Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-47/2025 25.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X11 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçının ailə üzvləri- X9, üzvləri X4 və X2 1.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, bu barədə onların adına torpağın mülkiyyət hüququna dair JN-0059 kod 80520038 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi Dövlət aktında olan plan ölçüyə əsasən 0059 planı üzrə 5674,62 kv.m sahə və 59A planı üzrə 5069,35 kv.m sahə üzrə ayrı-ayrı ərazilərdə yerləşir. X9, X4 və X2 verilmiş 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsinə vərəsəlik qaydasında İddiaçı hüququ tanındıqdan sonra 0059 planı üzrə 5674,62 kv.m sahəsinin 2/3 hissəsi İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Cavabdehin ailə üzvlərinin mülkiyyətinə Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə 2,67 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində, hər biri 0,31 ha-dan ibarət olmaqla iki yerdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmış və onların adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2023-cü il tarixli çıxarışlar verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin cavabdehlər Cavabdeh və X12 tərəfindən zəbt olunduğunu iddia etmiş, xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, fərdi yaşayış evinin və çəpərin cavabdehlərin hesabına sökülməsi, cavabdeh X10 qarşı dəmir hasarın sökülməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə müraciət edərək X10 qarşı iddiasını geri götürdüyünü bildirmiş, onun cavabdeh kimi iştirakına xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini dəqiqləşdirmiş, valideynlərindən miras qalmış, 59A saylı plan üzrə 5069,35 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması və tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atasından və ailə üzvlərindən miras qalmış həmin 1,07 ha torpaq sahəsinə vərəsəlik yolu ilə hüququ tanınmış, 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpağın 2/3 hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə öz adına rəsmiləşdirmişdir. İddiaya görə, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, pay torpaq sahəsində qanunsuz olaraq özünə ev inşa etmiş, hal-hazırda torpaq sahəsindən istifadə edir. Cavabdehin torpaq sahəsini zəbt etməsi ilə mülkiyyət hüquqları pozulur və bu pozuntu davam etməkdədir. Birinci instansiya məhkəməsində iddiaçı tələbini əsaslandırarkən belə izah etmişdir ki, Cavabdeh plan- ölçü sənədləri üzrə 59A plan-ölçü sənədinə uyğun 0.5069 ha torpaq sahəsini zəbt etmişdir. İddia ərizəsində zəbt olunmuş ərazi 0,5674 ha pay torpaq sahəsi qeyd olunsa da, həmin torpaq sahəsini X10 münasibətdə qeyd etmiş, iddia ərizəsində texniki səhv olaraq Cavabdeh 5674,62 kv.m sahəsini tələb etmişdir. Torpaq sahəsini miras olaraq qəbul etmiş, 0059 plan-ölçüsünə əsasən 5674,62 kv.m sahəyə çıxarış almış, lakin 59A plan-ölçüsünə əsasən 5069,35 kv.m sahə üzrə mübahisə olduğuna görə çıxarış ala bilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə ailə üzvlərinə 2,67 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini o, uzun illərdir istifadə edir. O, iddiaçının valideynlərinə məxsus torpaq sahəsini zəbt etməmiş, orada ev inşa etməmişdir. Onların torpaq sahələri qonşu olsa da İddiaçı valideynlərinə məxsus torpaq sahəsi ayrı ərazidə yerləşir. Verilmiş mütəxəssis rəyində onun İddiaçı torpaq sahəsindən istifadə etməsi barədə qeyd düzgün deyil. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında mərhum X5 və X3 ümumi mülkiyyətinə verilmiş 1.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzrə 59A planölçüsü cizgiləri daxilində olan 5069,35 kv.m sahənin 0,2821 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin onun öz hesabına sökülməsi, Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olaraq 95 manat, dövlət rüsumuna görə ödənilmiş 100 manatın alınaraq İddiaçı verilməsi, həmçinin məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manatın alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.7, 164.1, 165.1, 165.2, 178.1, 238.1, 238.2, 1133.1, 1151.1, 1159.1, 1243.2, 1243.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1, 77.3, 78.1, 80, 88-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, Masallı rayon X7 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında cavabdehə ailə üzvləri ilə birlikdə 2,67 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 13 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Daşinmaz əmlakın dövlət reyestrindən verilən arayışa əsasən Cavabdeh adına Masallı rayonu, Ləngan kəndində 8 nəfər ailə üzvləri ilə ümumi-birgə 2.67 ha kənd təsərrüfat təyinatı torpaq sahəsi vardır. Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş torpaq sahəsinin qaiməsi üzrə sahənin nömrələri və sahələri 070D-3235.60m ; 070C-2688.12m; 0070-11943.99m; 070B-2600.00m; 070A-3329.87m; 070Q-2875.14m olmuşdur. Hazırda 070A-3329.87m; 070Q-2875.14m (070A-2875.14m) nömrəli sahələr Cavabdeh mülkiyyətində olmaqla iki sahədə yerləşir. Cavabdehin müraciəti əsasında 070Q-2875.14m nömrəli sahənin adı 070A-2875.14m nömrəli sahə üzrə dəyişdirilmişdir. Cavabdehin 070A-3329.87m sahəsi ilə iddiaçının 059A-5069.35m sahəsi, 070Q-2875.14m sahəsi ilə 0059-5674.62m sahəsi qonşudur. Hazırda iddiaçıya məxsus 59A plan-ölçü sənədinə uyğun 0.5069 ha torpaq sahəsində heç bir zəbt edilmə yoxdur. Şikayətə görə, iddiaçının 59A plan-ölçüsünə əsasən 5069,35 kv.m sahəsi cavabdehin 070Q-2875.14m sahəsi ilə qonşudur. Cavabdehin qeyd olunan 070Q-2875.14m sahəsinin müvafiq dövlət aktı və çıxarışı vardır. İddiaçı isə ümumiyyətlə məhkəməyə mübahisələndirdiyi (zəbt olunan) sahə üzrə heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, cavabdehin 070Q- 2875.14m sahəsində ümumiyyətlə tikili yoxdur. Tikili cavabdehin mülkiyyətində olan digər 070A-3329.87m sahəsindədir. Bu sahə isə iddiaçının 0059-5674.62m sahəsi ilə qonşudur. Cavabdehin bu sahə üzrə də dövlət aktı olmaqla çıxarışı vardır. Şikayətə görə, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İzahatlar P r o s e s s u a l m ə s əl ə l ə r Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Kollegiya, MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçının ailə üzvlərinin mülkiyyətinə 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və bu barədə onların adına torpağın mülkiyyət hüququna dair JN-0059 kod 80520038 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi Dövlət aktında olan plan ölçüyə əsasən 0059 planı üzrə 5674,62 kv.m sahə və 59A planı üzrə 5069,35 kv.m sahə üzrə ayrı-ayrı ərazilərdə yerləşir. Masallı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-677/2018 nömrəli qətnaməsi ilə iddiaçının valideynlərindən miras qalmış 1,07 ha kənd təsərrrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsini İddiaçı miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. 1.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 2/3 hissəsinə vərəsəlik qaydasında İddiaçı hüququ tanındıqdan sonra 0059 planı üzrə 5674,62 kv.m sahəsinin 2/3 hissəsi İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Cavabdehin ailə üzvlərinin mülkiyyətinə Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə 2,67 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrı-ayrı yerlərdə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən hər biri 0,31 ha-dan ibarət olmaqla iki yerdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmış və onların adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2023-cü il tarixli çıxarışlar verilmişdir. İddiaçı valideynlərindən miras qalmış, 59A saylı plan üzrə 5069,35 kv.m torpaq sahəsindən Cavabdeh qanunsuz sahibliyində olduğunu bildirməklə cavabdehin çıxarılmasını xahiş etmişdir. İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddia ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qərarda qeyd olunan maddi hüquq normalarını iddianın qanuni əsası kimi tətbiq edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1617/2023 saylı mütəxəssis rəyinə uyğun verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 may 2023-cü il tarixli rəyinə əsaslanmışdır. Kollegiya hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün, o, tələb etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. Mübahisəli sahəsinin iddiaçının mülkiyyətində olduğu, həmin torpaq sahəsinin cavabdehin istifadəsində olduğu və cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Bu şərtlərin hər-hansı birinin ödənilməməsi iddianı rədd etmək üçün əsasdır. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş, müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 05 aprel 2023-cü il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 30 may 2023-cü il tarixli, 10/3252 saylı rəyinə görə: - Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********26 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına görə Masallı rayonu Ləngan kəndi ərazisində İddiaçı, X1 mülkiyyətində olan 0,5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada yerləşmə vəziyyəti müəyyənləşdirilmişdir. - Cavabdeh faktiki istifadə etdiyi, tikilialtı və tikiliətrafı ərazi kimi plana alınmış 0,30 ha torpaq sahəsi İddiaçı, X1 mülkiyyətində olan 0,5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Digər şəxs X6 faktiki istifadə etdiyi tikilialtı (fərdi yaşayış evi, təsərrüfatı tikililəri) və tikiliətrafı çəpərlənmiş ərazi kimi plana alınmış 0,5763 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı, X1 mülkiyyətində olan 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1617/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin ********** nömrəli yerqurluşu Planında qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi Cavabdeh faktiki istifadə kimi plana alınmış 0,30 ha torpaq sahəsindən 0,2821 hektaradək hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminin baza məlumatı materiallarının koordinatlarına görə iddiaçının mərhum atası X5 və X1 mülkiyyətinə verilmiş 59A nömrəli 0,29 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşir. Həmin yerqurluşu planında həmçinin Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin faktiki istifadə etdiyi 0,2821 hektar torpaq sahəsində inşa edildiyi göstərilmişdir. Bu rəydə sual qoyulmasa da mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemdən görünür ki, iddiaçının mərhum atası X5 və X1 mülkiyyətinə verilmiş 59A nömrəli 0,29 ha torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. Cavabdeh tərəfin vəsatəti əsasında apellyasiya baxışında yenidən ekspertiza keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 may 2024-cü il tarixli, 3-16- 16/2-10/357 saylı rəyinə görə: - Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçının atası X5 və onun ailə üzvlərinin 59A nömrə ilə mülkiyyətlərində olan torpaq sahəsinin və **********39 reyestr nömrəli çıxarışla Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətlərində olan 0,31 ha torpaq sahəsinin sərhədləri (koordinatları) müəyyən edilmişdir. - Torpaqlarin elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçının valideyinlərinin adina qeydiyyatda olan 59A nömrəli sahə ilə cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin bir-birilə həmsərhəd olmadığı müəyyən edilmişdir. - İddiaçının və onun valideyinlərinin adına qeydə alınmış 0059 planı üzrə 0,57 ha və 59A planı üzrə 0.29 ha-dan ibarət torpaq sahələrinin həmsərhəd olmadığı müəyyən edilmişdir. - Mübahisə edilən torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində alınmış mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemə görə iddiaçının mərhum valideynləri X5 və X1 mülkiyyətinə verilmiş 59A nömrəli 0,29 ha torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. Bununla yanaşı, həmin sxemə görə, mübahisəli 59A nömrəli 0,29 ha torpaq sahəsi ilə iddiaçının mülkiyyəti kimi qeydiyyatdan keçmiş 0059 planı üzrə 5674,62 kv.m torpaq sahəsi həmsərhəddir. Lakin apellyasiya baxışında keçirilmiş məhkəmə mühəndis texniki ekspertizasının 08 may 2024-cü il tarixli, 3-16- 16/2-10/357 saylı rəyinə görə, həmin torpaq sahələri həmsərhəd deyil. Birinci instansiya məhkəməsində alınmış mühəndis texniki ekspertizanın rəyi ilə apellyasiya baxışında alınmış mühəndis texniki ekspertizanın rəyi arasında ziddiyyət yarandığından, Şirvan Apellyasiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı ilə mübahisənin düzgün həlli üçün təkrar məhkəmə mühəndis- texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 aprel 2025-ci il tarixli, 10/120 saylı rəyinə görə: Cavabdeh hazırda **********39 reyestr nömrəli çıxarışla Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçının valideynləri X13 və X1 59A nömrə ilə mülkiyyətində olan 0.29 ha torpaq sahəsindən faktiki olaraq Cavabdeh istifadə etmir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən 59A nömrə ilə 0.29 ha, 59 nömrə ilə 0.57 ha, 59B nömrə ilə 0.22 ha torpaq sahəsi iddiaçının valideynləri X13 və X1 mülkiyyətindədir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçının valideynləri X13 və X1 mülkiyyətində 59A nömrə ilə 5069,35 kv.m. torpaq sahəsi mövcud deyil. Beləliklə, təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun olaraq torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən verilmiş ekspert rəyi ilə iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilmir. Kollegiya iş üzrə sonuncu ekspert rəylərini sübut olaraq qəbul edir və belə qənaətə gəlir ki, iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ya onun hər-hansı hissəsi cavabdehin qanunsuz sahibliyində deyil. Göstərilənlər onu deməyə əsas verir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iddianı təmin edərkən işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə- 50 manat, eləcə də mütəxəssis arayışının alınmasına görə ödənilmiş cəmi 190 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh ödənilməli, ekspertiza tədqiqatına görə İddiaçı 150 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(050)-110/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 50 manat İddiaçı alınaraq Cavabdeh ödənilsin. Mütəxəssis arayışının alınmasına görə ödənilmiş 190 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatına görə İddiaçı 150 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-47/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-47/2025
25.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver