Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-452/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət məhkəmə tərkibində, X25 oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı birgə nikah dövründə əldə olunmuş əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin əmlaka 1/2 hissədə payının müəyyən olunması tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)-270/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Rahid Səməd oğluna və Cavabdeh3 birgə nikah dövründə əldə olunmuş əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hazırda etibarnamə əsasında istifadəsində olan, lakin birgə nikah dövründə əldə etdikləri “Mercedes Benz- Sprinter” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsinə və həmin avtomobilə 1/2 hissədə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 X8 qarşı pul tələbinə dair qarşılıqlı iddia verərək X5 xx.xx.2021-ci il tarixdə evdən çıxıb gedərkən evdən gizli götürdüyü 5000 manat pulun, X12 ilə birgə nikah dövründə əldə etdikləri 38500 manat borc pulun, əmlakın bərabər paylar olmaqla X12 ilə aralarında bölünməsinə və 19250 manat pulun Nəzrin Musayevadan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)-270/2022 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) ilk iddia təmin edilərək “Mercedes Benz-Sprinter” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh3 arasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-də bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli BD 116381 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “Mercedes Benz- Sprinter” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməsi və həmin nəqliyyat vasitəsinə 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Cavabdeh2 100 manat dövlət rüsumunun alınaraq İddiaçı qızma verilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı 10500 manatın (tərəflərin birgə nikah dövründə ümumi borcu olan 21000 manatın hər birinin payına uyğun olaraq təşkil etdiyi 10500 manat) və 174 manat dövlət rüsumunun alınıb Cavabdeh2 verilməsi, qarşılıqlı iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verilərək qətnamənin 10500 manat borc hissəsində ləğv və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 xx.xx.2013-cü ildə faktiki evlənmiş və nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Mehti və xx.xx.2017-ci il təvəllüdlü Emil adlı uşaqları doğulmuşdur. Cavabdeh2 onu daim incitmiş, övladlarının tərbiyə və təhsil almalarına imkan verməmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 anası onun və qohumlarının ünvanına nalayiq ifadələr işlətmiş və üstünə hücum çəkərək onun başına tava ilə vurduqdan sonra onlarla yaşamamaq qərarına gəlmişdir. Bütün bunlar isə onun uşaqlarının gözü qarşısında baş vermişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 06 radələrində Cavabdeh2 evdə olmadığı zaman sonuncunun anası onu evdən qovmuşdur. Bundan sonra onların münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Daha sonra o, Cavabdeh2 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Tərəflər birgə yaşadıqları dövrdə 2008-ci il buraxılışlı, “Mercedes-Benz Sprinter” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Həmin avtomobili cavabdehə onun atası Almaniyadan almışdır. Cavabdeh2 onun evdə olmamağından istifadə edərək həmin avtomobili onun xəbəri olmadan özkəninkiləşdirmişdir. Lakin hələ də Cavabdeh2 həmin avtomobili etibarnamə əsasında özü idarə edir. Buradan belə nəticəyə gəlmək olur ki, cavabdeh formal olaraq mübahisəli avtomobilin özkəninkiləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin avtomobil birgə nikah dövründə alındığından tərəflərin birgə mülkiyyəti hesab edilir və tərəflər arasında bərabər paylar olmaqla bölüşdürülməlidir. Cavabdehin öz adına olan avtomobili bilərəkdən yaxınının adına özkəninkiləşdirməsindən belə bir nəticəyə gəlmək olar ki, cavabdeh ona düşən payı xoşluqla vermək istəmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 iddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsi verərək bildirmişdir ki, İddiaçı ilə faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Mehti və xx.xx.2017-ci il təvəllüdlü Emil adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə İddiaçı ilə faktiki olaraq ayrılmışlar və hazırda ayrı yaşayırlar. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə o evdən çıxdıqdan sonra, yəni 06:00 radələrində o evdə olmadığı halda heç bir səbəb olmadan evdə olan 5000 manat pulu, anasına məxsus qızıl-zinət əşyalarını, avtomobilə aid gömrük sənədlərini, hərbi bileti, digər sənədləri və bəzi əşyaları gizli olaraq götürmüş və iki azyaşlı uşağı ilə dayısı Rüstəmin evinə getmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı dayısı Rüstəm ilə birlikdə səbəbsiz olaraq azyaşlı oğlu Quluzadə Mehtini döyərək bədən xəsarətləri yetirmişlər. Həmin döymə faktı ilə bağlı Göytəpə şəhər polis bölməsinə ərizə ilə müraciət etmişdir. Araşdırma aparılmış, tibbi ekspertiza keçirilmiş və döyülmə faktı öz təsdiqini tapmışdır. Bundan sonra İddiaçı evdən gizlicə götürdüyü avtomaşına aid gömrük sənədlərini, digər sənədləri və anasına məxsus qızıl-zinət əşyalarını təhqiqatçı vasitəsi ilə geri qaytarmış, lakin 5000 manat pulu qaytarmamışdır. Həmçinin ailəsinin ehtiyaclarını ödəmək üçün o, 2016-cı ildə Göytəpə şəhər sakini X13 5000 manat, 2019-cu ildə 20000 manat, 2019-cu ilin dekabr ayında isə Cəlilabad şəhər sakini X3 13500 manat borc almış, həmin borc pulun bir hissəsini ailəsinin tələbatına xərcləmiş və bir hissəsi ilə, yəni 17500 manatına isə İddiaçı iddia etdiyi 2008-ci il buraxılışlı gümüşü metalik rəngli ** ZM *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Sprinter” markalı avtomobili almışdır. Göstərilən borc pullar birgə nikah dövründə olduqları zaman alınmış, eyni zamanda cavabdehlə onun birgə mülkiyyətindir və onların arasında, bərabər paylar olmaqla bölüşdürülməlidir. Həmin borc puldan 5000 manatı faktiki olaraq İddiaçıdır. Birgə nikah münasibətlərində olduqları dövrdə ailənin ehtiyaclarını ödəmək üçün əldə edilən 38 500 manat borc pulun bölüşdürülməsi ilə bağlı İddiaçı ilə aralarında razılıq əldə olunmadığına görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ona qarşı qarşılıqlı pul tələbinə dair iddiası məhkəmədə qismən təmin olunmuşdur. O, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ona qarşı olan 10500 manat borc hissəsindən narazı qaldığı üçün həmin hissədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmənin borc hissədə gəldiyi nəticə ədalətsiz olmaqla yanaşı, onun mülkiyyət hüquqlarını pozulmasına və maddi rifahının pisləşməsinə gətirib çıxaracaqdır. Belə ki, Cavabdeh2 ona qarşı olan iddiasını onunla əsaslandırmışdır ki, guya o, “X22” markalı ** ZM *** qeydiyyat nişanlı avtomobili almaqdan ötrü X13 xx.xx.2016-cı ildə 5000 manat, xx.xx.2019-cu ildə 20.000 manat, bundan başqa xx.xx.2019-cu il tarixdə X3 13500 manat borca pul almış və həmin pulları ailənin dolanışığına və “X22”in almağına sərf etmişdir. Əslində isə bu belə deyildir. Həmin avtomobili atası Hasil alıb göndərmiş, üstəlik qeydiyyata salınması üçün 12000 manat borcda vermişdir. Onun məhkəməyə təqdim etdiyi sübutlar sonradan tərtib edilmiş, sübut görüntüsü verilmişdir. Cavabdeh onun qohum-əqrabalarının yanında, atasından aldığı borcu ödəməkdən ötrü avtomobili satıb borcunu verəcəyini dəfələrlə bəyan etmişdir. Üstəlik o özü, cavabdeh və anasının təkidi ilə məcbur qalıb yaxın qohumlarından ailələrinin dolanışı və ehtiyaclarını təmin etməkdən ötrü müxtəlif vaxtlarda borc pullar almış və aldığı adamlara da söz vermişdir ki, maşın satıldıqda, onlara borcunu qaytaracaqdır. Daha hazırda o cavabdehlə birgə yaşamır. Aldığı borclar onun öhdəliyində qalmışdır. Həmin borcları qaytarmaqda çətinlik çəkir. Mübahisəli qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilir ki, cavabdeh xx.xx.2020ci il tarixdə "xxxx" QSC-nin 20 Yanvar filialına iki dəfə 12000 manat depozitə pul qoymuşdur. Bəlkə, aldığı borc həmin depozitdir. Məhkəmə işə baxarkən həmin məbləğin haradan gətirildiyini və hazırda kimin sərəncamında olduğunu aydınlaşdırmamışdır. Mülki işin materialarında Cavabdeh2 borc aldığı adama 25000 manat pul qaytarması barədə X16 ərizəsi əlavə olunmuşdur. Qaytarılan pullar da birgə nikah dövründə əldə etdikləri puldur. Əgər borc qaytarılıbsa, ondan 10500 manat pul tutulmamalıdır. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, məhkəmənin mövcud qətnaməsi hərtərəfli, qərəzsiz, tam və obyektiv araşdırılmadan mülahizələr əsasında, heç bir möhtəbər sübuta əsaslanmadan qəbul edilmişdir. Belə ki, məhkəmə qarşılıqlı iddiaçıya hansı səbəbdən cavabdehə 38500 manat məbləğində borcun alınmasına ehtiyac olduğunu və aldığı borcu qaytardığı halda ondan 10500 manatın hansı əsasla tələb etdiyini aydınlaşdırmadan, formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh2 dostu Rauf adlı şəxsdən xx.xx.2016-cı ildə 5000 manat məbləğində borc pul almışdır. Müqavilə notariat qaydasında deyil, sadə şəkildə verilmişdir. Müqavilədə borcu qeyd edilən tarixdə ödəyəcəyini bildirsə də, borcunu ödəməmiş, əksinə sonuncudan yenidən xx.xx.2019-cu ildə 20000 manat məbləğində pul borc almışdır. Cavabdeh bundan sonra xx.xx.2019-cu ildə Nahid adlı şəxsdən də 13500 manat məbləğində borc pul almışdır. Tərəflər 2021-ci ilin avqust ayından faktiki olaraq ayrılmış, bundan bir neçə gün sonra sözügedən avtomobil başqa şəxsin adına rəsmiləşdirilmişdir. Qeyd edir ki, 21000 manat məbləğində pul ailənin dolanışığı üçün xərcləndiyi bildirilsə də, iddiaçının həmin borcdan xəbəri olmamışdır. Həmin məbləğdə pulun sırf ailə ehtiyacları üçün xərclənilməsi sual doğurur. Avtomobili isə iddiaçının atası Almaniyadan ona göndərmişdir. Bununla bağlı şahidlər, sübutlar var. Cavabdeh isə borcu şişirməklə avtomobili almaq istəyir. 25000 manat Rauf adlı şəxsə qaytarılmışdır. Cavabdeh2 sərnişin daşıma ilə məşğul olmuşdur və onun elə yaxşı maddi imkanı olmamışdır. Cavabdeh2 nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ceyhun Rahidlə köhnə dost olmuş, Rahid mübahisəli avtomobili Ceyhuna satmışdır. Onun özü və həyat yoldaşı işləmiş, maddi imkanları yaxşı olmuşdur. Özü aylıq 650 manat maaş almış, həyat yoldaşı Rusiyada alverlə məşğul olmuşdur. Avtomobili onlar oğlu üçün almışlar. Oğlu Rahid özü maşın alveri ilə məşğul olmuş, həmin 25000 manat məbləğində pulu maşın alveri üçün götürmüşdür. Maşınları kimin adına alması barədə məlumatı yoxdur. Ola bilər ki, maşınlar başqa adamların adına alınmış olsun. Rahid maşını Ceyhuna satmışdır. Rahid Banka qoyduğu 24000 manat əmanəti sonradan götürmüşdür və bu barədə "xxxx" QSC-nin çıxarışı da mövcuddur. Onun adına bankda heç bir pul vəsaiti mövcud deyildir. Xahişi bundan ibarətdir ki, iddiaçı onlara olan borcunu ödəsin, ya da mübahisəli avtomobilə qarşı tələbindən imtina etsin. Müstəqil tələb irəli sürməyən DİN BDYPİ Lənkəran RQİ və TBŞ-ni rəisi məhkəmə ərizə ünvanlayaraq məhkəmə iclasının onlarını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)- 270/2022 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan; Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ilə X12 xx.xx.2015-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 saylı qeydiyyat aparılaraq, arvada Quliyeva soyadı verilmişdir. BDYPİ-in Lənkəran RQİ və TŞB-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdən Cavabdeh2 mülkiyətində olmuş “X22” markalı ** ZM *** qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cəlilabad rayonu Göytəpə şəhəri ünvan 2 ünvanında yaşayan Cavabdeh3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİ və TBŞ tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 “X22” markalı ** ZM *** qeydiyyat nişanlı avtomobili Cavabdeh3 7000 manata satmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin elektron portalındanələ edilmiş çıxarışdan görünür ki, Cavabdeh3 adına “X22” markalı, ** ZM *** qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə BD 116381 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2016-cı il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh2 X13 5000 manat məğləbində borc almış və borcunu xx.xx.2017-ci il tarixədək hissə-hissə qaytaracağı barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh2 X13 20000 manat məğləbində borc almış və borcunu xx.xx.2021-ci il tarixədək hissə-hissə qaytaracağı barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh2 X3 13500 manat məğləbində borc almış və borcunu xx.xx.2021-ci il tarixədək tam həcmdə qaytaracağı barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixində "xxxx" QSC-nin 20 Yanvar filialına 12000 manat pul ödəmişdir. xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixində "xxxx" QSC-nin 20 Yanvar filialına 12000 manat pul ödəmişdir. İş materiallarından görünür ki, X4 Rahid Səməd oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 25000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, lakin X4 Rahid Səməd oğlu tərəfindən borcun tam olaraq ödənildiyini göstərərək iddia ərizəsinin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-2309/2021 saylı qərardadına əsasən iddiaçı X16 Cavabdeh2 qarşı 25000 manat məbləğdə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirmiş və həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, həqiqətən də Cavabdeh2 xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərdə borc müqavilələri üzrə X17 25000 manat, xx.xx.2019-cu il tarixli borc müqaviləsi ilə X6 cəmi 13500 manat borcu yaranmışdır. X4 Rahid Səməd oğluna qarşı bağlanmış borc müqavilələri iddia qaldırmış, sonra da məhkəməyə ərizə verərək Cavabdeh2 tərəfindən borcun tam olaraq ödənildiyini bildirmişdir. Cavabdeh2 borc öhdəlikləri X12 ilə nikah dövründə olduğu müddətdə yaranmışdır. Birinci instansiya Məhkəməsi tərəflər birgə nikah dövründə olduqları zaman ümumi borcun 38500 manat olduğunu və həmin vəsaitin 17500 manatının “X22” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınmasını yönəlmiş, həmin nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan həmin əmlakda hər birinin payı 1/2 hissə olduğu müəyyən edilmişdir. İş üzrə birinci instansiya Məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsindən görünür ki, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi ilə tərəflərin qalıq ümumi borc kimi 21000 manat olduğuna görə ər-arvadın ümumi borcu kimi hər birinin payına uyğun olaraq 10500 manat öhdəliyini müəyyən etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. AM-in 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 qərarının 6.40-cı bəndinə görə ərarvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Kollegiya qeyd edir ki, həmin qərarın 3.14-cü və 3.15-ci bəndlərinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun; Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Adıçəkilən qərarın 3.16-cı və 3.17-ci bəndlərinə görə isə sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 iyul 2021-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır; Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarları və AM-in sadalanan maddələrini əsas tutaraq qeyd edir ki, iş materiallarına əsasən xx.xx.2016-cı il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə Cavabdeh2 X17 ümumilikdə 38500 manat borcu yaranmışdır. Həmin vəsaitin 17500 manat məbləğinin “X22” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınmasına sərf edilməsi işin mübahisəsiz halıdır. Digər - 21000 manat məbləğdə vəsaitlə bağlı isə qeyd edilməlidir ki, öhdəliyin tərəfi Cavabdeh2 həmin borcun ümumi hesab olunması üçün qeyd edilən müqavilələr üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etməlidir. Çünki qarşı tərəf həmin vəsaitin hara xərcələndiyindən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh2 nümayəndəsi X9 bildirmişdir ki, oğlu Rahid maşın alveri ilə məşğul olmuş və xx.xx.2016-cı il, xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə aldığı 25000 manat məbləğində pulu maşın alveri üçün götürmüşdür. Aldığı maşınları kimin adına alması barədə məlumatı yoxdur və ola bilər ki, maşınlar başqa adamların adına alınmış olsun. Qeyd edilməlidir ki, iş materiallarına əsasən Cəlilabad Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(073)-2309/2021 saylı qərardadına əsasən iddiaçı X16 Cavabdeh2 qarşı 25000 manat məbləğdə pul tələbinə dair iddia ərizəsi borc qaytarıldığı üçün baxılmamış saxlanılmışdır. Beləliklə, Cavabdeh2 X13 həqiqətən göstərilən miqdarda borc almasını (borc müqaviləsinin uydurma olmamasını), almış olduğu vəsaitin ailənin ehtiyacları üçün sərf olunduğunu, həmin öhdəliyin ümumi olması və həmin borcun X17 qaytarılmasını sübuta yetirə bilməmişdir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, iddaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən - İddiaçı 10500 manat məbləğində pul vəsaitinin (tərəflərin birgə nikah dövründə ümumi borcu olan 21000 manatın hər birinin payına uyğun olaraq təşkil etdiyi 10500 manat) alınıb Cavabdeh2 verilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(073)-270/2022 saylı qətnaməsi mübahisələndirilən - İddiaçı 10500 manat məbləğində pul vəsaitinin (tərəflərin birgə nikah dövründə ümumi borcu olan 21000 manatın hər birinin payına uyğun olaraq təşkil etdiyi 10500 manat) alınıb Cavabdeh2 verilməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-452/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-452/2024
22.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver