Məhkəmə qərarları › İş №2(106)-457/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-457/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-457/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2024cü il tarixli 2(049)-3605/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(049)-3605/2024 saylı qətnaməsi (hakim M.Aslanov) ilə, İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh 8799 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 108 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-457/2025 saylı 24 yanvar 2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya icraatına qəbul edilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin iddiaçı və cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək üzürlü səbəbdən iştirak etmədiyini, qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kollegiya MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Cavabdeh tərəfin verdiyi apellyasiya şikayətində göstərilir ki, iddiaçının mərhum əri ilə onun arasında “məişət əşyalarının” nisyə alqı-satqısı olmamışdır. Belə ki, 2021-ci ildə Zamiq ona məişət avadanlıqlarını vermiş və onunla aralarındakı razılığa əsasən 18 ay müddətində hər ayda 311 manat ödəmək şərtilə ona pul vermiş və həmin 5598 manat pulu tam olaraq ödəmişdir. O, həmin məişət avadanlıqlarını Elmardan deyil, Zamiqdən almış və pulunu da ona vermişdir. Hesab edir ki, İddiaçı ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Hazırki işdə istər iddiaçının, istərsə də, cavabdehin verdikləri izahatından müəyyən edilir ki, iddiaçının mərhum əri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla aralarında məişət əşyalarının nisyəalqı satqısı barədə razılığa gəlmiş və X9 2022-ci ilin sonları və 2023-cü il ərzində Cavabdeh 8799 manat dəyərində məişət avadanlığı satmış, satdığı avadanlıqların pullarını aralarında bağlanmış borc müqavilələrinə əsasən pulun müəyyən məbləğini ödəməli olduğu halda, Elmar Ağayev vəfat etdikdən sonra ödəməmişlər və onun X6 qeyd edilən məbləğdə borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Lənkəran Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinin verdiyi məktubundan görünür ki, X3 qalmış əmlaka arvadı İddiaçı, uşaqları X7 və X4 miras qoyanın vərəsəsi hesab edilmişlər. İş materiallarında olan Dövlət Vergi Xidmətinin fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının mərhum əri X1 fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisidir. (VÖEN **********). Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisidir. (VÖEN **********). Belə olan halda, tərəflər arasında alqısatqı müqaviləsinin bir növü olan “məişət əşyalarının nisyə alqı-satqısı” barədə şifahi formada müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsi göstərilənləri diqqətə almamış, işin məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamış, tərəflər arasındakı mübahisəni mülki mübahisə kimi qəbul edərək iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya dəlillərini və iş materiallarında məhkəmə aidiyyətinə dair sübutları araşdıraraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı, hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibini araşdıran məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, iddiaçının mərhum əri X9 və Cavabdeh həqiqətən də sahibkar kimi vergi uçotuna alınmışdır. Amma təkcə onun sahibkarlıq subyekti kimi qeydiyyata alınması məhkəmə aidiyyətinin kommersiyaya aidiyyətini müəyyən etmək üçün kifayət etmir. Bunun üçün onların aralarında yaranan mübahisənin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranıbyaranmamsını müəyyən etmək mühüm əhəmiyyət kəsb edir. Diqqət edilərsə, həm iddiaçının, həm də c cavabdeh tərəfin məhkəməyə verdiyi izahatında təsdiq edirlər ki, mərhun X8 arasında alqı-satqı müqaviləsinin bir növü olan “məişət əşyalarının nisyə alqı-satqısı” barədə şifahi formada müqavilə bağlanmış, X9 2022-ci ilin sonları və 2023-cü il ərzində Cavabdeh 8799 manat dəyərində məişət avadanlığı satmış, satdığı avadanlıqların pullarının müəyyən məbləğini ödəməmiş, qalan məbləği isə iddiaçının əri Elmar Ağayev vəfat etdikdən sonra ödəməmiş və onun X6 qeyd edilən məbləğdə borcu qalmışdır. X2 məhz nisyə satdığı məişət əşyalarının pullarının ala bilməməsi səbəbindən 07 iyun 2023-cü il tarixdə intihar edərək vəfat etmiş, hazırda isə onun vərəsəsi arvadı İddiaçı, uşaqları X7 və X4 miras qoyanın vərəsəsi hesab edildikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Vərəsəliyə gəldikdə isə qeyd olunmalıdır ki, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hüquq münasibətləri, o cümlədən mülki hüquq münasibətləri hər şeydən əvvəl subyektiv hüquqların, yəni şəxsə mənsub olan hüquqların həyata keçirilməsi formasıdır. Bu mənada hüquq münasibətləri yalnız şəxsin öz hüquqlarını həyata keçirmək arzusu nəticəsində meydana gələ bilər. Ona görə də, iradə ifadəsinin azadlığı hüquq münasibətlərinin xüsusiyyətini təşkil edir. Hüquq münasibətləri iştirakçılarının bərabərliyi və onların hüquq normaları ilə müəyyən edilmiş iradə ifadəsinin azadlığı vətəndaşların faktiki bərabərliyinə və onların iradə ifadəsi azadlığının real olaraq təmin edilməsinə arxalanır. Hüquq münasibətlərini digər münasibətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də bu münasibətlərdə ən azı iki tərəfin olması, tərəflərin müəyyən hüquq və vəzifələrə malik olması və münasibətlərin yaranması üçün əsas bilavasitə münasibətlərin yarandığı zaman tərəflərin bilavasitə özlərinin iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kollegiya hesab edir ki, İddiaçı tələbkar kimi mərhum əri X8 ilə Cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı öhdəliyin yerinə yetirilməməsi nəticəsində cavabdeh tərəfindən satılmış məişət əşyalarına görə ödənilməyən pul məbləğinin cavabdehdən tələb etməsinə hüquqi əsas hazırda vərəsə olaraq tələb hüququnun ona keçməsi olmuşdur. Başqa sözlə, mülki hüquq münasibətlərə daxil olan zaman ilkin subyektiv hüquq sahibi kimi Elmar Ağayev olduğundan və mübahisə subyektiv tərkibinə görə vergi ödəyicisi və fərdi sahibkar olaraq Elmar Ağayev və Cavabdeh arasında yarandığından, İddiaçı ərinin vəfatından sonra vərəsəliyin həm aktivini, həm də passivini qəbul etdikdən sonra sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə açması mübahisənin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğunun təsdiqidir. Göründüyü kimi, İddiaçı məhkəməyə müraciət etməsi məhz, hüquq münasibətində Elmar Ağayevin sıradan çıxması, yəni vəfat etməsi halında bilavasitə Elmar Ağayevin malik olduğu hüquqların vərəsəlik qaydasında mirasın həm aktivini, həm də passivini qəbul etməsi ilə ona keçməsi əsas vermişdir. Bu isə deməkdir ki, mərhum Elmar Ağayevin malik olduğu hüquqlarının iddiaçıya keçməsi onunla iş üzrə cavabdeh olan Cavabdeh arasında yaranmış mübahisənin məhkəmə qaydasında həlli əsasları - subyektiv tərkibini, mübahisənin predmetinin və hüquq münasibətinin xarakteri baxımından kommersiya mübahisəsinə baxmağa səlahiyyətli olan kommersiya məhkəməsi tərəfindən baxılaraq qiymət verilməlidir. Başqa sözlə, iddiaçı məhz mərhum ərinin sahibkalıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar münasibətlər zamanı yaranmış tələb hüququna varislik etmişdir. Bu səbəbdən, mübahisə də məhz bu münasibətlər kontekstində mübahisələrə baxmaq səlahiyyəti olan məhkəmə tərəfindən həll olunmalıdır. Kollegiya mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və mübahisəyə kommersiya məhkməsi tərəfindən baxılmalı olması qənaətini aşağıdakı qaydada izah edir. Fərz edək ki, X8 vəfat etməmiş, onunla hazırki iş üzrə Cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı öhdəliyin yerinə yetirilməməsi halı baş vermiş, bu halda X8 mübahisəni məhkəmə müstəvisində həll etmək istəyir, belə olan halda hər iki şəxsin sahibkar olması və aralarında yaranan mübahisənin predmeti və xarakteri baxımından kommersiya məhkəməsində iddia qaldırır. Prosesin gedişində iddiaçı vəfat etməsi səbəbindən məhkəmə sıradan çıxmış tərəfi yəni iddiaçının prosessual hüquqi varisi ilə əvəz edir və mübahisəni həll edir. Bu isə o, anlama gəlir ki, iddiaçı tərəfin vəfat etməsi və ona malik olan hüquqların iddiaçı Günül Ağayeva tərəfindən mübahisələndirilməsi hazırki iş üzrə subyekt tərkibin dəyişilməsi kimi qəbul oluna bilməz. ““İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsi). Mübahisənin predmetini və hansı hüquq münasibətlərindən yarandığını araşdıran məhkəmə kollegiyası müəyyən edir ki, mərhum əri X9 əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşğul olmuşdur. 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Railə adlı şəxlər ona təklif etmişlər ki, məişət avadanlıqları kreditə satan bir firma açsınlar və həmin firmanı Elmar çalışdırsın. Lakin məişət avadanlıqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslər versinlər. Elmar da onlarla razılaçmışdır. Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. Elmar Sədərək ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla alaraq Lənkəran rayonunda kredit kimi ayrı-ayrı şəxlərə satırdı. Belə ki, malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almırdı. Elmardan məişət texnikası alan şəxslər əsasən X10, X11 və onların yaxınları olmuşdur. Həmin şəxlərdən bəziləri Elmarın dövründə krediti vaxtlıvaxtında ödəsələr də, bir qismi aylıq ödənişləri gecikdirmişdir. X20 və Vəfadan pullarını geri ala bilməmiş və 07 iyun 2023-cü il tarixdə işlətdiyi dükanda özünü asaraq intihar etmişdir. Hüzr mərasimi qurtardıqdan sonra iddiaçı Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışlar. Belə ki, Zamiqin və onun gətirdiyi adamların 50000 manat, Vəfanın və onun gətirdiyi adamların 30000 manat borcu qalmışdır. Zamiq və Vəfa kreditə məişət avadanlıqları almaq üçün adam tapıb, mağazaya gətirirmişlər və Elmar həmin şəxslərlə məişət avadanlıqlarının qiymətini aylıq ödəmələrə bölüb, həmin şəxslərlə müqavilə bağlamışdır. Qeyd etdiyi şəxslər əri X6 olan borclarını ödəmədiyi üçün o, bununla bağlı Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada onun şikayəti araşdırılarkən iş üzrə cavabdeh olan Cavabdeh öz verdiyi ifadəsində qeyd etmişdir ki, kreditə götürdüyü avadanlıqların pulunu tam olaraq Zamiqə vermişdir, lakin ondan qəbz almamışdır və bilmir ki, Zamiq həmin pulları Elmara verib ya verməyibdir. Lakin buna baxmayaraq məlum olur ki, onun hazırkı günə mərhum əri X6 8799 manat borcu vardır. O, pulu ondan tələb etsə də, o, həmin borcu qaytarmaqdan yayınır. Kollegiya həmçinin müəyyən edir ki, mərhum Elmar Ağayev sahibkarlıq fəaliyyəti ilə bağlı məişət avadanlıqlarının satışını həyata keçirmiş, həmçinin iş üzrə cavabdeh sahibkar Cavabdehlə müqavilə münasibətlərində olmuşdur. Elmar Ağayev və Cavabdeh arasında həmin avadanlıqların satışından irəli gələn mülki hüquq münasibətləri onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasından irəli gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti və predmeti ilə bağlı müəyyən edir ki, İddiaçı mərhum əri X5 vərəsəsi kimi 2022-ci ilin sonları və 2023-cü il ərzində Cavabdeh nisyə satmış olduğu 8799 manat dəyərində məişət avadanlığına görə ödənilməyən pulun ödənilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, o, mərhum tələbkar X5 vərəsəsidir, vərəsə olaraq mərhum ərinin tələb hüququ ona keçmiş və o, bu hüquqdan istifadə edərək cavabdehə qarşı hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qəraradan görünür ki, İddiaçı şikayət üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Tərəflər arasında pul tələbi ilə bağlı mübahisəni mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, X9 2022-ci ilin sonları və 2023-cü il ərzində Cavabdeh 8799 manat dəyərində məişət avadanlığı satmış, satdığı avadanlıqların pullarını aralarında bağlanmış borc müqavilələrinə əsasən pulun müəyyən məbləğini ödəməli olduğu halda Elmar Ağayev vəfat etdikdən sonra ödəməmişlər və onun X6 qeyd edilən məbləğdə borcu qalmışdır. Məhkəmə iddia tələbini əsaslı hesab edərək təmin etsə də, mübahisəyə mahiyyəti üzrə baxmağa səlahiyyətli hakim olub-olmamasına diqqət etməmiş, nəticədə işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması səbəbindən qəbul edilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 3-cü Fəsli məhkəmə aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin məhkəmə aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Apellyasiya instansiyası məhkəməsndə tərəflər arasında hüquq münasibətləri araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının mərhum əri ilə cavabdeh arasında sahibkarlı fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar “məişət əşyalarının nisyə alqı-satqısı” barədə şifahi formada razılaşma olmuşdur. Mübahisənin predmeti və hansı hüquq münasibətlərindən yaranması ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddianın məhkəmə aidiyyəti kommersiya məhkəməsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərkən iddia tələbi üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmayaraq, özünü iddia tələbi üzrə baxmağa səlahiyyətli olması qənaətinə gəlməklə prosessual normanın tələblərini pozmuşdur. Halbuki hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə aidiyyat qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməli, apellyasiya şikayəti qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsinə yönəldiyindən, lakin gəlinən nəticənin səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilməsi həmin tələb üzrə yekun hüquqi dəyərləndirmə aparılmasını istisna etdiyindən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26, 32, 44.2.2, 263, 264, 400 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(049)3605/2024 saylı qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar