Məhkəmə qərarları › İş №2(106)-429/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-429/2023

05.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-429/2023 05.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, onun vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə, cavabdehlərin vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı "icarə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(017)-116/2022 saylı qətnaməsindən (hakim S.Ləzimov) Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, iş materialına birləşdirilmiş digər mülki iş üzrə iddiaçılar İddiaçı və Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsindən (hakim E.Quliyev) cavabdehlər və işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddiaçı Cavabdeh1 qarşı "icarə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair işin halları: İddiaçı Cavabdeh1 qarşı “icarə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 12 noyabr 2021-ci ildə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan, xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus olan 2.1098 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 ilə mərhum anası X7 arasında bağlanmış, Ağcabədi rayon Dövlət Notariat Kontorunun dövlət notariusu Abdı Şirinov tərəfindən təsdiq edilərək 3M-475 reyestr nömrəsi ilə qeydiyyata alınmış 20 iyul 2013-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin icarə müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli, 08 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2.1098 ha torpaq sahəsi xüsusi (paylı) mülkiyyət hüququ üzrə ona, mərhum anası X7 və qardaşı Cavabdeh4 məxsusdur. Bu barədə onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 06 iyul 2013cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və 12 iyul 2013-cü il tarixli, AA006170 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. 2013-cü ilin iyul ayında mərhum anası Nubar Abbasova onlara məxsus torpaq sahəsini ondan və qardaşından xəbərsiz olaraq Cavabdeh1 icarəyə vermişdir. 50 il müddətinə cəmi 5000 manat icarə haqqı almaqla torpağın icarəyə verilməsinə dair 20 iyul 2013-cü il tarixdə Ağcabədi rayon Dövlət Notariat Kontorunda hazırda pensiyada olan notarius Abdı Şirinov tərəfindən icarə müqaviləsi təsdiq edilmişdir. Müqavilədən əvvəl guya o və qardaşı Kamil ərizə vermişlər ki, pay torpaqlarını anaları X4 bağışlayırlar. Həmin ərizədə imzalarını kənd icra nümayəndəsi X5 təsdiq edib. Lakin onlar nə ərizə yazmışlar, nədə imza etməmişlər. Həmin ərizə saxta olub. İcarə müqaviləsi bağlanan zaman o, Bakı şəhərində yaşamış, qardaşı Cavabdeh4 isə Ukraynada olmaqla Ağcabədi rayonunda olmamışlar. 2017-ci ildə o, kəndə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, anası onlara məxsus torpaq sahəsini Cavabdeh1 icarəyə vermişdir. Lakin rəsmi olaraq icarə müqaviləsinin bağlanmasından xəbərləri olmamışdır. Belə ki, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdı. Nə qədər tələb etsədə, cavabdehlər X7 tərəfindən torpağın onlara 50 il müddətinə icarəyə verildiyini qeyd edərək torpağı qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan, xüsusi mülkiyyət hüququ üzrə onlara məxsus 2.1098 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 Garay oğlu və X8 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(017)-31/2021 saylı qətnaməsi ilə iddiaları təmin olunaraq cavabdehlər Cavabdeh2 Garay oğlu və Cavabdeh3 Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı və Cavabdeh4 mülkiyyətində olan Ağcabədi rayonunun Pərioğullar kəndi ərazisində yerləşən 2.1098 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qətnamə qəbul edildikdən bir müddət sonra, yəni 08 aprel 2021-ci il tarixdə Cavabdeh1 icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Cavabdehlər Cavabdeh2, X11 və qətnamə maraqlarına toxunan şəxs Cavabdeh1 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək ləğv olunması, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-1868/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2, X11 və qətnamə maraqlarına toxunan şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsi ləğv edilmiş və iddiaları təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi tərəfindən kassasiya qaydasında mübahisələndirilmişdir. İcarə müqaviləsinə münasibətə bildirmək istəyir ki, onun və qardaşının mübahisəli 20 iyul 2013-cü il tarixli icarə müqaviləsinin bağlanmasına nəinki razılıqları olmuş, hətta onlar həmin icarə müqaviləsi bağlanan zaman ümumiyyətlə Respublikadan kənarda olmuşlar, notariat işində görünən razılıq ərizələri onların tərəfindən tərtib edilməmiş və imzalanmamışdır. Eyni zamanda həmin saxta razılıq ərizələrinin məzmunu tamamilə fərqli olmaqla torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqəli olmamışdır. Belə ki, həmin ərizələrdə aşağıdakı sözlər qeyd edilmişdir : «Yazıb Sizə bildirirəm ki, mən Ağcabədi rayon Pərioğullar kənd ərazisində mənə düşən pay torpağımı anam, Ağcabədi rayon Pərioğullar kənd sakini X4 bağışlayıram və gələcəkdə həmin torpaq barəsində heç bir iddia və tələbim olmayacaqdır». Göründüyü kimi həmin ərizələrdə bağışlamadan söhbət gedir və öz növbəsində də hər hansı bağışlama müqaviləsi mövcud deyildir. Ərizələr notariat orqanı tərəfindən deyil, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Pərioğullar kənd inzibati ərazi idarəsi üzrə nümayəndəsi Allahverdi Alıyev tərəfindən təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(017)-116/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, xüsusi mülkiyyət hüquq üzrə İddiaçı və ailə üzvlərinə məxsus Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2.1098 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 ilə iddiaçının mərhum anası X7 arasında Ağcabədi rayon Dövlət Notariat Kontorunun dövlət notariusu Abdı Şirinov tərəfindən təsdiq edilmiş 20 iyul 2013-cü il tarixli 3M-475 reyestr nömrəsi ilə qeydiyyata alınmış icarə müqaviləsi etibarsız hesab edilmiş, həmin icarə müqaviləsinə əsasən Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli ********** qeydiyyat, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Apellyasiya şikayəti və ona etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri. Qətnamədən Cavabdeh1n vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı və Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişlər. Müraciətlərini onunla əsaslandırmışlar ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Ağcabədi rayonu Pərioğullar kəndi ərazisindən 2.1098 ha torpaq sahəsi iddiaçıların və mərhum anaları Nubar Abbasovanın mülkiyyətinə verilmişdir. 2017-ci ildə vəfat etmiş mərhum anaları Nubar Abbasova iddiaçıların məlumatı və razılığı olmadan 2013-cü ildə torpaq sahəsini cavabdehlərə icarəyə vermiş, lakin cavabdehlər bunun müqabilində torpaq mülkiyyətçilərinə heç bir ödəniş etməmişlər. Hazırda cavabdehlər iddiaçılara məxsus torpağı tutaraq istifadə edirlər. Torpaqdan çıxmasını cavabdehlərdən tələb etsələr də, bu mümkün olmamışdır. Ağcabədi Rayon Məhkəməsində cavabdehlər Cavabdeh2 və X11 iddianı qəbul etməyərək göstərmişlər ki, ataları Cavabdeh1 20 iyul 2013-cü ildə iddiaçıların anası mərhum Nubar Abbasova ilə aralarında olan razılaşmaya əsasən mübahisəli torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüşdür, həmin torpaq sahəsində təsərrüfatla məşğul olmuş, son vaxtlar isə təsərrüfat işlərini övladı Elməddinə tapşırmışdır. İddiaçılar İddiaçı və Cavabdeh4 cavabdehlərdən borc almış, həmin borcu ödəyə bilməmişlər, əldə olunmuş sonuncu razılığa əsasən mərhum Nubar Abbasova həmin borcun əvəzinə cavabdehlərlə paylı mülkiyyətində olan mübahisəli torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür, lakin mülkiyyətə keçirmə barədə rəsmiləşdirmə xərcləri çox olduğu üçün torpaq sahəsinin 5000 manat əlavə ödənilməklə borcun əvəzi olaraq 50 il müddətinə icarəyə verilməsi razılışdırılmışdır. Beləliklə 20 iyul 2013-cü il tarixində Ağcabədi rayonu Dövlət Notariat Kontorunda Nubar Abbasova ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin vaxtdan indiyədək torpaq sahəsindən Cavabdeh1 tapşırığı ilə oğlu Cavabdeh2 tərəfindən əkinçilik məqsədilə istifadə edilir. Məhkəmə zamanı icarə müqaviləsi təqdim edilməsinə baxmayaraq, hakim həmin müqaviləni Elməddindən qəbul etməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021ci il tarixli qətnanməsi ilə torpaqdan çıxarılma ilə bağlı iddia tələbi təmin edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Səlimov Xaliq həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-1868/2021 saylı qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnanməsi ləğv edilərək iddia rədd edilmişdi. İş üzrə İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2022-ci il tarixli 2(102)-1492/2022 saylı qərarı kassasiya şikayəti təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli 2(106)-1868/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmənin icraatında 2(102)-1492/2022 saylı mülki iş olarkən İddiaçı və Cavabdeh4 tərəfindən anaları ilə Cavabdeh2 və Cavabdeh3 atası Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar Ağcabədi Rayon Məhkəməsində iddia qaldırılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-116/2022 saylı mülki iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda mülki işin materialları ilə tanış olmamışdır. Şirvan Apellyasiya Məhkəməsində mülki işlə tanış olduqdan sonra apellyasiya şikayətinə əlavə təqdim edəcəkdir. Həmin vaxt hansı maddi hüquq normalarının pozulmasını da göstərəcəkdir. Qətnaməyə əsasən Ağcabədi Rayon Məhkəməsinin ləğv etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli, ********** qeydiyyat, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, ölüm şəhadətnaməsi surət şəklində mülki işə əlavə edilmişdir. Qətnamədən məlum deyildir ki, torpağın icarəyə verilməsi barədə 20 iyul 2013-cü il tarixli müqavilənin əsli və ya notarial surəti mülki işə əlavə edilib? Halbuki məhkəmə yazılı sübutun (çıxarışın) əslinə və ya notarial surətinə əsasən qətnamə qəbul edə bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İş materialına birləşdirilmiş digər mülki iş üzrə iddiaçılar İddiaçı və Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair işin halları: İddiaçılar İddiaçı və Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə 15 iyul 2020-ci ildə Acgabədi Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olmaqla Ağcabədi rayonu Pərioğullar kəndində yerləşən 2.1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Ağcabədi rayonu Pərioğullar kəndi ərazisindən 2.1098 ha torpaq sahəsi iddiaçıların və mərhum anaları Nubar Abbasovanın mülkiyyətinə verilmişdir. 2017-ci ildə vəfat etmiş mərhum anaları Nubar Abbasova onların məlumatı və razılığı olmadan 2013-cü ildə torpaq sahəsini cavabdehlərə 50 il müddətinə icarəyə vermişdir. Daha sonra onlara məlum orlmuşdur ki, anaları onlara məxsus torpaq sahəsini də cavabdehlərə icarəyə vermişdir. Hazırda cavabdehlər iddiaçılara məxsus torpağı tutaraq istifadə edirlər. Torpaqdan çıxmasını cavabdehlərdən tələb etsələr də, cavabdehlər həmin torpaq sahəsinin 50 il müddətinə onların icarəsəinə verilməsini əsas gətirərək bundan imtina etmişəlr. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı və Cavabdeh4 mülkiyyətində olan Ağcabədi rayonu Pərioğullar kəndi ərazisində yerləşən 2.1098 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Apellyasiya şikayəti və ona etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri. Qətnamədən cavabdehlər Cavabdeh2 və X11, işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh1 tərəfindən birgə apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində iddiaçıların tələblərinin əsaslandırılmasına istinad olunaraq, şikayət belə əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və X11 iddianı qəbul etməyərək göstərmişlər ki, ataları Cavabdeh1 20 iyul 2013-cü ildə iddiaçıların anası mərhum Nubar Abbasova ilə aralarında olan razılaşmaya əsasən mübahisəli torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüşdür, həmin torpaq sahəsində təsərrüfatla məşğul olmuş, son vaxtlar isə təsərrüfat işlərini övladı Elməddinə tapşırmışdır. İddiaçılar İddiaçı və Cavabdeh4 cavabdehlərdən borc almış, həmin borcu ödəyə bilməmişlər, əldə olunmuş sonuncu razılığa əsasən mərhum Nubar Abbasova həmin borcun əvəzinə cavabdehlərlə paylı mülkiyyətində mübahisəli torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür, lakin mülkiyyətə keçirmə barədə rəsmiləşdirmə xərcləri çox olduğundan, torpaq sahəsinin 5000 manat əlavə ödənilməklə borcun əvəzi olaraq 50 il müddətinə icarəyə verilməsi razılışdırılmışdır. Beləliklə 20 iyul 2013-cü il tarixində Ağcabədi rayonu Dövlət Notariat Kontorunda Nübar Abbasova ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin vaxtdan indiyədək torpaq sahəsi Cavabdeh1 tapşırığı ilə oğlu Cavabdeh2 tərəfindən əkinçilik məqsədilə istifadə edilir. Məhkəmə zamanı icarə müqaviləsinin təqdim edilməsinə baxmayaraq hakim həmin müqaviləni Elməddindən qəbul etməmişdir. Hakim cavabdehlərin sübut təqdim etməsinə şərait yaratmamışdır. Halbuki cavabdehlər topraq sahəsinin əslində yaranmış mübahisə səbəbi ilə borcun əvəzi olaraq onların atalarının uzunmüddətli icarəsinə verilməsini, cavabdehlərin buna notarial razılıq vermələrini bildirmələrinə və icarə müqaviləsini təqdim etməsinə baxmayaraq, hakim bunları nəzərə almamış və Elməddin tərəfindən sübutu qəbul etməmişdir. Bu isə açıq-aşkar mülki prosessual qanunvericiliyin pozulmasıdır. Hakim torpaq sahəsini qanuni icarəyə götürən Cavabdeh1ı məhkəməyə cəlb etməmişdir. Notarial müqavilə bağlamaqla Gəray torpaq sahəsini icarəyə götürüb, həmin sahədə oğlanları ilə birlikdə təsərrüfat aparıb və son dövrlər həmin sahədə işlərin görülməsini oğlu Elməddinə tapşırmışdır. Torpaq sahəsində aparılan təsərrüfat işləri Cavabdeh1 tərəfindən həmin sahənin icarəyə götürülməsi ilə başlamışdır. Lakin hakim işin bu halını nəzərə almamış, cavabdehlər tərəfindən iddianın əslində Cavabdeh1 verilməli olması əsası ilə iddianı rədd etməli olduğu halda, bunu etməmişdir. Əslində isə iddia Cavabdeh1 qarşı irəli sürülməlidir. İşin faktiki halları tam araşdırılmamışdır. İddiaçılar anaları ilə paylı mülkiyyətlərində torpaq sahəsinin Cavabdeh1 icarəyə verilməsinə notarial razılıq vermişlər. İndi hansı haqla iddia qaldırırlar? Birləşdirilmiş mülki iş üzrə apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-1868/2021 saylı qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev, S.İ.Mayılov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edimiş, Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsi ləğv edilərək iddia təmin edilməmişdir. Birləşdirilmiş iş üzrə kassasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-1868/2021 saylı qətnaməsi iddiaçılardan İddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2022-ci il tarixli 2(102)-1492/2022 qərarı (hakimlər İ.Xələfov, Ə.Nurməmədov və Z.Əliyev) ilə kassasiya şikayəti təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmidir. Birləşdirilmiş iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: Apellyasiya instansiyası məhkəməsi Abbasovların iddia tələbini rədd edərkən torpaq sahəsinin Nubar Abbasova tərəfindən digər mülkiyyətçilərin razılığı ilə notariatda təsdiq olunmuş müqavilə əsasında Cavabdeh1 50 il müddətinə icarəyə verilməsini və icarə haqqı kimi Nubar Abbasovaya 5000 manat ödənilməsini, iş üzrə iddiaçıların torpaq sahəsinə olan paylarını anaları Nubar Abbasovaya bağışlamaları barədə notariat orqanına ərizə yazmalarını əsas göstərmişdir; Aşağıdakı səbəblərdən kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə iş üçün mühüm əhəmiyyəti olan hallar nəzərə alınmadan və onlara qanunun tələbinə müvafiq qiymət verilmədən qəbul edildiyindən ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır; İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçılara və onların anası Nubar Abbasovaya məxsusdur.; 20 iyul 2013-cü il tarixdə torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olan Nubar Abbasova tərəfindən 2.1098 ha ölçüdə torpaq sahəsi Cavabdeh1 50 il müddətinə icarəyə verilmiş və bu barədə onların arasında icarə müqaviləsi bağlanmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; İşdən görünür ki, paylı mülkiyyətin icarəyə verilməsinə bütün mülkiyyətçilərin razılığı olmamışdır; İcarə müqaviləsində torpaq sahəsinin Nubar Abbasovanın ailə üzvlərinin razılığı ilə icarəyə verilməsinə dair göstərilən torpaq sahəsinin digər paylı mülkiyyətçilərinin razılığı ilə icarəyə verilməsi qənaətinə gəlmək üçün əsas vermir; İşin 85-86-cı səhifələrində olan iddiaçılar Kamil və İddiaçılar tərəfindən notariat kontoruna ünvanlanmış ərizələr payların Nubar Abbasovaya bağışlanması məqsədi ilə yazıldığından, həmin ərizələr iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin icarəyə verilməsinə razılıqları kimi qiymətləndirilə bilməz. İşdən görünür ki, həmin ərizələr əsasında torpaq sahəsi mərhum Nubar Abbasovanın adına rəsmiləşdirilməmiş və onların arasında bağışlama müqaviləsi bağlanmamaqla, torpaq sahəsinə bütövlükdə mülkiyyət hüququ Nubar Abbasovaya keçməmişdir; Müəyyən olunduğu kimi iddiaçılar onlara məxsus torpaq sahələrindən cavabdehlərin çıxarılmalarını tələb edərkən həmin torpaq sahəsinə dair icarə müqaviləsinin qanuniliyini mübahisə etməmişlər; İş üzrə cavabdehlər torpaq sahəsini icarəyə götürən Cavabdeh1 övladları olsalar da, onlar icarə müqaviləsi üzrə tərəf olmamış və onlara qarşı hazırkı iddia torpaq sahəsinin faktiki istifadəçiləri kimi qaldırılmışdır; İddiaçı kassasiya şikayətindən görünür ki, anaları ilə cavabdehlərin atası arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar iddiaçılar tərəfindən Ağcabədi Rayon Məhkəməsində iddia qaldırılmış və işin baxılması 17 dekabr 2021-ci il tarixə təyin olunmuşdur; Həmin iddialara bir icraatda baxılmasının mübahisənin qanuni və obyektiv həlli üçün əhəmiyyətli olmasını nəzərə alaraq kollegiya hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin icraatında olan işin apellyasiya instansiyası məhkəməsinə tərəflərdən birinin şikayəti üzrə daxil olacağı təqdirdə həmin işlərin Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinin tələbinə müvafiq olaraq bir icraatda birləşdirilməsinə baxılmasının mümkünlüyü məsələsi müzakirə olunmalıdır. Apellyasiya instansiya məhkəməsində hazırki icraat. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq mübahisənin qanuni və obyektiv həlli üçün yuxarıda qeyd olunan iddialara bir icraatda baxılmasına dair kassasiya instansiyası məhkəməsinin göstərişinə əməl olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(106)-68/2023 saylı qərardadı əsasında iddiaçılar İddiaçı və Cavabdeh4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair 2(106)-68/2023 saylı mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh1 qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair 2(106)-429/2023 saylı mülki işə birləşdirilmiş, mülki işin 2(106)-429/2023 nömrə altında məhkəmə baxışının davam etdirilməsi qərara alınmışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə hər üç cavabdehin (cavabdehlərdən Cavabdeh1 həmçinin işdə iştirak etməyə clb olunmayan, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs statusundadır) vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətlərini müdafiə edib yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Apellyasiya şikayətinə əlavə təqdim edərək əlavə olaraq bildirdi ki, iddiaçılardan Abbasovun Amilin mülki işin 5-ci (hazırki iddia ərizəsində olan), 22-ci, 32-ci, 36-cı, 40-cı, i 59-cu, 67-ci, 73-cü, 90-cı vərəqlərində olan imzalarla ekpsertizaya təqdim edilməsi üçün verilmiş (94-98-ci vərəqlərdə olan) imza nümunələri arasında kəskin fərqlər mövcuddur. Lakin bu fərqlər ekspert rəyi ilə və məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Mülki işdə olan (71-ci vərəqdə) Dövlət Sərhəd Xidmətinin 33/2069 saylı məktubu ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilib. Lakin məhkəmə mülki işin 66-cı vərəqində olan 06 may 2022-ci il tarixli məhkəmə iclas protokolunda hakimin öz təşəbbüsü ilə və ya iddiaçının vəsatəti əsasında həmin quruma sorğunun göndərilməsi barədə hər hansı qərar qəbul edilməsi göstərilməmişdir. Bunumla da hakimin məhkəmə iclasından kənarda şifahi qərar qəbul etməklə sübut əldə etməsi üçün 12 may 2022-ci il tarixli məktubla DSX-ya müraciət etməsi müəyyən olunur ki, həmin sübut birinci instansiya məhkəməsinin əldə etdiyi qeyri-qanuni sübutdur. Birinci instansiya məhkəməsinin yol verdiyi digər prosessual pozuntu ondan ibarətdir ki, mülki işin 108-ci vərəqindən görünür ki, ekspert vəsatət verərək İddiaçı xx.xx.2013-cü il tarixli ərizəsinin əslini, Abbasovun 2010-2015-ci illərə aid olan 3-5 sənəddə sərbəst imza nümunələrini, Abbasovun 5-7 vərəqdə tədqiq olunan mətnə uyğun olaraq latın qrafikası ilə icra olunmuş əlavə eksperimental xətt nümunələrini və 2-3 vərəqdə eksperimental rəqəm nümunələrini göndərməyi məhkəmdən xahiş edir və vəsatətin verilməsinin səbəbi kimi ekspertiza tədqiqatının predmeti olan ərizənin əslinin və Abbasovun kifayət qədər xətt, imza və rəqəm nümunələrinin göndərilməməsini göstərir. Lakin məhkəmə bu sənədlərdən ən əsaslarını ekspertizaya göndərməmişdir. Yəni üzərində ekspertiza təhqiqatı aparılan İddiaçı 19 iyul 2013-cü il tarixli ərizəsinin əsli göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Hazırki halda isə iddiaçının imzaladığı ərizənin əsli ekspert tərəfindən istənilsə də, iddiaçı tərəf təqdim edə bilməmişdir. Halbuki iddianın əsasında duran əsas sübut ərizənin əslində olan imzanın saxtalı olmasıdır. Əgər bu sübutun əsli təqdim edilmirsə, iddia rədd edilməlidir. Qanuna görə, bu halda iş üzrə digər sübutların iş üçün əhəmiyyətli olub-olmaması ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Bundan başqa Cavabdeh1 mülki işin 110-111-ci vərəqində olan kəsici iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib. Lakin birinci instansiya məhkəməsi qətnamədə ona münasibət bildirməyib. Belə kı, İddiaçı mülkiyyət hüququ üzrə Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus olan 2.1038 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 ilə mərhum anası X7 arasında bağlanılmış Ağcabədi rayonu Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 20 iyul 2013-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin icarə müqaviləsi əsasında verilmiş 8 aprel 2020-ci il tarixli çıxarışın ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, həm İddiaçı, həm də digər qarardaşı Kamilin anaları ilə onlar arasında bağlanmış müqavilədən 2013-cü ildə xəbərləri olmuşdur. Belə ki, digər qardaşı Cavabdeh4 notariat kontorunda icarə müqaviləsinin bağlanılmasına razılıq ərizəsi vermişdir və onun bu barədə məlumatlı olması digər qardaşının bu barədə məlumatlı olması deməkdir. Belə ki, qeyd olunan notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinin bağlanılması üçün 20 iyul 2013-cü ildə Abbasov Kamal ərizə verərək göstərilən torpaq sahəsini anasına bağışladığı və gələcəkdə torpaq sahəsinə dair iddia tələbi olmayacağını bildirib. İddiaçı və qardaşı Cavabdeh4 2020-ci ilin oktyabrında Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək indiki cavabdehin övladları, yəni Cavabdeh2 və Cavabdeh3 qarşı eyni torpaq sahəsindən çıxarılmasını tələb etmişdilər. Beləliklə onların həmin icarə müqaviləsindən göstərilən tarixdə (2020-ci ilin oktyabr) xəbərləri var idi, çünki məhkəmədə özləri də (Amil və Kamil) etiraf edirlər ki, anaları 2013-cü ildə onların razılığı və məlumatı olmadan torpaq sahəsini icarəyə veriblər, cavabdehin övladları torpaq mülkiyyətçisinə heç bir ödəniş etməmişdilər, hazırda onları torpaqdan çıxarmaq istəyirlər. Göründüyü kimi 2013cü ildən onların icarə müqaviləsindən xəbərləri olub, ən azı məhkəmədə 2020-ci ilin oktyabrında iddia qaldırılan ərəfədə bu məsələ ilə bağlı xəbərləri olmuşdur. Bununla da onlann iddia müddətlərini keçirməsi məlum olur, çünki bu tipli işlər, yəni müqavilənin etibarsızlığı üzrə kəsici iddia müddəti 1 ildir, ümumi iddia müddəti 10 ildir, onlar hər iki iddia müddətini ötürüblər. Ona görə də iddia müddətini ötürdüklərinə görə verdikləri iddianın rədd olunması ilə bağlı qərar çıxarılmasını xahiş edir. Məhkəmədə iddiaçı X12, onun vəkili və eyni zamanda nümayəndəsi X1 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirib təmin edilməməsini, hər iki iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanımasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər iddiaçı məhkəmədə iştirak etməmişdir, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə digər iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda hər iki mülki iş üzrə çıxarılmış qətnamələri cavabdehlər apellyasiya qaydasında mübahisələndirərək ləğv olunmalarını xahiş etməklə qətnamələri tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini, bir iş üzrə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamələrin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əsasən: Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən 2.1098 hektar ölçüdə torpaq sahəsi 06 iyul 2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı (0,5274 ha), Cavabdeh4 (0,5274 ha) və X4 (1,0549 ha) məxsusdur. 20 iyul 2013-cü il tarixdə X7 ilə Ağcabədi rayonunun Pərioğullar kənd sakini Cavabdeh1 arasında torpağın icarəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 2.1098 ha ölçüdə torpaq sahəsi N.İddiaçı tərəfindən 5000 manat məbləğində icarə haqqı alınmaqla 50 il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. İcarə müqaviləsinin rəsmiləşdirilməsinə dair notariat işində olan iddiaçılar Cavabdeh4 Nəsən oğlunun və İddiaçı adından notariat kontoruna təqdim edilməsindən ötrü tərtib olunaraq imzalarının həqiqiliyi Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, müraciət müəllifləri Ağacabədi rayonu Pərioğullar kənd ərazisindəki pay torpaqlarından onlara düşən paylarını anaları X4 bağışladıqlarını, gələcəkdə həmin torpaq barəsində heç-bir iddia və tələblərinin olmayacağını bildirmişlər. Cavabdeh1 həmin torpaq sahəsi üzərində icarə hüququ 08 aprel 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. 30 mart 2017-ci il tarixdə Nubar Abbasova vəfat etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 12 noyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı, Cavabdeh4 və X3 mülkiyyətində olan Ağcabədi rayonu Pərioğullar kəndi ərazisində yerləşən 2.1098 ha torpaq sahəsinin sərhədləri yer üzərində müəyyən edilərək ölçülmüşdür. Həmin torpaq sahəsi Cavabdeh2 və X11 tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 19 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 22-ci vərəqində olan İddiaçı adından Ağcabədi rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 19 iyul 2013-cü il tarixli ərizənin kserosurətindəki mətni və «imza: İddiaçı» yazıları qarşısındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin sorğusuna Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən 15 iyul 2022-ci il tarixdə verilən cavab məktubundan görünür ki, xx xxx 1973-cü il təvəllüdlü Cavabdeh4 21 sentyabr 2012-ci ildə ölkədən çıxışı, 18 fevral 2017-ci ildə isə ölkəyə girişi, sonrakı mərhələlərdə bir-neçə dəfə giriş-çıxışı qeydə alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İşdən görünür ki, paylı mülkiyyətin icarəyə verilməsinə bütün mülkiyyətçilərin razılığı olmamışdır. İcarə müqaviləsində torpaq sahəsinin Nubar Abbasovanın ailə üzvlərinin razılığı ilə icarəyə verilməsinə dair göstərilən torpaq sahəsinin digər paylı mülkiyyətçilərinin razılığı ilə icarəyə verilməsi qənaətinə gəlmək üçün əsas vermir. İddiaçılar Kamil və İddiaçılar tərəfindən notariat kontoruna ünvanlanmış ərizələr payların Nubar Abbasovaya bağışlanması məqsədi ilə yazıldığından, həmin ərizələr iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin icarəyə verilməsinə razılıqları kimi qiymətləndirilə bilməz. İşdən görünür ki, həmin ərizələr əsasında torpaq sahəsi mərhum Nubar Abbasovanın adına rəsmiləşdirilməmiş və onların arasında bağışlama müqaviləsi bağlanmamaqla torpaq sahəsinə bütövlükdə mülkiyyət hüququ Nubar Abbasovaya keçməmişdir. Bundan başqa iş materiallarına əsasən iddiaçılar Kamil və İddiaçılar tərəfindən notariat kontoruna ünvanlanmış ərizələr sonuncular tərəfindən imzalanmamışdır. Belə ki, təyin olunan məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı adından Ağcabədi rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 19 iyul 2013-cü il tarixli ərizənin kserosurətindəki mətni və «imza: İddiaçı» yazıları qarşısındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin verdiyi rəsmi məlumata əsasən digər iddiaçı onun adından notariat kontoruna 19 iyul 2013-cü ildə ərizə verilən zaman ölkədə olmamış, 21 sentyabr 2012-ci ildə ölkədən çıxışı, 18 fevral 2017-ci ildə isə ölkəyə girişi qeydə alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 215-ci maddəsinə görə isə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Beləliklə, paylı mülkiyyətçilərdən birinin paylı mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq, halının yaranmasına səbəb olur. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilməli olduğundan, iş materiallarından isə mərhum Nubar Abbasova tərəfindən paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində 50 il müddətinə icarəyə verilməsi formada sərəncam verilərkən digər mülkiyyətçilərin razılığı alınmadığından və həmin mülkiyyətçilər tərəfindən əqd mübahisələndirildiyindən, mübahisəli torpaq sahəsinin icarəyə verilməsinə dair mərhum Nubar Abbasova ilə Cavabdeh1 arasında 20 iyul 2013-cü ildə bağlanan əqd Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olaraq etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Kollegiya həçinin hesab edir ki, hazırki halda mülkiyyətçi olaraq iddiaçılar özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olduqlarından, onların cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbini də təmin etməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçıların əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunan bir illik kəsici müddəti, ümumi 10 illik iddia müddətini ötürmələrindən ibarət apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya həmin dəlil əsassız hesab edir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). "X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə ; Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər, Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir, Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin öz təşəbbüsü ilə Dövlət Sərhəd Xidmətinə verilmiş sorğu üzrə cavab məktubunun sübut kimi qiymətləndirilməsinin yolverilməzliyinə dair apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə mülki prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük verir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsi). Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Belə ki, məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmadığı halda, zəruri hesab edilir. Odur ki, apellyasiya şikayətinin həmin dəlili əsaslı hesab olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(017)-116/2022 saylı qətnaməsi Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikaəytinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Birləşdirilmiş mülki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh2, X11 və işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh1 birgə apellyasiya şikaəytinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gundən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar