Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-557/2024 16.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi) qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi) miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsi ilə (hakim Məhəmmədəli Rzayev) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında 144.5 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin 1/5 hissəsi üzərində X1 payının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)- 320/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işin hallarına uyğun qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ( hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov, İ.Q.Əsədov) 24 may 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 10-1.3cü maddəsinin tələblərinə uyğun verilməməsi əsası ilə geri qaytarılmışdır Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)- 946/2023 nömrəli qərardadından Cavabdeh1 təkrarən kassasiya şikayəti verərək, sözü gedən qərardadın ləğv edilməsi və Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)- 320/2016 saylı qətnaməsindən verdiyi xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3416/2023 nömrəli 2 avqust 2023-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-946/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(106)-946/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti müəyyən edilmiş müddəti ötürməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin verilmədiyi əsası ilə geri qaytarılmışdır. Cavabdeh1 vəsatət verərək kassasiya şikayətinin verilmə müddətinin ötürülməsinin üzürlü hesab edilməsini və müddətin bərpa olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4795/2023 nömrəli 27 dekabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(106)- 946/2023 nömrəli qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya apellyasiya şikayətinin verilməsi müddəti ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)- 320/2016 saylı qətnaməsinin surətini Cavabdeh1 nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə imza edərək almışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti Lənkəran Rayon Məhkəməsinə təqdim edilmiş və şikayətin sonunda “Q/Etdim” yazılaraq imza edilmiş və sonra “Bünyadzadə 17.04.23” yazılaraq Lənkəran Rayon Məhkəməsinin “Zərflər üçün” möhürü vurulmuşdur. Təkrara araşdırma zamanı müəyyən edilmişdir ki,Cavabdeh1 nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə imza edərək almış və qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmədən yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ərzində verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz şikayətə əlavə edilməklə qanunla müəyyən edilmiş müddətdə verilsə də, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10- 1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə deyil məhz poçt vasitəsilə kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-557/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-557/2024
16.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver