Məhkəmə qərarları › İş №2(106)-422/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-422/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-422/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nurullayev Nəsir Yunus oğlunun, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Quliyev Elşad Eldar oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(049)- 3288/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus **********00368 saylı abonent koduna hesablanmış 491 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(049)-3288/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia tələbi rədd edilmişdir. İddiaçı Lənkəran Rayon Məhkəməsinin iş üzrə 24 noyabr 2022-ci il tarixli 2(049)- 3288/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, 07 aprel 2022-ci il tarixində cavabdeh idarənin əməkdaşlarının yaşadığı ünvanına gələrək işıq sayğacına baxış keçirdiklərini görmüşdür. İşıq sayğacına cavabdehin idarə əməkdaşlarına niyə və nə üçün baxış keçirdiklərini soruşduqda: “Narahat olma, sadəcə sayğaca baxış keçiririk”deyə ona bildirmişlər. O, həmin şəxslərin kimliyini dəqiq bilmədiyindən gözünə şübhəli şəxslər kimi dəydiyindən təkidlə onların kim olması və nə üçün sayğacına baxış keçirdiklərini onlardan bir daha soruşmuşdur. Yaşlı qadın olaraq evdə tək olmasına görə ona heç cür məhəl qoymayan regional idarə əməkdaşları onunla kobud şəkildə davranaraq yüksək səs tonuyla üstünə qışqırdıqlarından aralarında mübahisə yaranmışdır. Onunla bu cür davranışlarına görə hüquq-mühafizə orqanlarına barələrində tədbir görülməsindən ötrü rəsmi ərizə ilə müraciət etmişdir. Sonradan ona gələn bildirişdə məlum olmuşdur ki, cavabdeh barəsində idarə tərəfindən 503 manat məbləğində cərimə aktı tədbiq olunmuşdur. Buna səbəb kimi isə fərdi yaşayış evinin küçə tərəfindən keçən elektrik naqilindən küçəni işıqlandırmaqdan ötrü 9 vatlıq işıq lampasından istifadə göstərilmişdir. Əslində həmin işıq lampası 3-4 ay əvvəl orada axşam saatlarında işıqlandığını müşahidə etmişdir. Həmin 9 vatlıq işıq lampası dəqiq hansı vaxtda və kim tərəfindən fərdi yaşayış evinə gələn elektrik naqilinə bağlandığını bilmir. Bunu ərazi üzrə nəzarətçi mühəndis Ceyhun Səlimov və çilingər montyoru Əkbər Ağayev də bilir. Sözügedən hər iki şəxs özləri də etiraf edirlər ki, həmin işıq lampası onun xəbəri olmadan kim və ya kimlərsə tərəfindən həmin elektrik naqilinə qoşulmuş, tədbiq olunmuş akta əsasən qeyd olunmuş cərimə məbləği real istifadə məbləğindən qat-qat çox hesablanmışdır. Aşkarlanmış fakt onun təqsiri ucbatından baş verməməklə yanaşı, hesablanmış cərimə məbləği qat-qat çox hesablanmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmunu ilə eyni əsaslandırmışdır. İddiaçı nümayəndəsi Nurullayev Nəsir Yunus oğlu izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(049)-3288/2022 saylı qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Quliyev Elşad Eldar oğlu izahatında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(049)-3288/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(049)- 3288/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İddiaçı barəsində tərtib edilmiş 07 aprel 2022-ci il tarixli 255528 nömrəli aktdan görünür ki, abonentin evinə quraşdırılan sayğaca baxış zamanı abonentin sayğacın giriş kabelin izolyasını pozaraq sayğacdan kənar küçə işıqlanması üçün xətt çəkməsi aşkar olmuşdur. Naqilin en kəsiyi 1.25 mm2, alüminiumdur. Tələbdə giriş naqilin yenisilə əvəz edilməsi və sayğacın elektron tipli sayğacla dəyişdirilməsi göstərilmişdir. İşdə olan “DVD” diskdə olan görüntülərdən görünür ki, İddiaçı istifadəsində olan sayğaca müdaxilə olunmuş, abonentin evinə quraşdırılan sayğaca baxış zamanı sayğaca müdaxilənin olduğu aşkar olmuşdur. İşdə olan Lənkəran şəhər İHB-nın Separadi KİƏDN-nin 16 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Lənkəran rayonu Separadi kəndində qeydiyyatdadır və halhazırda həmin ünvanda yaşayır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Habelə, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçı apellyasiya şikayətinin dəlili kimi göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işə mahiyyəti üzrə baxılarkən sübutlar hərtərəfli və obyektiv araşdırılmamış, iddiaçı tərəfindən təqdim olunmuş dəlil və sübutlara düzgün qiymət verilməmişdir. Kollegiya bildirir ki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilən 07 aprel 2022-ci il tarixli AKT R 255528 saylı akta əsasən İddiaçı məxsus **********00368 saylı abonent koduna 288 manat 64 qəpik məbləğ hesablanmışdır. Buna görə də, İddiaçı daha artıq 577 manat 41 qəpik məbləğdə pulun tutulması əsassızdır. Eyni zamanda, kollegiya diqqətə çatdırır ki, akta görə aşkar edilmiş sayğacdan kənar elektrik enerjisindən istifadə barədə kənar xətt küçə işıqlanması üçün nəzərdə tutulmuş və hesablama 30 gün üçün aparılmışdır ki, işdə olan diskdən və digər sübutlardan göstərilən müddətdə küçə işıqlandırılması üçün 07 aprel 2022-ci il tarixli AKT R 255528 saylı aktda göstərilən məbləğ həqiqəti əks etdirə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin (sübutların) tərəflərin izahatları ilə müqayisəli təhlilinə əsasən belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(049)-3288/2022 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli və "xxxx" ASC-nin 07 aprel 2022-ci il tarixli AKT R 255528 saylı aktı əsasında İddiaçı məxsus **********00368 saylı abonent koduna hesablanmış 577 manat 41 qəpik məbləğində cərimə borcu azaldılaraq 288 manat 64 qəpik məbləğ müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(049)-3288/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin 07 aprel 2022-ci il tarixli AKT R 255528 saylı aktı əsasında İddiaçı məxsus **********00368 saylı abonent koduna hesablanmış 577 manat 41 qəpik məbləğdə cərimə borcu azaldılaraq 288 manat 64 qəpik məbləğdə müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar