Məhkəmə qərarları › İş №2(106)-420/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-420/2024

31.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-420/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X* ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh*nə, Cavabdeh3 MMC və "xxxx" MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə Beyləqan Rayon Məhkəməsinin sədri X2 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraza baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh*nə, Cavabdeh3 MMC və "xxxx" MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh* *5 mart 2022-ci il tarixli 2*6086Y202* sifariş məktubu əsasında hərrac təşkilatçısı Cavabdeh3 MMC-nin keçirdiyi hərracın nəticələrinə dair sifarişçi Cavabdeh*, təşkilatçı Cavabdeh3 MMC və ipoteka saxlayan "xxxx" MMC arasında tərtib edilmiş *7 iyun 2022-ci il tarixli 58 nömrəli protokolun və təşkilatçı Cavabdeh3 MMC və ipoteka saxlayan "xxxx" MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərfindən əldə edilməsinə dair *7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir. İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə mülki işə Beyləqan Rayon Məhkəməsinin sədri X3 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibi tərəfindən baxılmasına etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh* *5 mart 2022-ci il tarixli 2*6086\202* sifariş məktubu əsasında hərrac təşkilatçısı Cavabdeh3 MMC-nin keçirdiyi hərracın nəticələrinə dair sifarişçi Cavabdeh*, təşkilatçı Cavabdeh3 MMC və ipoteka saxlayan "xxxx" MMC arasında tərtib edilmiş *7 iyun 2022-ci il tarixli 58 nömrəli protokolun və təşkilatçı Cavabdeh3 MMC və ipoteka saxlayan "xxxx" MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərfindən əldə edilməsinə dair *7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş Beyləqan Rayon Məhkəməsində hakim S.Seyfullayevin icraatında olmuş, həmin hakim son yaş həddinə çatdığna görə təqaüdə getmiş, mülki iş hakim R.Nurullayevin icraatına keçmişdir. İşə hakim R.Nurullayevin sədrliyi ilə baxılmasına etiraz edir. Belə ki, 2022-ci ildə hazırki mülki iş üzrə cavabdeh olan "xxxx" MMC Beyləqan Rayon Məhkəməsində İddiaçı və ailə üzvlərinə qarşı mənzildən çıxarılma, istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmış, həmin mülki iş hakim R.Nurullayevin icraatında olmuşdur. Həmin ərəfədə Cavabdeh* *5 mart 2022-ci il tarixli 2*6086\202* sifariş məktubu əsasında hərrac təşkilatçısı Cavabdeh3 MMC-in keçirdiyi hərracın nəticələrinə dair sifarişçi Cavabdeh*, təşkilatçı Cavabdeh3 MMC və ipoteka saxlayan "xxxx" MMC arasında tərtib edilmiş *7 iyun 2022-ci il tarixli 58 nömrəli protokolun və təşkilatçı Cavabdeh3 MMC və ipoteka saxlayan "xxxx" MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərfindən əldə edilməsinə dair *7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş də, Beyləqan Rayon Məhkəməsinin hakimi R.Nurullayevin icraatında olmuş, hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair mülki işin baxılıb nəticə verilməsinə qədər "xxxx" MMC-nin mənzildən çıxarılma və istifadə hüququna dair verilməsi tələbinə dair işin icraatının MPM-in 254.*.4-cü maddəsinə əsasən dayandırılmasını xahiş etsədə, hakim R.Nurullayev həmin vəsatəti təmin etmədən mülki işin baxılmasını davam etdirmiş, *3 dekabr 2022-ci il tarixli 2(020)-*424\2020 saylı qətnamə ilə iddianı təmin etmiş, cavabdeh və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən evdən çıxarılmaqla, istifadə hüquqlarına xitam vermişdir. Odur ki, hazırki mülki iş üzrə gələcəkdə məhkəmə qərarı qəbul edilərkən bu hallar məhz işin obyektiv baxılmasını şübhə altına alır və qanuni qətnamə qəbul edilməyəcəyini təsdiq edir. Ona görə də mülki işə baxan hakim X2 və eləcə də mülki işə Beyləqan Rayon Məhkəməsində baxılmasına etiraz edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar və məhkəmə kollegiyası onların iştirakı olmadan etiraza baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *9.*-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: *9.*.*. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; *9.*.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; *9.*.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. *9.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: *9.2.*. O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; *9.2.2. O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; *9.2.3. O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. *9.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Həmin Məcəllənin 2*.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 2*.5-ci maddəsinə əsasən əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər. Həmin Məcəllənin 2*.6-cı maddəsinə əsasən eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası verilmiş etirazı iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçının Beyləqan Rayon Məhkəməsində işin obyektiv araşdırılacağına şübhə ilə yanaşdığını bildirməsi, bunu əvvəl vermiş olduğu iddia ərizəsinin baxılmamış saxlanılması, ipoteka predmetini mülkiyyətinə qəbul etmiş ipoteka saxlayanın onun və ailə üzvlərinin ipoteka predmetindən çıxarılmaqla, istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiasının iş üzrə icraatın dayandırılması üçün əsasların olduğu halda dayandırılmaması ilə izah etməsi nəzərə alınaraq etiraz əsaslı hesab olunaraq təmin edilməli və mülki iş Beyləqan Rayon Məhkəməsinin icraatından alınaraq baxılmasından ötrü yaxın ərazidə yerləşən Xocavənd Rayon Məhkəməsinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *9, 2*, 22 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : İddiaçı vəkali və eyni zamanda nümayəndəsi Nümayəndə Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh*nə, Cavabdeh3 MMC-nə və "xxxx" MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair" tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmasından ötrü Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar