Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-474/2024 11.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)1333/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Gəgiran kəndi ərazisində 0,11 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Həmin həyətyanı torpaq sahəsi valideynlərinin, ailə üzvərinin istifadəsində olmuşdur. Bu həyətyanı torpaq sahəsində ailə üzvlərinin yaşadığı 1981-ci ildə tikilmiş fərdi yaşayış evi yerləşir. Onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən və 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ atası X1 adına qeydə alınmışdır. Atası H. Orucov 2015-ci ilin iyul ayında vəfat etmişdir. Hazırda həmin evdə anası X5, qardaşı X3 və ailə üzvləri yaşayırlar. Mülkiyyətində olan Gəgiran kəndində yerləşən torpaq sahəsi sənədə əsasən 0,11 ha göstərilsə də, faktiki olaraq 0, 1058 ha-dır, yəni 42 kv.m azdır. Mülkiyyətində olan torpaq sahəsinin kənarında ümumi istifadə üçün yol nəzərdə tutulmuşdur. Bu yolun təxminən 40 metr uzunluğunda, 7 metr enində hissəsi qonşusu olan Cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə Cavabdeh zəbt etdiyi yolu buraxmasl təklif və tələb olunsa da, sonuncu ümumi istifadədə olan yolun zəbt etdiyi hissəsini buraxmaqdan imtina etmişdir. Hələ üstəlik yolun zəbt etdiyi hissəsində tikinti işləri aparmışdır. Cavabdehin yolu zəbt etməsi ilə bağlı aralarında olan mübahisə bir neçə ildir ki, davam edir. Bununla bağlı yerli bələdiyyəyə, icra nümayəndəliyinə, polisə müraciət etsə də məsələ həllini tapmamışdır. Mübahisənin əvvəlki araşdırılmaları zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 186A saylı Şəhadətnaməyə əsasən məlum olmuşdur ki, qanuni əsaslarla cavabdehin və ailə üzvlərinin mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi vardır. Lakin cavabdeh 0,14 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh ümumi istifadə üçün nəzərdə tutulmuş yolun onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bərabərində yerləşən hissəsini zəbt etmişdir. İddia ərizəsinə əlavə etdiyi 1 nömrəli fotoşəkildə cavabdehin paya və məftildən olan çəpərini həyətlərində olan tövləyə birləşdirdiyi görünür. Həmin çəpərdən cənub (aşağı) və şərqə (sağ) tərəf olan torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulmuş yola aiddir və cavabdehin istifadəsindədir. İddia ərizəsinə əlavə edilmiş 2 nömrəli fotoşəkildə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və bir qədər uzaqda tövlə və çəpər görünür. Çəpərdən qərbə (sağa) tərəf olan yola aid hissə cavabdeh tərəfindən zəbt olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 3 nömrəli fotoşəkildə yolun zəbt edilmiş hissəsində cavabdehin apardığı tikili görünür. İddia ərizəsinə əlavə edilmiş 4 nömrəli fotoşəkildə mülkiyyətində olan torpaq sahəsində yerlən mərhum atası X1 mülkiyyətində olan ailə üzvlərinin yaşadığı, 1981-ci ildə tikilmiş fərdi yaşayış evi görünür. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyətində olan, Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və digər qonşu həyətyanı torpaq sahələri mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulan yolun Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi, zəbt edilmiş hissəsində yerləşən qanunsuz tikililərin sökülərək yolun sərbəst istifadəyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)1333/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi (Hakim: Muradağa Qasımov) ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması tələbinə dair iddiasının təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri 50 manatın İddiaçı aid edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçının nümayəndəsi Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)-1333/2023 saylı qətnaməsini ləğv edərək İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsisinin boşaldılmasına dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz göndərilərək, işə onun iştirakı olmadan baxılmasını və Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)-1333/2023 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)- 1333/2023 saylı qətnaməsini ləğv edərək tərəfindən verilmiş ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsisinin boşaldılmasına dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)-1333/2023 saylı qətnaməsini ləğv edərək İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsisinin boşaldılmasına dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram və apellyasiya şikayətinə etiraz göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlilləri həddində Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)-1333/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəllənin; 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.7-ci maddəsində qeyd olunur ki, ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır; 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)- 1333/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydə alınmaqla Hüququqların Dövlət qeydiyyatın haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇİXARİŞdan görünür ki, Lənkəran rayonunun Gəgiran kəndi ərzisində 0.1058 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 60.40 kv.m. olan ev mülkiyyət hüququ əsasında iddiaçının mərhum atası X1 adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-186A saylı, kodu 80209018 olan Şəhadənamənin surətindən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Lənkəran rayonunun Gəgiran kəndində, 0,07 ha həyətyanı torpaq sahəsi Cavabdeh və qeyrilərinin mülkiyyətlərinə verilmişdir. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2043/2023 saylı mütəxəssis rəyinə əsasən, tədqiqat obyektinə baxış keçirilərək İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, islahat zamanı kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsi ilə Cavabdeh məxsus həyətyanı torpaq sahəsi arasında gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Lakin müəyyən olunmuşdur ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolu faktiki vəziyyətdə naturaya (yerə) uyğun gəlmir. Qeyd olunan uyğunsuzluğun yaranma səbəbi torpaq islahatına dair kompleks yerquruluşu layihəsi hazırlanan zaman torpaqların naturada (yerdə) faktiki istifadə vəziyyətini özündə əks etdirməməsidir. Eyni zamanda İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolu ilə uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə ki, İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsi mövcud baza məlumatlarında yol kimi deyil, həyətyanı torpaq sahələri olması araşdırma zamanı müəyyən olunmuşdur. Beləliklə, qeyd olunun səbəblərə görə İddiaçı tərəfindən gediş- gəliş yolu kimi iddia edilən torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasüibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrdən faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Gəgiran kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil eləyir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mütəxəssis rəyinə görə 95 manat xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılmasına görə 100 manat dövlət rüsumu ödəmişdir. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Lənkəran rayonu, Gəgiran kəndi ərazisində 0,11 ha həyətyanı torpaqsahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Mülkiyyətində olan torpaq sahəsinin kənarında ümumi istifadə üçün yol nəzərdə tutulmuşdur. Bu yolun təxminən 40 metr uzunluğunda, 7 metr enində hissəsi qonşusu olan Cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə Cavabdeh zəbt etdiyi yolu buraxması təklif və tələb olunsa da, sonuncu ümumi istifadədə olan yolun zəbt etdiyi hissəsini buraxmaqdan imtina etmişdir. İddiaçı isə bu məsələni məhkəmə qaydasında mübahisələndirmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, qeyd edilən torpaq sahəsi onun tərəfindən zəbt edilməmiş, iddiaçının irəli sürdüyü hallar heç bir sübutla təsdiq edilmir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiqi edərək müəyyən edir ki, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Gəgiran kəndi ərazisində 0,11 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması müəyyən edilmir. Belə ki, qeyd edilən halın araşdırılması üçün ekspert və mütəxəssis rəyləri alınmış, mövcud baza məlumatlarına əsasən İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia ərizəsində göstərdiyi torpaq sahəsinin bir hissəsi yol kimi deyil, həyətyanı torpaq sahəsi kimi qeyd edilmiş və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən onun tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması tələbinə dair iddiasının təmin olunmamalıdır” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları müəyyənləşdirmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)-1333/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(049)-1333/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-474/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-474/2024
11.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver