Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-480/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2, ilk iddia üzrə cavabdeh, eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Cavabdeh3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Füzuli rayon Dövlət Notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “miras əmlakın vərəsələr arasında bölüşdürülməsi tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-137/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Füzuli rayon Dövlət Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu ərazisində yerləşən ********** qeydiyyat nömrəli 15 hektar əkin torpaq sahəsi; **- CT-*** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan göy rəngli “Hyundai County avtobus” markalı; **-MA-*** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metallik rəngli “Opel Zafira minik” markalı; **-ZN-*** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan ağ rəngli “Mercedes Benz E200 CDİ minik” markalı; **-CK-*** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan gümüşü metallik rəngli “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitələri üzərində onun ¼ hissədə vərəsəlik hüququnun tanınması və qeyd olunan miras əmlaklarda payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Rüstəmov Arzu Əfsər oğlu 15 dekabr 2020-ci ildə dünyasını dəyişmişdir. Atasının vəfatından sonra miras əmlakdan ona çatası payı qəbul etmək və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Füzuli rayon Dövlət Notariat ofisinə müraciət etmişdir. Füzuli rayon Dövlət Notariat ofisinin notariusu Fəxrəddin İbadullayevin 19 iyun 2021-ci il tarixli, 211 nömrəli məktubuna əsasən digər vərəsələrlə arasında mirasın bölünməsi ilə bağlı mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması və bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atasının daşınar və daşınmaz əmlakları kifayət qədər olmuş, onlardan çox az qismi rəsmi reyestrdə qeydiyyatdan keçmişdir. Atasının rəsmi reyestrdə qeydiyyatdan keçmiş daşınar və daşınmaz əmlakları aşağıdakılardır: 1) Füzuli rayonu ərazisində yerləşən ********** qeydiyyat nömrəli 15 hektar əkin torpaq sahəsi; 2) **-CT-*** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan göy rəngli “Hyundai County” markalı avtobus; 3) **-MA-*** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metallik rəngli “Opel Zafira minik” markalı avtomobil; 4) **-ZN-*** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan ağ rəngli “Mercedes Benz E200 CDİ minik” markalı avtomobil; 5) **-CK-*** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan gümüşü metallik rəngli “Ford Transit” markalı mikroavtobus. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış Füzuli rayonu ərazisində yerləşən ********** qeydiyyat nömrəli 15 hektar əkin torpaq sahəsinin, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92; 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, 2007-ci il buraxılışlı **-CT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai County” markalı; 2007-ci il buraxılışlı **-ZN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ minik” markalı; 1999-cu il buraxılışlı **-CK-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı; **-MA-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira minik” markalı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, əri Rüstəmov Arzu Əfsər oğlu 15 dekabr 2020-ci ildə vəfat etmişdir. Mərhumdan Füzuli rayonu ərazisində yerləşən ********** qeydiyyat nömrəli 15,0 ha əkin torpaq sahəsi; "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat; "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaiti, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m metr qeyri-yaşayış sahəsi, 2007-ci il buraxılışlı **-CT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai County” markalı; 2007-ci il buraxılışlı, **-ZN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ minik” markalı; 1999-cu il buraxılışlı, **-CK- *** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı avtomobillər miras qalmışdır. Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsi; "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat; “Hyundai County” markalı, 2007-ci il buraxılışlı, **-CT-*** dövlət qeydiyyat nişanlı; “Mercedes Benz E200 CDİ minik” markalı, 2007-ci il buraxılışlı, **-ZN-*** dövlət qeydiyyat nişanlı; “Ford Transit” markalı, 1999-cu il buraxılışlı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillər miras qaldığına görə vərəsəliyin qəbul edilməsi ilə bağlı digər vərəsələrlə birlikdə notariat orqanına müraciət etmişlər. 6 ay keçdikdən sonra mirasdan Cavabdeh1 xeyrinə imtina olunduğu üçün onun adına şəhadətnamə verilmiş, İddiaçı payı isə açıq saxlanılmışdır. İddiaçı payını qəbul etmək istəmir. Belə ki, o, mirasın çox hissəsini tələb edir, əsassız mübahisələr yaradır. Bu səbəbdən də miras əmlakın razılıqla bölüşdürülməsi mümkün deyil. Ona görə də miras əmlakın vərəsələr arasında bölüşdürülməsi ilə bağlı 16 avqust 2021-ci ildə Sumqayıt “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə ərizə ilə müraciət etmiş, Notariat ofisinin 16 avqust 2021-ci il tarixli, 2288 saylı məktubunda vərəsələr arasında narazılıq olduğu üçün payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların payına uyğun bölüşdürülməsinə yol verilir. Lakin cavabdeh mirasın bölüşdürülməsinə razılıq vermir. Ona görə də bölgü məhkəmə tərəfindən həyata keçirilməlidir. Sonradan ilk iddia üzrə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ilk iddia ərizəsində göstərilənlərlə yanaşı, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsindən (qarajdan) istifadə hüququnun, eləcə də, "xxxx" ASC-də saxlanılan 509,35 manat, "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaitinin, eləcə də, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat pul vəsaitinin ¼ hissəsinə dair vərəsəlik payının tanınmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) ilk iddianın təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15,0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, **-CT-*** dövlət nömrə nişanlı, “Hyundai County” markalı; **-MA-*** nömrə nişanlı, “Opel Zafira” markalı; **-ZN-*** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı və **-CK-*** dövlət nömrə nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtomobillərin ¼ hissəsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun ¼ hissəsi, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin ¼ hissəsinə İddiaçı vərəsəlik payının tanınması, ilk iddia üzrə Cavabdeh3 63,66 manat vəsaitin alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15,0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin, "xxxx" ASC-də saxlanılan 509,35 manat vəsaitin ¼ hissəsinə Cavabdeh1 vərəsəlik payının tanınması, Cavabdeh3 318,33 manat vəsaitin alınaraq Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsinin ləğv edilməsini və mübahisəyə dair ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, həmçinin, qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə faktlar və qanun əsasında yeni qərar qəbul edilməlidir. İşin hallarına əsasən tərəflər ana və övladlardan ibarət olmaqla, onların dördü də 15 dekabr 2020-ci ildə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun birinci növbə vərəsələridir. İşin halları ilə həmçinin mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Rüstəmov Arzu Əfsər oğlundan ilk iddiada sadalanan əmlaklar miras qalmışdır. Həmçinin, işin mübahisəsiz hallarından biri də miras qoyan Rüstəmov Arzu Əfsər oğlu ilə cavabdeh – ana Cavabdeh1 miras qoyanın ölüm tarixinə birgə nikahda olmaları faktıdır. Məhkəmənin Mülki Məcəllənin 225.1-ci və 1162-ci maddələrinə və Ailə Məcəlləsinin 32-ci maddəsinə istinad etməsi anlaşılmazdır. Həmin normalarda ər-arvadın birgə nikah dövründə qazandıqları əmlakın onların ümumi mülkiyyəti hesab olunmasından bəhs edilir. Bu baxımdan hazırkı halda mərhum Rüstəmov Arzu Əfsər oğlunun ölümündən sonra qalmış əmlaklardan onun həyat yoldaşı – Cavabdeh1 payı (əmlakların ½ hissəsi) çıxıldıqdan sonra vərəsələr (İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) mərhum Arzu Rüstəmovun payına düşən ½ hissəyə dair mübahisə aça bilərdilər. Bundan başqa, işin hallarından görünür ki, miras əmlaklardan **- MA-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobil hələ mərhum Rüstəmov Arzu Əfsər oğlunun sağlığında etibarnamə əsasında faktiki olaraq başqa şəxsə satılmışdır, yəni həmin əmlakın ilk iddia üzrə cavabdehlərdə olması iş materialları ilə təsdiq olunmur. İş materiallarında olsa da, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2023-cü il tarixli, 2(106)-757/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbi qismən təmin edilmiş, mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış miras kütləsinə daxil olan Füzuli rayonu ərazisində yerləşən 15,0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi üzərində Cavabdeh1, ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Cavabdeh3, ¼ hissəsi üzərində Cavabdeh2, **-CT-*** dovlət nömrə nişanlı, “Hyundai County” markalı; **- MA-*** nömrə nişanlı, “Opel Zafira” markalı; **-ZN-*** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı və **-CK-*** dövlət nömrə nişanlı, “Mercedes Benz E200 CDİ” markalı avtomobillərin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin 5/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı, 1/8 hissəsi üzərində Cavabdeh3, 1/8 hissəsi üzərində Cavabdeh2 vərəsəlik payları tanınmış, iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2023-cü il tarixli, 2(106)-757/2023 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023cü il tarixli, 2(102)-4370/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2023-cü il tarixli, 2(106)-757/2023 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 13 dekabr 2023-cü il tarixli, 2(102)-4370/2023 saylı qərarında öz mövqeyini belə izah etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq olunan xx.xx.2021-ci il tarixli, reyestrdə 2V- 865 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi ünvanında yerləşən ümumi sahəsi 17,7 kv.metr olan qeyri-yaşayış binasının (dəmir qaraj) istifadə hüququndan ibarətdir. Miras əmlakdan ¾ hissədə Cavabdeh1 payı tanınmış, qalan ¼ hissədə pay açıq saxlanılmışdır; xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-864 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 211659 saylı məktubuna əsasən Rüstəmov Arzu Əfsər oğlunun 514,50 manat pul məbləğindən ibarətdir; Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmişdir ki, Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış əmlaklara dair xx.xx.2021-ci il tarixində 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vərəsəlik işi üzrə şəhadətnamələrdə payı açıq qalmış vərəsənin miras payına qanunvericiliyə zidd olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Odur ki, payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən vərəsəlik hüququna dair şəhadətnamələri, eləcə də Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmiş vərəsəlik hüququna dair şəhadətnamələri lazımi şəkildə araşdıraraq hüquqi qiymət verməmiş, həmin vərəsəlik hüququna dair şəhadətnamələrlə miras paylarının müəyyənləşdirilməsini nəzərə almadan, vərəsəlik hüququna dair şəhadətnamələrin qüvvədə olub-olmamasına hüquqi qiymət vermədən miras paylarını yenidən müəyyən etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində vərəsəliyin qəbul edilməsi ilə bağlı digər vərəsələrlə birlikdə notariat orqanına müraciət etdiklərini, 6 ay keçdikdən sonra mirasdan onun xeyrinə imtina olduğu üçün adına şəhadətnamə verildiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi vərəsələrdən hər hansı birinin mirasdan imtina edib-etməməsini də araşdırıb hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi mirasdan imtina halını müəyyən etdiyi təqdirdə bunun nəticələrini nəzərə almaqla məhkəmə aktı qəbul etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Təkrar apellyasiya baxışı zamanı X6 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 çıxış edərək bildirmişdir ki, mərhum Arzu Rüstəmovdan miras qalmış bir sıra əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmış, bu zaman İddiaçı istisna olmaqla, digər övladları miras əmlakdan onlara düşən paydan anaları Cavabdeh1 xeyrinə imtina etmişlər. Şəhadətnamələr verilərkən miras əmlakda İddiaçı payı açıq saxlanılmışdır. O, həmin əmlaklar üzrə açıq qalmış hissədə payını qəbul etmək istəmir və əsassız mübahisələr yaradır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, İddiaçı onun həyat yoldaşıdır və o, mərhum atası Arzu Rüstəmovdan miras qalmış əmlakdan ona düşən ¼ hissədə payının müəyyən edilməsini tələb edir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qətnamə qəbul etmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apellyasiya məhkəməsinin 17 aprel 2024-cü il tarixli iclasında iştirak etmiş ilk iddia üzrə Cavabdeh3 çıxış edərək bildirmişdir ki, hazırda mübahisə predmeti olan 4 nəqliyyat vasitəsindən 3-ü yenə də onların istifadəsində olsa da, “Opel Zafira” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021-ci ildə X2 adına rəsmiləşdirilmişdir. Həmin avtomobili hələ mərhum atası Arzu Rüstəmovun sağlığında Canpolad Şamıyevə etibarnamə ilə satsalar da, sonradan onun alğı-satqını hansı qaydada rəsmiləşdirməsindən xəbərsizdir. İlk iddia üzrə Cavabdeh3 həmçinin bildirmişdir ki, o, mərhum atası Arzu Rüstəmovdan miras qalmış əmlakdan ona düşən paydan anası Cavabdeh1 xeyrinə imtina etmişdir. Qardaşı İddiaçı isə hazırda miras əmlakdan özünə düşən paydan daha artıq hissədə pay tələb edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh2 və Füzuli rayon Dövlət Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Tərəflərə barışıq üçün şərait yaradılaraq vaxt verilsə də, onlar mübahisəni barışıq yolu ilə həll etmək barədə təklifi qəbul etməmişlər. İşdəki AZ-İİ 174478 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Rüstəmov Arzu Əfsər oğlu 15 dekabr 2020-ci ildə ölmüşdür. İşdəki İV-JQ 468978 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Rüstəmov Arzu Əfsər oğlu ilə X1 nikahı 30 dekabr 1988-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. İşdəki Füzuli rayon Dövlət Notariat ofisinin İddiaçı ünvanlanmış 211 nömrəli, 19 iyun 2021-ci il tarixli məktubundan görünür ki, sonuncu qanunvericiliklə müəyyən olunmuş sənədlərin (nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrin və s.) əslini təqdim etmədiyinə və söhbət əsnasında digər vərəsələrlə mirasın bölgüsü ilə bağlı aralarında mübahisə olduğu nəzərə alınaraq ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə vermək mümkün olmamış, miras əmlakın bölgüsü ilə bağlı yaranmış mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04 may 2021-ci il tarixli məktubundan görünür ki, ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən hal-hazırda Rüstəmov Arzu Əfsər oğlunun Füzuli rayonu ərazisində yerləşən 15,0 ha əkin torpaq sahəsi üzərində icarə hüququ 26 noyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda İddiaçı ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 14 dekabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki AE 089314 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2007-ci il buraxılışlı, **-CT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai County avtobus” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır. İşdəki AE 089316 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2007-ci il buraxılışlı, **-ZN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ minik” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır. İş materiallarının 3-cü cildinin 406-cı vərəqində olan çıxarışdan görünür ki, 1999-cu il buraxılışlı, qəhvəyi metallik rəngli **-MA-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira minik” markalı nəqliyyat vasitəsinin sahibi X4r. Bununla bağlı BD 110247 seriya nömrəli şəhadətnamə 09 avqust 2021-ci ildə verilmişdir. İş materiallarının 1-ci cildinin 15-ci vərəqində olan çıxarışdan görünür ki, 1999-cu il buraxılışlı, ağ rəngli **-CK-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsinin sahibi Rüstəmov Arzu Əfsər oğludur. İş materiallarının 1-ci cildinin 92-ci vərəqində olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 16 iyun 2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binası (dəmir qaraj) üzərində Rüstəmov Arzu Əfsər oğlunun istifadə hüququ qeydə alınmışdır. İşdəki Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 01 oktyabr 2018-ci il tarixli, 98 saylı Sərəncamından çıxarışın surətindən görünür ki, Horadiz kənd sakini, məcburi köçkün Rüstəmov Arzu Əfsər oğluna əkinçilik məqsədilə təqdim olunmuş yerquruluşu planına uyğun dövlət mülkiyyətindən uzun müddətə (30 il) istifadə etmək üçün 15,0 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. İşdəki 01 oktyabr 2018-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, icarəyə verən Füzuli RİH 15 hektar torpaq sahəsini 30 il müddətinə əkinçilik məqsədilə icarəçi Rüstəmov Arzu Əfsər oğluna icarəyə verir, icarəçi isə onu qəbul edir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Füzuli Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan və Füzuli rayonu ərazisində yerləşən 15 ha torpaq sahəsi 01 oktyabr 2018-ci il tarixli, 98 nömrəli icarə müqaviləsi əsasında 30 il müddətinə Rüstəmov Arzu Əfsər oğluna icarəyə verilmiş, sonuncunun icarə hüququ 26 noyabr 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki "xxxx" ASC-nin 02 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Rüstəmov Arzu Əfsər oğlunun adına "xxxx" ASC-nin Sumqayıt filialında ******************** saylı bank hesabı var, hesabın qalığı 0 manat, ******************** saylı hesabın qalığı 514,50 manat, ******************** saylı hesabın qalığı 0,15 ABŞ dolları təşkil edir. İşdəki "xxxx" ASC-nin 28 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Rüstəmov Arzu Əfsər oğlunun adına "xxxx" ASC-nin Sumqayıt filialındakı AZ48İBAZ******************** saylı bank hesabında olan 514,50 manat pul vəsaitindən 15 iyul 2022-ci ildə 509,35 manat məbləğində pul vəsaiti “qanun üzrə vərəsəlik hüququ haqqında” 04 may 2022-ci il tarixli şəhadətnamə və Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh3 tərəfindən xəzinədən məxaric edilmiş, 5,14 manat isə Bank tərəfindən xidmət haqqına tutulmuşdur. İşdəki "xxxx" QSC-də olan Rüstəmov Arzu Əfsər oğlunun adına açılmış AZ72ACAB******************** nömrəli hesabdan çıxarışdan görünür ki, həmin hesabda qalıq pulun məbləği 228,66 manat təşkil edir. İşdəki "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Mərhum Rüstəmov Arzu Əfsər oğlunun "xxxx" ASC-nin müflis elan olunduğu tarixə AZ05NBCB4121007AZN********** nömrəli əmanət hesabında 28500 manat, AZ67NBCB4101007AZN********** nömrəli əmanət üzrə faiz hesabında 197,92 manat, sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı AZ54NBCB4104007AZN********** nömrəli bank hesabında isə 6,92 manat məbləğində vəsait mövcud olmuşdur. Rüstəmov Arzu Əfsər oğlunun 10576 manat məbləğində kompensasiya məbləği özü tərəfindən 23 sentyabr 2020-ci il tarixində "xxxx" ASC-nin Sumqayıt filialından götürülmüş, hesabında qalan 18127 manat məbləğində vəsait isə müştərinin ərizəsinə əsasən 13 oktyabr 2020-ci il tarixində mövcud kredit borcu ilə əvəzləşdirilmişdir. Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabındakı vəsait qorunan əmanətlərə aid edilmədiyi üçün kreditor tələbi kimi qeydə alınmış və tələbin icrası “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən növbəlilik qaydasında həyata keçiriləcəkdir. Cavabdeh2 notariat ofisinə ünvanladığı **********431 nömrəli ərizəsində qeyd etmişdir ki, mərhum atası Rüstəmov Arzu Əfsər oğlu 15 dekabr 2020-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra mirasdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmişdir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu ilə öz payından anası Cavabdeh1 xeyrinə imtina edir. Gələcəkdə heç bir mülki iddia qaldırmayacaq. Cavabdeh3 müvafiq notariat ofisinə ünvanladığı ərizəsində qeyd etmişdir ki, 15 dekabr 2020-ci ildə vəfat etmiş atası Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış əmlakdan ona düşən paydan anası Cavabdeh1 xeyrinə imtina edir. Mirasdan imtinanın nəticələri və həmin ərizənin geri götürülməsinin mümkünsüzlüyü ona izah edilmişdir. Cavabdeh1 notariat ofisinə ünvanladığı **********586 nömrəli ərizəsində qeyd etmişdir ki, 15 dekabr 2020-ci ildə ölmüş əri Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış əmlaklara dair 21 iyun 2021-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Lakin şəhadətnamələrdə payı açıq qalmış vərəsə ilə aralarında razılığa gələ bilmədikləri üçün xahiş edir ki, miras əmlakda pay bölgüsü edərək ona (Cavabdeh1) məxsus hissəyə dair şəhadətnamə verilsin. İşdəki 21 iyun 2021-ci il tarixli, reyestrdə 2V-862 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020ci il tarixdə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan ¾ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli, AD 716167 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Mercedes Benz E200 CDİ minik” markalı, **-ZN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdəki 21 iyun 2021-ci il tarixli, reyestrdə 2V-863 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020ci il tarixdə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan ¾ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 19 mart 2015-ci il tarixli, AC 379939 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Hyundai County avtobus” markalı, **- CT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdəki 21 iyun 2021-ci il tarixli, reyestrdə 2V-864 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020ci il tarixdə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan ¾ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının 11 iyun 2021-ci il tarixli, 211659 saylı məktubuna əsasən Rüstəmov Arzu Əfsər oğlunun 514,50 manat (22 aprel 2019-cu il tarixdə köçürülmüş kompensasiya ödənişi) pul məbləğindən ibarətdir. İşdəki 21 iyun 2021-ci il tarixli, reyestrdə 2V-865 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020ci il tarixdə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan ¾ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt TİB tərəfindən 23 sentyabr 1994-cü il tarixdə Rüstəmov Arzu Əfsər oğluna verilmiş texniki pasporta əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi ünvanında yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binasının (dəmir qarajın) istifadə hüququndan ibarətdir. İşdəki 04 may 2022-ci il tarixli, reyestrdə 2V-674 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020ci il tarixdə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ləğv prosesində olan "xxxx"-ın 23 iyun 2021-ci il tarixli, **********950 nömrəli arayışına əsasən 204,84 manat pul məbləğindən ibarətdir. İşdəki 04 may 2022-ci il tarixli, reyestrdə 2V-672 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020ci il tarixdə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ləğv prosesində olan "xxxx" ASC-nin 11 sentyabr 2021-ci il tarixli, 21/659 nömrəli arayışına əsasən 514,50 manat pul məbləğindən ibarətdir. İşdəki 29 mart 2023-cü il tarixli, reyestrdə 2V-363 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 dekabr 2020ci il tarixdə vəfat etmiş Rüstəmov Arzu Əfsər oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 6 saylı Əİ tərəfindən 26 noyabr 2018-ci ildə Rüstəmov Arzu Əfsər oğluna verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Füzuli rayonu ərazisi ünvanında yerləşən ümumi sahəsi 15 ha olan torpaq sahəsinin icarə hüququndan ibarətdir. İşdəki Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmişdir ki, 15 dekabr 2020-ci ildə vəfat etmiş mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış əmlaklara dair 21 iyun 2021-ci il tarixində 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vərəsəlik işi üzrə şəhadətnamələrdə payı açıq qalmış vərəsənin miras payına qanunvericiliyə zidd olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Odur ki, payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. İşdəki "xxxx" MMC-nin 07 fevral 2022-ci il tarixli, 14 nömrəli qiymətləndirmə hesabatından görünür ki, **-CT-*** dövlət nömrə nişanlı, “Hyundai County” markalı avtobusun likvid dəyəri 25000 manat; **-CK-*** dövlət nömrə nişanlı, “Ford Transit” markalı mikroavtobusun likvid dəyəri 9000 manat; **-ZN-*** dövlət nömrə nişanlı, “Mercedes Benz E220 CDİ” markalı avtomobilin likvid dəyəri 14000 manat təşkil edir. İşdəki "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli, 19 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi ünvanında yerləşən qeyri-yaşayış binasının (dəmir qarajın) dəyəri 5000 manat təşkil edir. İşdəki "xxxx" MMC-nin 07 may 2024-cü il tarixli, UNİ/M xx-xx/2024 saylı rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən **-CT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007, rəngi göy, markası “Hyundai County avtobus” olan nəqliyyat vasitəsinin 07 may 2024-cü il tarixinə orta bazar dəyəri 29000 manat təşkil edir. **-ZN-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007, rəngi gümüşü, markası “Mercedes Benz E200 CDİ” olan nəqliyyat vasitəsinin 07 may 2024-cü il tarixinə orta bazar dəyəri 15000 manat təşkil edir. **-MA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999, rəngi qəhvəyi metallik, markası “Opel Zafira” olan nəqliyyat vasitəsinin 07 may 2024-cü il tarixinə orta bazar dəyəri 5500 manat təşkil edir. **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999, rəngi ağ, markası “Ford Transit mikroavtobus” olan nəqliyyat vasitəsinin 07 may 2024-cü il tarixinə orta bazar dəyəri 8500 manat təşkil edir. Rəyin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisə predmeti olan bir sıra miras əmlaka dair vərəsəlik işinin açılaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi məsələsinə əhəmiyyət verməmiş, həmin miras əmlakların bölgü aparılarkən kimin mülkiyyətində olmasını müəyyənləşdirməmiş, mübahisəli əmlakların mərhum X7 Rüstəmovanın birgə nikahda olduğu dövrdə əldə edilməsini nəzərə almamış, maddi hüquq normalarının pozuntusuna yol verərək, düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, Rüstəmov Arzu Əfsər oğlu ilə X1 nikahı 30 dekabr 1988-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. Onların birgə nikahdan İddiaçı, Cavabdeh3 və Cavabdeh2 adlı 3 uşaqları doğulmuşdur. Rüstəmov Arzu Əfsər oğlu 15 dekabr 2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd edilən müddəalardan da göründüyü kimi, iş üzrə tərəflər İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mərhum Arzu Rüstəmovun qanun üzrə birinci növbə vərəsələridir. Hazırkı iş üzrə mübahisə isə məhz mərhum Arzu Rüstəmovdan miras qalmış əmlakın bölüşdürülməsi və miras əmlakda payların müəyyən edilməsi ilə əlaqədardır. İddia tələblərindən görünür ki, barəsində mübahisənin mövcud olduğu miras əmlaklara aşağıdakılar aiddir: 1) Füzuli rayonu ərazisində yerləşən ********** qeydiyyat nömrəli 15 hektar əkin torpaq sahəsi üzərində icarə hüququ; 2) **-CT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan göy rəngli “Hyundai County avtobus” markalı nəqliyyat vasitəsi; 3) **-MA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metallik rəngli “Opel Zafira minik” markalı nəqliyyat vasitəsi; 4) **-ZN-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan ağ rəngli “Mercedes Benz E200 CDİ minik” markalı; 5) **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi; 6) Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi ünvanında yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binasının (dəmir qarajın) istifadə hüququ; 7) "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan cəmi 204,84 manat (197,92 manat və 6,92 manat) məbləğində pul vəsaiti; 8) "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan cəmi 514,50 manat məbləğində pul vəsaiti; 9) "xxxx" QSC-də saxlanılan 228,66 manat məbləğində pul vəsaiti. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı yuxarıda göstərilən Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktub iş materiallarına əlavə edilmiş, həmin məktubda 15 dekabr 2020-ci ildə vəfat etmiş mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış əmlaklara dair 21 iyun 2021-ci il tarixində 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi qeyd olunmuş, bundan əlavə, qarşılıqlı iddia ərizəsinə 21 iyun 2021-ci il tarixli, 2V-864 və 2V-865 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətləri əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd edilən sənədləri lazımi şəkildə araşdıraraq hüquqi qiymət verməmiş, həmin vərəsəlik hüququna dair şəhadətnamələrlə miras paylarının müəyyənləşdirilməsini nəzərə almadan, vərəsəlik hüququna dair şəhadətnamələrin qüvvədə olub-olmamasına hüquqi qiymət vermədən miras paylarını yenidən müəyyən etmişdir. Halbuki, Mülki Məcəllənin 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qeyd edilənlər onu deməyə əsas verir ki, barəsində vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi miras əmlaklar üzərində miras paylarının yenidən müəyyənləşdirilməsi mümkün deyil. Həmçinin o da nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin heç biri verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlılığı məsələsini də mübahisələndirməmişdir. Ona görə də hazırda qüvvədə olan vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi miras əmlaklara aid hissədə hər hansı iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Bu baxımdan Füzuli rayonu ərazisində yerləşən ********** qeydiyyat nömrəli 15 hektar əkin torpaq sahəsi üzərində icarə hüququ; Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi ünvanında yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış binasının (dəmir qarajın) istifadə hüququ; **-CT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan göy rəngli “Hyundai County avtobus” markalı və **-ZN-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan ağ rəngli “Mercedes Benz E200 CDİ minik” markalı nəqliyyat vasitələri; "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan cəmi 204,84 manat (197,92 manat və 6,92 manat) məbləğində pul vəsaiti və "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan cəmi 514,50 manat məbləğində pul vəsaiti ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən və həmin şəhadətnamələrin etibarlılığı mübahisələndirilmədiyindən, qeyd edilən miras əmlaklar üzərində yenidən payların müəyyən edilərək bölgünün aparılması mümkün deyil və buna görə həm ilk, həm də qarşılıqlı iddia tələbləri qeyd edilən əmlaklara dair hissələrdə rədd edilməlidirlər. Bundan başqa, iş materiallarından görünür ki, mübahisə predmeti olan əmlaklardan biri - 1999-cu il buraxılışlı, qəhvəyi metallik rəngli **-MA-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira minik” markalı nəqliyyat vasitəsinin sahibi hazırda X4r və bununla bağlı BD 110247 seriya nömrəli şəhadətnamə 09 avqust 2021-ci ildə verilmişdir. Apellyasiya məhkəməsinin 17 aprel 2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh3 bildirmişdir ki, “Opel Zafira” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hələ mərhum atası Arzu Rüstəmovun sağlığında Canpolad Şamıyevə etibarnamə ilə satmışlar. Həmin avtomobilin alğı-satqısına dair açılmış qovluğun təsdiq edilmiş surətinin Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlansa da, həmin sorğuya hər hansı cavab verilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırda mübahisə predmeti olan “Opel Zafira” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üçüncü şəxs olan X2 adına rəsmiləşdirilməsi müəyyən edildiyindən, həmin əmlak üzərində də vərəsəlik paylarının müəyyən edilməsi yolverilməzdir. Ona görə də həm ilk, həm də qarşılıqlı iddia tələbləri sözügedən nəqliyyat vasitəsinə dair hissədə təmin olunmamalıdır. Beləliklə, hazırda tərəflərin üzərində paylarının müəyyən edilməli olduğu cəmi 2 miras əmlak mövcuddur: 1) **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi; 2) "xxxx" QSC-də saxlanılan 228,66 manat məbləğində pul vəsaiti. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. MM-in 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin qeyd edilən normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iş materiallarında İddiaçı və Cavabdeh1 mərhum Arzu Rüstəmovdan miras qalmış əmlakdan onlara düşən paydan imtina etmələrinə dair hər hansı bir ərizə mövcud deyil. Bununla yanaşı, iş materiallarında Cavabdeh3 və Cavabdeh2 mərhum ataları Arzu Rüstəmovdan miras qalmış əmlakdan onlara düşən paydan anaları Cavabdeh1 xeyrinə imtina etmələrinə dair ərizələr mövcud olsa da, həmin imtinalar qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində həyata keçirilməmişdir. Bu səbəbdən də hazırda üzərində payların müəyyənləşdirilməli olduğu yuxarıda qeyd edilən 2 əmlak qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr Cavabdeh1, İddiaçı, Cavabdeh3 və Cavabdeh2 tərəfindən qəbul edilmiş hesab olunur. Lakin həmin əmlaklar üzərində payların həcmi müəyyən edilərkən onların X7 Rüstəmovanın birgə nikahda olduğu dövrdə əldə olunması da nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, Ər-arvadın ümumi birgə mülkiyyətinə:
1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 3.3-3.6-cı bəndlərində qeyd olunur ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İş materiallarının 1-ci cildinin 15-ci vərəqindən görünür ki, **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi ilə bağlı şəhadətnamə mərhum Rüstəmov Arzu Əfsər oğluna 05 noyabr 2014-cü ildə verilmişdir. Bundan başqa, "xxxx" QSC-də olan 228,66 manat məbləğində pul vəsaitinin saxlanıldığı Rüstəmov Arzu Əfsər oğlunun adına olan hesab 14 yanvar 2020-ci ildə açılmışdır. Arzu Rüstəmov ilə Cavabdeh1 isə 30 dekabr 1988-ci ildə nikaha daxil olmuş və boşanmamışlar. Qeyd edilənlər onu deməyə əsas verir ki, əksi sübuta yetirilmədiyinə görə, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya uyğun olaraq, **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də saxlanılan 228,66 manat məbləğində pul vəsaiti mərhum Arzu Rüstəmov ilə Cavabdeh1 ümumi birgə mülkiyyətinə daxil olmuşdur. Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Beləliklə, ilk iddia tələbi qismən təmin edilərək, **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də saxlanılan 228,66 manat məbləğində pul vəsaiti üzərində paylar müəyyənləşdirilərkən Mülki Məcəllənin 1162-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən də məhkəmə kollegiyası bildirir ki, həmin əmlakların 4/8 hissəsi ümumi birgə mülkiyyətdən ona çatası pay kimi Cavabdeh1 mülkiyyətində olmaqla, digər 4/8 hissəsi mərhum Arzu Rüstəmovdan miras qalmış əmlak kimi onun qanun üzrə dörd vərəsəsi arasında bərabər şəkildə, yəni ¼ hissədə bölüşdürülməli, mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də saxlanılan 228,66 manat məbləğində pul vəsaiti üzərində Cavabdeh1 5/8 hissədə, İddiaçı 1/8 hissədə, Cavabdeh3 1/8 hissədə və Cavabdeh2 1/8 hissədə payı müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilməli, mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də AZ72ACAB******************** nömrəli hesabda saxlanılan 228,66 manat məbləğində pul vəsaiti üzərində Cavabdeh1 5/8 hissədə, İddiaçı 1/8 hissədə, Cavabdeh3 1/8 hissədə və Cavabdeh2 1/8 hissədə payı müəyyən edilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, "xxxx" MMC-nin 07 may 2024-cü il tarixli, UNİ/M xx-xx/2024 saylı rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 400 manat məbləğində pul vəsaiti tərəflər arasında bölüşdürülməli, onun 200 manat hissəsi ilk iddia üzrə İddiaçı, qalan 200 manat hissəsi isə müştərək qaydada ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi qismən təmin edilsin. Mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış **-CK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1999 olan “Ford Transit mikroavtobus” markalı nəqliyyat vasitəsi və "xxxx" QSC-də AZ72ACAB******************** nömrəli hesabda saxlanılan 228,66 manat məbləğində pul vəsaiti üzərində Cavabdeh1 5/8 hissədə, İddiaçı 1/8 hissədə, Cavabdeh3 1/8 hissədə və Cavabdeh2 1/8 hissədə payı müəyyən edilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. "xxxx" MMC-nin 07 may 2024-cü il tarixli, UNİ/M xx-xx/2024 saylı rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 400 manat məbləğində pul vəsaitinin 200 manat hissəsi ilk iddia üzrə İddiaçı, qalan 200 manat hissəsi isə müştərək qaydada ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab nömrəsi: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.