Məhkəmə qərarları › İş №2(106)-512/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-512/2025

06.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-512/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X24 Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" ASC və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-512/2025 Açar sözlər : icra qeydinin ləğvi, icra qeydinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi. X25 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 və iş üzrə cavabdeh, eyni zamanda İİİ şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X24 Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" ASC və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(049)-969/2024 saylı qətnaməsindən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X24 Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində X7 məhkəməyə ərizə verərək mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qarışmış və cavabdehlər "xxxx" ASC və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddia irəli sürməklə, Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X7 tərəfindən verilmiş həmin ərizə və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin icraatına qəbul edilərək X7 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayonu, Şilavar kəndində anadan olmuşdur və hal-hazırda da həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Özü fərdi sahibkarlıqla məşğul olmaqla vergi orqanında qeydiyyatda olmuş, hazırda isə fəaliyyətini dayandırmışdır. O, xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialı ilə 19KL/11-2 nömrəli kredit müqaviləsi bağlayaraq bankdan 34000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin vaxt kredit götürərkən bank onunla ipoteka müqaviləsi bağlamış və qardaşı X7 ilə paylı mülkiyyətdə olan Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanı ipotekaya qoymuşlar. Həmin kredit müqaviləsi üzrə ödənişləri əvvəllər vaxtında etmiş, lakin sonradan dollar qalxdığı üçün maddi vəziyyətində problemlər yaranmış və o, kredit müqaviləsi üzrə ödənişləri ödəyə bilməmiş, nəticədə bank onu məhkəməyə vermişdir. Lənkəran rayon məhkəməsinin 10 may 2017-ci il tarixli 2(049)- 33/2017 saylı qətnaməsi ilə bankın iddia tələbi qismən təmin edilərək ondan və zaminlərdən müştərək qaydada 19965.57 ABŞ dolları məbləğində və 15751.46 ABŞ dolları məbləğində kredit borclarının tutularaq banka ödənilməsi qət edilmişdir. Həmin vaxtı qeyd olunan əmlakı ipoteka ilə yüklü edəndə bank tərəfindən həmin obyektə 36000 manat qiymət qoyulmuşdur. O, həmin qətnamədən apellyasiya şikayəti verdiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(106)-195/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanın 25 fevral 2019-cu il tarixə bazar dəyəri 90000 manat müəyyən edilmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialı onunla 09KL/20 saylı kredit müqaviləsi bağlayaraq ona 50000 manat məbləğində kredit yazaraq həmin kredit məbləğini köhnə borca silmişdir. Həmin kredit müqaviləsi bağlayarkən bank qardaşı X7 ilə paylı mülkiyyətdə olan Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanı ipotekada saxlamışdır. Həmin kredit müqaviləsi üzrə ödənişləri əvvəllər vaxtında etmiş, lakin sonradan maddi vəziyyəti ilə bağlı problemlər yarandığı üçün kredit müqaviləsi üzrə ödənişləri ödəyə bilməmiş və onun hazırda 25193.00 manat əsas borc, 1344.50 manat faiz borcu, 9.38 manat dəbbə pulu olmaqla cəmi 26546.88 manat kredit borcum yaranmışdır. Yuxarıda qeyd etdiyi kimi qeyd olunan əmlakı ipoteka ilə yüklü edəndə bank tərəfindən həmin obyektə 36000 manat qiymət qoyulsa da, məhkəmənin qətnaməsi ilə 25 fevral 2019-cu il tarixə həmin əmlakın bazar dəyərini 90000 manat müəyyən edilmişdir. Hazırda bank Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X8 müraciət edərək qeyd olunan kredit borcu ilə əlaqədar icra qeydinin yazılaraq icraya yönəldilməsini xahiş etmişdir. Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X11 da xx.xx.2023cü il tarixdə icra qeydi yazaraq icraya yönəltmiş, lakin həmin icra qeydində ipoteka qoyulan əmlak olan Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanın dəyərini qeyd etməmişdir. Ona görə də hazırda həmin icra qeydi üzrə icra işi aparan Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru həmin əmlakı hərraca çıxarmaq üçün "xxxx" MMC-yə sifariş məktubu ünvalamış və qeyd olunan əmlakın ilkin satış qiymətini 36000 manat qeyd etmişdir. Baxmayaraq ki, Şirvan Apellyasiya Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(106)-195/2019 saylı qətnaməsi ilə Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanın 25 fevral 2019-cu il tarixə bazar dəyərini 90000 manat müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyi faktlara və dəlillərə görə, eyni zamanda təqdim etdiyi sənədlərə görə hesab edir ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı icra qeydi etibarsız edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 öz iddia tələbini onunla əsaslandırmışdır ki, “X20” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Hüseybala oğlu arasında 27 oktyabr 2011-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında müxtəlif vaxtlarda əlavə kredit müqavilələri bağlanmış, həmçinin kredit müqaviləsi üzrə yeni ödəniş cədvəlləri təsdiq edilmişdir. Eyni zamanda alınmış kreditin təminatı kimi 27 oktyabr 2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X2 mülkiyyətində oian və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə Bankın xeyrin yüklü edilmişdir. Tərəflər arasında 30 may 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.12712 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Borclu İddiaçı tərəfindən kredit öhdəliyi razılaşdırılmış qrafik üzrə ödənilmədiyindən bank tərəfidən kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(049)-33/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ipoteka predmeti olan Lənkəran rayonu, Şilavar kəndində yerləşə 0.01288 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının (mağazanın) ilkin satış qiyməti 46.000 manat müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, 2(106)-172/2018 saylı qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilərək Lənkəran rayonu, Şilavar kəndində yerləşə 0.01288 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının (mağazanın) ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(102)-4505/2018 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(106)- 195/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X5, X7, X9, X14, X10 və üçüncü şəxs X13 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)- 33/2017 saylı qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən qeyriyaşayış binasının (**********34-06301 reyestr nömrəli) 25 fevral 2019- cu il tarixə bazar dəyəri 90.000 manat müəyyən edilmiş, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən fərdi yaşayış evinin (**********17-10301 reyestr nömrəli) 25 fevral 2019-cu il tarixə bazar dəyəri 135.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu ii tarixli, 2(102)- 7073/2019 saylı Qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(106)-195/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lənkəran rayon 1 saylı notariat ofisində 20 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC ilə X5, İddiaçı və X7 arasında sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərəfindən xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. Lənkəran Rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vüsal Qasımov tərəfindən icra qeydi əsasında 10 avqust 2023-cü il tarixdə icraata başlmaq haqqıda qərar qəbul edilmişdir. Eyni zamanda tələbin könüllü icrası haqqında bildiriş İddiaçı göndərilmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş 004/24 nömrəli, xx.xx.2024-cü il tarixli hərrac bildirişdində ipoteka predmeti əmlaka dair 14 fevral 2024-cü i! tarixdə hərrac keçiriləcəyi, hərracın ilkin satış qiymətinin 36.000 manat olduğu göstərilmişdir. X7 tərəfindən müvafiq olaraq Hərrac Mərkəzinə ərizə ilə müraciət olunmuş, eyni zamanda icraçının hərəkətlərindən məhkəməyə şikayət verilərək göstərilərmişdir ki, ilkin satış qiymətinin haradan və necə müəyyən edilməsi aydın deyil. İpoteka haqqında AR Qanunun tələblərinə əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki mübahisə üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ipoteka predmetinin həmin tarixə ilkin satış qiyməti 90.000 manat müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinin 2019-cu il tarixə ilkin satış qiyməti 90.000 manat müəyyən edilmiş, həmin müddətdən beş il keçmişdir. Daşınmaz əmlak bazarında qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətində artım olmuş, nəyiki həmin qiymət 36.000 manata enmişdir. Bu baxımdan qeyd edilən formada hərracın təşkil edilməsi qanuni olmamaqla, ipoteka qoyanların mənafeyinə də uyğun deyildir. Bu əsasla ipoteka predmetinə tələbin yönəldilməsi ilə bağlı icra məmurunun hərəkətləri qanunsuz hesab edilməli, ipoteka predmetinin hazırkı tarixə ilkin satış qiyməti müəyyən edilməklə hərracın keçirilməsi təşkil olunmalıdır. İddiaçı hazırki iddia ərizəsi ilə 20 oktyabr 2020-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş icra qeydinin etibarsızığırıı məhkəmə qaydasında tələb edir. İddiaçı hesab edir ki, onun tələbi əsaslıdır və təmin olunmalıdır. İş üzrə cavabdeh "xxxx" ASC iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddiasına qarşı məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2020-ci il tarixli 09KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 09KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə xx.xx.2023-cü il tarixinədək illik 17% ödəmək şərtilə, 29947 (iyirmi doqquz min doqquz yüz qırx yeddi) AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 09İCLİ/20 saylı, 3M-601 reyestr nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən X2 və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində **********34-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ’’Unibank KB” ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ipotekada qalmaq şərti ilə daşınmaz əmlakın X3 məxsus olan (tikilialtı sahə 0.00506 ha, ümumi sahə 45.4 kv.m) hissəsinin İddiaçı adına özgəninkiləşdirilməsinə razılıq verilmişdir. AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan həmin fərdi yaşayış evinin X3 məxsus olan hissasi-0.00506 ha torpaq sahəsi və 45.4 kv.m tikili Lənkəran rayon 1 saylı Notariat ofisində bağlanılmış 4Ə-758 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı adına keçmişdir. Həmin alqı-satqı müqaviləsinə və ’’Unibank KB” ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılaraq X7 və İddiaçı adına paylı mülkiyyətdə olmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və texniki pasport hazırlanmışdır. Qeydiyyat aparılan zaman xx.xx.2020-ci il tarixli 09KL/20 saylı kredit müqaviləsinə və sonrakı ipoteka müqaviləsinə əsasən, sözügedən daşınmaz əmlak Milli Qeydiyyat Sistemində yüklü edilmişdir.Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafika uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 09KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 25193 AZN, faiz borcu üzrə 1344,50 AZN, cərimə borcu üzrə 9,38 AZN, cəmi 26546,88 AZN borcu yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixində ipoteka qoyan X7 və İddiaçı qeydiyyatda olduğu ünvanına ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş, borcalan İddiaçı qeydiyyatda olduğu ünvanına isə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. İddiaçıya bildiriş xx.xx.2023-cü il tarixində göndərilmiş və 5 gün keçdikdən sonra-xx.xx.2023-cti il tarixində təqdim olunmuş sayıbmışdır. Yəni iddiaçı hamin tarixdən etibarən 21 gün ərzində bildirişi məhkəmədə mübahisələndirə bilərdi. Buna baxmayaraq o 21 gün ərzində bildirişdən məhkəməyə şikayət etməmiş və 'icra qeydi aparılmışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ipoteka predmeti olan əmlakın hərracdakı ilkin satış qiyməti ilə razı deyildir. Bununla əlaqədar olaraq ilk növbədə onu qeyd edək ki, icra qeydində tələbin ipoteka predmetinə yönəldilməsi qeyd olunur, əmlakın ilkin satış qiyməti ümumiyyətlə icra qeydlərində göstərilmir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü maddəsinə əsasən ipoteka prcdmeti olan əmlak tərəflərin qarşılıqlı razılığı əsasında 36 000 manat qiymətləndirilmişdir. Bu səbəbdən də iddiaçının qeyd etdiyi halın heç bir hüquqi əsası mövcud deyil və icra qeydinin ləğvi üçün əsas ola bilməz. Borcun mübahisəsizliyini təsdiq edən sənədlər müvafiq notariat orqanına təqdim edilmişdir. İddiaçının (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin) ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı tələbinə gəldikdə isə qeyd etmək istəyirik ki, iddiaçı ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb etmək üçün qanunla nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, mübahisələndirilən ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində bağlanmışdır. Həmin tarixdən isə 4 ilə yaxın vaxt keçmişdir. İddiaçı Cavabdehna və üçüncü şəxs "xxxx" ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdehna və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız sayılması və icra qeydinin ləğvi tələbi üzrə 2(049)- 969/2024 saylı mülki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 da iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" X24 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlanmış etirazın dəlillərinə uyğun məzmunlu çıxış edərək hər iki iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X15 iddia tələblərini etiraf etməyərək, hər iki iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X15 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(049)-969/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sonrakı ipoteka müqaviləsinin bağlanması üçün yeni hüquqi və ya faktiki vəziyyətin zəruri olduğu məlum deyil. Belə görünür ki, həmin müqavilənin tərtib edilməsindən yeganə məqsəd ipoteka predmetinin qiymətinin müəyyən edilməsi olmuşdur ki, bu da ipoteka saxlayanaların mənafeyinə uyğun olmamışdır. Konkret olaraq isə müqavilə tərəflərinin, yəni ipoteka saxlayanların aldadıldığına dəlalət edən xüsuatlar ondan ibarətdir ki, əvvəla, bundan əvvəl tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə məhkəmə mübahisəsi zamanı birinci instansiya məhkəməsi tərəfindən ipoteka predemtinin ilkin satış qiyməti ilə razılaşmayan cavabdehlər bunu mübahisələndirmiş, apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilsə də, cavabdehlər bununla da razılaşmamış və qətnamədən kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilərək iş yeni apellyasiya baxışına qaytarılmış və apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilmişdir. Belə olan vəziyyətdə ipoteka saxlayanların təxminən bir ildən sonra əmlakın bazarında qiymət artımı olduğu halda ipoteka predmetinin ilkin satış qiymətinin 36.000 manata razılaşdırması ağlabatan olmamaqla, həm də məntiqsizdir və hər hansı formada izah oluna bilməz. Beləliklə, ipoteka predmetinin ilkin satış qiymətinin yüksək müəyyən edilməsinə dair ipoteka saxlayanların israrı və bununla bağlı hüquqi müstəvidə mübarizəsi yuxarıda gəstərilən arqumentin əsaslı olduğuna dəlalət edir. Digər tərəfdən, məhkəmə mübahisəsindən sonra kredit öhdəliyinin icrasının qismən təmin edilməsi də nəzərə alınarsa, ipoteka predmetinin yenidən qiymətləndirilməsi və aşağı qiymət müəyyən edilməsi üçün əsas olmamışdır. Bundan başqa, ipoteka saxlayan olaraq hazırki iddiaçının hərracdan və icraçının hərəkətlərindən şikayət verməsi, ilkin satış qiymətini mübahisələndirməsi və məhkəmə tərəfindən müəyyən edilmiş qiymətə hərracın keçirilməsinin vacib olması barədə irəli sürdüyü tələblər də onu deməyə əsas verir ki, iddiaçının həqiqətən də müqavilənin məzmunundan və orada qeyd edilən qiymətdən xəbəri olmamışdır. İddiaçı bu məbləğin haradan formalaşmasını hərrac mərkəzində olarkən müəyyən etmiş, daha sonra icra məmurundan həmin müqavilənin surətini əldə etdikdən sonra müqavilənin mütləq şəkildə mübahisləndirilməli olduğu qənaətinə gəlmişdir. Aşkar şəkildə iddaçının və digər ipoteka saxlayanların mənafeyinə uyğun olmayan müqavilənin bu məzmunda imzalanamsı mümkün deyil, iddiaçı həmin müqavilənin məzmunun ilə tanış edilməmiş və ona bu detal barəsində məlumat verilməmişdir. Əks halda iddiaçı qətiyətlə müqaviləni imzalamaqdan imtina edərdi. Bu məlumatı əldə etdikdən sonra banka gedən iddiaçıya bankın əmkdaşı həmin məbləğin güya notarius tərəfindən yazıldığına dair absurd bəhanə gətirmişdir. Hətta qeyd olunmalıdır ki, iddiaçı 2019-cu il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin də hazırki likvid qiymət olmadığını hesab edir. Beləliklə, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqəsədilə, məzmunu barəsindən qarşı tərəfə lazımınca və tam formada məlumat verilməmiş sonrakı ipoteka haqqında müqavilə iddiaçının mənafeyinə uyğun olmadığından etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş icra qeydi ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 vermiş olduğu apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, birinci dəfə, yəni 2012-ci ildə ipoteka müqaviləsi bağlanarkən müqavilədə ipoteka predmeti olan mağaza 36000 manat dəyərində qiymətləndirilmişdir. Lakin krediti ödəyə bilmədiklərindən aralarında məhkəmə mübahisəsi olmuş və iş Şirvan Apellyasiya Məhkəməsində olarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə keçirilmiş, mağazanın dəyərinin 90 000 manat olması müəyyən olunmuşdur. Hazırda isə bildirirlər ki, ipoteka predmetinin dəyəri 36 000 manatdır və notariusda bu barədə icra qeydi vermişdir. Buna görə də hesab edir ki, ipoteka müqaviləsi etibarsızdır və notarius tərəfindən verilmiş mübahisəli icra qeydi ləğv edilməlidir. Kollegiyanın iclasında iştirak edən iş üzrə cavabdeh, eyni zamanda İİİ şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, G.Hüseynov apellyasiya şikayətində qeyd etmişdir ki, notarius tərəfindən verilmiş bəhsi keçən icra qeydində ipoteka predmetinin qiyməti 36000 manat kimi göstərilmişdir. Lakin icra qeydinə nəzər saldıqda görmək olar ki, icra qeydi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır. Orada ipoteka predmetinin dəyəri göstərilməmişdir. Buna görə də şikayəti əsassız hesab edirlər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o kollegiyanın iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Resbublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qnunun 77-ci maddəsində İcra qeydlərinin məzmunu göstərilir. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat.

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: - notariat qaydasında təsdiq edilmiş əqdin əsli; - İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli b) b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış 23 iyun 2023-cü il tarixli 8İ-1 reyestr nömrəli icra qeydinə əsasən, ipoteka saxlayan – "xxxx" X26 Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyriyaşayış binası olan mağaza ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 3M-601 müqaviləyə əsasən müddət üçün vaxtında ödəniİməmiş 25193.00 AZN əsas borc, 1344.50 AZN faiz borcu, 9.38 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 26546.88 AZN təşkil edir.) Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2020-ci il tarixli 09KL/20 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020- ci il tarixli 09KL/20-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, borcalana 36 ay müddətinə xx.xx.2023-cü il tarixinədək illik 17% ödəmək şərtilə, 29947 (iyirmi doqquz min doqquz yüz qırx yeddi) AZN məbləğində kredit verilmişdir. İpoteka saxlayan "xxxx" KB ASC ilə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 09KLİ/20 saylı, 3M-601 reyestr nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, X2 və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza "xxxx" ASC-nin xeyrinə yüklülüyü **********34-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı diqqətə çatdırılmışdır. "xxxx" ASC tərəfindən X7 və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “Hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağazaya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi üçün prosedura başlanacağı bildirilmişdir. Müvafiq poçt sənədlərinin surətlərindən görünür ki, həmin bildiriş X7 və İddiaçı çatdırılmışdır xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia verilməsindən ötrü 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, X7 tərəfindən məhkəmədə iddia verilməsindən ötrü 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, həm İddiaçı, həm də iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsini xahiş edirlər. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddia tələbində həmçinin Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin etibarsız hesab edilməsini də irəli sürmüşdür. İcra qeydinin etibarsızlığına (ləğvinə münasibətdə) iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbində ona istinad edirlər ki, notarius tərəfindən icra qeydi verilərkən ipoteka predmeti olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyriyaşayış binasının Şirvan Apellyasiya Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(106)- 195/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti - 90000 manat qeyd edilməli idi. Lakin notarius tərəfindən icra qeydində ipoteka predmetinin qiyməti göstərilməmişdir. Bundan başqa, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 isə iddia edir ki, Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilə ona görə etibarsız hesab edilməlidir ki, müqavilə bağlayarkən ipotekaqoyan olaraq o və X5 və İddiaçı ipotekasaxlayan - "xxxx" ASC-nin nümayəndəsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə aldadılmışlar. Cavabdehlər isə iddia tələblərini qəbul etməyərək icra qeydinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini və 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin isə tərəflərin sərbəst iradə ifadələrini əks etdirdiyini, etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığını bildirərək iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün heç bir hüquq əsas mövcud deyildir. Belə ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Gülağa Hüseynov icra qeydində ipoteka predmeti olan əmlakının satış qiymətininin göstərilməməsini əsasə gətirərək həmin icra qeydinin ləğv edilməsini xahiş etsələr də, Notariat haqqında” Azərbaycan Respublikası Qanununun “İcra qeydlərinin məzmunu” adlanan 77-ci maddəsində icra qeydlərinin özündə əks etdirməli olduğu məlumatlar sırasına tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməsi nəzərdə tutulmamışdır. Habelə məhkəmə qeyd etmişdir ki, 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin tərəfləri müqavilə bağlayan zaman öz iradə ifadələrini əks etdirmişlər. Bu zaman onların məqsədi hər hansı hüquqdan sui-istifadə ilə bağlı olmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən sonrakı ipoteka haqqında müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. İddiaçı tələbin əsasları kimi mötəbər sübutlar təqdim etməmişdir ki, əqdin etibarsız hesab edilməsi nəticəsinə gəlinsin. Məhkəmə araşdırması zamanı 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin qanunvericiliyin tələblərinə müvafiq qaydada bağlandığı müəyyən edilmiş, həmin müqavilənin etibarsızlığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və buna dair müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin əsas dəlili ipotekla predmetinin 36000 manat deyil, daha çox dəyərə malik olması ilə bağlıdır. Kollegiya şikayətin bu dəlili üzrə qeyd edir ki, birincisi bəhsi keçə icra qeydində ipoteka predmetinin dəyəri qeyd edilməmiş, həmin qeyd üzrə yalnız ipoteka predmetinə tutma yönəldilmişdir. İkincisi, icra qeydindən sonra ipoteka predmeti icra məmuru tərəfindən qiymətləndirilməlidir ki, əgər ipoteka qoyan qiymətləndirmənin nəticəsindən narazı qalarsa bu və ya digər şəkildə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək hüququ vardır. Həmçinin kollegiya tərəfindən ipoteka müqaviləsinin etibarsızlığına dair hər hansı hal müəyyən edilməmiş, eyni zamanda da iddiaçılar tərəfindən müqavilənin etibarsızlığına dəlalət edən hər hansı mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(049)-969/2024 saylı qətnaməsi müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar