpa edilməsi üçün əsas tapmır və hesab edir ki, Cavabdeh şikayəti əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 357-358, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(020)-659/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-417/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-417/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver