Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-544/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Açar sözlər: mənzilə köçürmə və mənzildən çıxarma X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(018)-1239/2023 saylı qətnaməsindən (hakim Mübariz Məmmədov) cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı, Cavabdeh qarşı «mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzil onun mülkiyyətindədir. Bu barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən reyestr nömrəsi **********68-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə 04 oktyabr 2022-ci il olan Çıxarış tərtib edilmişdir. Həmin mənzil ona atasından vərəsəlik qaydasında keçmişdir. Cavabdeh isə atasının faktiki nikah münasibətində olduğu şəxsdir. Atası öldükdən sonra ona həmin mənzildə müvvəqəti yaşamaq üçün icazə vermişdir. Cavabdeh həmin mənzildə qeydiyyatsız yaşayır. Ancaq Cavabdeh sonra həmin mənzildən çıxmamaqla yanaşı onu da həmin mənzilə buraxmır. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Odur ki, o, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh vəkili və nümayəndəsi Vəkil oğlu iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh əvvəllər mövcud olmuş Astara rayonu “Giləkəran” sovxozunda işləməsinə görə Astara rayonu “Giləkəran” sovxozunun 04 dekabr 1999-cu il tarixli 15 saylı iclasının protokoluna əsasən Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. Cavabdeh İddiaçı atası X5 ilə faktiki nikah münasibətinə girməklə evlənmiş və sonuncunun ölməsinə kimi bir yerdə, Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar və o hal-hazırda da həmin evdə tək yaşayır. İddiaçı isə həmin evdə yaşamamışdır. Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuş, İddiaçı onun savadsız olmasından istifadə edərək, onu aldadaraq, həmin evin ona bağışlanmasına dair olan 18 iyun 2004-cü il tarixli bağışlanma müqaviləsinə imza etdirmişdir. Cavabdeh aldanmasını başa düşdükdən sonra məhkəməyə müraciət etmiş və Astara Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli, 2-73 nömrəli qətnaməsinə əsasən 18 iyun 2004-cü il tarixli bağəşlanma müqaviləsi ləğv edilmişdir. Buna baxmayaraq İddiaçı 18 iyun 2004-cü il tarixli bağışlanma müqaviləsinə əsasən qeyd edilən fərdi yaşayış evinə öz adına çıxarış almışdır. Hesab edir ki, həmin çıxarış qanunsuzdur. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(018)-1239/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzilə köçürülməsi, iddia tələbinin Cavabdeh Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzildən çıxarılması hissəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o 1948-ci ildə Astarada rayonunda doğulub. O, “Giləkəran” sovxozunda işlədiyinə görə “Giləkəran” sovxozunun 04 dekabr 1999-cu il tarixli, 15 saylı iclasının protokoluna əsasən ünvan 2 ünvanında fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. O, X5 ilə faktiki ailə qurmuşdur. X1 və ölümündən sonra İddiaçı adı çəkilən ünvanda yaşamamışdır, o tək yaşamışdır. İddiaçı onun savadsızlığından istifadə edərək imzasını alaraq onu evdən məhrum etməyə çalışmışdır. Belə ki, İddiaçı Mikayıl oğlu 18 iyun 2002-cü il tarixdə onu aldadaraq ona məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış evini İddiaçı bağışlamağım ilə bağlı müqaviləyə qol çəkdirmişdir. Bundan xəbər tutduqdan sonra o məhkəməyə müqaviləni etibarsız hesab edilməsi bağlı qətnamə qəbul edilməsi ilə əlaqədar müraciət etmişdir. Astara rayon məhkəməsi tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlə qətnamə qəbul etmişdir. Lakin İddiaçı müqaviləni müvafiq orqana təqdim edərək 04 oktyabr 2022-ci il tarixdə saxta çıxarış əldə etmişdir. O da öz növbəsində çıxarışın ləğv edilməsi ilə bağlı İnzibati Məhkəməyə müraciət etmişdir. Halhazırda İddiaçı yenə də ondan əl çəkmir və onu məhkəmələrə cəlb edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizəyə üzrlü səbəblər barədə müvafiq sənəd əlavə edilmədiyindən, nümayəndənin əvvəlki məhkəmə iclasında iştirak edərək, izahatlar verdiyini nəzərə alaraq, Məhkəmə Kollegiyası işə onun iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, iddiaçının iştirakı olmadan baxılmasını, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamənin qanunauyğunluğu cavabdehə münasibətdə, iddianın təmin edilən hissəsində apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmaqla, Bakı şəhəri, N.Rəfili küçəsi ev 5, mənzil 31-də yaşayır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən və şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh 08 aprel 1949-cu il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır və orada yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dxaili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından məlum olur ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. Mülki işə əlavə edilmiş 250 A nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən məlum olur ki, Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanında yerləşən, 2 otaq, mətbəxdən ibarət, ümumi sahəsi 48 kvadrat metr, yaşayış sahəsi 23,2 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı adına 28 iyun 2004-cü il tarixdə 06 nömrəli reyestr kitabında 63-cü səhfədə, 250 A nömrə ilə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən reyestr nömrəsi **********68-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə 04 oktyabr 2022-ci il olan Çıxarışdan məlum olur ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli, umumi sahəsi 46,7 kvadrat metr olan mənzil tam olaraq İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli, 2-73 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh xususi mülkiyyətində olan Astara şəhəri, N.Nərimanov küçəsi 162 ünvanda yerləşən, ümumi sahəsi 48 kvadrat metr, yaşayış sahəsi 23,2 kvadrat metr olan 2 otaqlı fərdi yaşayış evinin İddiaçı bağışlanmasına dair olan 18 iyun 2004-cü il tarixli bağışlanma müqaviləsi ləğv eilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(018)-106/2020 nömrəli qətnaməsindən məlum olur ki, iddia tələbinin mərhum X2 miras qalmış və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında A 229673 nömrəsi ilə uçota alınmış «torpaq sahəsinin planı və ölçüsü» əsasında verilmiş Astara şəhəri N.Nərimanov küçəsi (əvvəlki adı ilə ünvan 5 ünvanında yerləşən 606,04 m2 həyətyanı torpaq sahəsinin iddiaçılar X6 və İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi hissəsi təmin edilmiş, iddia tələbi həmin torpağın üzərində yerləşən iki otaq və mətbəxdən ibarət ümumi sahəsi 48 kv/m olan evin - miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və Astara şəhəri H.Əliyev prospekti (keçmiş N.Nərimanov küçəsi) 162 ünvanında yerləşən Cavabdeh adına 31 may 2004-cü ildə iki otaq və mətbəxdən ibarət ümumi sahəsi 48 m2 olan ev üçün verilmiş 250 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması hissədə təmin edilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı deyil, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarına riayət etmişdir. Göründüyü kimi qanunvericilikdə də müəyyən edildiyi kimi, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi qanunidir. Birinci instansiya məhkəməsi də, iddianı əsaslı hesab edərkən, doğru qənaətə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qeydiyyat nömrəsi ********** olan 04 oktyabr 2022-ci il tarixli Çıxarışdan görünür ki, Astara şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən 12 nömrəli, umumi sahəsi 46,7 kvadrat metr olan mənzil tam olaraq İddiaçı mülkiyyətindədir. Bundan başqa Astara Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(018)- 106/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin mərhum X2 miras qalmış və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə A 229673 nömrəsi ilə uçota alınmış «torpaq sahəsinin planı və ölçüsü» əsasında verilmiş Astara şəhəri N.Nərimanov küçəsi (əvvəlki adı ilə ünvan 5 ünvanında yerləşən 606,04 m2 həyətyanı torpaq sahəsinin iddiaçılar X6 və İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi hissəsi təmin edilmiş, iddia tələbi həmin torpağın üzərində yerləşən iki otaq və mətbəxdən ibarət ümumi sahəsi 48 kv/m olan evin - miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və Astara şəhəri H.Əliyev prospekti (keçmiş N.Nərimanov küçəsi) 162 ünvanında yerləşən Cavabdeh adına 31 may 2004-cü ildə iki otaq və mətbəxdən ibarət ümumi sahəsi 48 m2 olan ev üçün verilmiş 250 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması hissədə təmin edilməmişdir. Göründüyü kimi mübahisəli ev və torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmçinin Astara Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(018)- 106/2020 nömrəli qətnaməsi iddia tələbinin mərhum X2 miras qalmış və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə A 229673 nömrəsi ilə uçota alınmış «torpaq sahəsinin planı və ölçüsü» əsasında verilmiş Astara şəhəri N.Nərimanov küçəsi (əvvəlki adı ilə ünvan 5 ünvanında yerləşən 606,04 m2 həyətyanı torpaq sahəsinin iddiaçılar X6 və İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi hissəsi təmin edilmişdir. Buna görə də məhkəmə iddiaçını mübahisəli mənzilə köçürməkdə haqlı olmuşdur. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Cavabdeh tərəf ümumi şəkildə şikayətində qətnamənin əsassız olduğunu bildirsə də, şikayətinin dəlillərlə əsaslandırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərdən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cаvаbdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cаvаbdehə münasibətdə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(018)-1239/2023 saylı qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-544/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-544/2024
15.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver