Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-509/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mərhum F.T.İsmayılov və S.Cavabdehnın miras paylarından Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 mirası qəbul etmədikləri nəzərə alınmaqla, mirasın qəbul, paylarının müəyyən edilməsi və xx.xx.2021-ci il tarixli Yenikənd kənd İƏN-də yazılmış vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)1474/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, atası X8 xx.xx.2019-cu il tarixdə, anası X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. O, qanun üzrə vərəsədir. Salyan rayonu, Şəkərli kəndində JN 290G KOD 80905028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 1.15 ha və JN 581 KOD 80905018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əsasən 1.21 ha torpaq sahələrində atası X8 və anası X3 payları vardır. Həmçinin həmin aktlarda onun öz payı da var və qanun üzrə vərəsə kimi ona düşən payını istəyir. Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, İddiaçı da ataları X8 və anaları X3 qanun üzrə vərəsələridirlər. Maraqlı şəxs3, Maraqlı şəxs4 ayrı təsərrüfatda yaşayırlar və miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməyiblər. Onlara miras əmlakdan pay düşmür. Payını və valideynlərdən qalan miras payı adına keçməsini istəmiş və bunun üçün də Salyan rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu M.Hüseynova müraciət edilmiş və müraciət əsasında xx.xx.2022-ci il tarixli 08 saylı notariat hərəkətinin aparılmasından imtina qərarı verilmişdir. Qeyd olunanlara əsasən, Salyan rayonu, Şəkərli kəndində JN 290G KOD 80905028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə, JN 581 KOD 80905018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında atası X8 və anası X3 miras paylarından Maraqlı şəxs3, Maraqlı şəxs4 mirası qəbul etmədikləri nəzərə alınmaqla öz payı saxlanılmaqla qanun üzrə vərəsəlik hüququndan yaranan payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Salyan Rayon Məhkəməsinin 2(057)1474/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: M.Qasımov), İddiaçı Cavabdeh qarşı mərhum F.T.İsmayılov və S.Cavabdehnın miras paylarından Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 mirası qəbul etmədikləri nəzərə alınmaqla, mirasın qəbul, paylarının müəyyən edilməsi və xx.xx.2021-ci il tarixli Yenikənd kənd İƏN-də yazılmış vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsi, Salyan rayonu Yenikənd kəndində X3 adından Cavabdeh xeyrinə tərib edilmiş, reyestrdə 06 nömrəsi ilə qeyd edilmiş 12 iyul 2021-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməsi, Cavabdeh, Maraqlı şəxs2 və X7 tərəfindən valideynlərindən miras qalmış Salyan rayonu, Şəkərli kəndində yerləşən 1,15 ha və Salyan rayonu, Yenikənd kəndində yerləşən 1,21 ha pay torpaq sahələrinə dair miras əmlakın faktiki qəbul etmələri müəyyən edilməsi, X8 və X1 miras qalmış JN-290F Kod 80905028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Salyan rayonu, Şəkərli kəndində yerləşən 1,15 ha və JN-581 Kod 80905018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Salyan rayonu, Yenikənd kəndində yerləşən 1,21 ha pay torpaq sahələrində paylar, Cavabdeh -7/15, hissədə Maraqlı şəxs2 -1/5 hissədə və X5-1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 366.1ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Şirvan Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(106)509/2023 saylı qərardadı ilə, apellyasiya şikayətinin mümkün hesab edilməsi və işin baxılmasının 13 aprel 2023-cü il tarixə saat 11:30-a təyin edilməsi qərara alınmışdır. Məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir və apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayətində apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Həmçinin apelyasiya şikayətində qətnamədə göstərilən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması, gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaması və tətbiq olunan maddi hüquq normasının düzgün tətbiq olunmamasının nədən ibarət olduğu qeyd olunmalıdır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində isə yuxarıda göstərilənlər qeyd olunmaq əvəzinə maraqlı şəxs X4 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizənin onun tərəfindən tərtib edilməsi və imzalanmasının aydınlaşdırılmamasını bildirmişdir. Həmçinin apellyasiya şikayətində X4 ərizəsinə və ifadəsinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı X2 nümayəndəsi verdiyi izahatında göstərmişdir ki, iş üzrə maraqlı şəxs Rəhilə İsmayılovanın səhhətində narahatçılığının olması və hüquqi biliyinin olmaması səbəbindən İddiaçı maraqlı şəxsin hüquqlarını müdafiəsi baxımından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərindəiddiaçı özününü də qeyd etdiyi kimi Rəhilənin hüquqlarının pozulmasını və bunun apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməsi təşkil edir. Yəni iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş, pozulmuş hüququnun müdafiəsi üçün əsaslar aradan qalxmışdır. Göründüyü kimi iddiaçı qəbul edilmiş qətnamədən apellyasiya şikayəti iş üzrə maraqlı şəxs Rəhilə İsmayılovanın səhhətində narahatçılığın olması və hüquqi biliyinin olmaması səbəbində öz adından onun müdafiəsi üçün verdiyi müəyyən olunur. Lakin iddiaçı onu nəzərə almamışdır ki, bu hüquq bilavasitə maraqlı şəxsin özünə aiddir. Kollegiya qeyd edir ki, iddiaçı yalnız o halda apellyasiya şikayəti verə bilərdi ki, maraqlı şəxs iddiaçıya onun adından apellyasiya şikayəti vermək üçün səlahiyyət vermiş olsun, iddiaçıya isə belə bir səlahiyyət verilməmişdir. Belə bir səlahiyyətin olmaması halında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin apellyasiya qaydasında baxılması qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apelyasiyanın mümkünlüyü üçün əsaslar olmaması səbəbindən qeyri-mümkün hesab edilməli və Şirvan Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(106)509/2023 saylı icraata qəbul qərardadı ləğv edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Salyan Rayon Məhkəməsinin 2(057)1474/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 384.0.6, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümükün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 27 fevral 2023-cü il tarixli 2(106)509/2023 saylı qərardadı ləğv edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)1474/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Salyan rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-509/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-509/2023
13.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver