Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-443/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə Masallı Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 İddiaçı adına tərtib etdiyi 19 iyul 2022-ci il tarixli, 029541 nömrəli aktın etibarsız hesab edilməsi, abonent İddiaçı adına hesablanmış 1059.24 manat ziyan məbləğinin silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 19 iyul 2022-ci il tarixli, 029541 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1059.24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, kənddə özünə məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X1 Qaydaları”-na uyğun olaraq müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. Hər ay sayğac vasitəsilə hesablanmış elektrik enerjisinin dəyərini tarif planına uyğun ödəmişdir. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmiş və xx.xx.2022-ci il tarixli 029541 saylı akt tərtib tərtib etmişlər. Akta görə elektrik sayğacının “A” dövlət möhürünə müdaxilə olunmuşdur və alt örtük qapağının möhürü yoxdur. Sayğacın üzərindəki göstərici ilə kompüter məlumat bazasındakı göstərici arasında kəskin fərq var. Buna görə onu 1059.24 manat həcmində cərimələmişlər. Lakin o, Elektrik İdarəsinin tərtib etdiyi aktla razılaşmır. Belə ki, o, sayğaca hər hansı müdaxilə etməmişdir. Həmin akt qanunsuz və əsassızdır, ona görə də hesablanmış borc silinməlidir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının yaşadığı evdə elektrik enerjisindən qanunsuz olaraq kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilmişdir. Qanunsuz qoşulma müəyyən edilərkən videoçəkiliş aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın (Qaydaların) tələblərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında cavabdehin nümayəndəsi E.Quliyev apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək Kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, sayğacın möhürünə müdaxilə olmuşdur, ona görə sayğac istifadə olunan elektrik enerjisini miqdarını düzgün göstərməmişdir. Abonentin hesabından çıxarışdan (“Saldo” məlumatlarından) da göründüyü kimi, iddiaçının mənzilində X1yə görə uzun müddət hər-hansı sərfiyyat hesablanmamışdır. Lakin sayğac dəyişdirildikdən sonra, yəni 2022-ci ilin iyul ayından sonra sayğac hesablanmış sərfiyyatı göstərmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə məlumat verilmiş, lakin gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, İddiaçı "xxxx" ASC-nin abonenti kimi elektrik enerjisi istehlakçısıdır. Sərf olunan enerjinin həcmini müəyyən etmək üçün onun mənzilində istifadə etdiyi elektrik enerjisini hesablamaq məqsədilə müvafiq sayğac quraşdırılmışdır. X1 vəziyyəti yoxlanılarkən iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş, bu zaman "xxxx" ASC-nin əməkdaşları tərəfindən «X1 qaydalarının pozulması haqqında» 19 iyul 2022-ci il tarixli, 029541 saylı akt tərtib edilmişdir. Akta görə, elektrik sayğacının “A” dövlət möhürünə müdaxilə olunmuş, alt örtük qapağının möhürünün olmaması aşkar edilmişdir. Akt tərtib edilərkən abonentin imza etməkdən imtina etməsi qeyd edilmişdir. Abunə haqqında məlumata görə iddiaçının adına "xxxx" ASC tərəfindən 1059.24 manat məbləğində borc hesablanmışdır. İddiaçı ərizəsində X1 haqqında tərtib edilmiş aktın etibarsız hesab edilməsi və mahiyyətcə həmin akta əsasən hesablanmış borcun qanunsuz sayılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfin hesabladığı ziyana görə iddiaçının təqsirli və qanuna zidd hərəkətləri, səbəbli əlaqə müəyyən olunmur. Belə ki, aktdan belə nəticəyə gəlmək olur ki, abonentin sayğacdan kənar X1 etməsi əsası ilə akt tərtib olunmuşdur. Həmin göstəricilərlə sayğaca müdaxilə edibetməməsi müəyyən deyil. Bundan başqa, hal şahidlərinin və Faiq Ağayevin iştirakı təmin edilməmişdir. Bu hallar da aktın doğru olmasını şübhə altına alır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin sübut kimi təqdim etdiyi videogörüntülərdə, barəsində akt tərtib edilmiş şəxsin sayğacdan kənar elektrik xəttinə qoşulması aşkar müəyyən olunur. Bu iş üzrə isə qeyri-qanuni qoşulma halının olması qeyrimüəyyəndir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış sayğaca baxış keçirilmişdir. Tərtib edilmiş akta görə, elektrik sayğacının “A” dövlət möhürünə müdaxilə olunmuş və alt örtük qapağının möhürünün olmaması aşkar edilmişdir "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirərkən aşkar edilmiş nöqsan barədə tərtib etdikləri əməkdaşlar tərəfindən imzalanmışdır. Bundan başqa, cavabdeh tərəfin təqdim etdiyi akta görə borcun hesablanmasına dair qərarda qüsur olaraq göstərilmişdir ki, sayğacın göstəricisi ilə bazadıkı göstəricilər arasında kəskin fərq vardır. Bundan başqa, işin hallarından və izahatlardan görünür ki, iddiaçının mənzilində 2022ci ilin iyul ayında sayğac dəyişdirilmiş, yeni sayğac qoyulmuş və həmin ilin avqustundan başlayaraq sayğacda sərfiyyat öz əksini tapmışdır. Həmin vaxta qədər uzun müddət sayğacın göstəriciləri təqribən “0” olsa da sayğac dəyişdirilən vaxtdan sonra müvafiq aylarda sayğacın göstəricilərinə görə borc- 60,08 manat, 57,52 manat, 26,16 manat və i. a. olmuşdur. Bu da ona dəlalət edir ki, əvvəlki sayğac elektrik enerjisinin qeydə almamışdır. Ona görə də tərtib edilmiş aktı qanunsuz saymaq üçün əsas yoxdur. Məhkəmə işin göstərilən hallarını nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında 8.15-ci maddəsinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. "X1 Qaydaları”nın 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya hesab edir ki, ona qanunsuz borc hesablanması ilə bağlı iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmiş, məhkəmə də əsassız olaraq iddianı təmin etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki halda silinməsi tələb edilən borcun ümumi məbləği beş min manatdan azdır. Ona görə də hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(050)-2757/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-443/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-443/2023
07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver