Məhkəmə qərarları › İş №2(106)-439/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-439/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-439/2023 01.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(041)-437/2021 saylı qətnaməsindən (hakim M.Bayramov) Cavabdeh verdiyi apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində kompensasiya verilməklə ona məxsus ünvan 1ində yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı təklif etdiyi kompensasiyanın məbləğini qaldıraraq Cavabdeh 3600 manat məbləğində kompensasiya verilməklə ona məxsus ünvan 1ində yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən evdə doğulmuşdur və 1961-ci ildən orada yaşayır. Hazırda oğlu Asim onunla bir yerdə yaşayır. Cavabdeh onun bacısı qızıdır. Cavabdeh 2018-ci ilin dekabr ayında oğlu Xələfov Asimlə evlənib ailə qurmuş və onun Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 2 mərtəbəli evinə gəlin gəlmişdir. Sona onun evinə gəlin gələndən sonra ilk 6 ay ərzində onlarla mehriban şəraitdə yaşamışlar. Sonradan onun atası Nümayəndə heç bir səbəb olmadan qızı Sonanı öz evinə aparmışdır. Sonanın atası onu öz evinə aparandan sonra onun döyülməsi barədə Kürdəmir rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonanın ərizəsinə əsasən Kürdəmir rayon polis şöbəsində araşırma aparılmış və heç bir döyülmə faktı aşkar edilmədiyinə görə polis şöbəsinin 19 iyun 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Onlar Sonanı evdən qovmamış, Sona onlara heç bir söz demədən öz atası ilə birlikdə onların evindən çıxıb getmişdir. Sonradan Sona məhkəməyə müraciət etmiş və gəlin gəldiyi və onun mülkiyyətində olan evə məcburi qaydada köçürülməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Sona və atası Səlim onları aldadaraq barışmaq istədiklərini və evə köçmə tələbindən etiraz etdiklərini bildirmiş, o da, onlara aldanıb Şirvan Apellyasiya Məhkəməsinə ərizə verərək Kürdəmir Rayon Məhkəməsinin 09 oktyabr 2019cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri götürmüşdür. Sonaya həmin evdən kompensasiya verilməklə onun istifadə hüququna xitam verilməsini istəyir. Ev köhnə olduğu üçün onun bazar qiyməti heç 5000 manat təşkil etmir. Həmçinin yaşadığı Atakişili kəndində və yaxın ətraflarda 1 mərtəbəli, 1-2 otaqlı yaşayış evinin alqı-satqı qiyməti 6-7 min manat, evlərin kirayə haqqı isə təxminən 150 manatdır. Ona görə də 2 illik, hər ay 150 manat olmaqla 3600 manat kompensasiya verməklə Cavabdeh ona məxsus evdən istifadə hüququna xitam verilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, qızı Sona 01 dekabr 2018-ci il tarixdə dayısı oğlu X7 ilə evlənib ailə qurmuş və onun yaşadığı cavabdeh İddiaçı ünvan 1indəki evinə gəlin köçmüşdür. Sona Asimlə evləndikdən sonra ilk 6 ay ərzində əri və onun digər ailə üzvləri ilə mehriban şəraitdə yaşamış, aralarında heç bir söz-söhbətləri olmamışdır. Sonradan əri Xələfov Asimin valideynləri onların ailə daxili işlərinə müdaxilə etmiş, buna görə də qızı Sona ilə Asimin ər-arvad münasibətləri pozulmuş, qaynanası ilə qaynatası ona şər və böhtanlar atmış, əri Asim isə ona əl qaldırmışdır. Sona cavabdelər tərəfindən ona qarşı olan münasibətə dözmədiyinə görə şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Bundan sonra cavabdehlər Sonanı gəlin getdiyi evdən çıxarmış və o, qızı Sonanı 17 həftəlik hamilə vəziyyətində öz evinə aparmışdır. Hazırda qızı Sona onun evində yaşasada, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Sonanın cavabdehə məxsus olan evə köçürülməsi qət edilmiş və onun həmin evdə yaşamaq hüququ vardır. Kompensasiyanın məbləğinin 25000 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı təklif etdiyi 3500 manat məbləğində kompensasiya ilə razı deyil. Kürdəmir Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(041)-437/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 3500 manat kompensasiya ödənilməklə, onun Kürdəmir rayonunun Atakişili kəndində 0.2498 kv.metr torpaq sahəsində yerləşən 284.2 kv.metr ümumi sahədən ibarət İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, kompensasiya məbləğinin 35000 (otuz beş min) manat məlbəğinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, 01 dekabr 2018-ci il tarixdə dayısı oğlu X7 ilə ailə həyatı qurmuş və nikahları rəsmi qeydiyyata alınmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşının valideynlərinə məxsus, yəni dayısı İddiaçı Kürdəmir rayonunun Atakişili kəndindəki evinə gəlin köçmüşdür və orada yaşamışlar. Yaşadığı ev 284.2 kv. metr kimi sahəyə malik olmaqla, iki mərtəbəli, 6 otaqdan ibarətdir. Burada 6 ay yaşadıqdan sonra dayısının və onun həyat yoldaşının onların ailə işlərinə qarışması nəticəsində həyat yoldaşı ilə aralarında ər-arvad münasibətləri pozulmuş, ona qarşı zor işlədilmiş və hamilə vəziyyətində valideynlərinin kirayədə yaşadığı mənzilə müvəqqəti yaşamaq üçün aparılmışdır. Bundan sonra “yaşayış evinə məcburi qaydada köçürülmə” tələbilə həyat yoldaşına və onun atasına qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 09 oktyabr 2019-cu il tarixli 2(041)- 969/2019 saylı qətnaməsi ilə cavabdehlər, həyat yoldaşı və atasının yaşadığı Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 6 otaqlı, 2 mərtəbəli, aynabəndli fərdi yaşayış evinə məcburi köçürülməsi qət edilmişdir. Bu qətnamədən verilən Apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra tərəfindən verilmiş iddia tələbi üzrə Kürdəmir Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(041)-152/2019 saylı qətnaməsi ilə 10 oktyabr 2019-cu ilde doğulmuş oğlu Osmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 110 manat miqdarında aliment və oğlu 3 yaşına çatana kimi ona qulluq edilməsinə görə hər ay 50 manatın cavabdeh X2 tutulub ona ödənilməsi qət edilmişdir. Hal-hazıra kimi hər iki Məhkəmə qətnaməsi, yəni məcburi evə köçürülmə və aliment üzrə ödənişlər tam icra olunmamış, bu sahədə Kürdəmir rayon İcra və probasiya şöbəsinə müraciətləri nəticəsiz qalmışdır. İddia ərizəsinin məzmununda iddiaçı qeyd edir ki, güya ailənin dağılmasında onların günahları olmamış, bu sahədə özlərinə haqq qazandırmaqla onu və valideynlərini təqsirləndirirlər. Hazırda sözügedən evin qiymətini 5000 manat dəyərində olduğunu fərziyyə edir və buna əsaslanaraq 1500 manat kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş edir. Əvvəla bildirir ki, iddiaçıların yaşadıqları evin 284.2 kv.metr yaşayış sahəsinə malik olması və Kürdəmir şəhərinə bitişik yaşayış məntəqəsində bu evlərin hər kv.metrinin 600 manat bazar qiymətində olması nəzərə alınsa, sözügedən yaşayış evi bazar qiymətində 150-200 min manat dəyərində qiymətləndirilməlidir. Digər tərəfdən sözügedən evdə yaşamaq və istifadə hüququna xitam verilsə, yaşamaq üçün valideynlərinin yanına getməlidir. Onlar isə hal-hazırda kirayəyə götürdükləri evdə yaşayırlar. Digər tərəfdən Kürdəmir şəhər mərkəzində 1 otaqlı həyət evi 30-35 min manat dəyərindədir. Qeyd olunanlar nəzərə alınsa, iddiaçının ona ödəməli olduğu kompensasiyanın məbləği 30-40 min manat səviyyəsində olmalı və ya iddiaçı özü Kürdəmir şəhərində 1 otaqlı həyət evi almalı və bununlada istifadə hüququna xitam verilməlidir. Tərəfindən təklif olunan 2 variantdan birini iddiaçı seçməlidir. Əks halda iddiaçının tələbi təmin olunmamalı və rədd edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “sübutların qiymətləndirilməsi” hissədəki 88-ci maddəsinin “ruhunu” pozmuşdur. Belə ki, məhkəmə tərəfindən təqdim edilən sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim olunmuş sübutların məcmusuna tətbiq edilməli olan hüquq normaları tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən təqdim olunan mütəxəssis rəyindən görünür ki, dayısı (iddiaçı) İddiaçı rayonun Atakişili kəndində, 4 (dörd) otaqdan ibarət, 2 mərtəbəli, (ümumi sahəsi 284.2 kv.metr) aynabəndli evi və 0.2498 ha torpaq sahəsi mövcuddur. Həmin evin hazırkı bazar qiyməti 150000 (yüz əlli min) manat, likvid qiyməti isə 135000 (yüz otuz beş min) manat) təşkil edir. Həmin evin orta aylıq kirayə haqqı isə 150-200 manat civarındadır. Kürdəmir rayonunda ev alğı-satqısı ilə məşğul olan mütəxəssisin (broker) verdiyi rəydən görünür ki, istifadə etməli olduğu 12 (on iki) sot həyətyanı torpaq sahəsinin ümumi məbləği (12 s. x 500 m.=6000 ) 6000 (altı min) manat, 1 (bir) otaqlı evin bazar qiyməti (eləcə de, likvid) 47334 manat təşkil edir (əlavə edilir). Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddiaçı dayının xahişi (hər ayı 150 manatdan olmaqla, 2 illik kirayə haqqı), istəyi, eləcə də, mütəxəssis rəyini nəzərə alınmayaraq hesablama zamanı yanlışlığa yol verməklə “ağlabatmayan” paranormal qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2.-ci maddəsinin, Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3. və 18-ci maddələrilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 saylı 2016-cı il tarixli Plenum qərararının nəticə hissəsində qeyd edilir ki, “biririnci instansiya məhkəməsi işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən alılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir”. Belə olan halda, mövcud kompensasiyanın məbləği təxminən 35000 (otuz beş min) manat (150000: 4 (otaq)) təşkil edəcəkdir. Kompensasiyanın məbləği müəyyən edilərkən, hakimin işdəki hansı sənədə istinad etməsi naməlumdur. İşdəki mütəxəssis rəylərindəki qiymətləndirməyə dair faktların isə nəzərə alınmadan kompensasiyanın məbləğinin 3500 manat müəyyən edilməsi başa düşülməyən, ağlabatmayan bir haldır. İddiaçının mülkiyyətindəki fərdi yaşayış evinə olan istifadə hüququna 3500 manat kompensasiya ödəməklə xitam verilməsi üzrə müəyyən edilmiş 3500 manat məbləğin hansı dəlil əsasında qərara alınması naməlumdur və işdə buna dair heç bir sübutedici sənəd mövcud deyil. Məhkəmə qətnaməsində ona 3500 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, işdəki mütəxəssis rəyindəki 47334 manat məbləğindən 13.5 dəfə az, razılaşma üzrə təklif olunan 35000 manat məbləğində isə 10 dəfə az müəyyənləşdirilməsi, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv bir qərardır və işdəki mütəxəssis rəylərinə uyğun deyil. Məhkəmə tərəfindən əmlak qiymətləndirilməsi üzrə "xxxx" MMC-nin rəyinin düzgün qiymətləndirilməməsi, təkrar bu hal üzrə ev alqı-satqısı sahəsində fəaliyyət göstərən mütəxəssis rəyinin əldə olunmasına səbəb olmuşdur. Bu rəyə əsasən kompensasiyanın məbləği 47334 manat təşkil edir. Hesab edir ki, qətnamənin əsaslandırıcı hissəsilə nəticə hissəsi arasında tam təzad (uyğunsuzluq) olduğundan, sözü gedən yekun qərar sorgu-sualsız olaraq, apellyasiya kollegiyası tərəfindən dəyişdirilməklə, iş üzrə yeni qətnamə qəbul edilməlidir. ç) apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2(106)- 928/2022 saylı qətnaməsi ilə (hakimlər İ.Əsədov, N.Mirzəyev və S.Mayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(041)-437/2021 saylı qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı 3500 manat kompensasiya verilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı tarixli qərarına” istinadla mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin faktiki hallarından görünür ki, cavabdehin çıxarılması tələb edilən yaşayış evi, iddiaçının xüsusi mülkiyyətində olsa da həmin evdə cavabdehin istifadə hüququ vardır. Ev cavabdehin daimi yaşayış yeridir. Cavabdehin öhdəsində iki azyaşlı uşaq vardır. Qeyd edilməlidir ki, kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair iddianın təmin edilməsi üçün evin kimin mülkiyyətində olmasından əlavə, evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə), istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği və s. kimi hallar müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən, işin nəticəsinə təsir edəcək mühüm əhəmiyyəti olan yuxarıda qeyd edilən faktiki hallar aydınlaşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Bundan başqa, iddiaçı tələbində 3600 manat kompensasiya ödənilməsini tələb etsə də məhkəmə iddia tələbindən kənara çıxaraq 3500 manat kompensasiyanın ödənilməsini təmin etmişdir. Kollegiyanın qənaətinə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. d) kasasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli 2(106)- 928/2022 saylı qətnaməsi İddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 dekabr 2022-ci il tarixli 2(102)-4539/2022 saylı qərarı (hakimlər E.Vəliyeva, E.Şamayev, A.Abbasov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmidir. e) kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: Məhkəmə kollegiyası qeyd edir ki, bu tələbə baxan məhkəmələr ilk növbədə cavabdehin həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasını, istifadə hüququ mövcud olduğu və ya yaşayış sahəsinə ehtiyacı mövcud olduğu halda həmin hüquqa xitam verilməsi üçün kompensasiya məbləğini müəyyən etməklə, həmin kompensasiya məbləğini iddiaçı ödəməyə razı olduqda, istifadəyə xitam verilməsi məsələsini araşdırmalıdır; Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan qayınatasının qeyd olunan ailə üzvləri sırasına daxil deyildir. Buna görə də, onun mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma tələb olunur; Apellyasiya məhkəməsi cavabdehin mənzildən istifadə hüququnun olmasına istinad etsə də, bunu işin hansı hallarına görə müəyyən etdiyini göstərməmişdir. Cavabdeh iddiaçının oğlu ilə ailə quraraq 01 dekabr 2018-ci il tarixdə həmin evə köçmüş, 09 oktyabr 2019-cu il tarixdə nikahları pozularaq ailə münasibətlərinə xitam verilmişdir. Cavabdehin həmin evə köçürülməsi barədə məhkəmə qətnaməsində o bu evə istifadə hüququnun olması əsasında deyil, yaşayış sahəsinə ehtiyacının aradan qaldırılması üçün evə köçürülmüşdür. Hazırda iddiaçı cavabdehlə yaşamaq istəmədiyinə görə ona kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş edir; Hazırki mülki iş üzrə tərəflərin arasındakı hüquq münasibətləri 2018-ci il tarixdə yarandığından mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir; Cavabdeh iddiaçının mülkiyyətində olan evə köçürülsə də, o, Mənzil Məcəlləsinin 30.1ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin ailə üzvü və digər qohumları hesab edilən şəxslərin sırasına da daxil deyildir; Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaya düzgün qiymət verilməsi üçün cavabdehin mənzildə yaşamaq hüququnun Mülki Məcəllənin 228.5-ci maddəsi və Mənzil Məcəlləsini 30.1-ci maddəsi ilə müəyyən edilmiş istifadə hüququ ilə eyni olmadığı nəzərə alınmalıdır; Cavabdehin evdə yaşamaq hüququna xitam verilməsi üçün kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq edərək, kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair iddianın təmin edilməsi üçün zəruri olan faktiki halalrı müəyyən etməli, təklif edilən kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, həmin kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq özü müəyyən etməli və iddiaçının həmin məbləğlə razı olub-olmadığını aydınlaşdırmalı idi. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlaə olaraq izahatında göstərdi ki, qızı Sona ilə iddiaçının oğlu Asim arasında bağlanan nikah 2020-ci ilin mart ayının 31-də Kürdəmir Rayon Məhkəməsində pozulub, həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Kürdəmir Rayon Məhkəməsi tərəfindən 3500 manat məbləğində kompensasiya müəyyən olunandan sonra özləri gedib Sonaya məxsus cehiz əşyalarını mübahisəli evdən götürmüşlər. Götürməkdə məqsədləri isə o olmuşdur ki, mübahisəli evdə istifadə olunmasının və xərab olmasının qarşısını alsınlar. Sonanın mübahisəli evə köçürülməsinə dair məhkəmə qətnaməsi icra olunmamışdır, çünki kompensasiya məbləği gündəmə gəlmişdir. Məhkəmədə iddiaçı ərizə təqdim edərək Cavabdeh təklif etdiyi kompensasiyanın məbləğini nəvəsinin xatirinə artıraraq 5000 manat məbləğində müəyyən ediməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin kompensasiya məbləği hissədə dəyişdirilməsini xahiş etdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsada, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 29 iyul 2019cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 0.2498 kv.metr torpaq sahəsində yerləşən 284.2 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın Dövlət reyestrində 13 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh X5 qarşı “nikahın pozulması və alimentin tutulması” tələbinə dair iddiası üzrə Kürdəmir Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(041)-1521/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, tərəflər arasında 1 dekabr 2018-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 30 oktyabr 2019-cu il tarixdə doğulmuş X3 anası Cavabdeh yanında qalması müəyyən olunaraq, 25 noyabr 2019-cu il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 110 manat, uşaq 3 yaşına çatana kimi ona qulluq edilməsinə görə hər ay sabit pul məbləğində 50 manat alimentin cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(106)-415/2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X4 yahşadığı Kürdəmir rayonunun Atakişili kəndidə yerləşən 6 otaqlı, 2 mərtəbəli, aynabəndli yaşayış evinə məcburi köçürülməsi barədəiddia tələbinə dair mülki iş üzrə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-969/2019 nömrəli qətnaməsindən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayət təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, LP-042/21 saylı mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayonunun Atakişili kəndində İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 284,2 kv.metr, 4 otaqlı, 2 mərtəbəli və 0,2498 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin hazırda bazar qiyməti 150000 manat, likvid qiyməti 135000 manat, orta aylıq kirayə haqqı 150-200 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, iddiaçının oğlu X7 ilə 1 dekabr 2018-ci ildə rəsmi nikahla ailə quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin ünvanda bir-neçə ay, daha dəqiq olsa 25 may 2019-cu il tarixədək yaşamış (nikahın pouzlması barədə Sona tərəfindən qaldırılan iddiada özünün verdiyi əsaslandırmaya əsasən) və ailədə yaranan münaqişə zəminində hamilə vəziyyətdə ər evini tərk edərək valideyinlərinin yanına qayıtmışdır. Mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29 iyul 2019-cu ildə qeydiyyata alınmışdır. Kürdəmir Rayon Məhkəməsinin 9 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 30 oktyabr 2019-cu ildə cavabdehin bir övladı dünyaya gəlmişdir. Kürdəmir Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdeh arasında bağlanan nikah pozulmuşdur. İddiaçı cavabdeh olan keçmiş gəlininə qarşı 3600 manat məbləğində kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia qaldırmış, Kürdəmir Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehə 3500 manat məbləğində kompensasiya verilməklə iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş (işin 125-ci vərəqi) 21 noyabr 2021-ci il tarixli akta əsasən cavabdehə məxsus bütün cehiz əmlakları kənd icra nümayəndəsinin və digər şəxslərin iştirakı ilə cavabdehin nümayəndəsi (atası) tərəfindən mübahisəli fərdi yaşayış evindən götürülmüşdür. Sonrakı mərhələlərdə Kürdəmir Rayon Məhkəməsinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 5 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, qətnamə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yeni apellyasiya baxışı zamanı isə iddiaçı təklif etdiyi kompensasiyanın məbləğini artıraraq 5000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasındakı hüquq münasibətləri 2018-ci il tarixdə yarandığından mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında hüquqi mövqeyinə görə 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 9 oktyabr 2019-cu il tarixli qətnaməsi məhz mülkiyyətçi olaraq İddiaçı buna etirazının olmaması əsası ilə (işin 8-ci vərəqi) apellyasiya instansiyası tərəfindən 16 yanvar 2020-ci il tarixli qətnamə ilə qüvvədə saxlanılmışdır. Əks halda həmin zaman üçün Cavabdeh ilə iddiaçının oğlu X7 arasında bağlanmış nikah 29 dekabr 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş olduğundan, Sonanın isə yaşayış sahəsinin mülkiyyətçisindən özünü saxlamasını tələb etmək hüququ olmadığından, yəni Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin ailə üzvü və digər qohumları hesab edilən şəxslərin sırasına daxil olmadığından, yaşayış sahəsinə köçürülməsinə dair tələbi mülkiyyətçinin iradəsi əleyhinə təmin oluna bilməzdi. Məhz bu baxımdan cavabdehin mənzildə yaşamaq hüququnun Mülki Məcəllənin 228.5-ci maddəsi və Mənzil Məcəlləsini 30.1-ci maddəsi ilə müəyyən edilmiş istifadə hüququ ilə eyni olmadığı mütləq şərt kimi nəzərə alınmalıdır. Həmçinin o da, nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli fərdi yaşayış evində yaşamağa olan ehtiyacı artıq aradan qalxmışdır, çünki cavabdeh evə köçürülməsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsinin icrasında israrlı olmamış, əksinə 21 noyabr 2021-ci il tarixində həmin evdə olan və yaşayacağı zaman istifadə edəcəyi bütün cehiz əşyalarını könüllü olaraq götürmüşdür. Kollegiya cavabdehin mübahisəli fərdi yaşayış evində yaşamaq hüququna xitam verilməsi üçün təklif olunan 5000 manat kompensasiya məbləğinin yetərliliyi baxımından hüquqi qiymət verərək hesab edir ki, həmin məbləğ yetərli bir məbləğdir. Çünki iş materiallarına əlavə olunan mütəxəsis rəyinə əsasən həmin ərazidə oxşar şəraitli mənzillərin orta aylıq kirayə haqqı 150-200 manat təşkil edirki, təklif olunan 5000 manat məbləğində kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarından irəli gəlsə də, qətnamə kompensasiya məbləği hissədə dəyişdirilərək, 5000 manat məbləğində müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(041)-437/2021 saylı qətnaməsi müəyyən olunan 1500 (bir min beş yüz) manat kompensasiya məbləği hissədə dəyişdirilərək 5000 (beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanunla müəyyən olunan qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar