Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-53/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X12 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı1 (eyni zamanda İddiaçı2 səlahiyyətli nümayəndəsi) və İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər X16, Cavabdeh4, X14, Cavabdeh6, Astara Rayon Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının, torpaq sahəsinin paylara düşən hissəsinin müəyyən olunması, 23 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh4 verilmiş 30 iyul 2021-ci il tarixli çıxarışın etibarsız sayılması tələbinə dair iş üzrə Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X11 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu X2 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin naturada bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair alqı-satqı və çıxarışın etibarsız sayılmasını xahiş etmişdir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 MPM-in 53-cü maddəsinə əsasən ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X11 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu X2 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin müəyyən olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara Bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vəfat edən X20 onların atası Cavabdeh3 doğma qardaşıdır. X8 və onlar onun mərhum X11 məxsus Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0,6 hektar torpaq sahəsində tikdiyi evdə yaşamışlar. Qeyd olunan yaşayış sahəsi 1990-cı illərdə tikilib. X5 anası X7 vəfatından sonra miras əmlaka həm faktiki sahiblik həm də idarə etmişdir. Sonradan X5 dünyasını dəyişmiş və bundan sonra onlar qeyd olunan torpaq sahəsində yaşamışlar. Miras əmlakı faktiki idarə etmişlər. Yaxınlarda onlara məlum olmuşdur ki, əmisi Cavabdeh3 qeyd olunan torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir və bu işlə bağlı onunla danışıqları olmuş, və cavabdeh ona bildirmişdir ki, miras qalmış torpaq sahəsindən onlara pay düşmür. Qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edib mirasın qəbulun rəsmiləşdirməmişlər. Bundan əlavə onlara məlum olmuşdur ki, cavabdeh Astara bələdiyyəsi digər Cavabdeh4 ilə alqı-satqı müqaviləsi bağlayaraq onların qanuni sahibliyində olan 0,08 ha torpaq sahəsini qeyd olunan cavabdehə satmış və bunun əsasında Cavabdeh4 mülkiyyəti təsdiq edən sənəd sayılan çıxarışı əldə etmişdir. Qanunvericiliyə əsasən şəxsin qanuni sahibliyində olan torpaq sahəsinin digər şəxsə satılması qanuni olmadığından həmin torpağın satılması ilə bağlı olan müqavilə və çıxarış etibarsız sayılır. Buna baxmayaraq, Astara bələdiyyəsi heç bir araşdırma aparmadan, torpağın kimin sahibliyində olmasına əhəmiyyət vermədən qeyd olunan torpaq sahəsini Cavabdeh3a deyil, onun qızına satmışdır. Çünki formalaşmış adətə əsasən torpaq sahəsini çox nadir hallarda övladın adına rəsmiləşdirilir. Burada məqsəd bələdiyyə vasitəsiylə qeyd olunan torpaq sahəsini cavabdeh hərrac və ya müsabiqə keçirmədən əldə etməkdir. Ona görə ki, Cavabdeh3 anasından miras qalmış torpaqın varisi olduğundan və halhazırda yaşadığı torpaq sahəsi ona məxsus olduğundan bələdiyyə tərəfindən birbaşa qaydada torpağı əldə edə bilməzdi. Bu halın müavilənin etibarsız sayılmasının əsas göstəricisidir. Odur ki, Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X11 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu X2 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin naturada bölünməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız sayılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia qismən təmin edilərək, X4 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (A literli fərdi yaşayış evinə) və 0,06 ha yaşayış məntəqələri torpaq sahəsinin 1/8 hissəsinə X2 həyat yoldaşı İddiaçı1, övladları - İddiaçı3 və İddiaçı2 1\2 hissədə payı və X13 1\2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Astara RİHB Astara ŞİƏD nümayəndəsinin arayışından görünür ki, İddiaçı1, İddiaçı3, Ağayev X17 şəhəri Cəfər Cabbarlı küçəsi 15 saylı ünvanda qeydiyyatda olmaqla, halhazırda ünvan 2yır. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışının ********** saylı qeydiyyat nömrəsindən görünür ki, Astara şəhəri Cəfər Cabbarlı küçəsi 15 saylı ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 280.1 kv.m fərdi yaşayış evi X7 xüsusi mülkiyyətinə verilmişdir. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışının **********08 saylı qeydiyyat nömrəsindən görünür ki, Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh4 xüsusi mülkiyyətinə verilmişdir. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın 23 iyun 2021-ci il tarixli AN-l №0948434 saylı alqı-satqı müqaviləsinə əsasən ”satıcı” Astara rayon bələdiyyəsi “alıcı” Cavabdeh4 0,08 ha torpaq sahəsi 3400 manata satmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə qeyd etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, vəfat edən X6 Elmdar Qasım oğlunun doğma qardaşıdır. X8 və onlar onun mərhum anasına məxsus Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0,14 ha torpaq sahəsində əvvəllər ona məxsus evdə sonralar isə tikdikləri evdə yaşamışlar. Qeyd olunan yaşayış sahəsi 1990-cı illərdə tikilib. Respublikada keçirilən torpaq islahatı ilə əlaqədar X7 torpaq sahəsinin 06 ha onun mülkiyyətinə verilmiş qalan 0,8 ha torpaq sahəsi zəbt torpaq sahəsi kimi qeyd olunmuşdur. X2 tikdirdiyi ev (torpaq sahəsinin planı A-1) isə yarısı 0,06 ha torpaq sahəsinə, yarısı isə zəbt olunmuş 0,08 ha torpaq sahəsinə düşmüş və mərhum anasına məxsus evə və öz evlərinə gələn maşın və gediş gəliş yollarıda həmin zəbt olunmuş torpağa düşmüşdür. X7 vəfatından sonra miras əmlaka həm faktiki sahiblik həm də idarə etmişlər. X3 dünyasını dəyişmiş və bundan sonra da onlar qeyd olunan torpaq sahəsində tikilmiş fərdi evdə yaşamışlar. Cavabdeh3 özünə başqa yerdə ev tikib köçdüyündən miras əmlakı faktiki idarə etmişlər. Yaxınlarda onlara məlum olmuşdur ki, Cavabdeh3 qeyd olunan miras qalmış torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir və bu işlə bağlı onlarla danışıqları olmuş və cavabdeh onlara bildirmişdir ki, miras qalmış torpaq sahəsindən onlara pay düşmür. Qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edib mirasın qəbulun rəsmiləşdirməmişlər. Aralarında razılıq əldə olunmadığından onlar bu işləri görə bilməmişdir. Onlar vəziyyəti bu cür görüb öz yaşadıqları evi rəsmiləşdirməkdən ötrü Astara rayon Bələdiyyəsinə 2023-cü ildə müraciət etmək istədikdə onlara məlum olmuşdur ki, cavabdeh Astara bələdiyyəsi digər Cavabdeh4 ilə alqı-satqı müqaviləsi bağlayaraq onların qanuni sahibliyində olan 0,08 ha torpaq sahəsini qeyd olunan cavabdehə satmış və bunun əsasında Cavabdeh4 mülkiyyəti təsdiq edən sənəd sayılan çıxarışı əldə etmişdir. Qanunvericiliyə əsasən şəxsin qanuni sahibliyində olan torpaq sahəsinin digər şəxsə satılması qanuni olmadığından həmin torpağın satılması ilə bağlı olan müqavilə və çıxarış etibarsız sayılır. Buna baxmayaraq, Astara bələdiyyəsi heç bir araşdırma aparmadan, torpağın kimin sahibliyində olmasına əhəmiyyət vermədən qeyd olunan torpaq sahəsini Cavabdeh3a deyil, onun qızına satmışdır. Çünki formalaşmış adətə əsasən torpaq sahəsini çox nadir hallarda övladın adına rəsmiləşdirilir. Burada məqsəd bələdiyyə vasitəsiylə qeyd olunan torpaq sahəsini cavabdeh hərrac və ya müsabiqə keçirmədən əldə etməkdir. Ona görə ki, Cavabdeh3 anasından miras qalmış torpağın varisi olduğundan və halhazırda yaşadığı torpaq sahəsi ona məxsus olduğundan bələdiyyə tərəfindən birbaşa qaydada torpağı əldə edə bilməzdi. Bu halın müqavilənin etibarsız sayılmasının əsas göstəricisidir. Odur ki, Astara şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən mərhum X11 məxsus 0,6 hektar torpaq sahəsinin oğlu X2 payına düşən hissəsinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, paylarına düşən hissənin müəyyən olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və Astara bələdiyyəsi tərəfindən cavabdehə satılan torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021 -ci il tarixli çıxarışın etibarsız sayılmasını xahiş etmişlər. Bu halın məhkəmə tərəfindən araşdırmalı olması məhkəmənin diqqətinə çatdırmasına baxmayaraq məhkəmə nəzərə almamışdır. Məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum əri Famil Ağayev 2020-ci ildə vəfat etmişdir. Famil Ağayevin anası Tamara Kazımova isə 2009-cu ildə vəfat etmişdir. Famil Ağayev anasına məxsus həyətdə özünə fərdi yaşayış evi tikmişdir. Onun vəfatından sonra evin sənədləşmə işlərini həyata keçirmək üçün müvafiq qurumlara müraciət etdiyi zaman ona məlum olmuşdur ki, Astara bələdiyyəsi onların xəbəri olmadan evi qaynı qızı Cavabdeh4 satmışdır. Ümumiyyətlə, qayınanası Tamara Kazımovaya məxsus həyət bütövlükdə 0.14 ha təşkil edir. Onların yaşadığı ev 0.08 ha torpaq sahəsində yerləşsə də, həmin evin yerləşdiyi həyətə daxil olmaq üçün mübahisəli 0.06 ha torpaq sahəsindən keçməli olurlar. X9 satdığı torpaq sahəsində onlar yaşayırlar. Bələdiyyə alqı-satqını onların xəbəri olmadan aparmışdır. Evlərin bir giriş-çıxışı olmuşdur və hazırda Zeynəb Ağayeva oranı tutmaqla giriş-çıxışı məhdudlaşdırmışdır. Hər iki torpaq sahəsi bir həyətin içindədir. 0.08 ha torpaq sahəsi hər iki evin yolunda yerləşir. Mübahisəli ərazi hasarlanmışdır və 5 illik müddət gözlənilir. Qeyd edir ki, apellyasiya şikayətində texniki səhvə yol verilmiş, “iddia tam təmin edilsin” cümləsi, yanlışlıqla “iddia tam təmin edilməsin” kimi qeyd edilmişdir. Bu halın kollegiya tərəfindən nəzərə alınmasını və apelliyasiya şikayyətini təmin olunmasını xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Astara bələdiyyəsi onların xəbəri olmadan 0.08 ha torpaq sahəsini onun əmisi qızı Zeynəb Ağayevaya satmışdır. Əgər ekspertiza təyin edilərsə, aşkar şəkildə müəyyən edilər ki, onların yaşadığı evin pilləkəni belə digər sahəyə düşür. Nənəsinin yaşadığı evin yarısı onlara verilmişdir. Öz yaşadıqları ev 0.08 ha torpaq sahəsində yerləşir. Zeynəb Ağayevə orada yaşamadığı halda həmin ərazi qanunsuz şəkildə ona satılmışdır. Həmin evlərin bir giriş-çıxışı var və o da mübahisəli əraziyə düşür. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan kerilmısini xahiş etmişlərdi. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı qətnaməsini mübahisələndirilən hissədə yoxlayaraq diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin təmin edilməyən hissəsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya diqqətə çatdırır ki, 23 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh4 verilmiş 30 iyul 2021-ci il tarixli çıxarışın etibarsız sayılması əsasları müəyyən edilmir. Habelə MM-in 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarının qarşılıqlı təhlilindən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Kollegiya qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/8358 saylı ekspertiza rəyinə görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-3167/2024 saylı mütəxəssis rəyinə əsasən: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********33-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X7 və qeyrilərinin xüsusi mülkiyyətində olan, üzərində 280,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evləri olan ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa (23 iyun 2021-ci il tarixli AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Astara bələdiyyəsi tərəfindən Cavabdeh4 satılmış) əsasən Cavabdeh4 xüsusi mülkiyyətində olan Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən olunmuşdur; Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********33-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2020-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X7 və qeyrilərinin xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa görə Cavabdeh4 xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur; İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən tikintialtı sahəsi 105,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin bütövlüklə Daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********33-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X7 və qeyrilərinin xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Qeyd edilən fərdi yaşayış evinə bitişik 52,2 kv.m ölçüdən ibarət yarımçıq tikilinin isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur; İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun mövcud olmaması müəyyən olunmuşdur; Qeyd edilən fərdi yaşayış evinə giriş-çıxış yolu üçün Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********08 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh4 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən keçməklə istifadə edilməsi müəyyən olunmuşdur. İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən fərdi yaşayış evinə başqa yerdən alternativ yolun faktiki olaraq mövcud olmaması müəyyən olunmuşdur. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya qeyd edir ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/8358 saylı ekspertiza rəyinə əsasən İddiaçı1 və İddiaçı3 hazırda yaşadığı iddia edilən Astara şəhəri keçmiş Cəfər Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolu mövcud deyildir. Bu baxımdan, iddiaçılara izah edilməlidir ki, MM-in 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 138-ci maddəsinə görə əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Hüququn yüklülüyü qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. MM-in 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar. MM-in 255.1 və 255.4-cü maddələrinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir; Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(018)-453/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/8358 saylı ekspertiza rəyinə əsasən ekspert tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı1, İddiaçı3 və İddiaçı2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(018)-453/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı1, İddiaçı3 və İddiaçı2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-53/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-53/2025
03.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver