Məhkəmə qərarları › İş №2(106)-470/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-470/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-470/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı1 və onun vəkili Cəfərov Umud Natiq oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, Nemətova Zeynəb Əbülfət qızı, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı (maraqlı şəxs Astara rayon notariat ofisi) alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, Nemətova Zeynəb Əbülfət qızı, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 Cavabdeh (maraqlı şəxs Astara rayon notariat ofisi) alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Notariat kontorunda qeydə alınmış 23 avqust 2016-cı il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin 2-ci bəndində göstərilmiş 1005,15 kvadrat metr torpaq sahəsinin satılması hissədə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı1 Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, Nemətova Zeynəb Əbülfət qızı, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 iddiası onunla əsaslandırılmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və digər iddiaçıların mülkiyyətinə 0.49 hektar torpaq sahəsi verilmişdir. Onların maddi vəziyyətləri çətinləşdiyindən həmin torpaq sahəsinin 1145,65 kvadrat metr hissəsini 23 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə qohumları Cavabdeh satmışlar. Lakin, müəyyən müddət keçdikdən sonra qeyd edilən torpaq sahəsinin rəsmiləşdirilməsi zamanı məlum olmuşdur ki, 23 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsində 1145,65 kvadrat metr torpaq sahəsi ilə yanaşı 1005,15 kvadrat metr torpaq sahəsinin Cavabdeh satılması da, qeyd edilmişdir. Buna baxmayaraq mübahisəli 1005,15 kvadrat metr torpaq sahəsi onların adına 05 sentyabr 2022-ci il tarixli çıxarışla rəsmişləşdirilmişdir. Mübahisəli torpaq sahəsinin öz adlarına rəsmiləşdirdikdən sonra Cavabdeh alqı-satqı müqaviləsini əsas tutaraq onların mülkiyyətində olan torpaq sahəsinin onlardan alacağını bildirmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahatlar Komissiyasının 24 may 2003-cii il tarixli, 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün bizə 0,49 hektar torpaq sahəsi verilmişdir. Maddi vəziyyətimiz ağır olduğu üçün 23 avqust 2016-cı il tarixdə mülkiyyətimizdə olan torpaq sahəsinin 1 145,65 kvadratmetr sahəsini qohumumuz Cavabdeh satmışıq. Bununla bağlı biz ailə üzvlərimizlə birlikdə Astara rayon notariat ofisinə gedərək orada alqı-satqı müqaviləsinə imza etmişik. Lakin bir neçə il keçdikdən sonra qalan torpaq sahəsinə çıxarış almaq üçün sənədlər toplayarkən bizə məlum olmuşdur ki, 23 avqust 2016-cı il tarixdə cavabdehlə bağladığımız alqı-satqı müqaviləsində mülkiyyətimizdə olan torpaq sahəsinin 1145,65 kvadratmetr sahəsindən başqa 1005,15 kvadratmetr sahəsinin satılması da qeyd edilmişdir. Biz yalnız mülkiyyətimizdə olan torpaq sahəsinin 1145,65 kvadratmetr hissəsini satmışıq. Cavabdeh bizi aldatmışdır. Mübahisəli olan 1005,15 kvadratmetr torpaq sahəsinə çıxarış da əldə etmişik. Bundan xəbər tutan cavabdeh onunla bağladığımız 23 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsini rəhbət tutaraq bizim mülkiyyətimizdə olan torpaq sahəsini bizdən alacağı ilə hədələyir. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə nəzərə almayıb. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini təmin etməmişdir. Biz mülkiyyətimizdə olan torpaq sahəsinin yalnız 1145,65 kvadratmetr hissəsini cavabdehə satmışıq. Cavabdeh bizi aldadaraq əlavə olaraq bizə məxsus torpaq sahəsinin 1005,15 kvadratmetr hissəsini də müqavilədə göstərmişdir. Bununlada bizim dövlət tərəfindən qorunan mülkiyyət hüququmuz kobud şəkildə pozulmuşdur. Lakin məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır. İddiaçı1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, ona və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün bizə 0,49 ha torpaq sahəsi verilmişdir. Maddi vəziyyətləri ağır olduğu üçün 23 avqust 2016-cı il tarixdə həmin torpaq sahəsinin 1145.65 kvm sahəsinə dair qohumları Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsi bağlansa da, ondan pul almamışdır. Bir sözlə, həmin torpaq sahəsini ona hədiyyə etmişlər. Yəni, aralarında bağlanmış alqı-satqı müqaviləsi formal olmuşdur. Bununla bağlı, ailə üzvləri ilə birlikdə Astara rayon notariat ofisinə gedərək orada alqı-satqı müqaviləsinə imza etmişlər. Lakin bir neçə il keçdikdən sonra qalan torpaq sahəsinə çıxarış almaq üçün sənədlər toplayarkən onlara məlum olmuşdur ki, 23 avqust 2016-cı il tarixdə cavabdehlə bağladıqları alqı-satqı müqaviləsində qeyd edilən torpaq sahəsinin 1145,65 kv.m sahəsindən başqa, 1005.15 kv.m sahəsinin satılması qeyd edilmişdir. Onlar yalnız mülkiyyətlərində olan torpaq sahəsinin 1145,65 kv.m hissəsini satmışlar. Cavabdeh onları aldatmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsi ləğv edilməlidir. Mübahisəli olan 1005,15 kv.m torpaq sahəsinə verilmiş çıxarış artıq ləğv edilmişdir. Müqavilədə 1005,15 kv.m torpaq sahəsinin alqı-saqı müqaviləsində qeyd edildiyini bilməmişlər. Notarius bununla bağlı onlara heç bir izah verməmişdir. İddiaçı1 vəkili Cəfərov Umud Natiq oğlu iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. 04 aprel 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı5 izahat verərək göstərmişdir ki, onlar alqı-satqı müqaviləsinə imza edəndə 1005,15 kvm torpaq sahəsinin müqavilədə qeyd edildiyini görməmişlər. Cavabdehlə ancaq 1145.65 kvm sahəsinə alqı-satqı etmişlər. Cavabdehlə qohumluq əlaqələri olduğuna görə alqı-satqı formal olub. Torpağın satılmasına görə də cavabdehdən pul almamışlar. Odur ki, qeyd edilənləri nəzərə alıb Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, iddiaçılar onun bibisi oğludur. Mübahisəli 1005,15 kvadrat metr torpaq sahəsini iddiaçılardan Astara rayonu notariat kontorunda qeydə alınmış 23 avqust 2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə almışdır. Torpaq sahəsini aldıqdan sonra maddi imkanı olmadığından torpaq sahəsinin mübahisəli hissəsinə dair çıxarış əldə edə bilməmişdir. Digər - 1145,65 kv.m-dən ibarət torpaq sahəsini satdığı üçün həmin hissəyə çıxarışa almışdır. Sonradan məlum olmuşdur ki, ona satılmış torpaq sahəsini iddiaçılar öz adlarına rəsmiləşdirmişlər. Belə ki, o, mübahisəli torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində öz adına rəsmiləşdirilməyi üçün 1005,15 kvadrat metr torpaq sahəsi səhvən iddiaçıların adına rəsmiləşdirilmişdir. Ancaq hazırda həmin çıxarış ləğv edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Mübahisəli torpaq sahələri ilə bağlı razılaşma 2003-cü il tarixdə onların ataları arasında şifahi razılıq əsasında olmuşdur. Əvvəllər münasibətləri çox yaxşı olmuşdur. 2005-ci ildə atası vəfat etmiş, sonra isə o, hərbi xidmətə gedib gəldikdən sonra hər iki torpaq sahəsinə dair iddiaçılarla rəsmi qaydada alqı-satqı etmişlər. Mübahisəli, habelə digər torpaq sahəsinin alqı-satqısı zamanı notarius qanunla və təlimatla müəyyən edilmiş qaydaları onlara etdikdən sonra müqaviləyə imza etmişlər. İddiaçılar Nemətova Zeynəb Əbülfət qızı, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 və maraqlı şəxs Astara rayon notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan və ya səlahiyyətli nümayəndələrinin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0418 seriyalı Kod 80108018 nömrəli dövlət aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı1, İddiaçı6, Əliyeva Günel Əbülfət qızı, İddiaçı2, Babayeva Mayisə Mütəllim qızı, və İddiaçı5 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,49 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Astara rayonu Notariat kontorunun dövlət notariusu Mircavadov Cavid Fəxrəddin oğlu tərəfindən təsdiq edilmiş 23 avqust 2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı1, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.49 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə 1145.65 kv/m və 1005.15 kv/m hissəsini alıcı Cavabdeh mülkiyyətinə vermişlər. Alıcı Cavabdeh 1145.65 kv/m torpaq sahəsini 1000 manata, 1005.15 kv/m torpaq sahəsini isə 1500 manata almışdır. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”-lərindən görünür ki, Mahmudov Ruslan Əliağa oğlu ilə Əliyeva Günel Əbülfət qızı arasında olan nikah 06 iyul 2011-ci il tarixdə 35 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Mahmudova” soyadı verilmişdir. Nemətov Rauf Zeynal oğlu ilə İddiaçı6 arasında olan nikah 05 mart 2012-ci il tarixdə 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Nemətova” soyadı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, iddiaçılar Astara rayonu Notariat kontorunda qeydə alınmış 23 avqust 2016-cı il tarixli, AN- İ ******* saylı alqı-satqı müqaviləsinin 2-ci bəndində göstərilmiş 1005,15 kvadrat metr torpaq sahəsinin satılması hissədə ləğv olunmasını Məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Astara rayonu Notariat kontorunun dövlət notariusu Mircavadov Cavid Fəxrəddin oğlu tərəfindən təsdiq edilmiş 23 avqust 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar İddiaçı1, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.49 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə 1145.65 kv/m və 1005.15 kv/m hissəsini alıcı Cavabdeh mülkiyyətinə vermişlər. Alıcı Cavabdeh mübahisəli 1005.15 kv/m torpaq sahəsinə görə alıcılara 1500 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi, Cavabdeh mübahisəli torpaq sahəsini qanuni əsasla əldə etmiş və həmin torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il, “V.Quliyevin şikayəti üzrə” 07 sentyabr 2017-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, mülkiyyət hüququ ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi ona verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Buna görə də, məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur. Nəzərə alınmalıdır k, “Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair” 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (MM) 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. MM-in 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Habelə, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 01 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış üzrə göstərilən 0.1005 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi xx.xx.2016-cı il tarixli 4Ə-333 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə özgəninkiləşdirildiyindən, hüquqmüəyyənedici sənəd olaraq həmin Çıxarışın texniki səhv olaraq tərtib olunduğu nəzərə alınmaqla tərəfimizdən ləğv edilmişdir. Belə ki, hal-hazırda Milli Qeydiyyat Sistemində həmin Çıxarış əsaslılığı və qanuniliyi baxımından qüvvəsini itirdiyindən, ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-418 nömrəli Dövlət Aktı üzrə digər konturda yerləşən 0.12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müvafiq Çıxarışla əvəzlənmişdir. Qeyd olunan səbəblərdən hazırki sorğunun iş üzrə iddiaçının adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli həmin Çıxarışın təsdiqlənmiş surətinin təqdim olunması hissəsi təmin olunmamışdır. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu Siyəkü kəndində yerləşən 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 ümumi birgə xüsusi mülkiyyətinə verilmişdir. Bununla da, mübahisəli torpaq sahəsi barədə mülkiyyət hüququ üzrə “qanuni gözlənti” 23 avqust 2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aiddir. Habelə, MM-in 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardandır. MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, Belane Nagy Macarıstana qarşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Digər - “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarda isə göstərilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyrisabit” xarakter almış olur. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)- 1229/2022 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri yetərli deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(018)-1229/2022 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar