Məhkəmə qərarları › İş №2(106)-433/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-433/2024

20.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-433/2024 20.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(050)-3049/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(050)-3049/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddianın təmin edilməsi, 26 avqust 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 17280 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borcun silinməsi qət edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(050)-3049/2023 saylı qətnaməsinin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 avqust 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 17280 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Şərəfə kəndində yaşayır. Yaşadığı ev təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayağacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB Lənkəran X8 İdarəsinin əməkdaşları yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişdilər. Bundan sonra sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması əsası ilə 26 avqust 2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən 17280 m3 itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Lakin əvvəllər də qazdan isifadəyə görə pul ödəmiş, qaz idarəsinin əməkdaşları dəfələrlə sayğaca baxış keçirmiş və hər hansı problem olmamışdır. Təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. X1 ilə qonşuluqda yaşayır və o, sayğacdankənar qoşulmuş, qaz idarəsinin əməkdaşları yoxlama aparakən Qafil Məmmədov buna şərait yaratmayaraq mane olmuş, bu səbəblə ona, digər qardaşı Qadir Məmmədova, həmçinin Qafil Məmmədova ziyan hesablanmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-880/2023 saylı qətnaməsi ilə qardaşı X4 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Həmin mülki iş üzrə şahid qismində dindirilmiş digər qardaşı Qafil Məmmədov izahatında göstərmişdir ki, Qadir Məmmədov qardaşıdır. O, uzun illər əvvəl sayğacdan kənar qaz xəttinə qoşulmuş, sonradan ayırmamışdır. 26 avqust 2022-ci il tarixdə yoxlama zamanı həmin xətlə bağlı qaz idarəsinin əməkdaşları ilə mübahisə etmiş, onlar da qanunsuz xəttin hansı evə çəkilməsini müəyyən edə bilmədikləri üçün qonşuluqda yaşayan üç qardaşın hər birinə qanunsuz qoşulma barədə akt tərtib etmişlər. Həmçinin o, sözügedən evdə 2022-ci ilin aprel ayından yaşamır. Odur ki, aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 17280 m3 qaz sərfiyyatın və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılması xahiş olunur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının **********04040 saylı abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı Akt tərtib edilmişdir. Həmin Akta görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarın 1 saylı əlavəsinə əsasən müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4m/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 17280 m olmaqla iddiaçının abonent hesabına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi, yəni iddiaçı tərəfindən sayğacdan kənar qaz borusuna özbaşına qoşulma faktı aşkar edilmiş və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin dəymiş ziyanın bərpasına dair tələbnaməyə və Abonentin Saldosuna istinad etməmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəmə iş materiallarında olan abonentə dair Saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, Saldodan görünür ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Göründüyü kimi, iş materiallarında olan və mübahisələndirdiyi qətnamədə öz əksini tapan və məhkəmənin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə əsasdır. Göründüyü kimi, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan **********04040 abonent koduna hesablanmışdır. Lakin məhkəmə bu halı nəzərə almamış, iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Məhkəmə iddia tələbini təmin etmişdir. Göründüyü kimi, məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatları araşdrmamış və digər sübutlarla birlikdə qiymətləndirməmişdir. İddiaçı və Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin və ya səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(050)- 3049/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 26 avqust 2022-ci il tarixli ******* saylı aktda göstərilir ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. İşdə olan Cavabdeh Lənkəran X8 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 26 avqust 2022-ci il tarixli hesabatdan görünür ki, 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 17280 kub/metr itirilmiş qaz hesablanmışdır. İşdə olan Abonentin saldosundan və “Smart” sayğaclarda borca görə tutulmalara dair elektron çıxarışdan görünür ki, abonent üçün xx.xx.2022-ci il tarixdə “Smart” sayğac quraşdırılmış, abonentin təbii qazdan istifadəyə görə sərfin məbləği 2021-ci ilin may ayı üzrə 16,80 manat, iyun ayı üzrə 13 manat, iyul ayı üzrə 15 manat, avqust ayı üzrə 20,75 manat, sentyabr ayı üzrə 18 manat olmuş; abonent 2022-ci ilin aprel ayında təbii qazdan istifadəyə görə karta 32,50 manat, may ayında 22,50 manat, iyun ayında 20 manat, iyul ayında 10 manat, avqust ayında 10 manat və sentyabr ayında 20 manat pul ödəmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin baxış iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş abonentə məxsus Masallı rayonu Şərəfə kəndində yerləşən fərdi yaşayış evinə verilən qaz xəttinə baxış keçirilməsi ilə bağlı CD disk izlənilmiş və müəyyən olunmuşdur ki, İddiaçı və onun üç qardaşı bir həyətdə, ayrı-ayrı evlərdə yaşayırlar. Akt tərtib olunarkən İddiaçı smartkart sayğacı olmuşdur. Sayğacdan kənar qaz xətti qaz xəttinin yerə basdırılmış digər dirəyin içindən keçən boru ilə birləşdirilmiş vəziyyətdə olmuş və sonradan ləğv edilmişdir. Baxış zamanı aktın tərtib edilməsində iştirak etmiş, Günəşli Nuralıyev və Şahid da orada olmuşdular. Həmin zaman qaz xəttində olan qanunsuz qoşulmuş digər xəttin məhz İddiaçı evinə getməsi barədə dəqiq məlumatlarının olmamasını, buna səbəb kimi həmin zaman mübahisə yarandığından bunun dəqiq araşdırılmasının mümkün olmamasını bildirmişdilər. Videogörüntüdə qaz xəttində qoşulmuş borunun İddiaçı evinə getməsi müəyyən edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin baxış iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iş üzrə sözügedən baxış zamanı qaz xəttindən qeyri-qanuni istifadə olunması halı aşkar edilmişdir. Həmin xəttin hansı evə getməsini müəyyən edərkən dava-dalaş yaranmış və konkret olaraq hansı evin qeyri-qanuni qazdan istifdadə etməsi müəyyən oluna bilməmişdir. Qeyri-qanuni xəttin hansı evə getməsini müəyyən edərkən hadisə yerinə İddiaçı və onun ailə üzvlərindən heç kim gəlməmiş və onlara hər hansı bir maneçilk törətməmişdilər. Daha sonra idarədə abonentlərin saldosuna baxılmış və saldolarda sərfiyyat olmadığından onların hər biri üçün akt tərtib edilmişdir. Birinci instansiyası məhkəməsində işin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla müəyyən olunmuşdur ki, qaz xətti yoxlanılarkən sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni olaraq təbii qazdan istifadə edilməsi halı aşkarlanmışdır. Lakin həmin qaz xəttinə qoşulmuş borunun İddiaçı evinə getməsi müəyyən edilmir. Bu halı aktın tərtib edilməsində iştirak etmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid da ifadəsində təsdiq etmişdir. Belə ki, şahid ifadəsində göstərmişdir ki, “...Baxış zamanı qaz xəttindən qeyri-qanuni istifadə olunması halı aşkar edilmişdir. Həmin xəttin hansı evə getməsini müəyyən edərkən dava-dalaş yaranmış və konkret olaraq hansı evin qeyriqanuni qazdan istifdadə etməsi müəyyən oluna bilməmişdir. Qeyri-qanuni xəttin hansı evə getməsini müəyyən edərkən hadisə yerinə İddiaçı və onun ailə üzvlərindən heç kim gəlməmiş və onlara hər hansı bir maneçilk törətməmişdilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd etmişdir ki, cavabdeh İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də, vurulmuş zərər üçün zərərçəkən qarşısında o, məsuliyyət daşımamalıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yaranmış mübahisə ilə bağlı cavabdeh tərəf videoçəkiliş olan disk təqdim etsə də, həmin videogörüntüdə qanunsuz qoşulmanın İddiaçı tərəfindən icra olunması, o cümlədən məhz onun evinə xəttin çəkilməsi sübuta yetmir. Bundan başqa, Şahid məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, qanunsuz qoşulma xəttinin hansı evə getməsini müəyyən edərkən dava-dalaş yaranmış və konkret olaraq hansı evin qeyri-qanuni qazdan istifdadə etməsi müəyyən oluna bilməmişdir. Həmçinin, məhkəmə nəzərə almışdır ki, məhkəmə iclasında abonentin saldosundakı və “Smart” sayğaclarda borca görə tutulmalara dair elektron çıxarışdakı göstəricilərə əsasən hadisənin baş verdiyi vaxt, ondan əvvəlki və sonrakı ayların sərfiyyatları, əvvəlki ilin anoloji dövləri üzrə sərfiyyatları ilə qarşılıqlı araşdırma aparılmış və həmin göstəricilər arasında əsaslı fərq aşkar olunmamışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları və tədqiq olunmuş sübutlara əsasən cavabdeh İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması və abonentin saldosundakı və “Smart” sayğaclarda borca görə tutulmalara dair elektron çıxarışdakı göstəricilərə əsasən hadisənin baş verdiyi vaxt, ondan əvvəlki və sonrakı ayların sərfiyyatları, əvvəlki ilin anoloji dövrləri üzrə sərfiyyatları arasında əsaslı fərqlərin olması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 76.1-ci və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Kollegiya diqqətə çatdırır ki, MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər, ancaq Cavabdeh İB tərəfindən sayğaca müdaxilənin məhz İddiaçı tərəfindən edilərək zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(050)-3049/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 77.2, 217.2, 372, 385, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(050)-3049/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(050)-3049/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar