Məhkəmə qərarları › İş №2(106)-544/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-544/2023

09.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-544/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsinə maneə törədilməsinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(057)-2207/2022 saylı qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsi (yenidən baxılması) barədə İddiaçı ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Bakıxanov küçəsi ev 7, mənzil 47də qeydiyyatda olan, hal-hazırda Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 28, mənzil 22-də yaşayan Cavabdeh ünvan 1 ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının bələdiyyənin ümumi istifadəsində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsinə maneə törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 27 dekabr 2022-ci il tarixli, 2(057)-2207/2022 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri, Bakıxanov küçəsi ev 7, mənzil 47-də qeydiyyatda olan, hal-hazırda Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 28, mənzil 22-də yaşayan Cavabdeh ünvan 1 ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının bələdiyyənin ümumi istifadəsində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsinə maneə törədilməsinə qadağa qoyulması barədə iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı 12 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ərizə üzrə heç bir əsaslandırma aparılmamışdır. Salyan Rayon Məhkəməsi özünün 16 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı qeyd olunan 12 yanvar 2023-cü il tarixli ərizəsini şikayət ərizəsi kimi qiymətləndirərək geri qaytarmışdır. İddiaçı 31 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, Salyan Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(057)-2207/2022 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmədiyini bildirmiş və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardadın verildiyi xx.xx.2022-ci il tarixdən İddiaçı bu qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 29 saylı şikayət ərizəsi xx.xx.2023-cü il tarixdə Salyan Məhkəməsinə daxil olmuş və şikayət gecikdirilməmişdir. Salyan Rayon Məhkəməsi (hakim A.Səmədov) 01 fevral 2023-cü il tarixli qərardadı ilə ərizəyə baxmış, şikayətin təmin edilməməsi qərara alınmış, ərizəyə baxılması üçün iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmiş, müəyyən edilmiş müddət ərzində şikayətə yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya ərizəyə və iş üzrə materialları nəzərdən keçirib, aşağıdakılara əsasən hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-2207/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(057)-2207/2022 saylı qərardadları ləğv edilməli, iş üzrə ərizəyə yenidən baxılması barədə iddiaçının ərizəsinə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-cü maddəsinə görə isə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilən ərizənin məzmununa nəzər saldıqda aydın olur ki, iddiaçı həmin ərizəsi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(057)- 2207/2022 saylı qərardadından şikayət etməmiş, sadəcə mülki işi təzələyərək ona yenidən baxılmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd edilən ərizəyə baxaraq müvafiq qərar qəbul etmək əvəzinə, qeyd edilən ərizəni şikayət kimi qəbul edərək ərizənin müddətin ötürülməklə verilməsini qeyd etməklə onu geri qaytarmışdır. Bundan sonra iddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(057)- 2207/2022 saylı qərardadından şikayət etmişdir. İş materiallarından müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-2207/2022 saylı qərardadına əsasən iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmamsı əsası ilə baxılmamış saxlanılmışdır. Həmin qərardadın surəti tərəflərə göndərilmiş, iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə iş üzrə icraatın yenilənməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni şikayət ərizəsi kimi qiymətləndirərək baxmaqla işi apellyasiya məhkəməsinə göndərməklə prosessual hüquq normalarını pozmuşdur. Kollegiyanın qənaətinə görə, məhkəmə iddiaçının qərardadı qanunsuz hesab edərək, Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsinə əsasən ləğv edilməsini, yaxud Azərbaycan Respublikasının MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırılıb-qaldırılmaması ilə bağlı məsələləri aydınlaşdırmamışdır. Kollegiya hesab edir ki, işə baxarkən məhkəmə Azərbaycan Respublikasının MPMnin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməsi ilə bağlı məsələlər aydınlaşdırmaqla, sübutlara müvafiq qiymət verdikdən sonra öz qərardadının ləğv edilməsi və işin məhkəmə baxışına təyin edilməsi məsələsinə qiymət verməlidir. Bundan imtina barədə qərardaddan şikayət verilə bilər. İddiaçı tərəf işin baxılmamış saxlanılması barədə qərardadı digər əsaslarla qanunsuz saydığı halda isə iddiaçının həmin qərardaddan şikayət vermək hüququ vardır. Məhkəmə bu hala da aydınlıq gətirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-2207/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(057)-2207/2022 saylı qərardadları ləğv edilsin, İddiaçı 12 yanvar 2023-cü il tarixli ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar